Məhkəmə qərarları › İş №2-1(118)-1332/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1332/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1332/2021 14.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Quba Regional X3 cavabdeh Xaçmaz rayon Aqrar İslahat Komissiyasına qarşı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Quba Regional X5 cavabdeh Xaçmaz rayon Aqrar İslahat Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin 18.06.2021-ci il tarixli qərardadı ilə iddiaçıya hüquqi yardım göstərilmişdir. İddiaçıdan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmadığından iddiaçının nümayəndəsi məhkəmə tərəfindən hüquqi yardımın göstərilməsi məqsədi ilə məhkəmə iclasına dəvət edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi N.Ələkbərov ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin baxılmamış saxlanılması institutu nəzərdə tutulmadığından iddia ərizəsi iddiaçının nümayəndəsinin ərizəsinə əsasın geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Quba Regional X3 cavabdeh Xaçmaz rayon Aqrar İslahat Komissiyasına qarşı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair idda ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar