Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-132/2023 06.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Üüçncü şəxsin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 254 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 254 saylı sərəncamının ləğv edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-132/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X2 Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 488/1 saylı Sərəncamının ləğv olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Xaçmaz şəhəri, Xaçmaz-Xudat yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 209,8 kv.m olan qeyri-yaşayış sahəsini o cavabdehin oğlu X10 29 iyul 2017-ci il tarixdə bağışlamışdır. Bundan sonra həmin qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla RX seriyalı, ******* saylı çıxarış almışdır. Daha sonra cavabdehin oğlu öz mülkiyyətində olan qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixdə ona bağışlamışdır. Cavabdeh mülkiyyətində olan həmin qeyri yaşayış sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, 254 saylı sərəncamı ilə cavabdehə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısında olan 220 kv.m. torpaq sahəsi icarəyə verilmişdir. Bu sərəncam verilən zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin rəyi və torpaq sahəsinin yerquruluşu planı hazırlanmışdır. xx.xx.2019-cu il tarixdə 35 saylı icarə müqaviləsi bağlanaraq 220 kv.m torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. Cavabdehin adından icarəsində olan 220 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi barədə ərizə ilə DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi 18 noyabr 2019-cu il tarixli, **********81 saylı imtina məktubu ilə müraciəti təmin etməmişdir. İmtinadan sonra cavabdehə məlum olmuşdur ki, Cavabdeh xx.xx.2007-ci il tarixli 488/1 saylı Sərəncamı ilə 452 kv.m torpaq sahəsini həmin qeyri yaşayış obyektinin əvvəlki mülkiyyətçisinə, yəni onun istifadəsinə verilmişdir. Qarşı tərəf ona məxsus 448/1 saylı xx.xx.2007-ci il tarixli sərəncamının ləğv edilməsi üçün Cavabdeh Sumqayıt İnzibati Məhkəməsinə vermişdilər ki, ona məxsus sərəncam ləğv olunsun. Lakin Sumqayıt İnzibati Məhkəməsi qarşı tərəfin iddiasını təmin etməmişdir. O, həmin torpaq sahəsinə çıxarış və texniki pasport almaq istəsə də, DƏDRX 5 saylı Xaçmaz Ərazi idarəsi imtina vermişdir. İmtinanın səbəbi həmin ərazidən yüksək gərginlik xətti keçməsi olmuşdur. Sonradan yüksək gərginlik xətti oradan götürülmüşdür. xx.xx.2007-ci il tarixli 488/1 saylı sərəncam ilə ona 452 kv.m torpaq sahəsinin dövlət fondu torpağına aid olmaqla onun istifadəsinə verilməsi, genişləndirilməsinə icazə verilməsi nəzərdə tutulmalı olduğu halda, sonradan icarə müqaviləsi bağlanmışdır. 452 kv.m torpaq sahəsinin istifadəsinə verilməsi barədə Cavabdeh Başçısının 488/1 saylı sərəncamı xx.xx.2007-ci il tarixdə qəbul edilmişdir və həmin sərəncam əsasında göstərilən torpaq sahəsinə dair icarə müqaviləsi xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmişdir. Əgər hər iki sərəncamda göstərilmiş torpaq sahələri üst-üstə düşürsə, sözsüz ki, cavabdehin adına verilmiş sərəncam qanunsuz və əsassızdır. Eyni zamanda həmin torpaq sahəsində öz vəsaiti hesabına 700 manat vəsait xərcləyərək çəkdiyi hasarı cavabdeh tərəf söküb, materialını aparmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin və eyni cavabdehə qarşı, eyni iddia tələbi ilə məhkəməyə müraciət edilməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. Lakin, məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair ərizə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X13 izahatında bildirdi ki, ona ayrılmış torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsi üst-üstə düşmür. Bundan əvvəl üçüncü şəxsin iddiası üzrə məhkəmədə işə baxılarkən ekspertiza təyin edilmiş və torpaqların üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 254 saylı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Cavabdeh başçısının xx.xx.2007-ci il tarixli 488/1 saylı sərəncamı ilə İddiaçı Xaçmaz-Xudat magistral nəqliyyat yolunun sağ tərəfindən ona məxsus 246 kv.m ticarət obyektinin qarşısındakı 452 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə genişləndirilməsinə icazə verilməsi qərara alınmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X2 rayon İcra Hakimiyyətinə qarşı Cavabdeh xx.xx.2007-ci il tarixli 488/1 saylı sərəncamın ləğv olunmasına dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-64/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin məhkəmə qərarından görünür ki, hazırki iş üzrə üçüncü şəxs X2 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 488/1 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin ona Cavabdeh başçısının 25 sentyabr 2019-cu il tarixli 254 saylı sərəncamı ilə icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia etmişdir. Hazırki iş üzrə İddiaçı həmin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertizanın nəticəsi olaraq qeyd edilmişdir ki, Cavabdeh başçısının 488/1 saylı sərəncamı ilə İddiaçı icarə məqsədilə ayrılmış 452 kv.m torpaq sahəsinə aid sənədlərdə 1:2000, 1:1000 və ya 1:500 miqyasında sxem olmadığından həmin torpaq sahəsinin Cavabdeh başçısının 254 saylı sərəncamı ilə X6 icarəyə verilmiş 220 kv.m torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün deyildir. X1 yuxarıda qeyd olunan iddiası üzrə işə Sumqayıt İnzibati Məhkəməsində baxılarkən hazırki iş üzrə İddiaçı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və o, həmin zaman hazırda mübahisələndirdiyi Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 254 saylı sərəncamından məlumatlı olmuşdur. Buna baxmayaraq həmin sərəncamı məhkəmədə xx.xx.2021-ci il tarixdə mübahisələndirmişdir. İddiaçı məhkəmədə iddia qaldırmazdan öncə Xaçmaz rayon Məhkəməsinə hazırki iddia ilə müraciət etsə də, artıq həmin dövrdə də hazırda ləğv edilməsini tələb etdiyi sərəncamı mübahisələndirmək üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, hazırki iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi sərəncamı məlumatı olduğu gündən 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur, lakin buna baxmayaraq qanunvericilikdə müəyyən olunmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bundan əvvəl eyni cavabdehə qarşı eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(118)-1965/2021 saylı qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir və qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmə araşdırması zamanı qeyd olan halların hərtərəfli araşdırılmasının təmin edilməsi və iddiaçının məhkəmə qeyd edilən iddianı qaldırmağa subyekiv hüququnun olub-olmamasının aydınlaşdırılması üçün mütəxəssis rəyi alınmış və mübahisəli sərəncamların aid olduğu torpaq sahələrinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etməsə də, mümkünsüzlüyə səbəb olan hallar aradan qaldırılmadan yenidən iddia qaldırılması iddianın mümkünsüzlüyünə səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-132/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-132/2023
06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver