Məhkəmə qərarları › İş №2-1(118)-133/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-133/2020

21.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-133/2020 21.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********929900 nömrəli və xx.xx.2019-cu il tarixli **********242800 nömrəli qərarların ləğv edilməsi barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********929900 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumilikdə 7412,22 manat məbləğin azaldılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019cu il tarixli **********929900 nömrəli və xx.xx.2019-cu il tarixli **********242800 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********929900 nömrəli Qərara əsasən 2018-ci ilin sentyabr ayına ƏDV üzrə 7412,22 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamaya əsas kimi xx.xx.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yaranması və təsərrüfat subyektinin olmaması, nəticədə mal qalığının faktiki olaraq mövcud olmaması göstərilmişdir. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********929900 nömrəli qərarı qanunsuz və əsassız hesab edirlər. İlk öncə iddiaçıya əlavə vergi məbləğinin hansı həcmdə mal qalığına və hansı rentabellik əsasında hesablanması tam qeyri-müəyyəndir. İkincisi, cavabdeh vergi orqanı mübahisəli inzibati aktı qəbul edərkən əlində əsas olaraq iddiaçı tərəfindən 2018-ci ilin ilk 9 ayı ərzində alınmış və ya idxal edilmiş malların dəyərini və xx.xx.2018-ci il tarixə mal qalığını əsas götürmüşdür. Belə ki, cavabdeh hesab etmişdir ki, iddiaçı 2018-ci ilin ilk 9 ayı ərzində aldığı və idxal etdiyi malları, eləcə də xx.xx.2018-ci il tarixə olan mal qalığını 2019-cu ilin sentyabr ayında satmış və həmin ay üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən dövriyyəni əksik bəyan etmişdir. Cavabdehin yuxarıda qeyd olunan mövqeyi ilə bağlı bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş mallar üzrə vergiyə cəlb edilən dövriyyə müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində tam şəkildə bəyan edilmiş və iddiaçının vergiyə cəlb edilməmiş hər hansı mal qalığı mövcud olmamışdır. Eyni zamanda qeyd edir ki, iddiaçının fəaliyyəti xx.xx.2013-cü il tarixdən dayandırılmış və bununla bağlı müvafiq arayış cavabdeh vergi orqanına təqdim edilmişdir. Bundan başqa, vergi orqanında uçotda olan sahibkarlıq fəaliyyəti göstərdiyi obyektin (təsərrüfat subyektinin) və nəzarət kassa aparatının uçotdan çıxarılması ilə bağlı xx.xx.2013-cü il tarixli ərizələrlə cavabdeh vergi orqanına mütaciət etmiş və müraciət sonuncu tərəfindən təmin edilmişdir. Həmçinin, iddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi o, 2013-cü ildən sonra vergi orqanına yalnız boş hesabatlar, yəni vergiyə cəlb edilən dövriyyəsinin olmamasına dair bəyanamələr təqdim etmişdir. Göründüyü kimi iddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə satdığı malların dəyərini təqdim etdiyi vergi bəyannamələrində tam şəkildə əks etdirmiş və vergilərini tam şəkildə ödəmişdir. Lakin vergi orqanı iddiaçı tərəfindən 2018-ci ilin ilk 9 ayında mal alındığını (halbuki həmin dövrdə iddiaçının ümumiyyətlə fəaliyyəti olmamışdır) və xx.xx.2018-ci il tarixə mal qalığının olduğunu və 2018-ci ilin sentyabr ayında satıldığını qəbul etmiş və fərziyyə əsasında iddiaçıya əlavə vergi məbləği hesablamışdır. "İnzibati icraat haqqında" AR Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Sadalanan normalardan aydın olduğu kimi, inzibati orqan inzibati akt qəbul edərkən işin faktiki hallarını, o cümlədən inzibati aktın doğruluğunu şüphə altına ala biləcək hər bir halı tam və obyektiv araşdırmalı və inzibati aktın qəbul edilməsini zəruri edən bütün sübutları toplamalıdır. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2018-ci ilin sentyabr ayında hər hansı malın satışı barədə vergi orqanında hər hansı sübut olmadığı halda, vergi orqanı həmin malları fərziyyə əsasında satılmış kimi qəbul edərək iddiaçıya qanunsuz əlavə vergi məbləği hesablamışdır. Halbuki, İnzibati Prosessual Məcəlləninn 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bundan başqa, cavabdeh mübahisələndirilən inzibat aktı qəbul edərkən Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilən müddəti ötürmüşdür. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İddiaçı xx.xx.2013-cü il tarixdə sahibkarlıq fəaliyyətini dayandırmış və həmin dövrdən sonra faktiki olaraq hər hansı sahibkarlıq fəaliyyəti göstərməmişdir. Bunu iddiaçının fəaliyyətinin dayandırılması barədə arayışın, ona məxsus təsərrüfat subyektinin və nəzarət kassa aparatının uçotdan çıxarılması barədə ərizələrin cavabdeh vergi orqanı tərəfindən qəbul edilərək təmin edilməsi də sübut edir. İddiaçının hər hansı mal qalığı cavabdehin fərziyyə etdiyi kimi həqiqətən də mövcud olmuş olsaydı, həmin mallara görə əlavə vergi məbləği satıldığı dövrə, yəni 2013-cü ilin dekabr ayına qədər olan dövrə hesablana bilərdi. Lakin VM-nin 85.4-cü maddəsinin tələblərinə müvafiq olaraq 3 illik müddət ötdüyündən cavabdeh vergi orqanı həmin dövr üzrə hesablama aparmaq hüququnu itirmişdir. Məhz bu səbəbdən də cavabdeh vergi orqanı müddəti ötürdüyünü anlayaraq, müvafiq hesablamanı qanunsuz olaraq 2018-ci ilin sentyabr ayı üzrə aparmışdır. Halbuki həmin dövrdə iddiaçının hər hansı sahibkarlıq fəaliyyəti olmamışdır. İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizəsində qeyd etmişdir ki, cavabdeh iddaçı tərəfindən 2018-ci ilin 9 ayında mal alındığını və xx.xx.2018-ci il tarixə mal qalığının olduğunu və həmin malların 2018-ci ilin sentyabr ayında satıldığını qəbul edərək fərziyyə əsasında iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bundan sonra cavabdeh vergi orqanı eyni əsaslarla iddiaçı barəsində xx.xx.2019-cu il tarixli **********242800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmiş və həmin qərar əsasında iddiaçıya 2018-ci il üzrə 1372,64 manat gəlir vergisi hesablamışdır. Göründüyü kimi iddiaçı tərəfindən 2018-ci ilin sentyabr ayında hər hansı malın satışı barədə vergi orqanında hər hansı bir sübut olmadığı halda, vergi orqanı həmin malları fərziyyə əsasında satılmış kimi qəbul edərək iddiaçıya qanunsuz əlavə vergi məbləği hesablamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X1 iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, “xxxx” MMC tərəfindən 2017-ci ilin apreliyun ayları ərzində ümumilikdə 3059,31 manat dəyərində malların iddiaçıya təqdim edilməsinə dair elektron qaimə-fkturalar tərtib edilmiş və onlayn kargüzarlıq vasitəsilə iddiaçıya göndərilmişdir. Halbuki həmin tarixdə hər hansı sahiblkarlıq fəaliyyəti olmamış, hər hansı mal alışı və satışı həyata keçirilməmiş və iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektin fəaliyyəti 2013-cü ildən dayandırılmışdır. Sonda İddiaçı nümayəndəsi və vəkili X1 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsi iddia tələbini əsassız hesab edir. Cavabdeh tərəfindən vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı 2018-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 7412,22 manat və 2018-ci il gəlir vergisi bəyannaməsi üzrə 1372,64 manat analoji qaydada vergi məbləğləri hesablanmışdır. Belə ki, vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabelik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı müəyyən edilmişdir. Təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratmış və bu səbəbdən mövcud olan mal qalığı üzrə kənarlaşma yaranmışdır. Həmçinin 2018-ci il ərzində tərəflərindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin, həmçinin dövrlər üzrə ƏDV bəyannamələrində əks etdirilmiş dövriyyə məbləğlərinin araşdırılması zamanı təqvim ili ərzində ümumi gəlirləin 41179 manat müəyyən edilməsinə baxmayaraq, gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir ki, bu hal vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Bu səbəbdən şərti rentabellik norması əsasında gəlir vergisinin hesablanması nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəycisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və ya izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli **********263300 nömrəli və xx.xx.2019-cu il tarixli, **********329600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1 -ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dairr vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, 2018-ci il sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 7412,22 manat analoji qaydada vergi məbləği hesablanılmışdır. Bununla bağlı vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" xx.xx.2019-ci il tarixli **********929900 nömrəli Qərarı göndərilmişdir. Həmçinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, 2018-ci il gəlir vergisi bəyyannaməsi üzrə 1372,64 manat analoji qaydada vergi məbləği hesablanılmlşdır. Bununla bağlı vergi ödəyicisinə vergi orqanının “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********91300 nömrəli qərarı göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş və iddia ərizəsinə etiraza uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı 2013-cü ildən fəaliyyətinin olmamasını bildirsədə “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilən sənədlər iddiaçının dəlillərinin əsassız olduğunu göstərir. Sonda cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, mahiyyəti baxımından əsaslı deyil. Belə ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********929900 nömrəli qərarı ilə İddiaçı kameral vergi yoxlaması nəticəsində 2018-ci ilin əlavə dəyər vergisi üzrə 7412,22 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********242800 nömrəli qərarı ilə İddiaçı kameral vergi yoxlaması nəticəsində 2018-ci ilin gəlir vergisi ürə 1372,64 manat məbləğində vergi məbləği hesablanmışdır. Cavabdeh mübahisələndirilən qərarları onunla əsaslandırır ki, vergi ödəyicisinin xx.xx.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabelik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı müəyyən edilmişdir. Təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratmış və bu səbəbdən mövcud olan mal qalığı üzrə kənarlaşma yaranmışdır. Həmçinin 2018-ci il ərzində tərəflərindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin, həmçinin dövrlər üzrə ƏDV bəyannamələrində əks etdirilmiş dövriyyə məbləğlərinin araşdırılması zamanı təqvim ili ərzində ümumi gəlirləin 41179 manat müəyyən edilməsinə baxmayaraq, gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir ki, bu hal vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Bu səbəbdən şərti rentabellik norması əsasında gəlir vergisinin hesablanması nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəycisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və ya izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli **********263300 nömrəli və xx.xx.2019-cu il tarixli, **********329600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1 -ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dairr vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, 2018-ci il sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 7412,22 manat analoji qaydada vergi məbləği hesablanılmışdır. Bununla bağlı vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" xx.xx.2019-ci il tarixli **********929900 nömrəli Qərarı göndərilmişdir. Həmçinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, 2018-ci il gəlir vergisi bəyyannaməsi üzrə 1372,64 manat analoji qaydada vergi məbləği hesablanılmlşdır. Bununla bağlı vergi ödəyicisinə vergi orqanının “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********91300 nömrəli qərarı göndərilmişdir. İddiaçı isə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş mallar üzrə vergiyə cəlb edilən dövriyyə müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində tam şəkildə bəyan edilmiş və iddiaçının vergiyə cəlb edilməmiş hər hansı mal qalığı mövcud olmamışdır. Eyni zamanda qeyd edir ki, iddiaçının fəaliyyəti xx.xx.2013-cü il tarixdən dayandırılmış və bununla bağlı müvafiq arayış cavabdeh vergi orqanına təqdim edilmişdir. Bundan başqa, vergi orqanında uçotda olan sahibkarlıq fəaliyyəti göstərdiyi obyektin (təsərrüfat subyektinin) və nəzarət kassa aparatının uçotdan çıxarılması ilə bağlı xx.xx.2013-cü il tarixli ərizələrlə cavabdeh vergi orqanına mütaciət etmiş və müraciət sonuncu tərəfindən təmin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, inzibati orqanın kənarlaşma müəyyən etdiyi əsaslar mövcud deyil. İddiaçının həmin tarixlərdə hər hansı sahiblkarlıq fəaliyyəti olmamış, hər hansı mal alışı və satışı həyata keçirilməmiş və iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektin fəaliyyətinə 2013-cü ildən dayandırılmışdır. Bununla bağlı məhkəmənin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə “Azərbaycan Koka-Kola Bottlers Limited” MMC-yə sorğu məktubu göndərilərək siyahıda adları qeyd olunan malların faktiki olaraq iddiaçıya təqdim edilməsini və dəyərinin ödənilməsini sübut edən rəsmi sənədlərin (qaimə faktura, mədaxil qəbzi, ödənişə dair çek, qəbz, malların təhvil-təslim aktı və.s) təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə İddiaçı təqdim edilmiş elektron vergi hesab fakturalarının təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017-ci il tarixli elektron vergi hesab fakturalarından görünür ki, “Azərbaycan Koka- Kola Bottlers LTD” MMC tərəfindən İddiaçı müəyyən məbləğdə malların təqdim edilməsi həyata keçirilmişdir. Bu hal da öz növbəsində iddiaçının xx.xx.2013-cü ildən fəaliyyətini dayandırması, heç bir fəaliyyət göstərməməsi ilə bağlı dəlilini təkzib edir. İddiaçı tərəfindən malların alınması vergi hesab fakturaları ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən hallara görə iddiaçıya gəlir və eyni zamanda ƏDV ilə bağlı əlavə vergi məbləğinin hesablanması qanuni olmuşdur. Belə ki, göründüyü kimi 2017-ci illərdə iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar həyata keçirilmiş və onun gəlir vergisinin, habelə ƏDV-nin məqsədləri üçün vergi öhdəlikləri yaranmışdır. Lakin o, fəaliyyəti olmadığını əsas göstərərərək bu öhdəliklərin icrasından yayınmışdır. İnzibati orqan mübahisələndirilən qərarların qanuni olduğunu iddiya etirazında əsaslandırmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati hərəkətləri qanunsuz olmadığı üçün iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar