Məhkəmə qərarları › İş №2-1(118)-132/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-132/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-132/2021 06.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak X1 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu, Uzunboyad kəndində 2,06 hektar torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyedtrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şabran rayonu, Uzunboyad kəndində 3,06 hektar torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şabran rayonu, Uzunboyad kəndində 2,06 hektar torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyedtrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı adına Şabran rayonu, Uzunboyad kəndində 2,06 hektar torpaq sahəsinə dair JN-176 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Həmin akt itdiyindən iddiaçı “Respublika” qəzetinə elan vermiş, polis idarəsinə müraciət edib sənədin itməsi ilə bağlı arayış almışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 11 yanvar 2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, göstərilən JN-176 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmış, lakin aktda göstərilən torpaq sahəsinin cizgiləri Ərazi İdarəsinin elektron bazasında olan xəritədə öz əksini tapmır. Göstərilən səbəbdən torpaq sahəsinin sənədlərini və yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə əlavə olaraq izah etdi ki, göstərilən şəhadətnamə ona təqdim edildikdən sonra o, pay kimi ayrılan torpaq sahəsindən istifadə etmişdir. Lakin sonradan həmin sahənin yerindən narazı qaldığı üçün şəhadətnaməni geri qaytarmışdır. Ona əvəzində başqa yerdən torpaq sahəsi verəcəklərinə söz verilməsinə baxmayaraq başqa yer təqdim edilməmişdir. Həmin ərəfədə onun həyat yoldaşı vəfat etdiyindən o, azyaşlı uşaqları tək böyütməli olmuşdur. Bu səbəbdən hazıradək bu məsələ ilə maraqlana bilməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı istindad etdiyi JN-176 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktının arxiv nüsxəsi ləğv edilmiş DTXK-nin Şabran rayon şöbəsindən ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında aşkar edilməmişdir, bu səbəbdən iddiaçıya və ailə üzvlərinə mülkiyyətinə verilmiş torpaq sahəsinin yerini kadastr məlumat bazasında olan xəritə üzərində təyin etmək olmur. İddia ərizəsində göstərilən daşınmaz əmlak 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında əks olunmadığından və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. İş materiallarında olan : - Şabran rayon Polis Şöbəsi tərəfindən 06.02.2020-ci il tarixli 200-13798-3220 saylı məktubundan görünür ki, Şabran rayon Uzunoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan İddiaçı 04.02.2020-ci il tarixdə Şabran rayon RPŞ-nə ünvanladığı müraciətinə əsasən DTXK-nin Şabran rayon şöbəsi tərəfindən adına verilmiş JN-176 (2.06 ha) saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktının Şabran rayonu ərazisində naməlum şəraitdə itməsi ilə əlaqədar polis şöbəsi tərəfindən axtarış elan edilmiş, lakin tapılmamışdır. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin **********78 saylı 06.02.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının adına olan 2.06 ha torpaq sahəsinə verilmiş JN-176 kod 30408028 nömrəli “torpağa mülkiyyət hüquna dair dövlət aktı ləğv edilmiş DTXK tərəfindən DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmiş, lakin arxiv nüsxəsi aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən məhkəməyə daxil olmuş 02.03.2021-ci il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində aparılan araşdırma zamanı İddiaçı adına olan JN-176 “Torpağa mülkiyyət hüququna dair “ dövlət aktının arxiv nüsxəsi aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Şabran rayon Dövlət Arxivindən daxil olmuş 12.01.2021-ci il tarixli 02 saylı məktubdan görünür ki, İddiaçı “Torpağa mülkiyyət hüquqna dair “ JN -176 saylı dövlət aktına dair sənədlər rayon arxivində heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna əsasən Şabran rayon İHB X3 dairəsi tərəfindən verilmiş 11.01.2021-ci il tarixli məktubundan görünür ki,vətəndaş İddiaçı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının olması barədə Uzunboyad nümayəndəliyində heç bir məlumat yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı qızının müraciətinə cavab olaraq iddiaçıya məxsus dövlət aktının torpağa mülkiyyət hüquna dair dövlət aktı ləğv edilmiş DTXK tərəfindən DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında aşkar edilmədiyindən və iddiaçı və ailə üzvlərinin mülkiyyətinə təhvil verilmiş torpaq sahəsininn yerini kadastr məlumat bazasında olan xəritə üzərində təyin etmək mümkün olmadığından müraciətin təmin olunmasının mümkün olmadığı bildirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...... 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr. Göstərilən Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda göstərilən normanın tələbindən göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün nəzərdə tutulmuş əsaslardan biri torpağa mülkiyyət hüququnu təsdiq edən aktlardır. Bu baxımdan iddiaçının istinad etdiyi dövlət aktı dövlət qeydiyyatının aparılması üçünn əsas kimi çıxış edə bilər. Lakin hazırda iddiaçı tərəfindən həmin dövlət aktının əslini və yaxid notariat qaydasında təsdiq edilmiş surətini təqdim edə bilməməsi, torpaq sahəsinin faktiki okaraq onun istifadəsində olmaması istinad olunan aktın ümumiyyətlə mövcudluğunu və mötəbərliyini şübhə altına salır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas yaranmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar