Məhkəmə qərarları › İş №2-1(118)-1342/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1342/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1342/2020 26.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, X1 cavabdeh Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhəri İnzibati Ərazi üzrə Nümayəndəliyinə, üçüncü şəxs Xaçmaz rayon İcra Şöbəsinə, üçüncü şəxs Xaçmaz rayon Maliyə şöbəsinə qarşı iddia qaldırmışdır. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1(105)-73 saylı icra vərəqəsinə əsasən iş üzrə borclu Xudat şəhəri inzibati ərazi dairəsi üzər nümayəndəliyindən cəmi 4220 manat (dörd min iki yüz iyirmi) məbləğində pul alınaraq İddiaçınə verilməlidir. Lakin bu vaxta qədər məhkəmə qərarına məhəl qoymayaraq heç bi rödəniş edilməmişdir. Həmçinin borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunasına baxmayaraq borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək qanunvericliyin tələbləri kobud şəkildə pozmuşdur. xx xxx 2014-cü il tarixli Xaçmaz rayonu İcra Şöbəsi protokolu ondan ötrü tərtib edib ki, borclu Xudat şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi AR İnzibati Xətalar Məcəlləsinin 313.1.1. s maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. xx xxxx 2014-cü il tarixli Xaçmaz rayon Məhkəməsi Xudat şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi 1000 manat məbləğində cərimə edilmişdir. xx xxxx 2020-ci ildə xx.xx.2013-cü il tarixli 2-1(105)-73 saylı icra vərəqəsinə əsasən Xaçmaz rayon İcra Şöbəsi tərəfindən akt tərtib edilmişdir ki, Xudat şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi B.E.Əliyev xəbərdarlıq edilməsinə baxmayaraq icra etməmişdir. Dəymiş zərərin hesabatı və iddia tələbi Yuxarıda qeyd edildiyi kimi iş üzrə İddiaçı Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər inzibati-ərazi dairəsi üzrə üzrə nümayəndəliyindən 4220 manat məbləində pul alınaraq İddiaçı KM-nə verilməlidir. İddia ərizəsinin “Faktların ifadəsi” bölməsində göstərildiyi kimi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx xxx 2013-cü il tarixli qətnamə ilə bir daha təsdiq edilmişdir. Bu səbəbdən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60, 68 və 129cu maddələri, Mülki Məcəlləsi 21 və 449-cu maddələri, Konvensiyanın 6.1 maddəsinə əsasən dəymiş zərərin məbləği qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanmışdır və müqavilə üzrə yaranmış 4220 manat qanunsuz istifadə hüququ olduğu müddəti əhatə edir və nəticəsində iddiaçıya ödənilməli vəsaitlərin gecikdirilməsi üçün AR Mülki Məcəlləsinin 449-cu maddəsi ilə müəyyən edilmiş faiz məbləğləri tətbiq edilmişdir. Milli Bankın uçot faiz 15 faizdir. Qeyd edilənlərə əsasən məhkəmədən xahiş edir: 1.“Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-1(105)-73 saylı icra vərəqəsinə əsasən və Mülki Məcəllənin 449-cu maddəsi ilə müəyyən edilmiş faiz məbləğləri tətbiq edilmişdir. Milli Bank uçot faiz 15% cavabdehdəb iddiaçının xeyrinə 8674 manat məbləğində(xx.xx.2013-cü ildən-xx.xx.2020-ci ilə qədər icra vərəqəsinə əsasən pul alınmasına qətnamə qət edəsiniz.

2. Cavabdehdən iddiaçının xeyrinə mənəvi, maddi ziyana görə və məhkəmə xərclərinə və digər məsələlərinə görə 1426 manat ödənilməsi barədə cərimə tutulmasına qətnamə qət edəsiniz.

3. Cəmi 10000 (on min) məbləğində dəymiş zərər hesablanmasına dair qətnamə qəbul edəsiniz.

4. Vəzifəli şəxs tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsinə görə AR MPM 265.5 maddəsinə uyğun olaraq məhkəmə AR CMnin 306.2. s. maddəsi ilə cinayət işinin başlanmasına dair xüsusi qərar çıxarır və bu barədə prokurora xəbər verir.

5. Dövlət rüsumunun ödənilməsinə dair xərclərin cavabdehə aid edilməsin.

1. Xaçmaz rayon icra şöbəsindən xx.xx.2013-cü ildə başlamış 1683 icra üzrə icrratını tələb etmək.

2. İcra məmurları Xaçmaz rayon İcra şöbəsinə çağırılsın.

Məhkəmə tərəfindən iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 49-cu maddələrinə əsasən xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasına dəvət olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi X3 tərəfindən imzalanmışdır. Lakin həmin şəxsin İddiaçı adından iddia qaldırmaq səlahiyyətinin olması müəyyən edilmir. İşə xx xxxx 2020-ci il tarixli etibarnamənin kserosürəti əlavə edilmişdir. Həmin sürətdə iddia ərizəsində İddiaçı direktoru göstərilən X4 tərəfindən X2 məhkəməyə verilən iddia ərizəsini imzalamaq səlahiyyətinin verildiyi qeyd edilməmişdir. İddiaçınə aid sənədlər işə əlavə edilməmiş, ümumiyyətlə iş materiallarına ancaq sənədlərin sürəti əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi qanunvericilik təmsil olunan tərəfin verdiyi etibarnamədə iddia ərizəsinin imzalanması ilə bağlı nümayəndənin səlahiyyətinin xüsusi olaraq göstərilməsini imepartiv olaraq müəyyən etmiş, nümayəndə kimi təmsil olunacaq şəxslərin dairəsini müəyyən etmişdir. Lakin hazırki işdə iddianı imzalayan şəxsə belə bir səlahiyyətin verilməsi və məhkəmədə təmsil olunma səlahiyyətinin olması müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qeyri-müəyyən olmaqla iki hissə təşkil edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddia ərizəsindən görsənir ki, iddiaçı tərəf məhkəmə qərarının icra olunmamsı ilə bağlı həm borcludan həmdə icra qurumundan narazıdır. İddiaçıya izah olunsun ki, mövcud qanunvericiliyə əsasən məhkəmə qərarının icrası ilə bağlı inzibati məhkəmə icraatı qaydasında ikinci bir iddianın qaldırılmasına yolverilmir. Məhkəmə qərarını icra etməyən borcludan ziyan tələb edilməsidə inzibati məhkəmə icraatında baxıla biləcək iddialara daxil deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar