Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1321/2022 05.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının, onun qanuni nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “X2 və X5 onun xüsusi mülkiyyəti olan Qusar şəhəri, Z.Əliyeva (Müqtədir) küçəsi, 94 nömrəli evin, 10 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçı xx xxxxxxx 2006-cı il təvəllüdlü doğma oğlu İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzildə üçüncü şəxslər X4 və X7 qeydiyyatdadırlar Göstərilən mənzil 1996-cı ildən onların sərəncamındadır. Üçüncü şəxslər X4 və X7 qeydiyyatda olmalarına baxmayaraq bütün istifadə müddətdə həmin mənzildə yaşamamışlar və indi də yaşamırlar. Onların harada yapdıqları onlara məlum deyildir. Onların həmin mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətlərini təmin etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesində iştirak edən iddaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində ifadə vermiş iddiaçının qanuni nümayəndəsi X9 iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzil onun mərhum qayınatasına məxsus olmuş və qayınatası sağlığında həmin mənzili nəvəsinə İddiaçı bağışlamışdır. Hal-hazırda İddiaçı 15 yaşı var. Qeyd olunan mənzildə olan 3-cü şəxsləri ümumiyətlə tanımırlar və onların mənzildə pasport qeydiyyatında qalması İddiaçı mülkiyyət hüququnu məhdudlaşdırır və əlavə xərclərin ödənilməsinə sərf olunur. Qeyd olunanlara əsasən iddiaçının qanuni nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslərin pasport qeydiyyatında olduqları mənzilə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxslərə göndərilmiş məhkəmə bildirişi zərf ilə bərabər və zərfin üzərində “bu ünvandan köçüb” qeydi qoyulmaqla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh tərəfindən verilmiş 149-22075H-3221 nömrəli, 30 sentyabr 2021-ci il tarixli imtina məktubu, cavabdehin 18.04.2022-ci il tarixli məktubu, DƏDRX tərəfindən verilmiş **********24-05101-093004 reyestr nömrəli çıxarışın surəti, “Elekton notariat” X1 çıxarışın surəti, Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surəti, Qusar rayon Mənzil İstismarı Müəssisəsi tərəfindən verilmiş arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Qusar şəhəri, Z.Əliyeva (Müqtədir) küçəsi, 94 nömrəli evin, 10 saylı mənzilin sahibi və hal-hazırda həmin mənzilin mülkiyyətçisidir. İddia tələbi üzrə 3-cü şəxslər X4 və X7 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır, yəni naməlum səbəbdən mənzilə qeydiyyata salınmış, onların iddiaçı ilə qohumluq münasibəti yoxdur və faktiki olaraq harada yaşadıqları məlum deyil. Məhkəmənin sorğusuna əsasən cavabdeh inzibati orqanının ünvanladığı 18.04.2022-ci il tarixli məktubdan görünür ki, üçüncü şəxslərin ünvan 2 ünvanda yerləşən mənzilə qeydiyyata düşmələri üçün əsas olmuş sənədlər aktlaşdırılaraq qanunvericiliyə uyğun olaraq məhv edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, 3-cü şəxslər qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatında qalmaqla iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər X4 və X3 şəhəri, Z.Əliyeva (Müqtədir) küçəsi, 94 nömrəli evin, 10 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2 və X5 İddiaçı məxsus Qusar şəhəri, Z.Əliyeva (Müqtədir) küçəsi, 94 nömrəli evin, 10 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1321/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1321/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver