Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1329/2022 09.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 04 fevral 2022-ci il tarixli, **********84 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. X4, X3, X11 oğlu, X5, X12 oğlu, X10 oğlu və Sumqayıt şəhəri İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə cavabdeh-Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında cavabdeh-Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********84 nömrəli cavab məktubunda bildirilmişdir ki, «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən xidməti mənzillər özəlləşdirilmir. Eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll- İV bölmələrinə əsasən verilən sosyal və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtina tamamilə əsassızdır. Belə ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun əmri ilə təyinat əsasında Sumqayıt şəhər prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilmişdir və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 66 nömrəli əmri ilə təsdiq edilmiş Sumqayıt şəhəri Mənzillərin Qeydiyyatı, Bölüşdürülməsi, Dəyişdirlməsi və mənzil-tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının xx.xx.1994-cü il tarixli 40 nömrəli protokolundan çıxarışa əsasən hal-hazırda yaşadığı və qeydiyyatda olduğu Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 7/5, mənzil 4 yeddi nəfər ailə üzvləri ilə yaşamaq üçün xidməti order əsasında iddiaçının istifadəsinə verilmişdir. Yaşadığı mənzilə xidməti orderin verilməsindən 10 il keçdiyindən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzillərin Uçotu, Bölüşdürülməsi və Dəyişdiriməsi şöbəsi tərəfindən iddiaçıya yaşadığı həmin mənzilə dair 19 iyul 2005-ci il tarixli 7/1 nömrəli Order verilmişdir. İddiaçı 7 nəfərlik ailə üzvləri ilə birlikdə 1994-cü ildən həmin mənzildə yaşayır və 2017-ci ilin aprel ayından prokurorluq orqanından prokurorluq orqanında qulluq keçmənin son yaş həddinə çatma əsası ilə təqaüdə çıxmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı Dövlət Arxivinin Sumqayıt fililalına sorğu verilməsi zərurəti yaranmış və təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 7/1 nömrəli orderin verilməsinə əsas olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamından çıxarışın təsdiq olunmuş surətinin idarəyə təqdim edilməsi barədə **********35 nömrəli, xx.xx.2022-ci il tarixli sorğu ünvanlanmışdır. Habelə, Dövlət Arxivinin Sumqayıt fililalının daxil olan sorğuya xx.xx.2022-ci il tarixli, 24/2 nömrəli cavab məktubunda, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995ci il tarixli, 66 nömrəli əmri ilə təsdiq edilmiş Sumqayıt şəhəri mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının 22.11 1994-cü il tarixli, 40 nömrəli protokoldan çıxarışa əsasən, sözügedən mənzil iddiaçıya müvəqqəti yaşayış üçün xidməti rejimdə təqdim edilmişdir. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Yekun olaraq bildirirlər ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti iddiaya münasibətində bildirmişdir ki, iddia predmeti olan, yaşayış sahəsi 30.65 kvadratmetrdən ibarət 2 otaqlı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nıömrəli mənzili Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi, iddiaçi İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25.01,1995-ci il tarixli 66 saylı sərəncamı ilə xidməti yaşayış sahəsi kimi ayrılmış və həmin sərəncam əsasında göstərilən yaşayış sahəsinə dair adına xidməti rejimli order verilmişdir. Bildirirlər ki, iddiaçının hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin 105-ci maddəsinin tələblərinə əsasən xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər mənzil sahəsi verilmədən çıxarıla bilməyən şəxslərə aiddir. Beləliklə, orderin verilməsindən 10 il keçdikdən sonra qanunun tələbləri gözlənilərək həmin mənzilə dair iddiaçının adına daimi qaydada 19.01 2005-ci il tarixli 7/1 saylı order verilmişdir. Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilə dair İddiaçı adına 1995-ci ildə xidməti rejimli order, 2005-ci ildə həmin mənzilə dair adına daimi order verildiyinə görə qaldırılan məsələyə iddiaçının hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin) müddəaları tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinə baxılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdirlər. Üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakl olmadan baxılmasını mümkün hesab etmişdir. Digər üçüncü şəxslər X4, X3, X5, X12 oğlu, X10 oğlunun ərizələrinə əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5/7 mənzil 4-ün İddiaçı tərəfindən özəlləşdirilməsi və dövlət reyestr xidmətindən çıxarış alınması üçün razılıq verdiklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Belə ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını, reyestrdən çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı Dövlət Arxivinin Sumqayıt fililalına sorğu verilməsi zərurəti yaranmış və təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 7/1 nömrəli orderin verilməsinə əsas olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamından çıxarışın təsdiq olunmuş surətinin idarəyə təqdim edilməsi barədə **********35 nömrəli, xx.xx.2022-ci il tarixli sorğu ünvanlanmışdır. Habelə, Dövlət Arxivinin Sumqayıt fililalının daxil olan sorğuya xx.xx.2022-ci il tarixli, 24/2 nömrəli cavab məktubunda, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 66 nömrəli əmri ilə təsdiq edilmiş Sumqayıt şəhəri mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının 22.11 1994-cü il tarixli, 40 nömrəli protokoldan çıxarışa əsasən, sözügedən mənzil iddiaçıya müvəqqəti yaşayış üçün xidməti rejimdə təqdim edilmişdir.Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Yekun olaraq bildirirlər ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iddiaçı qeyd edir ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun əmri ilə təyinat əsasında Sumqayıt şəhər prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilmişdir və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 66 nömrəli əmri ilə təsdiq edilmiş Sumqayıt şəhəri Mənzillərin Qeydiyyatı, Bölüşdürülməsi, Dəyişdirlməsi və mənzil-tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının xx.xx.1994-cü il tarixli 40 nömrəli protokolundan çıxarışa əsasən halhazırda yaşadığı və qeydiyyatda olduğu Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 7/5, mənzil 4 yeddi nəfər ailə üzvləri ilə yaşamaq üçün xidməti order əsasında iddiaçının istifadəsinə verilmişdir.Yaşadığı mənzilə xidməti orderin verilməsindən 10 il keçdiyindən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzillərin Uçotu, Bölüşdürülməsi və Dəyişdiriməsi şöbəsi tərəfindən iddiaçıya yaşadığı həmin mənzilə dair 19 iyul 2005-ci il tarixli 7/1 nömrəli Order verilmişdir. İddiaçı 7 nəfərlik ailə üzvləri ilə birlikdə 1994-cü ildən həmin mənzildə yaşayır və 2017-ci ilin aprel ayından prokurorluq orqanından prokurorluq orqanında qulluq keçmənin son yaş həddinə çatma əsası ilə təqaüdə çıxmışdır. Qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır və səlahiyyətli orqan tərəfindən iddiaçının yaşadığı ev xidməti rejimdən çıxarılmışdır. Bu halda məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun müliyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Beləki Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna əsasən: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi iddiaçının mülkiyyət hüuqunun qeydə alınması ilə bağlı zəruri sənədlər mövcuddur və qeyd edilən normalar onun bu hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Avropa Məhkəməsi öz qərarlarında daşınmaz əmlakdan istifadə və sərəncamda məhdudiyyətlər yaranmasını mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyəti” hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirilmişdir. Hazırkı işdə də, inzibati orqanın mübahisələndirilən imtinası iddiaçının müvafiq sənədləri olsada mülkiyyətindən tam istifadə edə bilməsində məhdudiyyətlər yaratmış, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyətində olan mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1329/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1329/2022
09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver