Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1319/2022 19.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, XN Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyin üzərinə öhdəlik qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “onun N-ci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində N5.04.N993-cü il tarixdən 03.03.N994-cü ilə kimi olan dövrdə “Xilaskar” və Bərdə batalyonunun tərkibində Meydançay əməliyyatında( Kəlbəcər rayonu), Qızılqaya yüksəkliyinin alınmasında, Buzluq əməliyyatında, Yanşaq, Bağırlı kəndlərinin azad olunmasında iştirakı və hərbi xidmət etməyi faktının təsdiq olunması və ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyin üzərinə öhdəlik qoyulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin N9 may 2022-ci il tarixli, 2-N(NN8)-N3N9/2022 saylı qərardadı ilə iddia tələbi “onun N-ci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində N5.04.N993-cü il tarixdən 03.03.N994-cü ilə kimi olan dövrdə “Xilaskar” və Bərdə batalyonunun tərkibində Meydançay əməliyyatında( Kəlbəcər rayonu), Qızılqaya yüksəkliyinin alınmasında, Buzluq əməliyyatında, Yanşaq, Bağırlı kəndlərinin azad olunmasında iştirakı və hərbi xidmət etməyi faktının təsdiq olunması” hissəsində mümkün sayılmamışdır. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.N966-cı ildə Şabran rayonu ( keçmiş Dəvəçi rayonu) Kuybışev kəndində anadan olmuşdur. 24.N0.N984-cü ildən 22.N0.N986-cı ilə kimi keçmiş Sovet Ordusunun tərkibində Kalinin (Rusiya Federasiyası) həqiqi hərbi xidmətdə olmuşdur. N993-cü il aprel ayının N N-də Dəvəçi rayon ПК-na çağrılmışdır. Pirəküşküldə N saylı hərbi hissədə təlimlərdə olmuşdur. N4.04.N993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Hacıkənddə olmuşdur. N5.04.N993-cü ildə döyüş tapşırıqlarını yerinə yetirmək üçün ” Xilaskar” batalyonunun tərkibində Murovdağa yollanmışdır. N6.04.N993-cü ildə polkovnik Elxan Orucovun əmri ilə N-ci batalyonunun tərkibində Güzgünün alınmasında iştirak etmişdir. Bir müddət orada qaldıqdan sonra yenidən ” Xilaskar” batalyonunun tərkibinə qatılmışdır. N993-cü ilin noyabr ayının sonlarında 70N nömrəli hərbi hissənin tərkibindəki “ Xilaskar” batalyonu dağıldığı üçün onları Bərdə batalyonunun tərkibinə vermişdirlər. Meydançay əməliyyatında (Kəlbəcər rayonu). Qızılqaya yüksəkliyinin alınmasında, Buzluq əməliyyatında, Yanşaq, Bağırlı kəndlərinin azad olunmasında iştirak etmişdir.” Xilaskar” batalyonunun tərkibində N993-cü ilin iyul-oktyabr aylarında maaş almışdır. 2-ci Kəlbəcər hadisələri zamanı hər iki ayaq barmaqlarının domnası ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasının şəkər şöbəsinə yerləşdirilmiş və N4.02.N994-cü ildən 03.03.N994-cü ilə kimi müalicədə olmuşdur. 03.03.N994-cü ildə Gəncə rayon hərbi hospitalına göndəriş almış, lakin ailə problemlərilə əlaqədar Dəvəçi rayonuna qayıtmışdır. AR MN-nin Mərkəzi Arxivindən daxil olmuş N8.NN.20N9-cu il tarixli, 9/2-N7974 saylı və 09.02.2022-ci il tarixli, 4/2-833 saylı arxiv arayışında döyüş bölgələrində olduğu yerlər qeyd olunmudur.( Arxiv arayışları əlavə olunub) MN-nin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya ona “müharibə veteranı” adının verilməsi üçün müraciət etmişdir. 04.02.2020ci il tarixli, l/N-N728 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, döyüş əməliyyatları aparılan zaman 70N nömrəli hərbi hissəni 30.N N.N993-cü il tarixdə özbaşına tərk etdiyinə görə ona ”müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Bir daha bildirir ki, N993-cü ilin noyabr ayının sonlarında 70N nömrəli hərbi hissənin tərkibindəki ‘‘ Xilaskar” batalyonu dağıldığı üçün onları Bərdə batalyonunun tərkibinə vermişdirlər. Arxiv arayışında da qeyd olunmuşdur ki, 70N nömrəli hərbi hissəni icazəsiz tərk etdiyi üçün sıravi İddiaçı 70N nömrəli hərbi hissə komandirinin 30.N N.N993-cü il tarixli 267№ li əmrilə N966-cı il təvəllüdlü sıravi İddiaçı ştatdan kənar edilərək bütün növ təminatlardan azad edilmişdir. O, heç vaxtı hərbi hissəni özbaşına tərk etməmişdir, heç bir fərariliyi yoxdur. Bu barədə AR Hərbi Prokurorluğundan arayış da almışdır. (Arayışın surəti əlavə olunur) Onunla birgə N saylı hərbi hissənin tərkibində olmuş və "Müharibə veteranı” adı almış 3 nəfər cəbhə yoldaşları da bu barədə şahiddirlərAzərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 qərarının N-ci maddəsinə əsasən MÜHARİBƏ VETERANLARİ" Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988ci il fevralın İ-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, l'üzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarh, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döy üş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuzİya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında." i99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0- dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döy üş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları və hərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi İşlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.” Buradan da göründüyü kimi iddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci ii tarixli 2N6 saylı qərarının N-ci maddəsinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma. kontuziya) almış hərbi qulluqçulara “müharibə veteranı” adı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.N-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xilam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3N0.N-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinə əsasən “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin 06.0N.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N8 noyabr 20N9-cu il tarixli 9/2-N7974 arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman N noyabr N993-cu il tarixdə 70N nömrəli hərbi hissəni özbaşına tərk etmişdir. İddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. İddiaçının döyüş əməliyyatları aparan zaman 70N nömrəli hərbi hissədə xidməti və qanuni əsaslarla tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir Hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N996-cı il tarixli əmrin N-ci bəndində qeyd edilmişdir ki, N0 fevral N996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxan ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı etiraf edir ki, o 03 mart N994-cü il tarixdən sonra hərbi hissəyə qayıtmamışdır. Qanunvericiliyinin tələblərinə əsasən İddiaçı hərbi hissəyə qayıtmalıydı. Azərbaycan Respublikası İPM-nin N2.N-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N8.NN.20N9-cu il tarixli 9/2-N7974 saylı Arxiv arayışında qeyd edilmişdir ki, fərari kimi hərbi hissəyə qayıtmış sıravi İddiaçı 70N nömrəl hərbi hissə komandirinin NN iyul N993-cü il tarixli N25 №-li əmrilə (əsas: səh-N9, §-4, sıra-7) şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. 70N nömrəli hərbi hissə komandirinin N5 avqust N993-cü il tarixli N60 №li əmrilə (əsas: səh-38, §-NN, sıra-N3) Nəzərov X4 döyüş tapşırıqların yerinə yetirmək üçün ezam olunmuşdur. 70N nömrəli hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 2N2 №-li əmrilə (əsas: səh-43, §-7, sıra-NN) sıravi İddiaçı döyüş tapşırıqlarını yerinə yetirmək üçün Sanqaya döyüş mövqeyinə göndərilmişdir. Hərbi hissəni icazəsiz tərk etdiyi üçün sıravi İddiaçı 70N nömrəli hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli 267 №-li əmrilə (əsas: səh-27, §-7 sıra-3) N966-cı il təvəllüdlü sıravi İddiaçı ştatdan kənar edilərək bütün növ təminatlardan azad edilmişdir. 70N nömrəli hərbi hissə komandirinin N5 fevral N994-cü il tarixli 46 №-li əmrilə (əsas: §-9, sıra-22) İddiaçı N4.02 94-cü il tarixdən hospitala müalicəyə getmiş hesab olunmuşdur. Ərizədə xidmət dövrü dəqiq (aylarla) göstərilmədiyindən İddiaçı barəsində əlavə araşdırma apara bilməmişdirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 09.02.2022-ci il tarixli 4/2-833 saylı Arxiv arayışında qeyd edilmişdir ki, 70N №li hərbi hissə komandirinin N4.04.N993-cü il tarixli 39 №-li əmrində (əsas səh 35. § N) N №li hərbi hissədən gəlmiş bir qrup hərbi mükəlləfiyyətlilərin “Xilaskar" batalyonunun tərkibinə daxil edilərək döyüş tapşırığını yerinə yetirmək üçün Murovdağ istiqamətində ezam olunması barədə məlumat vardır. Əmrə əlavə edilmiş adlı siyahıda (əsas; səh 88, sıra N30, məlumatda soyadı Nəzirov yazılmışdır) Dəvəçi RHK-dan çağırılmış N966-cı il təvəllüdlü X2 adı qeyd edilmişdir. Fərarilikdən qayıtmış 6-cı taburun sıravisi İddiaçı 70N №-li hərbi hissə komandirinin NN.07 N993-cü il tarixli N25 №li əmrilə (əsas: səh 20, § 4 sıra 7) bütün növ təminatlara daxil edilərək 6-cı taburun ştatına təyin edilmişdir. 70N №-li hərbi hissə komandirinin N3.07.N993-cü ıl tarixli N27 №-li əmrində (əsas səh 22, § N, sıra 2N, əmrdə soyadı Nəzirov yazılmışdır) beş günlük ərzaqla təmin olunmuş 3 cü taburun şəxsi heyətinin siyahısında X3 adı qeyd edilmişdir. 70N №-lı hərbi hissə komandirinin 0N 08 N993-cü N tarixli N46 №-li əmrilə (əsas: səh 2, § 2, sıra N) kiçik çavuş İddiaçı baş texnik vəzifəsinə təyin edilmişdir. 70N nömrəli hərbi hissə komandirinin N5 avqust N993-cü il tarixli N60 Ne-li əmrilə (əs.-.ıs: səh-38, §-NN, sıra-N3) Nəzərov X4 döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunmuşdur. 70N №-li hərbi hissə komandirinin 27.09 N993-cü ıl tarixli 203 №-li əmrilə (əsas: səh 35, § 3, sıra N) İddiaçı xidməti işlə əlaqədar Dəvəçi rayonuna ezam olunmuşdur. 70N №-li hərbi hissə komandirinin 0N.N0 N993-cu il tarixli 207 №-li əmrilə (əsas. 39 § 4, sıra N) sıravi İddiaçı ezamiyyətdən qayıtmış hesab edilmişdir. 70N №-li hərbi hissə komandirinin 06 N0.N993-cü il tarixli 2N2 №-li əmrilə (əsas: səl 43, § 7, sıra NN) sıravi İddiaçı döyüş tapşırığını yerinə yerinə yetirmək üçün Sarıqaya döyüş mövqeyinə göndərilmişdir. 70N №-li hərbi hissə komandirinin 04.NN.N993-cü il tarixli 24N №-lı əmrilə (əsas: səl 3N § 2, sıra 3) N966-cı ıl təvəllüdlü sıravi İddiaçı hərbi toplanışa çağırılmış hesab edilərək maaşı hərbi toplanışçı kimi ödənilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Dəvəçi RHK-dan çağırılmış, N966-cı il təvəllüdlü 6 taburun sıravisi İddiaçı 70N №-lı hərbi hissə komandirinin 30.NN.N993-cü il tarixli 267 №-li əmrilə (əsas səh 27 § 7, sıra 3) bütün növ təminatlardan çıxarılaraq ştatdankənar edilmişdir. 70N №-li hərbi hissə komandirinin N5 02 N994-cü il tarixli 46 №-li əmrilə (əsas: § 9 sıra 22) İddiaçı N4.02 N994-cü N tarixdən hərbi hospitala müalicəyə göndərilərək ərzaq təminatından çıxarılmışdır. Şəmkir rayon Mərkəzi Xəstəxanasının sənədlər və 70N №li hərbi hissənin N993- N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı xidməti barədə N8.NN.20N9-cu il tarixli 9/2-N7974 №li məktubla ünvanına göndərilmişdir. İş materialları ilə iddiaçının qanuni əsaslarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1319/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1319/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver