Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1315/2022 26.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 07.05.N2-ci il tarixdən 12.05.N4-cü il tarixdə elan olunmuş atəşkəsə qədər və təxris olunduğu 30.07.N6-cı il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 704, N və N saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi və müvafiq arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.05.N2-ci il tarixdən 12.05.N4-cü il tarixdə elan olunmuş atəşkəsə qədər və təxris olunduğu 30.07.N6-cı il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 704, N və N saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi və müvafiq arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarlmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaşı İddiaçı iddia tələbini müsafiə edərək izah etdi ki, o, 07.05.N2-ci il tarixdə səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmış və N4-cü ilədək 704, N və N saytlı hərbi hissələrin tərkibində Ağdam, Goranboy (Murovdağ) istiqamətlərində döyüş əməliyyatlarında iştirak etmişdir. N6-cı ildə iddiaçı hərbi xidmətdən təxris edilmişdir. Hərbi bileti hərbi hissədə itmiş, belə ki, sənədlərin saxlanıldığı ştab partlayaraq yanmışdır. Nəticədə bütün sənədlər məhv edilmidir. O, müharibə veteranı vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etdikdə isə ona bildirilmidir ki, onun hərbi xidməti barəsində arxiv məlumatları aşkar edilməmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia ərizəsinə iddiaçının arxiv arayışının verilməsi barədə cavabdehə müraciəti və bununla bağlı cavabdehin imtina cavabı əlavə edilməmişdir. İddiaçının müraciəti veteran vəsiqəsinin verilməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda mümkünlük şərtlərindən biridir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinini Quba rayon şöbəsinə cavab olaraq ünvanlanmış N.09.20N-cu il tarixli 9/2-23579 saylı məktubdan görünür ki, İddiaçı N npmrəli hərbi hissə komandirinin N iyul N5-ci il tarixli N0 N-li əmrinə əsasən pulemyotçu vəzifəsinə təyin edilmişdir. 704, N və N nömrəli hərbi hissələin şəxsi heyətlərinin əlifba qeydiyyatı kitablarında, N nömrəli hərbi hissə komandirinin may-iyun N3-cü il tarixli nizami hissə üzrə əmrlərində, N0 nömrəli hərbi hissə komandirinin may N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin iyul N6-cı il tarixli nizami hissə üzr əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N0 nömrəli hərbi hissə komandirinin may-iyun N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı xidməti barədə araşdırma aparılması mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının xidmət keçməsi ilə bağlı arxivdə olan məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən araşdırılmış və buna dair iddiaçıya arxiv arayışı təqdim edilmişdir. Hazırda iddiaçı verilən arayışın məzmunu ilə razılaşmayaraq, ehtiyata buraxılmağı barədə arxiv arayışının verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müdafiə Nazirliyi tərəfindən arxiv arayışının verilməsi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. İşdən görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda əsas məqsədi müharibə veteranı vəsiqəsini almaqdır. Odur ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmək və verilən cavabla razılaşmadığı təqdirdə məhkəmədə iddia qaldırmaq hüquqları izah edilməlidir. İddiaçının hazırkı ərizəsində sadaladığı xüsusatlar isə müharibə veteranı vəsiqəsinin verilməsinə dair inzibati mübahisə üzrə məhkəmənin xidməti vəzifəsinə görə araşdırılmalı və hüquqi qiymət verilməli olduğu hallardır «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Yuxarıda qeyd edilən Plenum Qərarının 7-ci bəndinə əsasən, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 07.05.N2-ci il tarixdən 12.05.N4-cü il tarixdə elan olunmuş atəşkəsə qədər və təxris olunduğu 30.07.N6-cı il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 704, N və N saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi və müvafiq arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1315/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1315/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver