Məhkəmə qərarları › İş №2-1(118)-134/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-134/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-134/2021 15.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Qobustan rayonu Təklə kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X2rşı 15.000 manat kompensasiya alınması, 10.000 manat maddi və 10.000 manat mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzırinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh «Azərbaycan X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onlara 15.000 manat kompensasiya alınması, külli miqdarda 10.000 min manat maddi və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 15.000 manat əmlakından məhrum edildiyinə görə kompensasiya, üç il işləmədiyinə görə 10.000 manat maddi və 10.000 manat mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Şamaxı rayon Mərzəndiyyə (Sabir) bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 12 saylı qərarına əsasən aldığı 36 kv m torpaq sahəsində ət və heyvandarlıq məhsullarının satışı məqsədi ilə 6 x 4 metr ölçüdə mağaza tikilməsinə icazə verilməsini xahiş etmişdir. Şamaxı rayon İcra Hakimiyyət başçısının 172 saylı 14 dekabr 2006-cı il tarixli sərəncamı ilə ona Şamaxı rayonu Acıdərə yaxınlığında, Bakı- Qazax magistiral yolunun şərq hissəsində yolun mühafizə zonası (60 m) gözlənilməklə ət və heyvandarlıq məhsullarının satışı məqsədi ilə 6 x 4 metr ölüçüdə mağaza tikilməsinə icazə verilmişdir. İddiaçı həmin ölçüdə mağaza tikmişdir. X6 Agentliyi Bakı-Qazax magistral yolun genişləndirilməsi ilə bağlı mağazaya gedən yolu tamamilə kəsilmiş, mağaza əsas magistral yoldan yuxarı hissədə qalmış, yolkənarı 10 metrdən yuxarı sədd qoyulmuş, bununla da ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, o, altı nəfərdən ibarət ailəsini həmin mağazadan əldə olunan gəlirlə dolanırmışdır. Yolun genişləndirilməsindən sonra tək dolanacaq yeri olan ət mağazası yoldan 10 m hündürlükdə qaldığından işi tamamilə dayanmışdır. O, kompensasiyanın ayrılması üçün cavabdehə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Məhkəmə iclasında içtirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X10 iddia ərizısinə etirazda bildirmişdir ki, iddiaçı X3 inşa etdiyi ət mağazası Azərbaycan X9 Agentliyi tərəfindən sökülməmişdir. Bununla bağlı iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ət dükanının magistral yolun təhkim zolağından kənarda yerləşməsi səbəbindən, yolun tikinti altına düşmədiyi üçün, bu obyekt üçün kompensasiya hesablanmamışdır və Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmamışdır. Eyni zamanda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun genişləndirilməsi zaman tikinti altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikililərinin siyahıya almaq məqsədilə müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan X9 Agentliyi, ƏMDK, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlamışlar və mövcud olan hər hansı əmlak qeydə alınmılşdır. Hazırki iddiada göstərilən obyekt isə yolun mühafizə zolağından kənarda yerləşdiyindən siyahıyaalma zamanı yol tikinti altına düşən maneə kimi qeydə alınmamışdır. Azərbaycan X9 Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim edilməmişdir. İş materiallarında olan : -Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsinin 12 saylı qərarı ilə Şamaxı rayonun Mərtzəndiyyə kəndi ərazisində kənd təsərrüfatına şərti yararsız torpaq sahələrindən 36 kvm torpaq sahəsi tikinti məqsədi ilə X4 ayrılmışdır. -08 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin alqı-satı müqaviləsi Qobsutan rayon Mərzəndiyə bələdiyyəsi ilə İddiaçı arasında 36 kv m torpaq sahəsinin satılması barədədir. -Şamaxı rayonu İcra Hakimiyyətinin 14 dekabr 2006-cı il tarixli 172 saylı sərəncamından görünür ki, Qobustan rayon Təklə kənd sakini İddiaçı Şamaxı rayonunu Acıdərə ərazisi yaxınlığında Bakı-Qazax magistral yolunun şərq hissəsində yolun mühafizə zonası 60 m gözlənilməklə ət və heyvandarlıq məhsullarının satışı məqsədi ilə 6x4 ölçüdə mağaza tikilməsinə icazə verilməsi qərara alınmışdır. -Azərbaycan X9 Agentliyi tərəfindən verilmiş 25 dekabr 2019-cu il B-3/13-9745 saylı imtina məktubundan görünür ki, iddiaçının M-4 Şamaxı-Yevlax avtomobil yolunun dörd zolağa genişləndiriliməsi zamanı ət dükanının yararsız hala düşməsi ilə bağlı məsələnin araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilmişdir. Bununla əlaqədar iddiaçıya məxsus ət dükanı yolun tikintisi altına düşmədiyi üçün bu obyektin köçürülməsinə kompensasiya nəzərdə tutulmamışdır. -B+Ş Audit Konsaltinq “ MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, X4 məxsus qeyri-yaşayış sahəsi faktiki olaraq ümumilikdə 50.86 kv m-dir. X9 Agentliyi tərəfindən həyata keçirilən M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsində X4 məxsus torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsi tikinti altına düşməmişdir. Qeyri-yaşayış sahəsi infrastruktur və təmir cəhətdən istifadə üçün yararldır. Lakin keçirilən M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun dörd zolağa genişləndirilməsi nəticəsində qeyri-yaşayış sahəsi əsas yoldan kənarda qalması ilə birlikdə intensivliyini itirmişdir və qeyri-yaşayış sahəsinin qarşısından keçən heç bir yol yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Göstərilən Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı bələdiyyə qərarı əsasında ona ayrılmış torpaq sahəsində ət mağazası inşa etmişdir. Cavabdeh tərəfindən həyata keçirilən Bakı-Şamaxı-Yevlax avtomagistral yolunun genişləndirilməsi layihəsi çərçivəsində aparılan işlərin nəticəsində iddiaçının inşa etdiyi mağaza yol kənarından 10 m hündürdə qalmışdır. Bununla bağlı iddiaçı iddia edir ki, onun mağazası işlək vəziyyətdə deyildir, gedişgəliş yolundan aralıda qaldıöından fəaliyyət göstərə bilmir. Bununla bağlı iddiaçı ona 15000 manat kompensasiyanın, üç il fəaliyyət göstərə bilmədiyinə görə 10000 manat maddi və 10.000 manat mənəvi ziyanın ödənilməsinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə iddiaçının mağazasının yoldan 10 m hündürlükdə qalması ilə bağlı işlədə bilməməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, bu hal yaranmış olsa belə, bunun üçün hər hansı kompensasiya verilməsi nəzərdə tutulmamışdır. İddiaçının istifadəsində olan torpaq sahəsinə ya qeyri-yaşayış sahəsinə (mağazaya) müdaxilə edilməmiş və həmin əmlak alınmaya məruz qalmamışdır. Beləliklə, məhkəmə iddiaçının 36 kv m torpaq sahəsində inşa etdii ət mağazasına görə 15.000 manat kompensasiya və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair tələbinin əsassız olması qənaətinə gələrək iddianın təmin edilməməsini məqsədəuyğun hesab edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar