Məhkəmə qərarları › İş №2-1(118)-1318/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1318/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1318/2022 28.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslər X8 və X13 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Corat bağları ərazisində yerləşən 2282 saylı bağ sahəsinə dair X20 ilə Sumqayıt şəhər X24 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Corat” bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 2265 saylı bağ torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 28 dekabr 2004-cü il tarixli,151 saylı iclasının qərarı ilə onun mülkiyyətinə verilmişdir. Onunla bələdiyyə arasında torpağın alqı-satqısına dair sonradan mübahisə yarandığından o müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2011-ci il tarixli, 2(060)-2287/2011 saylı qətnaməsi ilə onun Bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair plan və ölçünün verilməsi, mülkiyyət hüququnun tanınması barədə” iddia ərizəsi təmin olunmuş, mübahisəli torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmış sayılmış, torpaq sahəsinə dair plan və ölçünün verilməsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmiş və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ tanınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2011-ci il tarixli, 2(060)-2287/2011 saylı qətnaməsindən bələdiyyənin verdiyi apelyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 04 noyabr 2011-ci il tarixli, 2(105)-1062/2011 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən-mübahisəli bağ torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınmasına aid hissədə ləğv edilmiş, həmin hissədə iddia baxılmamış saxlanılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 noyabr 2011-ci il tarixli, 2(105)-1062/2011 saylı qətnaməsindən bələdiyyə tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 13 mart 2012-ci il tarixli, 2(102)-850/2012 saylı qərarı ilə dəyişdirilmədən saxlanıldığından, apellyasiya instansiyası məhkəməsinin adı çəkilən qətnaməsi qanuni qüvvəsini almışdır. Qeyd olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı digər şəxsin hüququnun olmadığı və onun adına rəsmiləşdirilərkən həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu tam şəkildə sübuta yetirilmişdir. Lakin sonradan o səhhətində yaranmış problemlərlə bağlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün aidiyyəti üzrə müraciət etməmişdir. 2016-cı ildə o torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi üçün DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, bu torpaq sahəsi başqa şəxslərin adına qeydiyyata alınmışdır. Belə ki, həmin bağ torpaq sahəsi 2282 saylı bağ torpaq sahəsinə dair mərhum X20 ilə bağlanıldığı iddia edilən 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə əsasında mərhum X9, daha sonra isə onun vərəsələri olan X14, X13 və X10 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatın alınmış, mərhum X9 adına verilmiş 10 fevral 2016-cı il tarixli və X14, X13 və X10 adlarına verilmiş 19 fevral 2016-cı il tarixli reyestr çıxarışları əsasında sonradan X3. Bu səbəbdən onun tərəfindən cavabdehlər X16, X17 və X15 qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2282 saylı bağ torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həyata keçirilərkən X22, X23 və X21 tərəfindən DƏDRX-in 2 saylı Ərazi İdarəsinə guya Sumqayıt Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən tərtib edilmiş torpağın Texniki Pasportu və sxemi təqdim olunmuşdur. Həmin sənədlərin bələdiyyə tərəfindən hazırlanmadığı və sənədlərdəki imzaların və möhürün saxtalaşdırıldığı birinci instansiya məhkəməsində tam sübuta yetirilmişdir. Belə ki, bununla bağlı təyin olunmuş məhkəmə ekspertizasının nəticəsi olaraq ekspert tərəfindən 09 iyun 2017-ci il tarixli, 13930/13941 saylı rəy məhkəməyə təqdim olunmuşdur ki, həmin rəydə də bələdiyyə qulluqçuları S.S.Əsədullayev, U.B.Əliyev və T.S.Əhmədov yazılarının qarşısında əks olunmuş imzaların həmin şəxslər tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi bildirilmişdir. Həmin rəy birinci instansiya məhkəməsində işə baxılarkən adı çəkilən bələdiyyə işçilərinin hər birinin üç vərəqdə imza nümunələri alınmaqla, habelə əsilləri DƏDRX-in 2 saylı Ərazi İdarəsində saxlanılan bələdiyyənin hazırladığı kimi təqdim olunan Texniki Pasportun və torpağın sxeminin məhkəməyə təqdim olunmuş surətləri əsasında aparılmış tədqiqat nəticəsində verilmişdir. Eyni zamanda iş materaillarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının verdiyi 27 aprel 2016- ci il tarixli 24 saylı arayışdan da görünür ki, Sumqayıt şəhər ZDS İK-nin 1968-ci ilə olan iclas protokollarında X9 adına torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat mövcud deyildir. Həmçinin, Sumqayıt Bələdiyyəsinin məhkəməyə təqdim etdiyi 13 iyun 2017-ci il tarixli, 1559 saylı arayışı əsasında müəyyən edilmişdir ki, hüququn qeydiyyatı üçün əsas götürülmüş torpaq icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcud deyildir. Məhkəmə aradırmaları zamanı müəyyən edilmişdir ki, “Corat” bağları ərazisində yerləşən və X9 adına olduğu iddia edilən 2282 saylı bağ torpaq sahəsi bələdiyyədə olan arxiv sənədlərinə əsasən 1965-ci ildə başqa bir şəxsin, yəni X5 icarəsinə verilmiş bağ torpaq sahəsi kimi qeydə alınmışdır. Nəzərə alınsa ki, bağ sahələrinin nömrələri 1965-ci ildən etibarən sıra sayları ilə nömrələnmişdir və eyni nömrə altında iki bağın mövcudluğu istisna olunur, arxivi olmayan və X9 adına yazılmış icarə müqaviləsinin saxta olduğu sübuta yetirilir.Bunu məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş 22 may 2017-ci il tarixli, 8187 saylı rəyində ekspert də vurğulamışdır. Belə ki, həmin rəydə 1 vərəqdən ibarət olan 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsində çap olunmuş mətnlərin rəngləyici maddələrinin kimyəvi tərkibinə görə texniki qurğularda (surətçıxaran, çoxaldıcı aparat və sairə) istifadə olunan rəngiəyici maddələrə aid olduğu qeyd edilmişdir.Nəzərə alınsa ki, 1978-ci ildə adı çəkilən texniki qurğular,o cümlədən surətçıxaran,çoxaldıcı aparat və sairə avadanlıqlar mövcud deyildi, aydın olur ki,həmin müqavilə Sumqayıt Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən hazırlandığı iddia edilən Texniki Pasport kimi saxtalaşdırılmışdır. Həmçinin, məhkəmə DƏDRX-in 2 saylı Ərazi idarəsi tərəfindən X9 adına hüquqmüəyyənedici sənəd verilərkən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur.Nəticədə, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli,2(060)-35/2017 saylı qətnaməsi ilə onun cavabdehlər X16, X17 və X15 qarşı "daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə” iddia ərizəsi təmin edilərək ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ sahəsinə dair 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin və həmin müqavilə əsasında verilmiş 10 fevral 2016-cı il tarixli və 19 fevral 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, tərtib edilmiş plan və ölçülərin etibarsız hesab olunması qət edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X18 apellyasiya şikayəti vermişdir. Həmin şikayət üzrə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-220/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(060)-35/2017 saylı qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilmiş və ona inzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(102)-5448/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-220/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həqiqiliyi onun tərəfindən mübahisələndirilən 2282 saylı bağ torpaq sahəsinə dair mərhum X20 ilə bağlanıldığı iddia edilən 15 iyul 1978-ci il tarixli,1684 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqaviləni inzibati akt hesab etdiyindən,bu mübahisənin mülki deyil, inzibati məhkəmə icraatı qaydada baxılmalı olması qənaətinə gəlmişdir.Sözügedən torpaq icarə müqaviləsi keçmiş Sumqayıt şəhər X24 İcraiyyə Komitəsinin Bağ təsərrüfatı İdarəsi tərəfindən balanıldığından və həmin orqanın hüquqi varisi hal-hazırda Sumqayıt şəhər İcra Hakimiyyəti olduğudan, o müqavilənin ləğv edilməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsə də, sonuncu bunun səlahiyyətlərində olmadığını bildirərək imtina etmişdir. Bu səbəbdən yol verilmiş qanunsuzluqlar birbaşa onun hüquq və qanuni mənafeyimə toxunduğundan, məhkəməyə müraciət etməyə və hüququmun bərpasını tələb etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək, bildirmişdir ki, Corat bağları ərazisində yerləşən 2282 saylı bağ torpaq sahəsinə dair X20 ilə Sumqayıt şəhər XDS İKnin bağ təsərrüfatı idarəsi arasında bağlanıldığı iddia edilən 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin və onun tabeli qurumu olan Memarlıq və Şəhərsalma İdarəsinin arxivlərində aşkar edilməmişdir. Odur ki, məsələ ilə bağlı münasibət bildirilməsi mümkün deyildir. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin ayrıca ərizə təqdim edərək məhkəmə proseslərinə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X23 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi onun mərhum atası Eldar Quliyev ilə Sumqayıt şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 1684 saylı 15 iyul 1978-ci il tarixli icarə müqavilə əsasında verilmişdir. İlkin olaraq həmin bağ sahəsi X7 verilmiş, lakin Məmməd Qasımov 12 ildən artıq həmin bağ sahəsindən istifadə etmədiyinə görə mərhum atası Eldar Quliyevə verilmişdir. 2016-cı ildə həmin torpaq sahəsi üzərində mərhum atasının mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış verilmi, atası vəfat etdikdən sonra vərəsəlik qaydasında həmin torpaq sahəsi mərhumun övladalarına keçmiş və nəticədə notarial qaydada təstiq edilmiş alqı-satqı müqaviləsi əsasında X3. Mərhum atasının adına olan bağ sahəsinə dair müqaviləyə əlavə edilmiş sxemi Sumqayıt Bələdiyyəsi tərtib edilmiş və onun tərəfindən müvafiq çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinə təqdim edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə dair verilmiş icarə müqaviləsi qanunun tələblərinə uyğundur. Qeyd olunanlara əsasən X23 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər üçüncü şəxs X18 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin vijdanlı alıcısıdır. Uzun sürən məhkəmə iclaslarının nəticəsi olaraq alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinə sahibliyini həyata keçirə bilmir. Qeyd olunan icarə müqaviləsinin həqiqiliyinə şübhə olduğu tədqirdə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən torpaq sahəsi üzərində qeydiyyat aparıla bilməzdi. Ona görə də 3-cü şəxs iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, M-48-091 nömrəli məktubu, X20 ilə Sumqayıt şəhər X24 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinin surəti, **********02 reyestr nömrəli çıxarışın surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(102)-5448/2021 saylı qərarının surəti, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının verdiyi, xx.xx.2016-cı il tarixli, 24 nömrəli, 25 aprel 2022-ci il tarixli 115/2 saylı arayışlar, Sumqayıt Bələdiyyəsinin 1559 nömrəli, xx.xx.2017-ci il tarixli məktubun surəti, DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********57 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 8187 nömrəli xx.xx.2017-ci il tarixli, 13930/12941 nömrəli, xx.xx.2017-ci il tarixli, 10/1830 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəylərinin surəti, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisəli torpaq sahəsinin üzərində X9 mülkiyyət hüququnun qeydə alındığı 2016-cı ildən yaranmış olur. Sumqayıt Şəhər İcra Hakimiyyəti iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mövcudluğu şübhə doğuran icarə müqaviləsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin sələfi Sumqayıt şəhər XDS İK-i ilə Eldar Quliyev arasında bağlanmışdır. Nəzərə alınmalıdır ki, XDS İcrayyə Komitəsinin 25 saylı 22 noyabr 1991-ci il tarixli protokol qərarına əsasən XDS-in yerli icra komitələrinin yerinə yerli icra hakimiyyətləri təsis edildi. Bununla da XDSin yerli icra qurumlarının hüquqi varisiləri yerli icra hakimiyyətləri müəyyən edildi. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər İcra Hakimiyyətinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirildi. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırkı iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə onun xələfi Sumqayıt şəhər X24 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə Quliyev Eldar arasında bağlanıldığı 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsinin ləğv edilməsini istəmiş və cavabdeh müvafiq məslənin məhkəmə qaydasında həll edilməsinin bildirərək iddiaçının tələbini təmin edə bilməmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt Şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Nəzərə alınmalıdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə hazırkı iddia tələbinə inzibati icraatı qaydasında baxılmalı olması müəyyən edilmiş və qeyd olunan qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən Ali Məhkəmənin 10 noyabr 2021-ci il tarixli qərarından əlavə kasassiya qaydasında verilən şikayət təmin edilməmiş və Ali Məhkəmənin 12 avqust 2022-ci il tarixli qərardadı ilə əlavə kasassiya qaydasında verilmiş şikayətin Ali Məhkəmənin Plenumuna göndərilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Corat” bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 2265 saylı bağ torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 28 dekabr 2004-cü il tarixli,151 saylı iclasının qərarı ilə İddiaçı verilmişdir. 2016-cı ildə o torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi üçün DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, bu torpaq sahəsi başqa şəxslərin adına qeydiyyata alınmışdır. Belə ki, həmin bağ torpaq sahəsi 2282 saylı bağ torpaq sahəsinə dair mərhum X20 ilə bağlanıldığı iddia edilən 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə əsasında mərhum X9, daha sonra isə onun vərəsələri olan X14, X13 və X10 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatın alınmış, mərhum X9 adına verilmiş 10 fevral 2016-cı il tarixli və X14, X13 və X10 adlarına verilmiş 19 fevral 2016-cı il tarixli reyestr çıxarışları əsasında sonradan X3. İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsində cavabdehlər X16, X17 və X15 qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(060)-35/2017 saylı qətnaməsi ilə onun cavabdehlər X16, X17 və X15 qarşı "daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə” iddia ərizəsi təmin edilərək ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ sahəsinə dair 15 iyul 1978-ci il tarixli, 1684 saylı bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin və həmin müqavilə əsasında verilmiş 10 fevral 2016cı il tarixli və 19 fevral 2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, tərtib edilmiş plan və ölçülərin etibarsız hesab olunması qət edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra qətnamə icra edilmiş və X9 adına verilmiş çıxarış ləğv edilmişdir. Sonra İddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ qeyd alınmışdır. X9 adına olan çıxarışın ləğvindən sonra hüquq və vəzifələrinə toxunan şəxs kimi X18 apellyasiya şikayəti vermişdir. Həmin şikayət üzrə yuxarı instansiya məhkəmələri tərəfindən bir neçə qərar qəbul edilmiş və sonuncu işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-220/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(060)-35/2017 saylı qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilmiş və ona inzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(102)-5448/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(105)-220/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən əlavə kasassiya qaydasında verilmiş şikayətin Ali Məhkəmənin Plenumuna göndərilməsindən imtina edilmişdir. Yaranmış mübahisənin həlli məqsədi ilə məhkəmə tərəfindən İddiaçı cavabdehlər X23 və qeyrilərinə qarşı olan 2(060)-35/2017 saylı mülki işin materialları tələb edilərək araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, mövcud mübahisə üzrə müxtəlif vaxtlarda məhkəmələr tərəfindən 4 dəfə ekspertiza təyin edilərək müvafiq rəylər əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyinə əsasən Sumqayıt şəhəri, Corat bağlar massivi ünvanında yerləşən 2265 D, 2265C, 2265E, 2265F saylı bağ torpaq sahələri ilə mübahisə predmeti olan 2282 saylı bağ torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-cı il tarixli rəyinə əsasən mübahisə predmeti olan 2282 saylı bağ torpaq sahəsi üçün verilmiş 15 iyul 1978-ci il tarixli icarə müqaviləsində çap olunmuş mətnlərin rəngləyici maddələrinin kimyəvi tərkibinə görə texniki qurğularda (sürətçıxaran, çoxaldıcı aparat və s.) istifadə olunan rəngləyici maddələrə aid olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-cı il tarixli rəyinə əsasən X9 adına olan 282 saylı bağ torpaq sahəsinə dair sxemin kserosurətin aşağı hissəsində olan imzalar sxemdə adları göstərilmiş şəxslər tərəfindən imzalanmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-cı il tarixli rəyinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 2265 saylı bağ torpaq sahəsinin dövlət reyesterində 2265G kimi qeyd olunması, yəni həmin torpaqların eynilik təşkil etdiyi müəyyən edilmiş, lakin X9 adına olmuş 2282 saylı bağ sahəsinin çıxarışı məhkəmənin qərarı ilə ləğv olunduğuna görə 2282 saylı bağ torpaq sahəsinin koordinatlarının İddiaçı mülkiyyətində olan 2265G saylı bağ sahəsinin,1605 saylı icarə müqaviləsində adı göstərilmiş X1 olmuş bağ sahəsinin koordinatları ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan ekpertiza rəylərindən başqa 2(060)-35/2017 saylı mülki işin materiallarından həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 24 saylı 27 aprel 2016-cı il tarixli,115/1 saylı 25 aprel 2022-ci il tarixli arayışların, X12 adlı şəxsin icarəsinə verilmiş 2282 saylı bağ sahəsinin planın,Sumqayıt Bələdiyyəsinin 13 iyun 2017-ci il tarixli məktubunun, DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 aprel 2022-ci il tarixli məktubunun surətləri götürülərək məhkəmə tərəfindən tədqiq edilmişdir. Məhkəmə qeyd olunan sənədlərin tədqiqindən sonra əlavə araşdırmanın aparılması zərurətinin olmaması qənaətinə gələrək, aşağıdakıları qeyd etməyi zəruri bilir. Nəzərə alınmalıdır ki, xx.xx.2016-cı il tarixli ekspert rəyi ilə İddiaçı mülkiyyətində olan 2265 saylı bağ sahəsi ilə 2282 saylı bağ sahəsinin üst-üstə düşməsi müəyyən edilməmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin təyin etdiyi məhkəmə ekspertizasının nəticəsi olaraq verilmiş xx.xx.2021-ci il tarixli rəydən məlum olmuşdur ki, İddiaçı verilmiş 2265 saylı bağ sahəsi 2265G saylı bağ sahəsidir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyində isə 2265G saylı bağ sahəsi tədqiqat obyekti olmamışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, xx.xx.2017-ci il tarixli ekspert rəyinə əsasən 15 iyul 1978-ci il tarixli icarə müqaviləsinin surətində aparılan tədqiqat zamanı müəyyən edilmişdir ki, müqavilədə çap olunmuş mətnlər texniki qurğularda istifadə olunan rəngləyici maddələrdən istifadə olunaraq yazılmışdır. Qeyd olunan müqavilənin əslinin olmaması səbəbindən müqavilənin surəti üzərində tədqiqatın aparılması rəydə göstərilənlərin həqiqətə uyğun olmamasına dəlalət edə bilməz. Belə ki, ekspert tərəfindən müqavilədə olan mətnlərin texniki qurğular vasitəsi ilə yazılması istər müqavilənin əslində, istərsə də surətində müəyyən oluna bilər. 1978-ci ildə surətçıxaran apartının mövcud olmaması həmin müqavilənin sonrakı tarixlərdə tərtib edilməsinə dəlalət edir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınan zaman həmin torpaq sahəsinin harada yerləşməsini, o cümlədən ölçülərini və konfiqurasiyasını müəyyən edən sxemin qeydiyyat orqanı olan DƏDRX-ə təqdim edilməsi zəruridir. 2282 saylı bağ torpaq sahəsi üçün verilmiş 15 iyul 1978-ci il tarixli icarə müqaviləsi rəsmiləşdirilən zaman qeyd olunan sxem tərtib edilmədiyindən həmin torpaq sahəsinin yerləşdiyi yerin sxemi tələb edilmiş və 2282 saylı bağ sahəsinin sahibi tərəfindən DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə Sumqayıt Bələdiyyəsinin tərtib etdiyi sxem təqdim edilmişdir. Halbuki, təyin edilmiş ekspertizanın xx.xx.2017-ci il tarixli rəyinə əsasən bələdiyyə tərəfindən verilməsi iddia olunan sxemin bələdiyyənin əməkdaşları tərəfindən imzalanmaması, Sumqayıt bələdiyyəsi tərəfindən verilmiş 13 iyun 2017-ci il tarixli 1559 saylı məktubundan isə 2282 saylı bağ torpaq sahəsinə sxemin tərtib edilməməsi müəyyən edilmişdir. Lakin məhkəmədə izahat verən X9 vərəsəsi olan X23 bildirmişdir ki, qeyd olunan sxem onun tərəfindən DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilmişdir. X13 həmin bağ sahəsinin X12 tərəfindən 12 ildən artıq istifadə etməməsi səbəbi ilə atası Eldar Quliyevə verilməsi ilə bağlı gətirilən arqumentə münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan torpaq sahəsinin X2 alınması həmin torpaq sahəsinin Eldar Quliyevə verilməsinə dəlalət edə bilməz. Belə ki, həmin torpaq sahəsinin Məmməd Qasımovdan alınaraq islahat zamanı dövlətin Sumqayıt bələdiyəsinə ayırdığı torpaqların sırasında olması və sonradan Sumqayıt Bələdiyyəsi tərəfindən İddiaçı mülkiyyətinə verilməsini istisna edilmir. Göründüyü kimi mübahisə predmeti olan və qeydiyyat orqanında surət kimi saxlanılan 15 iyul 1978-ci il tarixli,1684 saylı icarə müqaviləsinin hansı qurum tərəfindən rəsmiləşdirilməsi məhkəməyə məlum olmur. İnzibati İcraat haqqında Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhərinin Corat bağları ərazisində yerləşən 2282 saylı bağ sahəsinə dair X20 ilə Sumqayıt şəhər X24 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən 15 iyul 1978-ci il tarixli, 1684 saylı icarə müqaviləsi etibarsız sayılsın. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar