Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1331/2021 30.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı “İddiaçı-nin direktoru X1 (“ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X2 (Quba rayon İHB Aparatının hüquq şöbəsinin müdiri işləyən, Bakı şəhəri, Binəqədi rayonu, R.Behbudov küçəsi, ev 1A-da yaşayan) iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus 0,8502 ha torpaq sahəsində tikiləcək ümumi sahəsi 100 kv m olan ticarət obyektinin tikintisinə icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" MMC cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xızı rayon İcra Hakimiyyətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus 0,8502 ha torpaq sahəsində tikiləcək ümumi sahəsi 100 kv m olan ticarət obyektinin tikintisinə icazənin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandrılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən ümumi sahəsi 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv m əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-yə məxsusdur. "xxxx" MMC müəssisəyə məxsus 0,8502 ha torpaq sahəsinin bir hissəsində cəmi 100 kv m ərazidə 2 mərtəbəli tikinti tikmək istəyir. Bu məqsədlə həmin tikilinin layihəsi tərtib olunmuş, ticarət obyektinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında "xxxx" MMC-yə məxsus ticarət obyektinin mühəndis-geoloji axtarış işləri üzrə hesabatı tərtib olunmuş, bundan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi Azərdövlətlayihə tərəfindən həmin ticarət obyektinin şəhərsalma əsaslandırılması izahat yazısı tərtib edilmiş, bundan sonra ticarət obyektinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi Azərdövlətlayihə instutu tərəfindən qeyri-yaşayış binasının şəhərsalma əsaslandırılması tərtib olunmuşdur. Bundan sonra "xxxx" MMC-yə məxsus 0,8502 ha torpaq sahəsində tikiləcək ümumi sahəsi 100 kv m olacaq tikintiyə icazə verilməsi üçün Quba rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Quba rayon İcra Hakimiyyətinin baçşısının birinci müavini tərəfindən 17 may 2021-ci il tarixli 1088/2 nömrəli məktubuna əsasən təqdim edilmiş layihənin baş planında göstərilən zəbt olunmuş torpaq sahəsini sənədləşdirdikdən sonra tikintiyə icazə üçün rayon icra hakimiyyətinə müraciət edə bilməsi qeyd edilmişdir. İddiaçı cavabdehin cavabını əsassız hesab edir. Belə ki, müəssiəsənin ərazisi 0,85 hektardır. Tikiləcək ticarət obyekti isə cəmi 0,01 ha ərazini (100 kv m) ənatə edir. Həmin ticarət obyektinin tikiləcəyi ərazi zəbt edilməmiş, həmin əraziyə heç maneə yoxdur. Belə olsaydı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi icazə verməzdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı-nin direktoru X3 iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının müraciəti üzrə araşdırma aparılarkən torpaq sahəsi üzrə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında sənəd üzrə tərtib edilmiş planda zəbt olunmuş torpaq sahəsinin mövcud olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsinin "xxxx" MMC-nin qanunsuz istifadəsində olması, hüquqi sənədlə bu faktın öz təsdiqini tapması və tikiləcək obyektin həmin ərazidə yerləşməsi nəzərə alınaraq, rayon İcra Hakimiyyəti tərəfindən tələb olunan razılığın verilməsi mümkün hesab edilməmişdir. Tikiləcək obyektin bünövrəsi həmin əraziyə düşməsə belə, gələcəkdə tikinti ilə əlaqədar yararsız və istifadəsiz vəziyyətə düşəcək zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması mümkün olmayacaqdır. Bu da gələcəkdə dövlətin əmlak maraqlarına təhlükə yarada və zərər vura bilər. MMC-nin nümayəndəsinə izah edilmişdir ki, zəbt olunmuş torpaq sahəsi boşaldıldıqdan və qeydiyyat sənədində (və layihənin baş planında) həmin hissə çıxıldıqdan sonra yenidən qanunla müəyyən edilmiş qaydada rayon İcra Hakimiyyətinə müraciət edə bilər. İş materiallarında olan : -Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki,”Quba İstehsalat “ MMC 07.10.2005-ci il tarixdə vergi orqanında qeydiyyatdan keçmişdir. -RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, həmin texniki pasport "xxxx" MMC-nin icarəçisi və istifadəçisi olduğu Quba şəhəri, H.Əliyev prospekti 196 ünvanında yerləşən əmlak kompleksi barəsindədir. - 12.08.2020-ci il tarixli layihə tapşırığından görünür ki, həmin sənəd Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında yerləşən qeyri-yaşayış binası üçün tərtib edilmişdir. -8676 nömrəli mühəndis –geoloji axtarış işləri üzrə hesabat sənədindən görünür ki, həmin sənəd "xxxx" MMC-yə məxsus Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında yerləşən ticarət obyektinə diar tərtib edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 0,8502 ha ölçüdə torpaq sahəsi iddiaçı "xxxx" MMC-nin xüsusi mülkiytətindədir. Həmin torpaq sahəsi üzərində iddiaçıya məxsus 1450.9 kv m ölçüdə əmlak komleksi kimi müəssisə yerləşir. İddiaçı 100 kv m torpaq sahəsi üzərində əlavə tikili inşa etmək üçün icazə almaq məqsədi ilə cavabdeh Quba rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh ona imtina cavabı verərək iddiaçının qanunsuz istifadəsində torpaq sahəsinin olduğunu və həmin 100 kv m tikilinin tikintisinə icazə veriləcəyi təqdirdə zəbt edilmiş torpaq sahəsinin geri alına bilinməyəcəyini bildirmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi məhkəmə iclasında izak etdi ki, həmin zəbt edilmiş torpaq sahəsi əmlak kompleksinin arxa tərəfində yerləşir, əmlak kompleksi və tikmək istədiyi 100 kv m tikili qarşı tərəfdə yerləşir və zəbt edilmiş torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci i ltarixli 695 nömrəli Fərmanının 4.6-cı bəndinə görə həmin Məcəllənin 32.4-cü maddəsində, 33.3-cü maddəsinin birinci cümləsində, 34.2-ci maddəsində (birinci halda), 44.1-ci (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə, onların ərazilərinə və mühafizə zonalarına münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə) maddəsində (birinci halda), 59.1-ci, 73.1-ci, 104.2-ci maddələrində, 104.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçının inşa etmək istədiyi tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində sadalanan tikikililərə aid olmadığından onun inşası üçün icazənin verilməsi zəruridir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin : -75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. - 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. Göstərilən normaların məzmunundan göründüyü kimi müvafiq qanunvericilikdə bütün hallarda tikintiyə icazə və ya icazənin verilməsindən imtina məktub şəklində deyil, müvafiq icra hakimiyyəti orqanının müvafiq qərarı ilə həll edilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdehin məktub şəklində imtina cavabı verməsi əsassız olmuşdur. Bundan başqa cavabdehin imtina cavabından iddiaçının təqdim etdiyi layihənin ekspertizadan keçirilməli olub-olmaması, keçirilməli olduğu təqdirdə həmin ekspertizanın keçirilib-keçirilməməsi, aidiyyəti qurumların rəylərinin nədən ibarət olması görünmür. İddiaçının müraciətinin təmin olunmaması üçün onun qanunsuz istifadəsində torpaq sahəsinin olmasının göstərilməsi kifayət deyildir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir (75.5) : 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. Həmin Məcəllənin 75.7-ci maddəsinə əsasən bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi cavabdeh Quba rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2-cü və 24.3-cü maddələrinə görə isə, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verdiyi içtina cavabı, zəruri materiallar barədə məlumat alınmaması onu deməyə əsas verir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamışdır. Bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən, məhkəmə icraatı çərçivəsində qərarın iddiaçının arzuladığı şəkildə qeyd aparılmaqla qəbul olunmasını birmənalı əsaslı sayan yetərli sübutların da toplanması mümkün olmamışdır. Halbuki, sözügedən sübutların, habelə, onu inkar edən sübutların inzibati orqan tərəfindən əldə olunmasının mümkünlüyü daha ehtimallıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində 100 kv m ölçüdə tikilinin inşa edilməsinə icazə verilməsinə dair müraciətinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əməl edilməklə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində 100 kv m ölçüdə ticarət obyektinin inşa edilməsinə icazə verilməsinə dair müraciətinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əməl edilməklə yenidən baxılması və bu barədə əsaslandırılmış qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 9 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1331/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1331/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver