Məhkəmə qərarları › İş №2-1(118)-133/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-133/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-133/2024 14.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdehin 30 noyabr 2023-cü il tarixli “əlillik əlaməti təyin edilməməsi” barədə qərarının ləğv edilməsi və ona xx.xx.2022-ci il tarixindən ikinci qrup əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “ona xəstəliyinə və əlilliyinə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək, “cavabdehin 30 noyabr 2023-cü il tarixli “əlillik əlaməti təyin edilməməsi” barədə qərarının ləğv edilməsi və ona xx.xx.2022-ci il tarixindən ikinci qrup əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1961-ci il təvəllüdlü olmaqla uzun müddətdir ki, xəstə və ikinci qrup əlildir. Aldığı çoxsaylı müalicələrə baxmayaraq vəziyyətində əsaslı yaxşılaşma hiss olunmur. 11 may 2013-cü il tarixində ona L.3 fəqərəsinin sağdan hissəvi hemilaminektomiyası L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyəti: ST NEV:Bütün onurğa sütunu boyu, xüsusən bel-oma nahiyyəsində hərəkət məhdudluğu, dözülməz ağrıları vardır. Bel lordozu düzlənmiş vəziyyətdə olmaqla sinirin dartılma simptomları hər iki tərəfdə (+), hər iki baldır nahiyyəsində hipotoniya, hipotrofiya qeyd olunur. Aşağı süst parararez vəziyyətindədir. Diz refleksləri kər iki aşağı ətrafda enmiş olmaqla, yerişinin və kiçik çanaq orqanlarımın funksiyalarının pozulması qeyd olunur. Hərəki istinad funksiyasının ifadəli şəkildə pozulması qeyd olunur. Onda çoxsaylı somatik patalogiyaların olmalarının nəzərə alaraq X6 tərəfindən təkrar TŞEK-ə göndərilmişdir. Onda sidik saxlamamazlıq, kəskin asteno nevrotik sindromlar, arterial hipertenziya 111 dərəcə risk qrupu İV kimi yanaşı xəstəliklər də aşkar olunmuşdur. Onaqeyd olunan tibbi vəziyyətinə görə əvvəllər əlillik və sağlamlıq imkanının məhdudluğu təyin edilməklə pensiya almışdır. Lakin əlillik müddətinin bitməsi ilə əlaqədar yenidən baxılma üçün TSEK-ə göndəriş almışdır. O, vaxtaşırı 2021-ci ilin mart, avqust, sentyabr aylarında Qusar MRX-da və Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında stasionar müalicə almışdır. Lakin qeyd etdiyi kimi müalicələrin nəticəsi elə də təsirli olmamışdır. Lakin ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına iki dəfə-xx.xx.2021-ci il və xx.xx.2022-ci ildə göndəriş verilsə də, hər dəfə X3 tərəfindən verilmiş göndərişin qrafalarının düzgün doldurulmaması kimi absurd əsasla imtina verilmiş, hansı qrafanın düzgün doldurulmaması, düzgün olmayan halın nədən ibarət olması, xəstəyə hansı əlavə müayinə və müalicələrin tövsiyyə olunması” qeyd edilmədən mücərrəd cavablar verilmişdir. Dövlət tibb müəssisələrinin həkimləri ilə bunun bəhanə olduğunu və göndərişin tam doğru doldurulmasını bildirirlər. Beləliklə, hesab edir ki, ona əsassız olaraq imtina verilmişdir. Hazırda cavabdehin əsassız və qanunsuz qərarı ilə razı olmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bə'zi erkən ağırlaşmaları -> T79.9 - Travmanın dəqiq...; Diaqnozun mətni: Diskogen; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: digər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bə'zi erkən ağırlaşmaları => T79.9 - Travmanın dəqiq...; Diaqnozun mətni: Diskogen; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; “X1 Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G55 - Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə sinir köklərinin və kəl...; Diaqnozun mətni: FƏQƏRƏARASİ DİSKLƏRİN ZƏDƏLƏNMƏSİ DİSKOGEN L3-L4 RADİKULOPATİYASİ DAVAMLİ AĞRİ SİNDROM; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstğlik; “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri : => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G55* - Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə sinir köklərinin və kəl...; Diaqnozun mətni: FƏQƏRƏARASİ DİSKLƏRİN ZƏDƏLƏNMƏSİ .DİSKOGEN L3-L4 RADİKULOPÄTİYAS! DAVAMLİ AĞRİ SİNDROM; Meyar: 2.2. İkinci dərəcə əlillik 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-cİ il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar ~> M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri(Ğ99.2), Diskogen bel-oma mieloradikuiopatiyası. Davamlı ağrı sindromu ilə. L5-S1 osteoxondroz.L1-L2, L4-L5, L5-S1 fəqərəarası disk protruziyaları. L4-L5 foraminal yırtıq. Paralitik yeriş, Hərəki istinad funksiyanın və yerişin pozulması. Süst paraplegiya, Aşağı süst paraparez. Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, Sidik saxlamam-azlıq - Digər dəqiqləşdirilmiş cərrahı müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2013 tarixində xəstəyə L3 fəqərəsinin sağdan hissəvi hemilaminektomiyası, L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi c/əməliyyatdan sonrakı vəziyyət. Əzginlik (süstlük) və yorğunluq, Kəskin asteno nevrotik sindrom. [Durğunluq] ürək çatmamazhğı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi]. Arterial hipertenziya İİİ dərəcə risk qrupu İV; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozu təsdiq edəcək müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxümış və “X1. Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri M40-M54 - Dorsopatiyalar -> M50-M54 - Digər dorsopatiyalar-> М51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr Diaqnozun mətni: M51.0 Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri(G99.2)i Diskogen bel- oma mieloradikuiopatiyası. Davamlı ağrı sindromu iiə. L5-S1 osteoxpndroz.L1-L2, L4-L5, L5-S1 fəqərəarası disk protruziyaları. L4-L5 foräminai yırtıq. Ağırlaşma R26.1 Paralitik yeriş, Hərəki istinad funksiyanın və yerişin pozulması. R32 Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, Sidik saxlamamazlıq. G82.0 Süst paraplegiya, Aşağı süst paraparez; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Doğru qərar verilməsi üçün, əsas diaqnoz və ağırlaşmaları Köməkçi diaqnostik müayinələrlə əsaslandırılmalıdır. Xəstənin hazırkı vəziyyəti, ıpütdxəssislərin rəyləri, funksional pozğunluq, ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər dəqiqləşdirilib, ətraflı qeyd edilməlidir. Xəstəyə əlavə müayinə və müalicə tövsiyə edilir." səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11: nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-çü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri’’nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Doğru qərar verilməsi üçün, əsas diaqnoz və ağırlaşmaları köməkçi diaqnostik müayinələrlə əsaslandırılmalıdır. Xəstənin hazırkı vəziyyəti mütəxəssislərin rəyləri, funksional pozğunluq, ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər dəqiqləşdirilib, ətraflı qeyd edilməlidir. Xəstəyə əlavə müayinə və müalicə tövsiyə edilir" olmuşdur. Odur ki, iddiaçıya əlavə müalicə olunduqdan və qeyd edilən xüsusiyyətlər dəqiqləşdirildikdən sonra əlilliyin qiymətləndirilməsi üçün yenidən müraciət etməsi tövsiyə olunur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişində qeyd edilmişdir ki, İddiaçı “ Əsas diaqnoz M51.0 Bel və digər şöbənin fəqərəarası disklərinn mielopatiya ilə zədələnmələri (G99.2), Diskogen bel – oma mieloradikulopatiyası, davamlı ağrı sindromu ilə, L5-SZ osteoxondroz, L1-L2, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5 forminal yırtıq; Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2013 tarixində xəstəyə L3 fəqərəsinin sağdan hissəvi hemilaminektomiyası, L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi c/əməliyyatdan sonrakı vəziyyət; R53 Əzginlik (süstlük) və yorğunluq, kəskin asteno nerotik sindrom; İ11.9 (Durğunluq) ürək çatışmamazlığı olmadan, əsas ürəyin zədələnməsi ilə hipertenzi (hipertoniya) xəstəlik, arterial hipertenziya İİİ dərəcə risk qrupu İV; Ağırlaşma R26.1 Paralitik yeriş, hərəki istinad funksiyasının və yerişin pozulması, R32 Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, G82.0 Süst paraplegiya, aşağı süst paraparez” diaqnozları müəyyən edilmişdir. - İddiaçı dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli,xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müayinə nəticələrindən görünür ki, ona “Fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L4 radikulopatiyası davamlı ağrı dinrdomları” (XBT Vİ sinif – Sinir sistemi xəstəlikləri – G50-G59 Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi – G55- Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə sinir köklərinin və kəl...) diaqnozları ilə “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - İddiaçı dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müayinə nəticələrindən görünür ki, cavabdeh tərəfindən ona “göndərişin natamam doldurulması” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T327/2023 saylı rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Xİİİ sinif sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – M40-M54 – dorsopatiyalar – M50-M54- Digər dorsopatiyalar – M51 – Digər şöbələrin fəqərəarası disklərin zədələnmələr... Diaqnozun mətni: bel və digər şöbələrin fəqərəarası disklərin mielopatiya ilə zədələnmələr (G99.2), diskogen bel-oma mieloradikulopatiyası davamlı ağrı sindromu ilə; L5-S1 osteoxondroz, L1-L2, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5 foraminal yırtıq, paralitik yeriş, hərəki istinad funksiyasının və yerişin pozulması, süst paralegiya, aşağı süst paraprez, dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2013 tarixində L3 fəqərəarasının sağdan hissəvi hemilaminektomiyası, L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonraki vəziyyət, əzginlik (süstlük) və yorğunluq, kəskin asteno-nevrotik sindrom, durğunluq ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya İİİ dərəcə, risk qrupu İV” diaqnozu şəxsin stasionarda müalicəzi amanı anamnestik kliniki, laborator-instrumental müayinələrinin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir; vətəndaş İddiaçı 2013, 2014, 2015, 2016-cı illərdə əlillik müayinə edilərkən qoyulmuş diqnozdakı (diskogen, fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L3 radikulopatiyası davamlı ağrı sindromu) xəstəlikləri hazırda müşahidə olunur”. - Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı “diqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxx 1961-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək “Fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L4 radikulopatiyası davamlı ağrı dinrdomları” (XBT Vİ sinif – Sinir sistemi xəstəlikləri – G50-G59 Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi – G55- Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə sinir köklərinin və kəl...)” diaqnozları ilə “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 30 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 30 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona 06 aprel 2022-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-cü maddəsinə əsasən, 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İnzibati iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçıya ilkin olaraq “Fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L4 radikulopatiyası davamlı ağrı dinrdomları” (XBT Vİ sinif – Sinir sistemi xəstəlikləri – G50-G59 Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi – G55- Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə sinir köklərinin və kəl...)” diaqnozları təyin edilmişdir və bu diaqnozlar əsasında “ümumi xəstəlik” səbəbi ilə iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 559/2023 saylı, 14.02.203-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T327/2023 saylı rəyində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Xİİİ sinif sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri – M40-M54 – dorsopatiyalar – M50-M54- Digər dorsopatiyalar – M51 – Digər şöbələrin fəqərəarası disklərin zədələnmələr... Diaqnozun mətni: bel və digər şöbələrin fəqərəarası disklərin mielopatiya ilə zədələnmələr (G99.2), diskogen bel-oma mieloradikulopatiyası davamlı ağrı sindromu ilə; L5-S1 osteoxondroz, L1-L2, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5, L5-S1 fəqərəarası disk protuziyaları, L4-L5 foraminal yırtıq, paralitik yeriş, hərəki istinad funksiyasının və yerişin pozulması, süst paralegiya, aşağı süst paraprez, dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2013 tarixində L3 fəqərəarasının sağdan hissəvi hemilaminektomiyası, L3-L4 fəqərəarası disk yırtığının xaric edilməsi cərrahi əməliyyatdan sonraki vəziyyət, əzginlik (süstlük) və yorğunluq, kəskin asteno-nevrotik sindrom, durğunluq ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya İİİ dərəcə, risk qrupu İV” diaqnozu şəxsin stasionarda müalicəzi amanı anamnestik kliniki, laborator-instrumental müayinələrinin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir; vətəndaş İddiaçı 2013, 2014, 2015, 2016-cı illərdə əlillik müayinə edilərkən qoyulmuş diqnozdakı (diskogen, fəqərəarası disklərin zədələnməsi, diskogen L3-L3 radikulopatiyası davamlı ağrı sindromu) xəstəlikləri hazırda müşahidə olunur. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki , iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona 14 mart 2022-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 30 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı 06 aprel 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 30 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 06 aprel 2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar