Məhkəmə qərarları › İş №2-1(118)-1336/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1336/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1336/2020 27.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt inzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, X1 cavabdeh Qusar rayonu X6 sədri Ərziman Həsənova qarşı “iddiaçının mənəvi itkilərini ödəmək üçün X6 sədri Ərziman Həsənovdan yüz manat pul tutularaq iddiaçıya qaytarılması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ. X2 cavabdeh Qusar rayonu X6 sədri Ərziman Həsənova qarşı iddia qaldıraraq iddiaçının mənəvi itkilərini ödəmək üçün X6 Ərziman Həsənovdan yüz manat pul tutularaq iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçi hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət olunsada, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iddia ərizəsində tələbin cavabdeh Qusar rayonu X6 sədri Ərziman Həsənova qarşı irəli sürülməsi ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. İnzibati orqandan ziyana görə kompensasiya tələbi ilə bağlı isə qanunvericiliyə əsasən ilkin olaraq inzibati orqana müraciət edilməsi tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, Ərziman Həsənova qarşı ümumi məhkəmədə iddia qaldıra bilər, Qusar rayonu X4rşı ziyan tələbi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq üçün, ilkin olaraq rəsmi qaydada inzibati orqana müraciət edilməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar