Məhkəmə qərarları › İş №2-1(118)-1335/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1335/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1335/2021 22.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “X3 məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçıya çıxarışın verilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “X3 məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçıya çıxarışın verilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən X3 ayrılmış 0,08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 01 may 2019-cu il tarixdə cavabdeh orqana ərizə ilə müraciət etmişdir. İddiaçının müraciəti aşağıdakı kimi cavablandırılmışdır. Aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən X3 0,08 ha torpaq sahəsinin 17 may 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının tərtib edilmə tarixinin qeyd edilmədiyi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı torpaq sahəsinin alqı-satqısı üçün tələb olunan məbləği vaxtında ödəmişdir. X5 səhvi ucbatından iddiaçıya alqı-satqı müqaviləsi verilməmişdir. Rayon İcra Hakimiyyəti orqanının memarlıq xidmətinin verməli olduğu rəy isə iddiaçıdan tələb olunası sənəd deyil. Həmin sənədi ona DT və XK verməli idi. İddiaçı həmin torpaq sahəsini X2 X1 verdiyi etibarnamə əsasında Mehriban xanımdan 17.12.2018-ci il tarixli etibarnaməyə əsasən əldə etmişdir. Cavabdeh orqanın imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə 07.07.2021-ci il tarixində formal xətaların aradan qaldırılması, 22.07.2021-ci il tarixində isə mümkünlük iclası təyin etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi X3 17.05.2007-ci il tarixində Qobu Bələdiyyəsi tərəfindən ayrılmışdır. İddiaçı həmin torpaq sahəsini X2 X1 verdiyi etibarnamə əsasında Mehriban Süleymanovadan 17.12.2018-ci il tarixdə əldə etmişdir. Nəzərə alınmalıdır ki, Qobu Bələdiyyəsi tərəfindən müvafiq torpaq sahəsi X3 ayrılmasına baxmayaraq, onun adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın alınmasında İddiaçı subyektiv hüququ yaranmamış olur. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “X3 məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçıya çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar