Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1347/2023 17.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının yaşaış sahəsi ilə təmin olunanadək onun, həyat yoldaşının və üç övladının müvəqqəti mənzil kirayə xərcinin xx.xx.2022-ci il tarixdən təyin edilməsi və xx.xx.2022-ci il tarixdən tələb üzrə qərar qüvvəyə məninədək yaranacaq məbləğin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının yaşaış sahəsi ilə təmin olunanadək onun, həyat yoldaşının və üç övladının müvəqqəti mənzil kirayə xərcinin xx.xx.2022-ci il tarixdən təyin edilməsi və xx.xx.2022-ci il tarixdən tələb üzrə qərar qüvvəyə məninədək yaranacaq məbləğin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli T-472-0T0 nömrəli məktubu ilə onun müvəqqəti mənzil kirayə xərclən barədə müraciəti müsbət həll edilməmiş, müraciətindən (istəyindən) imtina edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının T-47 saylı, 11 noyabr 2022-ci il tarixli məktubunda ehtiyata buraxılmış zabit kimi ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ayrılması barədə müraciətindən imtina edilmişdir. Belə ki, həmin məktubda hazırkı iş üzrə iddiaçıya xitabən qeyd edilmişdir ki: “Ehtiyataburaxılmış zabit kimi Sizə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ayrılması barədə müraciətinizə şəhər İcra Hakimiyyətində baxılmışdır. Müəyyən olunmuşdur ki, Siz xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, AR Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 0587 saylı əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışsınız. Siz ehtiyata buraxılmış zabit kimi xx.xx.2022-ci il tarixdən yaşıayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almınısınız. Bildiririk ki, “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət elmiş müddəidən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi kompensasiyası ödənilir. Göstərilən qanun normasına əsasən ehtivala və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri ödənilməlidir. Eyni zamanda qanunvericiliyə görə öz arzusu ilə ehtiyata buraxılmış zabitlərə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlər nəzərə alınaraq xahişinizin müsbət həlli mümkün olmamışdır.” Azərbaycan Respublikası Sumqayıt Şəhər icra Hakimiyyəti Başçısının 509 saylı, 12 sentyabr 2022-ci il tarixli “Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma haqqında” Sərəncamı ilə uçota alınmışdırlar. Həmin sərəncamla müəyyən edilmişdir ki, vətəndaş İddiaçı Şəhər İcra Hakimiyyətinə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını xahiş etmişdir. Müəyyən olunmuşdur ki, 1981-ci il təvəllüdlü polkovnik-leytenant İddiaçı xx.xx.1998-ci il tarixindən xx.xx.2022-ci il tarixə kimi AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, AR Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 0587 saylı əmri ilə “Hərbi xidmətdənkeçmə haqqında" Əsasnamənin "156"-cı madəsinin “j”bəndinə (öz arzusu) əsasən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdən o, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyatdadır. İddiaçı 5 nəfər (özü, arvadı, 2 oğlu və qızı) ailə tərkibi ilə anasının mülkiyyətində olan yaşayış sahəsi 47,31 kvadratmetrdən ibarət 3 otaqlı ünvan 1 ünvanında 9 nəfərlə 1997-ci ildən qeydiyyatda olmaqla Rəhimova Məryəm Tağı qızına aid Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 70/40, mənzil 33-də kirayədə yaşayırlar. Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci, Mənzil Məcəlləsinin 50, 51-ci maddələri və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə rəhbər tutaraq qərar alınmışdır: 1.Ehtiyata buraxılmış polkovnik-leytenant İddiaçı 5 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınsın. 1.İddiaçı - özü 2.X1-arvadı 3.X6-oğlu 4.X2-oğlu 5.X3-qızı 2.Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfat və mənzillərin uçotu şöbəsi bu sərəncamdan irəli gələn məsələləri həll etsin. Cavabdehin imtinası qanunsuz və əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdlər. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, müəyyən olunmuşdur ki, 1981-ci il təvəllüdlü ehtiyatda olan polkovnuk-leytenant İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, AR Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 0587 saylı əmri ilə “Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu) əsasən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdən o, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyatdadır. İddiaçı ehtiyata buraxılmış zabit kimi xx.xx.2022-ci il tarixdən yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisan ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir”. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi" barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri ödənilməlidir. Eyni zamanda qanunvericiliyə görə öz arzusu ilə ehtiyata buraxılmış zabitlərə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus MN ******* saylı şəxsi vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 iyul 2020-ci il tarixli, 0587 saylı əmri ilə öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 509 saylı, 12 sentyabr 2022-ci il tarixli sərəncamından görünür ki, İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və onun ailə tərkibi 5 (beş) nəfərdən ibarətdir. - Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ona mənzil kirayə xərcinin ödənilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 225 saylı, 31 avqust 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, 1981-ci il təvəllüdlü ehtiyatda olan zabit polkovnik-leytenant İddiaçı xx.xx.1998-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 0587 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyatdadır. - İddiaçı ilə Rəhimova Məryəm Tağı qızı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kirayə müqaviləsindən görünür ki, Rəhimova Məryəm Tağı qızı ünvan 2 ünvanında yerləşən mənzili iddiaçıya kirayəyə vermişdir.
4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 1981-ci il təvəllüdlü ehtiyatda olan zabit polkovnik-leytenant İddiaçı xx.xx.1998-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 0587 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 509 saylı, 12 sentyabr 2022-ci il tarixli sərəncamından görünür ki, İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İddiaçı mənzil kirayə xərcinin ödənilməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın həmin məktubunda imtinanın əsası kimi “Hərbi xidmət keçməsi haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin nəzərdə tutulmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtiası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Həmin qərarın 2-ci bəndinə əsasən həmin qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İstinad olunan normativ hüquqi aktda mənzil kirayəsi xərclərinin ödənilməsi məbləği, məsələn Sumqayıt şəhəri üçün bu məbləğin 100 manat təşkil etməsi, eləcə də mənzil kirayəsi xərclərinin ödənilməsi qaydasının yalnız nağdsız qaydada, yəni pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilərək ödənilməsi qaydası nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin istinad olunan 6 avqust 2012-ci il tarixli qərarında yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil kirayəsi üçün kompensasiya hüququnun tanındığı, öz arzusu ilə ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinin nəzərdə tutulmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Konstitusiyanın 149-cu maddəsinin V bəndində isə deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: - 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. -2.7-cı maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. Sonuncu müddəanın tətbiqi onu ehtiva edir ki, Nazirlər Kabinetinin göstərilmiş Qaydalarına münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu daha üstün hüquqi qüvvəyə malik olduğundan, tətbiq edildiyi subyektlərin dairəsi ayırd edilmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehə müraciət etdiyi 12 sentyabr 2022-ci il tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin ödənilməsi və xx.xx.2022-ci il tarixdən tələb üzrə qərar qanuni qüvvəyə məninədək yaranacaq məbləğin birdəfəyə ödənilməsi öhdəliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı cavabdehə müraciət etdiyi 12 sentyabr 2022-ci il tarixdən ona və onunla birlikdə yaşayan ailə üzvlərinə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə kirayə haqqı məbləğinin ödənilməsi və xx.xx.2022-ci il tarixdən tələb üzrə qərar qanuni qüvvəyə məninədək yaranacaq məbləğin birdəfəyə ödənilməsi öhdəliyi Sumqayıt Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva