Məhkəmə qərarları › İş №2-1(118)-1330/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1330/2020

09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1330/2020 09.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı Cavabdehnə qarşı “övladlarına aid doğum haqqında şəhadətnamələrdə ananın soyadı qrafasında yazılmış Qocayevadan Musayevaya dəyişiklik edilməsi öhdəliyinin Cavabdehnə həvalə olunması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “övladlarına aid doğum haqqında şəhadətnamələrdə ananın soyadı qrafasında yazılmış Qocayevadan Musayevaya dəyişiklik edilməsi öhdəliyinin Cavabdehnə həvalə olunması”nı məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Abşeron rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi, ev 25-də yerləşən 22 saylı mənzildə qeydiyyatdadır, lakin ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. X1 ilə 1978-ci ildən qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. Nikahlarını isə xx xxxxxx 1997-ci il tarixdə rəsmiləşdirmişdirlər. Birgə münasibətlərindən 3 övladıxx.xx.1979-cu il təvəllüdlü X2, xx.xx.1981-ci il təvəllüdlü X5 və xx.xx.1985-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Əri ilə nikahlarını 1997-ci ildə rəsmiləşdirdikləri üçün iddiaçının soyadı övladlarının doğum haqqında şəhadətnaməsində “Musayeva” əvəzinə “Qocayeva” kimi qeyd edilmişdir. İddiaçı əri ilə nikahını rəsmiləşdirsə də soyadı Musayeva kimi qalmışdır. Soyadını dəyişdirməmişdir. Övladlarına doğum haqqında şəhadətnamə alan zaman əri ilə arasında olan münasibətlər rəsmilşdirilməmiş və qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdırlar. Belə ki, iddiaçı yaşa görə pensiyaya çıxmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə həm yazılı, həm də şifahi müraciət etmişdir. İddiaçı soyadında olan dəyişikliyə görə problemlərlə üzləşmiş və yaşa görə pensiyaya çıxa bilməmişdir. İddiaçıya şifahi olaraq izah edilmişdir ki, məsələnin həlli ilə bağlı şifahi məhkəməyə müraciət etməlidir. Ona görə də iddiaçı hazırki tələb ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia tələbi ilə iddiaçı “övladlarına aid doğum haqqında şəhadətnamələrdə ananın soyadı qrafasında yazılmış Qocayevadan Musayevaya dəyişiklik edilməsini tələb edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı eyni tələblə inzibati orqana müraciət etməmişdir. Belə ki, iddia ərizəsindən və iş materiallarından da görsənir ki, İddiaçı tərəfindən övladlarına aid doğum haqqında şəhadətnamələrdə ananın soyadı qrafasında yazılmış Qocayevadan Musayevaya dəyişiklik edilməsi üçün cavabdeh inzibati orqana müraciət edilməmiş, onun yaşa görə əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə müraciəti zamanı iddiaçıya əmək pensiyasının təyin olunmasında problem yaradan soyad dəyişikliyi ilə bağlı məsələnin həlli üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, inzibati məhkəmə icraat qaydasında məcburetmə haqqında iddialara baxılması üçün səlahiyyətli inzibati orqana istədiyi inzibati aktın qəbul edilməsi üçün həmin aktın qəbul edilməsini istəyən şəxs tərəfindən qanunda nəzərdə tutulmuş formada müraciət edilməlidir. İnzibati orqan istənilən inzibati aktı qəbul etməkdən imtina edərsə 30 gün müddətində, hərəkətsizlik etdiyi halda isə müraciətdən 35 gün sonra məcburetmə haqqında iddia qaldırıla bilər. Bundan əlavə iddiaçıya izah edilsin ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkətlərinin qanunsuz olub olmaması yoxlanacaq. İddiaçının mülki məhkəmə icraatı qaydasında hüquqi müdafiyə vasitələrindən istifadə etmək imkanı vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar