Məhkəmə qərarları › İş №2-1(118)-1325/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1325/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1325/2020 05.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X3rşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X3rşı iddia qaldıraraq “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və izahatında bildirmişdir ki, “Orxan” kooperativin bazasında “xxxx” Firmanın qeydə alınması haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1992-ci il tarixli 588 №-li Sərəncamı ilə “xxxx” firması qeydə alınmışdır. “xxxx” firmasına torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər X4 Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 26№-li qərarına əsasən 300 M2 torpaq sahəsi ayrılmışdır və mövqe planı verilmişdir. Sumqayıt Kommunal İstehsalat Birliyinin İxtisaslaşdırılmış təmir tikinti idarəsi rəisinin xx.xx.2008-ci il tarixli məktubundan göründüyü kimi, həmin təmir tikinti idarəsi “xxxx” firmasına ayrılmış 300 M2 torpaq sahəsinin “xxxx” firması tərəfindən özəlləşdirilməsinə etiraz etmir. “xxxx” Firmasının üzvü kimi qardaşı rəhmətə getdiyindən faktiki olaraq həmin Firmanı iddiaçı tək təmsil edir və firma adından məhkəmədən çıxış edir. Ona görədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, tərəflərindən müəyyən edilmişdir ki, iddiaçı Yaqubov X5 şəhəri ərazisində Sumqayıt Şəhər X4 xx xxxxxx 1993-cü il tarixli 26 saylı qərarı ilə “xxxx” firmasına ayrılmış 300 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə xx xxxxxx 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7 müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciətin poçt vasitəsilə göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, torpaq sahəsi hüquqi şəxsə ayrıldığına baxmayaraq, ərizə müəssisənin adından verilməmişdir və müəssisənin dövlət qeydiyyatı barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış sənədlər toplusuna əlavə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Odur ki, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasları qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etdikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacağı İddiaçı bildirilmiş və bu barədə ona xx xxxxxxxx 2020-ci il tarixli **********30 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3rşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı iddia ərizəsində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş edir. Hazırki iş üzrə iddiaçı qismində İddiaçı iddia qaldırmış olsa da, iddia ərizəsindən və iş materiallarından göründüyü kimi mövcud mübahisə “xxxx” Firmasının mülkiyyət hüququ iddia edilən torpaq sahəsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını müəyyən edilir. Belə ki, qeyd edilənlərdən göründüyü kimi, iddiaçının iddianın əsası kimi istinad etdiyi hüquqi sənədlər onun özünə deyil “xxxx” Firmasına aiddir. İddiaçı “xxxx” firmasının adından deyil, öz adından iddia qaldırmışdır. Bu isə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, ilk növbədə “xxxx” Firmasının qanuni təmsilçisi olması ilə bağlı hüquqi sənədləri əldə etməsi daha məqsədəmüvafiqdir. Bundan sonra isə müvafiq sənədlərlə firma adından yenidən inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar