Məhkəmə qərarları › İş №2-1(118)-1328/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1328/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1328/2022 10.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsi QƏRARDAD 10 mart 2022-ci il 2-1(118)-352/2022 Sumqayıt şəhəri Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş 10.07.2020-ci il tarixli, AD 819577 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2003-cü il olan “OPEL SİGNUM MİNİK” markalı **-GM-*** dövlət nömrə nişanlı miras qalmış nəqliyyat vasitəsinin vərəsələrin adına dövlət qeydiyyatına qeydə alınmasına icazə verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş 10.07.2020-ci il tarixli, AD 819577 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2003-cü il olan “OPEL SİGNUM MİNİK” markalı **-GM-*** dövlət nömrə nişanlı miras qalmış nəqliyyat vasitəsinin vərəsələrin adına dövlət qeydiyyatına qeydə alınmasına icazə verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X7 13 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlak Sumqayıt RQİ və TBŞ tərəfndən verilmiş 10.07.2020-ci il tarixli, AD 819577 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2003-cü il olan “OPEL SİGNUM MİNİK” markalı **-GM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir. Sumqayıt “ASAN xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş 11.11.2021-ci il tarixli, 2V-1593 nömrəsi ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mərhum oğlunun vərəsələri sırasında İddiaçı, onun həyat yoldaşı X1 və birinci nikahdan olan övladları- 27.12.2010 cu il təvəllüdü X5 və 21.10.2014-cü il təvəllüdü olan X6 vərəsə kimi göstərilmiş və vərəsələrin miras əmlakda paylan 1/4 hissədə müəyyən edilmişdir. Miras qalmış əmlakın vərəsələrin adıa dövlət qeydiyyatına alınması zərurəti yaranmış lakin yetkinlik yaşma çatmayan vərəsələrin qanuni nümayəndəsi X2 bilərəkdən uşağların mənafeyinə zidd olaraq üzərinə düşən vəzifələrin yerinə yetirilməsindən boyun qaçırır. Bu səbəbdən də, o vərəsə olaraq uşağların mənafeyini nəzərə alıb mövcud qanunvericiliyə əsasən Sumqayıt Şəhər İcra hakimiyyətinə rəy verilməsinə dair ərizə ilə müraciət etsə də, inzibati orqan 07.01.2021-ci il tarixli, Ə-427-166 saylı cavab məktubu ilə əsassız olaraq rəy verməkdən imtina etmişdir. Hesab edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin miras qalmış əmlakın dövlət qeydiyyatına alınmasına dair icazə verilməsindən imtina edilməsi AR Mülki Məcəlləsinin 36-cı maddəsinə zidddir və ərizədə göstərilən bütün vərəsələrin hüquqlarını pozur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirib hesab edir ki, mübahisə predmetinə mülki mühakimə qaydasında baxılacağına görə iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçının vəkili və nümayəndəsinin məhkəmədə verdiyi izahatdan məlum olmuşdur ki, iddiaçının tələbi inzibati orqan hesab edilən Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən icra edilməməsinə baxmyaraq, inzibati orqanın qarşısında qoyulan tələb ailə və mülki qanunvericiliyindən irəli gəlir. İddia tələbi mərhum X3 yetkinlik yaşına çatmayan vərəsələrinin miras əmlak olan “Opel Signum minik” avtomobilinin dövlət qeydiyyatına alınması üçün inzibati orqan tərəfindən icazənin verilməsindən ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.5-ci maddəsinə əsasən uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Mülki Məcəllənin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Qeyd olunan maddi hüquq normalarından məlum olur ki, yetkinlik yaşına çatmayan şəxslərin əmlakın üzərində sərəncam verilməsi yalnız qəyyumluq və himayəçilik komisiyasının qabaqcadan razılığının verilməsi ilə həyata keçirilir. Hazırkı iddia tələbindən məlum olur ki, miras əmlakın DYP-də qeydə alınması üçün mərhumun vərəsələri olan yetkinlik yaşına çatmayanların razılığı tələb olunur. Bu isə Ailə Məcəlləsinin 55.5-ci maddəsində göstərilmiş inzibati orqan tərəfindən verilən icazənin predmetindən fərqlidir. Ona görə də məhkəmə hesab edir ki, inizbati oqana qarşı irəli sürülmüş tələb inzibati orqanın idarəçilik funksiyalarının həyata keçirilməsi nəticəsində deyil mülki və ailə qanunvericiliyindən irəli gələn mübahisəndən ibarət olduğuna görə həmin tələbə inzibati icraat qaydasında baxılması mümkün deyil. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş 10.07.2020-ci il tarixli, AD 819577 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2003-cü il olan “OPEL SİGNUM MİNİK” markalı **-GM-*** dövlət nömrə nişanlı miras qalmış nəqliyyat vasitəsinin vərəsələrin adına dövlət qeydiyyatına qeydə alınmasına icazə verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar