Məhkəmə qərarları › İş №2-1(118)-1315/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1315/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1315/2024 29.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********01-50101-083005 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən 108 kv m qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin (müvəqqəti nəzarətin) götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qarşı qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********01-50101-083005 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən 108 kv.m qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin (müvəqqəti nəzarətin) götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X3 ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı "reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair" inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(85)-2704/2018 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək, cavabdehin üzərinə ünvan 3 ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən ümumi sahəsi 324 kv m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi qoyulmuş və məhkəmə qərarı cavabdeh tərəfindən icra edilərək, iddiaçının adına cavabdeh qurum tərəfindən RX seriyalı ******* nömrəli çıxarış və texniki pasport verilmişdir. Bundan sonra M.Sultanov ilə İddiaçı arasında 27 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış M.Sultanovun adına 324 kv m qeyri-yaşayış sahəsinə dair verilmiş RX seriyalı ******* nömrəli çıxarış və texniki pasport əsasında 108 kv m qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyət hüququ əsasında əldə etmişdir. Həmçinin adına qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən çıxarış verilməklə mülkiyyət hüquqları tanınmışdır. İddiaçı X3 ƏMDK yanında DƏDRX- nin 4 saylı ərazi idarəsinə qarşı "reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair" İnzibati iş üzrə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 17.10 2018-ci il tarixli, 2-1(85)-2704/2018 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edildikdən, həmçinin M.Sultanovla alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyət hüququ əsasında 108 kv m qeyri-yaşayış sahəsini əldə etdikdən və adına çıxarış verildikdən sonra "xxxx" MTK-nın ərizəsinə əsasən, xx.xx.2019-cu il tarixli qərardadla Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək, "xxxx" MTK iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, daha sonra isə iddiaçı M.Sultanov məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən Sumqayıt inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-7/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. X4 ilə X5 arasında, eyni zamanda Malik Sultanovun iddia tələbinə əsasən məhkəmə prosesləri getdiyindən qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən hazırda İddiaçı tam pay hüququ ilə xüsusi mülkiyyətində olan 108 kv m qeyri-yaşayış sahəsi üzərinə məhdudiyyət (müvəqqəti nəzarət) qoyulmuşdur. Qeyd edilən məhkəmə prosesləri yekunlaşdığından qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən İddiaçı tam pay hüququ ilə xüsusi mülkiyyətində olan 108 kv m qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş məhdudiyyətin (müvəqqəti nəzarətin) götürülməsi üçün cavabdeh idarəyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin cavabdehin xx.xx.2023-cü il tarixində daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-21-3- 32/2-14-01xx-xx/2023 nömrəli cavab məktubu ilə imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (85)-2704/2013 saylı qərarı ilə "xxxx" MMC tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvahda, 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən 324 kv.m olan qeyri-yaşayış sahəsi üzərində X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-2704/2018 saylı qərarı icra olunması üçün xx.xx.2018-ci il tarixində 4 saylı Ərazi İdarəsinə daxil olmuş, qərar icra olunmuş, mübahisə predmeti olan əmlak üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, iddiaçıya RX seriyalı, ******* nömrəli, **********01-50101- 083001 reyestr nömrəli çıxarış verilmişdir. X4 **********01-50101-083001 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 324 kv m olan qeyri-yaşayış sahəsinin 108 kv m hissəsini xx.xx.2019-cu il tarixli, 4Ə-313 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirmiş, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda, 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən 108 kv.m qeyri-yaşayış sahəsinə dair **********01-50101-083005 reyestr nömrəli çıxarış verilmişdir. "xxxx" MTK Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə xx.xx.2018-ci il tarixli, 2-1 (85)-2704/2018 saylı qərarının ləğv edilməsi, icraatın təzələnməsi və İİİ şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair ərizə ilə müraciət etmiş, Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 13.11,2019-cu il tarixli, 2-1(85)- 2704/2018 saylı qərardadı ilə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-2704/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və "Progress-2016” MTK İİİ şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-2704/2018 saylı qərarının qüvvədə olub-olmaması barədə məlumat verilməsinə dair 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış sorğunun cavabında İdarəyə məhkəmə tərəfindən “Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (851-2704/2018 saylı işinə xx.xx.2023-cü il tarixli, 2-1(118)-7/2023 nömrəli qərardadla baxıldığı, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiasının öz xahişi ilə geri qaytarıldığı vo is üzrə icraata xitam verildiyi, qərardadın rabitə orqanları vasitəsilə tərəflərə çatdırılmasına baxmayaraq xx.xx.2023-cü ilədək həmin qərardaddan apellyasiya şikayətinin məhkəməyə daxil olmadığına dair cavab məktubu daxil olmuşdur.Məhkəmə qərarı olmadan iddiaçının tələbibi təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan : - xx.xx.2019-cu il tarixli, **********01-05101-083005 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 İddiaçı Ağlar oğlunun xüsusi mülkiyyətindədir. - Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-7/2023 saylı qəradadından görünür ki, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "xxxx" MMC tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən ümumi sahəsi 324 və 66 kv.m olan qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddiaçının ərizəsinə əsasən iddia ərizəsi və əlavə edilmiş sənədlərin iddiaçıya geri qayarılması qərara alınmışdır. - Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına verilmiş **********01-05101-083005 reyestr nömrəli çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin tədiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bi hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnzibati iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-7/2023 saylı qəradadından görünür ki, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "xxxx" MMC tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən ümumi sahəsi 324 və 66 kv m olan qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddiaçının ərizəsinə əsasən iddia ərizəsi və əlavə edilmiş sənədlərin iddiaçıya geri qayarılması qərara alınmışdır. Göründüyü kimi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış obyektinə dair hər hansı mübahisənin olmaması Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə öz təsdiqini tapdığından, həmin qeyri-yaşayış obyekti üzərində hər hansı məhdudiyyətin qoyulmasına zərurət qalmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********01-50101-083005 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən 108 kv m qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin (müvəqqəti nəzarətin) götürülməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********01-50101-083005 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 3-cü girişində yerləşən 108 kv m qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin (müvəqqəti nəzarətin) götürülməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar