Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1336/2022 22.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı ordu sıralarından təxris olunduğu tarix nəzərə alınaraq mənzil kirayəsı kompensasiyası ilə təmin olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun ordu sıralarından tərxis olundud tarix nəzərə alınaraq kirayə kompensasiyası ilə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzərə alınmasını və xx.xx.2018-ci il tarixdən yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 9N saylı xüsusi təyinatlı hərbi hissədə xidmət etmişdir. xx.xx.2016-cı il tarixdə paraşüt təlim atlayışı zamanı xidməti vəzifəni yerinə yetirərkən yerə çırpılaraq bel-oma nahiyyəsindən ağır zədə almış, travma, xəsarət nəticəsində hər iki daban-topuq nayihəsində kəskin ağrılar, bel-oma nayihəsində yırtıqlar və protuziya əmələ gəlmişdir. xx.xx.2018-ci il tarixdə aldığı travma, xəsarətlə əlaqədar tərxis olunmuşdur. xx.xx.2020-ci il tarixdə ona hərbi əlillik təyin edilmişdir. Qanunvericilik əsasında müvafiq sənədlər Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti sənədlərin qanunauyğunluğunu nəzərə alaraq növbəlilik əsasında mənzillə təmin olunmağı barədə qərar qəbul edilmişdir. Mövcud qanunvericiliyin tələbləri əsasında hərbi əlillər mənzillə təmin edilənədək kirayə müqaviləsi əsasında kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Kirayə müqaviləsi və lazım olunan sənədlər Sumqayıt şəhəri İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinə təqdim edilmişdir. Pandemiya şəraitinin yaratdığı məhdudiyyətlər nəticəsində ondan asılı olmayan səbəblər üzündən sənədlərin yığılaraq təhvil verilməsində problemlər yaranmış və gecikməyə səbəb olmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli Ş-5/2-068/2 saylı qərarı ilə iddiaçının 3-cü qrup hərbi əlil kimi mənzil uçotuna alındığına görə müvafiq yaşayış sahəsinə kirayə üçün kompensasiya ödənilməsindən imtina edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin imtina qərarı qanuna ziddir və heç bir hüquqi əsası yoxdur. Bununla bağlı iddiaçı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümnkün hesab etmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində göstərilmişdir ki, əsgər İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-cü il tarixədək Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçıya 3-cü qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin olunmuşdur. O, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 3-cü qrup əlil kimi xx.xx.2021-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. İddiaçı dəfələrlə şəhər İcra Hakimiyyətinə müraciət edərək (d.o Ş-5-068, xx.xx.2022-ci il, d.o Ş-5/2-068/2, xx.xx.2022-ci il) ehtiyata buraxıldığı tarixdən ona mfənzil kirayə xərcinin ödənilməsini xahiş etmişdir.«Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli İcra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli İcra hakimiyyəti başçıları hərbi qulluqçuların mənzil sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli Qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi' üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir.Göstərilən qanun normasına əsasən hərbi xidmət əlillərinə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənlməsi nəzərdə tutulmamışdır. Ərizəçiyə ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, o, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 3-cü dərəcəli əlil kimi mənzil uçotuna alındığından qanunvericiliyin tələbinə görə ona müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi şamil edilmir. Bu barədə iddiaçi İddiaçı tərəfindən Şəhər İcra Hakimiyyətinə daxil olmuş Ş-5-068, xx.xx.2022-ci il, Ş-5/2-068/2. xx.xx.2022-ci il tarixli müraciətlərə imtina cavabı verilmişdir. İş materiallarına əlavə edilmiş : -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzə Dövlət Xidmətinin Sumqayıt “ASAN Xidmət” Mərkəzi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli elektron arayışdan görünür ki, İddiaçı xx.xx.2010-xx.xx.2011-ci il və xx.xx.2015-ci il xx.xx.2018-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. Xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 367 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı hərbi xidmət keçərkən 2016-cı ilin may ayında paraşütdən tullanarkən aldığı travmanın əlaqəli səbəbi kimi “xəstəlikdir, Hərbi xidmət dövründə almışdır” göstərilmişdir. -TSEK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə 5 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 75 nömrəli sərəncamından görünür ki, 3-cü qrup hərbi xidmət əlili İddiaçı 3 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. İş materiallarından müəyyən edildi ki, iddiaçının xidmət müddəti 5 ildən artıq deyildir, o, hərbi xidmət əlilliyinə görə mənzil növbəsinə götürülmüşdür. Məhkəmə qeyd edir ki, sadalanan qanunvericilik normaların mənasından göründüyü kimi, hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Bununla bağlı qanunvericilikdə 5 il təqvim ilindən az xidmət etmiş olsa da, hərbi xidmət əlili olan hərbi qulluqçuya mənzil kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə cavabdeh inzibati orqanın hər hansı bir qanunsuz hərəkətə yol verdiyi müəyyən olunmur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1336/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1336/2022
22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver