Məhkəmə qərarları › İş №2-1(118)-1332/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1332/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1332/2022 26.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) və nümayəndəsi X1 (Sumqayıt Regional Vəkil Bürosunun vəkili) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 6, dalan 2, 4 saylı evin yerləşdiyi 0.0012 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-yə, Abşeron rayon Xırdalan bələdiyyəsinə və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 6, dalan 2, 4 saylı evin üzərində yerləşdiyi 0.0012 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəyə müraciət edərək, cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin saxlanılmasını və Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 6 dalan 2, 4 saylı evin yerləşdiyi 0.0012 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 6, dalan 2-də yerləşən 4 say lı ev iddiaçının mülkiyyətindədir. İddiaçının adına xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.Həmin çıxarışda ev şəxsi mülkiyyət kimi göstərilsə də, evin yerləşdiyi və sahəsi 0,0012 ha olan torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Halbuki qeyd edilən ev hələ bələdiyyə bir qurum kimi yaradılmamışdan qabaq mövcud olmuş və evin yerləşdiyi torpaq sahəsi, həyətyanı sahə olaraq uzun illər onun istifadəsində olmuşdur. İddiaçı şəxsi mülkiyyəti kimi evinin də yerləşdiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışda həmin torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi göstərilməsi ilə bağlı cavabdeh təşkilatlara müraciət etmi, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə etdilər və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri ərizəsinə əlavə etmədiyindən iddiaçıya imtina bildirişi verilmişdir. İş materiallarında olan : - -Abşeron rayon İH Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.0162 ha torpaq sahəsi barəsindədir. - -xx.xx.2017-ci ildə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı istifadəsində olan fərdi yaşayış evinə dair tərtib edilmiş, evin həyətyanı torpaq sahəsi 0.01495 ha göstərilmişdir. - -RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 6 dalan 2 ev 4 İddiaçı xüsusi mülkiyyətindədir. - -"xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Abşeron rayon Xırdalan şəhəri ərazisində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evi barəsindədir. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki,Abşeron rayon İcra Hakimiyyətinin 27 mart 1997-ci il tarixli qərarına əsasən Xırdalan qəsəbəsinin Bakı quşçuluq fabrikinin ətrafındakı yaşayış massivində tikilmiş, sanitar-texniki normaları pozmayan, yeraltı kommunikasiya xətlərin üstündə olmayan və yüksək gərginlikli xətlərin altında yerləşməyən, yaşayışa uyğun evlərə texniki pasport və qeydiyyat vəsiqəsi verilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olmasına istinad etmişdir. Evə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və texniki pasportdan başqa torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş Siyahıda daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd növü kimi iki növ “pasport” fərqləndirilmişdir : 1) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2) https://e-qanun.az/framework/29097üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Məhkəmə qeyd edir ki, iddiaçının fərdi yaşayş evinə dair təqdim etdiyi texniki pasport xx.xx.2017-ci il tarixdə tərtib edildiyindən yuxarıda göstərilən normanın təsiri altına düşmür. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar