Məhkəmə qərarları › İş №2-1(118)-132/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-132/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-132/2024 02.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X3 məxsus, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X3 məxsus, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2823/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən onun vərəsəsi X12 iddiaçının qanuni nümayəndəsi hesab edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.22386 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Göstərilən torpaq sahəsində onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi binası yerləşir. Lakin ona məxsus torpaq sahəsinin 38,5 kv.metri X5 tərəfindən zəbt olunmuş və cavabdeh tikdiyi qeyriyaşayış binasının bir hissəsini bu hissədə yerləşdirmişdir. Həmçinin o, tikdiyi qeyriyaşayış binasına çıxarış alarkən qanunsuz yolla ona məxsus 38,5 kv.metr torpaq sahəsinə də çıxarış almışdır. Üçüncü şəxsin qeyd olunan hərəkətləri onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğundan, o X3 məxsus, Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən qeyri-yaşayış binasına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Əvvəlki şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı hüquqi varisi X8 nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki Şifahi məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, DƏDRX-nin 5-saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli, **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və Quba RİHBnın 19 oktyabr 2011-ci il tarixli, 263 nömrəli sərəncamına və həmin tarixdə Quba RİHBnın memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş layihə əsasında Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0.0168 ha torpaq sahəsində 2011-ci ilin sonlarında kommersiya obyektinin tikintisinə başlamışdır. Obyektin layihəsinə əsasən zirzəminin anbarıın girişi obyektin arxa hissəsindəndir. Tikinti işləri aparılan zaman, onunla qonşuluqda yerləşən, əvvəllər A.A. Bakıxanov adına kinoteatr binası olmuş, indi isə Nərgiz Plaza şadlıq sarayı adlanan binanın sahibi X6 ona yaxınlaşaraq obyektin anbarının qapısının arxa hissədən olması gələcəkdə ona mane olacağını bildirərək qapının zərzəmi hissədən bağlanmasını ondan tələb edəyərək bildirdi ki, o, bu kinoteatr binasını gələcəkdə şadlıq sarayına çevirəcək, həmin zaman şadlıq sarayına gələn qonaqlara məxsus avtomobillərin saxlanılınası üçün ona geniş miqyasda dayanacaq yeri lazımdır. Əgər onun dediyini etməsə, yəni obyektin anbarının qapısını başqa tərəfdən qoymasa, ona daim sataşacaqlarını bildirərək dedi ki, onun oğlu Nəcəf Xəlilov vergilər Nazirliyində çox böyük vəzifədə işləyir. O, isə öz növbəsində İddiaçı bildirmişdir ki, o, həmin ərazidə qanuna müvafiq şəkildə obvekt inşa edir, obyektinin bütün sənədləri də qaydasındadır. Müvafiq sənədlərə əsasən obyektin anbarının qapısı arxa tərəfdəndir, ona məxsus kinoteatr binası ilə onun obyektinin arasında olan torpaq sahəsi isə Quba Bələdiyyəsinin mülkiyyətində olan 301 kv.metr ümumi istifadə də olan torpaq sahəsidir. Obyektinin anbarının qapısı da həmin torpaq sahəsinə düşür. Bir müddət keçdikdən sonra İddiaçı ona söz verdiyi kimi, ənənəsinə sadiq qalaraq ona sataşmağa və şər-böhtan atmağa başlayaraq, Quba Rayon Məhkəməsində ona məxsus torpağın bir hissəsinin zəbt edilməsi ilə bağlı, ona qarşı tikinti işlərinin qadağan edilməsi və inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia qaldırmışdır. Dörd ay sürən məhkəmə prosesindən sonra İddiaçı məhkəmə qarşısında ona şər-böhtan atması aşkara çıxaraq ifşa olunacağından qorxaraq 2012-ci ilin aprel ayının əvvələrində Quba rayon məhkəməsinə rəsmi ərizə ilə müraciət edərək onunla məhkəmədən kənar sülh yolu ilə barışıb razılığa gəldiyini və bununla əlaqədar iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Quba rayon məhkəməsinin 18 aprel 2012-ci il tarixi qərardadı ilə İddiaçı Xəcəfqulu oğlunun ona qarşı tikinti işlərinin qadağan edilməsi və inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı keçən ilin yanvar ayında da yenidən ona məxsus obyektin anbarının giriş-çıxışı qapısını bağlamağa cəhd göstərərək obyektinin arxasında, anbarın giriş-çıxış hissəsində yerləşən ümumi istiladədə olan 300 kv.m torpaq sahəsini sahibkarlıq məqsədi ilə aldığını bildirərək həmin hissəyə yük maşınları ilə mişar daşı boşaldaraq, anbarın giriş-çıxışını bağlayaraq həmin hissədə tikinti işlərinin aparılmasına hazırlaşırdı. O məsələni araşdıraraq İddiaçı həmin torpaq sahəsini öz arvadının qardaşı olan, keçmiş Quba bələdiyyəsinin sədri Müslimi Allahverdiyevdən saxta inzibati akt əsasında qanunsuz yolla almasını aşkara çıxardaraq, onları ifşa edərək müvafiq dövlət orqanlarına müraciət etdikdən sonra İddiaçı yenidən ona məxsus obyektin bir hissəsinin sökdürməsilə bağlı hədə-qorxu gələrək həmin Qasım Əliyev və digərləri tərəfindən verilən saxda rəyləri 22 aprel 2022-ci il tarixində Quba rayon məhkəməsinə təqdim edərək ona məxsus obyektin çıxarışının etibarsız hesab edilməsi tələbi dair iddia qaldırmışdır. Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə çıxarışın etibarsız hesab edilməsi tələbi dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilərək Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilməsi tövsivvə olunmuşdur. İddiaçı Qasım Əliyev və digərlərindən aldığı saxta rəylərin surətlərini o bu ilin aprel ayında elektron məhkəmə informasiya sistemində olan şəxsi kabinet vasitəsilə əldə etdikdən sonra hüquqlarını müdafiə edən vəkil X7 müraciət edərək, İddiaçı xx.xx.2022-ci il tarixində Quba rayon məhkəməsində ona qarşı qaldırdığı iddia tələbinə əsasən ona məxsus 38.5 kv.m torpaq sahəsinin zəbt olunub-olunmamasıyla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu verilmişdir. Sorğu əsasında 5 saylı Xaçmaz Ərazi İdarəsindən mühəndislər gələrək ona məxsus obyekdə və İddiaçı məxsus torpaq sahəsinə xüsusi avadanlıqlarla baxış keçirilmiş və xx.xx.2022-ci il tarixində 5 saylı Xaçmaz Ərazi İdarəsindən sorğuya verilən cavab məktubunda göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən məktubda göstərilən X2 mülkiyyətində olan qeyri yaşayış binası onun özünə məxsus xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52-06301 reyestr nömrəli çıxarışın sərhədləri daxilində inşa edilmiş və xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********12-06301 reyestr nömrəli çıxarışla qonşu İddiaçı məxsus Quba şəhəri, 223-cü Atıcı Diviziyası küçəsində yerləşən 0.22386 ha torpaq sahəsinin zəbt olunması aşkar edilməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı etibarnamə üzrə səalhiyyətli nümayəndəsi Nümayəndə Quba şəhəri, 223-cü Atıcı Diviziyası küçəsində yerləşən qeyri-yaşayış binasına dair vətəndaş X2 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə cavabdehə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********13 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən eilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır.Müraciətinizə cavab olaraq bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan 223-cü Diviziya küçəsində yerləşən qeyriyaşayış binasına dair vətəndaş X2 adına verilmiş çıxarışın ləğvi yalnız məhkəmə qaydasında mümkündür.” Qanunun 9-cu maddəsinə əsasən: 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X4 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Qanunun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 29 iyun 2022-ci il tarixli imtina bildirişindən görünür ki, X2 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsindən imtina edilmişdir. - MA seriyalı, ******* saylı, xx.xx.2010-cu il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 ünanında yerləşən, sahəsi 685.4 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən çıxarış”dan görünür ki, Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən, sahəsi 427.6 kv.metr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X2 mülkiyyətində olan qeyri-yaşayış binası onun özünə məxsus xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52-06301 reyestr nömrəli çıxarışın sərhədləri daxilində inşa edilmişdir və xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********12-06301 reyestr nömrəli çıxarışla qonşu İddiaçı məxsus Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0.22386 ha torpaq sahəsinin zəbt olunması aşkar edilməmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd edilmişdir ki, X2 mülkyyiyyətində olan qeyri-yaşayış binası onun özünə məxsus xx.xx.2018-ci il tarixli, **********52-06301 reyestr nömrəli çıxarışın sərhədləri daxilində inşa edilmişdir və koordinatları başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. - AZ-İİ № 314224 saylı, xx.xx.2023-cü il tarixli “Ölüm haqqına şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. - xx.xx.2023-cü il tarixli, 2V-31 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 Tofiq Nəcəfqulu oğlunun vərəsəsidir. - ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 ünanında yerləşən, sahəsi 685.4 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X9 məxsusdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə qeyd edilmişdir ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən” MA seriyalı, ******* saylı çıxarışla İddiaçı mülkiyyətində olmuş, hazırda ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla X8 mülkiyyətində olan 0.22386 ha torpaq sahəsi və qeyri-yaşayış binasının koordinatları ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən” RX seriyalı, ******* saylı çıxarışla X3 məxsus 0.0189 ha torpaq sahəsi və qeyri-yaşayış binasının koordinatları üst-üstə düşmür, zəbt torpaq sahəsi müəyyən edilmir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə:

1. subyektiv hüququnun olub-olmamasını; 2. cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3. qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq həmin orqanın hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi həmin orqana aiddir. Belə olduğu tədqirdə cavabdeh inzibati orqanın hazırkı iddia tələbinə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqanın 29 iyun 2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Mübahisənin məhkəmə aidiyyatına münasibətdə məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışın məxsus olduğu torpaq sahəsinin bir hissəsinin iddiaçıın istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü mübahisələndirilir. Cavabdeh inzibati orqan çıxarışın məhkəmə qaydasında ləğv edilməli olmasını əsas gətirərək onun ləğvindən imtina etmişdir. Hazırki halda mübahisə mülki hüquq münasibətindən deyil, cavabdeh inzibati orqanın inzibati aktın qəbulu ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi ilə, yəni çıxarışın ləğvi ilə bağlıdır ki, buda mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, ünvan 1 ünanında yerləşən, sahəsi 685.4 kv.m olan qeyri-yaşayış binası MA seriyalı, ******* saylı, xx.xx.2010-cu il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən çıxarış”la xüsusi mülkiyyət hüququ əsasında mərhum İddiaçı məxsus olmuşdur. O həmin torpaq sahəsinin üst-üstə düşdüyünü iddia etdiyi, üçüncü şəxs X3 məxsus, Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən qeyri-yaşayış binasına və binanın yerləşdiyi torpaq sahəsinə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın - RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən çıxarış”ın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın 29 iyun 2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edildiyindən, məhkəməyə müraciət etmək etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüş, bundan sonra onun oğlu - X14 xx.xx.2023-cü il tarixli, 2V-31 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında onun vərəsəsi kimi tanınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Belə ki, İddiaçı ünvan 1 ünanında yerləşən, sahəsi 685.4 kv.m olan MA seriyalı, ******* saylı, xx.xx.2010-cu il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən çıxarış”la xüsusi mülkiyyət hüququ əsasında ona məxsus qeyri-yaşayış binasının torpaq sahəsi ilə üst-üstə düşən hissədə RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la X3 məxsus, Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən qeyri-yaşayış binasının və binanın yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyünü, bu səbəblə də ona məxsus olan həmin çıxarışın ləğv edilməli olduğunu bildirmişdir. Lakin iddiaçı həmin torpaq sahələrinin üst-üstə düşməsinə dair nə inzibati icraat zamanı inzibati orqana, nə də məhkəmə icraatı zamanı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edilən halın araşdırılması üçün aidiyyatı üzrə dövlət orqanlarına sorğular vermişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd edilmişdir ki, X2 mülkiyyətində olan qeyri-yaşayış binası onun özünə məxsus xx.xx.2018-ci il tarixli, **********52-06301 reyestr nömrəli çıxarışın sərhədləri daxilində inşa edilmişdir və koordinatları başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üstüstə düşmür. Məhkəmə qeyd edilən halın yenidən araşdırılması üçün aidiyyatı üzrə cavabdeh orqana sorğu ünvanlamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə qeyd edilmişdir ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən” MA seriyalı, ******* saylı çıxarışla İddiaçı mülkiyyətində olmuş, hazırda ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla X8 mülkiyyətində olan 0.22386 ha torpaq sahəsi və qeyri-yaşayış binasının koordinatları ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışla X3 məxsus 0.0189 ha torpaq sahəsi və qeyri-yaşayış binasının koordinatları üst-üstə düşmür, zəbt torpaq sahəsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X3 məxsus, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasına verilmiş verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X3 məxsus, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar