Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-134/2020 25.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı “X3-2” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cəmiyyətin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat borc tələbetmə müddəti ötdüyündən ümidsiz borc qismində silinməsi, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud olan 13200,0 manat borcların silinməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat , qətnamə ilə əhatə edilmiş borclara silinmiş 3023,35 manat, ümumilikdə isə 30.943,35 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi və cəmiyyətə əsassız olaraq hesablanmış 2977,30 manat faiz borcun silinməsi tələbinə” dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək “X3-2” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cəmiyyətin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud olan 13200,0 manat borcların silinməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi və ya məhkəmənin iş üzrə qərarı qanuni qüvvəyə mindiyi tarixdə tələbetmə müddəti ötməmiş borclar mövcud olduqda, həmin vergi borcları ilə əvəzləşdirilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X3-2" ASC-nin xx.xx.2020-cİ il tarixli şəxsi hesab vərəqəsindən göründüyü kimi cəmiyyətin vergi öhdəlikləri aşağıdakı kimidir:Cəmi ödənilməli borc 150223,92 manat o, cümlədən:Vergilər üzrə 69657.69 manat, Maliyyə sanksiyası üzrə 500,0 manat, Faizlər üzrə 14792,35 manat, Əmlaka yönəldilmiş məbləğ üzrə 16250,09 Dövlət rüsumu üzrə 55,0 manat, Torpaq icarəsi üzrə 14400,0 manat, Təsdiqlənməmiş azalma 21482,07 manatdır.İlk öncə cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapan əmlaka yönəldilmiş 16250,09 manat vergi borcuna münasibətdə bildirirəm ki, həmin vergi borcu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələb etmə müddəti ötməsinə baxmayaraq cəmiyyətin şəxsi hesab vərəqəsində əsassız olaraq aktiv vergi qismində qalmaqda davam edir.Belə ki, göstərilən vergi məbləği ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(85)-523/2013 nömrəli, xx.xx.2013cü il tarixli 2(85)-554/2013 nömrəli, xx.xx.2012-ci il tarixli 2(85)-2078/2012 nömrəli, xx.xx.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli, xx.xx.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli və xx.xx.2012-ci il tarixli 2(85)-481/2012 nömrəli qətnamələri qəbul edilmiş və həmin qətnamələr cavabdeh vergi orqanı tərəfindən icra edilərək şəxsi hesab vərəqəsində həmin qətnamələr ilə əhatə olunan vergi borcları əsas vərəqədən azaldılaraq, "əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə" daxil edilmişdir.Həmin məbləğlər üzrə tələbetmə müddətinin ötməsinə münasibətdə isə bildiririk ki, qeyd olunan qətnamələr 2012-2013-cü illərin müxtəlif aylarında qəbul edilmiş və bir ay sonra qanuni qüvvəyə minmişdir.Vergi Məcəlləsinin 93 və 93.13-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların va faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir.Beləliklə, hesab edir ki, şəxsi hesab vərəqəsində əmlaka yönəldilən vərəqədə öz əksini tapan 16.250,09 manat vergi borcu ilə bağlı məhkəmə qətnamələrinin qanuni qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdiyindən, həmin borc ümidsiz borc qismində silinməldir.Bundan başqa cəmiyyətin faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsindən göründüyü kimi həmin vərəqə üzrə bəzi ödənişlər tələbetmə müddəti ötmüş vergi borclarına silinmişdir.Həmin ödənişlər aşağıdakı kimidir: Həmin tarixdə Əməliyyatın tələbetmə müddəti Tarix Əməliyyatın adı Məbləğ ötmüş borcun növü məbləği Ödəmə tapşırığı xx.xx.2017 **********849900 - Ödəniş 7.000,00 18054,38 HŞTV Ödəmə tapşırığı xx.xx.2017 **********549200 - Ödəniş 1.000,00 18054,97 SAİR Ödəmə tapşırığı xx.xx.2017 **********691800 - Ödəniş 4.000,00 18054,97 HŞTV Ödəmə tapşırığı xx.xx.2017 Ödəniş 3.000,00 16122,37 **********106200-HŞTV Ödəmə tapşırığı xx.xx.2017 **********490872 - Ödəniş 3.000,00 20537,47 HŞTV Ödəmə tapşırığı xx.xx.2017 **********275200 - Ödəniş 2.000,00 13594,07 HŞTV Ödəmə tapşırığı xx.xx.2017 Ödəniş 7.920,00 11594,07 **********718600 - MV Cəmi 27.920,00 Yuxarıdakı cədvəldən göründüyü kimi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək-cəmiyyət tərəfindən edilmiş cəmi 27.920,00 manat ödəniş-ödəniş tarixində tələbetmə müddəti ötmüş vergi borclarına silinmişdir. Belə ki, ödəniş olan tarixdə cəmiyyətin mövcud olmuş vergi borcunun 27946,87 manat hissəsi 2010-2012-ci il hesabat dövrələri üzrə səyyar vergi yoxlaması nəticəsində hesablanmış vergilərdən təşkil olunur ki, bu da həmin borclar üzrə tələbetmə müddətinin ödəniş aparılan tarixdə bitdiyini göstərir.Göründüyü, cəmiyyət tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək cəmiyyət tərəfindən edilmiş cəmi 27.920,00 manat ödəniş əsassız olaraq məhz tələbetmə müddəti ötmüş vergi borcuna aid edilmişdir.Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydalarının 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.Beləliklə, iddiaçı tərəfindən ödənilmiş və əsassız olaraq tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsait şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməli və ya mübahisə üzrə yekun qərar qanuni qüvvəyə minən tarixə aktiv vergi borcları ilə əvəzləşdirilməlidir.Şəxsi hesab vərəqəsində öz əskini tapan 13.200,0 manat torpaq icarəsi üzrə borca münasibətdə isə qeyd olunur ki, həmin borcun tutulması ilə bağlı cavabdeh vergi orqanının iddia tələbi məhkəmə qərarına əsasən rədd edildiyi və həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi halda, həmin borc şəxsi hesab vərəqəsindən silinməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanının həmin borc üzrə iddia qaldırmaq hüququ mövcud deyil.Göstərilənlərə əsasən, hesab edir ki, şəxsi hesab vərəqəsində öz əksini tapan torpaq icarəsi üzrə 13.200,0 manat borc silinməlidir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndə və vəkili X4 eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Cəmiyyətin 22 381,12 manat vergi borcu Vergi Məcəlləsinin 85.4-cü maddəsinə uyğun olaraq silinmiş və şəxsi hesab vərəqəsində müvafiq dəyişikliklər edilmişdir.Borc silindikdən sonra Cəmiyyətin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ümumilikdə 97 873,56 manat (o cümlədən, əsas vergi üzrə 56 831,63 manat, faiz üzə 11 136,84 manat, maliyyə sanksiyası üzrə 400,00 manat, məhkəmə qərarları üzrə (əmlaka «önəldilən vərəqə) 16250,09 manat, dövlət rüsumu üzrə 55,00 manat və torpaq icarəsi üzrə 13 200,00 manat) vergi borcu mövcuddur.Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin təblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən isə vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun aktlarının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən əsas vergi üzrə 56 831,63 manat, faiz üzrə 11 136,84 manat, maliyyə sanksiyası üzrə 400,00 manat olmaqla ümumilikdə 68 316,51 manat vergi borcunun tələbetmə müddəti bitməmişdir.Vergi Məcəlləsinin 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar «vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir:93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda;93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Vergi Məcəlləsinin 88.0-cı maddəsinə əsasən vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;2. hesablanmış faizlərin məbləği;3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.Göründüyü kimi, vergi ödəyicisi tərəfindən ödənilən vəsait müvafiq ardıcıllıqla, yaranma tarixi üzrə əvvəlki dövrə hesablanmış vergilərə, faizlərə və maliyyə sanksiyalarına aid edilir.İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində “beş il müddət keçmiş vergi borclarının Məhkəmə qətnamələri üzrə 2(85)-523 saylı xx.xx.2013-cü il tarixli - 2856,70 manat, 2(85)- 43 saylı xx.xx.2012-ci il tarixli - 26485,95 manat, 2(85)-2078 saylı xx.xx.2012-ci il tarixli - 1400 manat 2(85)-129 saylı xx.xx.2012-ci il tarixli - 8572,41 manat, ümumilikdə 39315,75 manat məbləğin silinsin.Vergi ödəyicisinin icraat vərəqəsinə əsasən məhkəmə qətnamələri üzrə borc məbləğləri aşağıdakı kimidir:Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli qətnaməsi üzrə vergi ödəyicisinin 26.485,95 manat vergi borcu və 5,00 manat məbləğində dövlət rüsumu mövcud olmuşdur. Həmin borc məbləği vergi ödəyicisinin icraat vərəqəsinə əsasən xx.xx.2010-cu il tarixə yaranmış borc məbləğindən ibarətdir. Məhkəmə qətnaməsi üzrə məlumatlar AVİS məlumat bazasına daxil edilən zaman həmin qətnamə üzrə 7.351,90 manat borcun ödənilməsi (xx.xx.2011-ci il tarixdə 223,00 manat, xx.xx.2011-ci il tarixdə 23.90 manat, xx.xx.2011-ci il tarixdə 3.000,00 manat, xx.xx.2011-ci il tarixdə 1.000,00 ranat, xx.xx.2012-ci il tarixdə 2.800,00 manat, xx.xx.2012-ci il tarixdə 300,00 manat) nəzərə alınaraq qalan 19.134,05 manat borc məbləği məlumat bazasına daxil edilmişdir. Hazırda vergi ödəyicisinin icraat vərəqəsinə əsasən məhkəmə qətnaməsi üzrə 5.301,80 manat borc məbləği və 5,00 manat dövlət rüsumu ödənilməmiş qalmışdır.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli qətnaməsi üzrə vergi ödəyicisinin 8.567,41 manat vergi borcu və 5,00 manat məbləğində dövlət rüsumu mövcud olmuşdur. Həmin borc məbləği vergi ödəyicisinin icraat vərəqəsinə əsasən xx.xx.2011-ci il tarixə yaranmış borc məbləğindən ibarətdir. Məhkəmə qətnaməsi üzrə məlumatlar AVİS məlumat bazasına daxil edilən zaman 2.201,90 manat borcun ödənilməsi (xx.xx.2012-ci il tarixdə 950,00 manat, xx.xx.2012-ci il tarixdə 251,90 manat, t3 07.2012-ci il tarixdə 1.000,00 manat) nəzərə alınaraq qalan 6.365,51 manat borc məbləği məlumat bazasına daxil edilmişdir. Hazırda vergi ödəyicisinin icraat vərəqəsinə asasən məhkəmə qətnaməsi üzrə 6.365,51 manat borc məbləği və 5,00 manat dövlət rüsumu ödənilməmiş qalmışdır.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)-2078/2012 nömrəli qətnaməsi üzrə vergi ödəyicisinin 1.400,20 manat vergi borcu və 5,00 manat məbləğindədövlət rüsumu mövcud olmuşdur. Həmin borc məbləği vergi ödəyicisinin icraat vərəqəsinə əsasən xx.xx.2012-ci il tarixə yaranmış borc məbləğindən ibarətdir. Hazırda vergi ödəyicisinin icraat vərəqəsinə əsasən məhkəmə qətnaməsi üzrə 1.400,20 manat borc məbləği və 5,00 manat dövlət rüsumu ödənilməmiş qalmışdır.Sumqayıt inzibatilqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(85)-523/2013 nömrəli qətnaməsi üzrə vergi ödəyicisinin 2.856,70 manat vergi borcu və 10,00 manat məbləğində qövlət rüsumu mövcud olmuşdur. Həmin borc məbləği vergi ödəyicisinin icraat vərəqəsinə əsasən xx.xx.2012-ci il tarixə yaranmış 5801,38 manat borc məbləğindən qalan məbləğdir. Hazırda vergi ödəyicisinin icraat vərəqəsinə əsasən məhkəmə qətnaməsi üzrə 2.856,70 manat borc məbləği və 10,00 manat dövlət rüsumu ödənilməmiş qalmışdır.Əlavə olaraq qeyd etdi ki, vergi ödəyicisi tərəfindən vergi borcu qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədiyindən, cavabdeh vergi orqanı tərəfindən ona məxsus əmlaklar siyahıya alınaraq, ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət edilmiş və qəbul edilmiş xx.xx.2013-cü il tarixli 2(85)-523 saylı, xx.xx.2012-ci il tarixli 2(85)-43 saylı, xx.xx.2012-ci il tarixli 2(85)-2078 saylı, xx.xx.2012-ci il tarixli 2(85)- 129 məhkəmə qətnamələrinə əsasən siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmiş və qətnamələr ilə bağlı icra vərəqələri icra edilməsi üçün aidiyyəti üzrə icra şöbələrinə göndərilmişdir.Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisinin şəxsi vərəqədə əmlaka yönəldilən ödənilməmiş 15944,21 manat vergi borcu vardır.Vergi Məcəlləsinin 90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat (bundan sonra - hərracın təşkilatçısı) tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda (bundan sonra - hərrac) satılması haqqında məhkəmənin qərarı qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir. Mülki Məcəllənin 551.2.4-cü maddəsinə əsasən məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir.Yuxarıda sadalanan hüquq normalarından aydın olduğu kimi, ödənilməmiş vergi borcu müqabilində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmə qətnamələri vergi orqanları tərəfindən deyil, bilavasitə icra məmurları tərəfindən icra edilir və həmin qətnamələr üzrə öhdəliklərin qüvvədə olma müddəti qanunvericiliklə 30 il müəyyən edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, şəxsi vərəqədə qeyd edilmişdir ki, icarə haqları üzrə 13200,0 manat məbləğinin silinsin.Bununla bağlı qeyd etmək lazımdır ki, qeyd olunan vergi məbləği 158 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən hesablanmış torpaq vergisidir.Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaqismən təmin edilməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli ********** nömrəli “Vergi borcunun ödənilməsinə dair” Bildirişə əsasən iddiaçı “X3-2” ASC-nin həmin tarixə dövlət büdcəsinə ümumilikdə 122,365.02 manat, o cümlədən vergilər üzrə 85,395.44 manat, maliyyə sanksiyaları üzrə 500,0 manat, faizlər üzrə 20,219.49 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 16,250.09 manat borcu vardır. “X3-2” ASC-nin şəxsi hesab vərəqəsinə əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(85)-523/2013 nömrəli, xx.xx.2013cü il tarixli 2(85)-554/2013 nömrəli, xx.xx.2012-cü il tarixli 2(85)-2078/2012 nömrəli, xx.xx.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli, xx.xx.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli və xx.xx.2012-ci il tarixli 2(85)-481/2012 nömrəli qətnamələri qəbul edilmiş və həmin qətnamələr cavabdeh vergi orqanı tərəfindən icra edilərək şəxsi hesab vərəqəsində həmin qətnamələr ilə əhatə olunan vergi borcları əsas vərəqədən azaldılaraq, “əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə” daxil edilmişdir. Şəxsi hesab vərəqəsinin “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə” hissəsinə əsasən “X3-2” ASC-nin hazırkı tarixə qətnamələr üzrə ödənilməmiş qalıq borcu 16250,09 manat təşkil edir. Cavabdeh vergi orqanının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazda qeyd edilənlərə əsasən iddiaçı barəsində qəbul edilmiş və qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli qətnaməsi üzrə 5301,80 manat borc məbləği və 5,0 manat dövlət rüsumu, xx.xx.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli qətnaməsi üzrə 6365,51 manat borc məbləği və 5,0 manat dövlət rüsumu, xx.xx.2012-cü il tarixli 2(85)-2078/2012 nömrəli qətnaməsi üzrə 1400,20 manat borc məbləği və 5, manat dövlət rüsumu, xx.xx.2013-cü il tarixli 2(85)-523/2013 nömrəli qətnaməsi üzrə 2856,7 manat borc məbləği və 5,0 manat dövlət rüsumu ödənilməmiş qalmışdır. Şəxsi hesab vərəqəsinə əsasən, “X3-2” ASC tərəfindən xx.xx.2017-ci il tarixdə 7000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 4000 manat, xx.xx.2017-ci il tarixdə 3000 manat, xx.xx.2017-ci il tarixdə 3000 manat, xx.xx.2017-ci il tarixdə 2000 manat, xx.xx.2017-ci il tarixdə 7920 manat, ümumilikdə 27920,0 manat vergi ödənilmişdir. Şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də cəmiyyətin icarəyə götürdüyü dövlətə məxsus torpaq sahəsinə görə ödənilməmiş icarə haqqı borcu 13200,0 manat təşkil edir. İddiaçı tərəfindən cavabdeh vergi orqanına ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəyə və ona əlavə edilmiş sənədlərə əsasən “X3-2” ASC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək cəmiyyətin şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də öz əksini tapan 13200,0 manat, “Əmlaka yönəldilmiş məbləğ üzrə vərəqə”də öz əksini tapan 16250,09 manat borcun və 2977,30 manat faiz borcunun silinməsini, tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat və qətnamə ilə əhatə edilən borclara silinmiş 3023,35 manat vəsaitin artıq ödəmə qismində bərpa edilməsini xahiş etmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********316300 nömrəli “Müraciətinizə baxılması haqqında” cavab məktubunda qeyd edilir ki, “Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən əsas vergi üzrə 56 831,63 manat, faiz üzə 11 136,84 manat, maliyyə sanksiyası üzrə 400,00 manat olmaqla ümumilikdə 68 316,51 manat vergi borcunun tələbetmə müddəti bitməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə əsasən məhkəmə qərarı üzrə yaranmış öhdəlik 30 (otuz) il keçdikdən sonra qüvvəsini itirir və məhkəmə qərarları üzrə (əmlaka yönəldilən vərəqə) 16 250,09 manat vergi borcunun silinməsi mümkün deyil”. İş materiallarını, tərəflərin təqdim etdikləri sübutları və verdikləri izahatları tam və hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçı “X3-2” ASC-nin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyində olan şəxsi hesab vərəqəsində mövcud 13200 manat borc qeydi silinməli, tələbetmə müddəti ötmüş vergi borclarına silinmiş 27920,0 manat məbləğində ödəniş isə artıq ödəmə qismində bərpa edilməklə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi tarixdə şəxsi hesab vərəqəsində mövcud olan tələbetmə müddəti ötməmiş vergi borcları ilə əvəzləşdirilməlidir. Belə ki, iş materiallarında mövcud olan xx.xx.2020-ci il tarixli **********6 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən və iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2012-ci il tarixli 2(85)-481/2012 nömrəli qətnamə əsasında 961,75 manat, xx.xx.2012-ci il tarixli 2(85)-43/2012 nömrəli qətnamə əsasında 19134,05 manat, xx.xx.2012-ci il tarixli 2(85)-129/2012 nömrəli qətnamə əsasında 6365,51 manat, xx.xx.2012-ci il tarixli 2(85)-2078/2012 nömrəli qətnamə əsasında 1400,20 manat, xx.xx.2013-cü il tarixli 2(85)-554/2013 nömrəli qətnamə əsasında 325,88 manat, xx.xx.2013-cü il tarixli 2(85)-523/2013 nömrəli qətnamə əsasında 2856,70 manat, ümumilikdə isə 31044,09 manat vergi borcu şəxsi hesab vərəqəsinə işlənilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən edilmiş xx.xx.2012-ci il tarixdə 981,75 manat, xx.xx.2014-cü il tarixdə 2041,60 manat ödənişlər və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı 11770,65 manat silinmə əməliyyatı nəticəsində əmlaka yönəldilən məbləğ üzrə vərəqədə cəmiyyətin hazırda ödənilməmiş vergi borcu 16250,09 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.1-ci maddəsinə əsasən hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X3-2” ASC-nin şəxsi hesab vərəqəsində “əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də öz əksini tapan 16250,09 manat borcun tutulması üzrə Vergi Məcəlləsinin 85.4-cü və 93.1.3-cü maddələrində nəzərdə tutulan 5 illik müddət ötdüyündən və vergi orqanı da artıq həmin vergi borcunu tutmaq və ya bu istiqamətdə hər hansı məcburiyyət tədbirləri görmək hüququna malik olmadığından, həmin borc Vergi Məcəlləsinin 93.1-ci maddəsinə müvafiq olaraq ümidsiz borc qismində silinməlidir. İddiaçı “X3-2” ASC tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsaitə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsindən və iddiaçı tərəfindən təqdim edilmiş faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsindən çıxarışlardan görünür ki, şəxsi hesab vərəqəsində cəmiyyətin tələbetmə müddəti ötmüş borcları: xx.xx.2017-ci il tarixdə 7000,0 manat ödəniş edilən zaman 18054,38 manat; xx.xx.2017-ci il tarixdə 1000,0 manat ödəniş edilən zaman 18054,97 manat; xx.xx.2017-ci il tarixdə 4000,0 manat ödəniş edilən zaman 18054,97 manat; xx.xx.2017-ci il tarixdə 3000,0 manat ödəniş edilən zaman 16122,37 manat; xx.xx.2017-ci il tarixdə 3000,0 manat ödəniş edilən zaman 20537,47 manat; xx.xx.2017-ci il tarixdə 2000,0 manat ödəniş edilən zaman 13594,07 manat; xx.xx.2017-ci il tarixdə 7920,0 manat ödəniş edilən zaman 11594,07 manat təşkil etmiş və həmin ödənişlər məhz tələbetmə müddəti ötmüş borclara silinmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Sadalanan hüquq normalarının təhlilindən aydın olduğu kimi, vergi ödəyicisi tərəfindən aparılmış ödənişlər, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə müvafiq olaraq tələbetmə müddəti ötmüş borclar istisna olmaqla, yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləğlərinə, daha sonra hesablanmış faizlərin məbləğinə, ən sonunda isə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləğinə aid edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı “X3-2” ASC tərəfindən aparılmış ümumilikdə 27920,0 manat ödənişlər Vergi Məcəlləsinin tələblərinə zidd olaraq tələbetmə müddəti ötmüş borclara silindiyindən, həmin məbləğlər iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməli və ya məhkəmənin qərarı qanuni qüvvəyə minən tarixdə tələbetmə müddəti ötməmiş borclarla əvəzləşdirilməldir. Şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də mövcud olan 13200,0 manat borcun silinməsinə dair iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir, həmin borc iddiaçı “X3-2” ASC tərəfindən icarəyə götürülmüş və hazırda istifadəsində olan dövlət mülkiyyətində olan torpaq sahəsinə görə müqavilə üzrə ödənilməli olan icarə haqlarından təşkil olunur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin Qanunun 14-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. İş materiallarından və iddiaçının vəkili və nümayəndəsi X1 verdiyi izahatdan aydın olur ki, “X3-2” ASC özəlləşdirilmiş müəssisədir və cəmiyyətin istifadəsində olan dövlətə məxsus torpağının üzərində cəmiyyət tərəfindən inşa edilmiş obyekt mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X3-2” ASC tərəfindən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqının yığılmasına nəzarət Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməli olduğundan, cəmiyyətin “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyində olan şəxsi hesab vərəqəsində mövcud 13200 manat borc qeydi silinməlidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, torpaq icarəsi müqaviləsi üzrə cəmiyyətin dövlətə borclu olduğu icarə haqqını Azərbaycan Respublikası Vergilər Nazirliyində olan şəxsi hesab vərəqəsindən silinməsi gələcəkdə torpaq icarəsi müqaviləsi üzrə yaranmış borcun Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin “X3-2” ASCdən tələb etməsi hüququnu məhdudlaşdıra bilməz. Yəni Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq icarəsi müqaviləsi üzrə “X3-2” ASC-nin yaranmış icarə haqqını borcunu tələb etməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, torpaq icarəsi müqaviləsi iki tərəfli müqavilə olduğuna görə həmin müqavilə üzrə yaranmış borcun tələb edilməməsi, yəni bağışlanması yalnız buna səlahiyyətli olan tərəfin subyektiv hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən icarə haqqı üzrə tələblərə 5 illik iddia müddəti nəzərdə tutulur. Belə ki, iddia tələbi üzrə tələb hüququ Vergilər Nazirliyinə aid olmadığına görə qeyd olunan normanın hazır ki, iddia tələbi üzrə tətbiq edilməsi düzgün deyil. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “X3-2” ASC-nin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat,“Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyində olan şəxsi hesab vərəqəsində mövcud 13200 manat borc qeydinin silinməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi və ya məhkəmənin iş üzrə qərarı qanuni qüvvəyə mindiyi tarixdiyi tələbetmə müddəti ötməmiş borclar mövcud olduqda, həmin vergi borcları ilə əvəzləşdirilməsi öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68,69,73,75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. “X3-2” ASC-nin şəxsi hesab vərəqəsində “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”də mövcud olan 16250,09 manat, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”də, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyində olan şəxsi hesab vərəqəsində mövcud 13200 manat borc qeydinin silinməsi, cəmiyyət tərəfindən ödənilmiş və tələbetmə müddəti ötmüş borclara silinmiş 27920,0 manat vəsaitin isə şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi və ya məhkəmənin iş üzrə qərarı qanuni qüvvəyə mindiyi tarixdə cəmiyyətin tələbetmə müddəti ötməmiş borcları mövcud olduqda, həmin vergi borcları ilə əvəzləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-134/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-134/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver