Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1348/2025 14.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası AZE seriyalı, 0******* nömrəli “Vətəndaşın şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı 3 fevral 1954-cü il tarixdə doğulmuşdur.
2. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 30 iyul 1975-ci il tarixli, 01359 nömrəli attestatından görünür ki, İddiaçı 1 sentyabr 1974-cü il tarixdən 22 iyul 1975-ci il tarixədək təhsil almışdır.
3. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 20 iyul 1976-cı il tarixli, 514 nömrəli attestatından görünür ki, İddiaçı 1 sentyabr 1975-ci il tarixdən 20 iyul 1976-cı il tarixədək təhsil almışdır.
4. ВТ seriyalı, 039695 nömrəli diplomnan görünür ki, İddiaçı 1976-cı il tarixdə Sumqayıt Kimya-texnologiya texnikumuna daxil olmuş, 26 iyul 1980-ci il tarixdə tam kursu bitirmişdir.
5. İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”.
6. İddiaçı məxsus 1 iyun 1977-ci il tarixli, ИT-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti və notarial qaydada təsdiq edilmiş tərcüməsi.
7. Azərbaycan Respublikası "xxxx" MMC-nin 1 iyul 2023-cü il tarixli, 01/07 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC (keçmiş “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma idarəsində) 2 avqust 1976-ci il tarixdən 2 noyabr 2000-ci il tarixə kimi elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il, 320 nömrəli qərarında qeyd olunan 1080A010 bölməsinə əsasən istehsalatda 1-ci siyahiya 8-ci dərəcəyə aid edilir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 14 noyabr 2023-cü il tarixli, 3-17-1/2-B-264849/2023 nömrəli “Əmək pensiyasından aparılan aylıq tutulma haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, əmək pensiyası üzrə artıq alınmış 9.876,95 manat vəsait 2023-cü ilin oktyabr ayında əmək pensiyasından 83,55 manat tutulmuş, qalıq 9.793,40 manat borc məbləği 3-17-1/1-B-258617/2023 nömrə ilə qeydə alınmış ərizəsinə əsasən 1 noyabr 2023-cü il tarixdən ayda 10%, yəni 41,77 manat tutularaq Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının müvafiq hesabına bərpa olunacaqdır.
9. Azərbaycan Respublikası "xxxx" MMC-nin 29 aprel 2024-cü il tarixli, 053 nömrəli arxiv arayışından görünür ki, İddiaçı (3 fevral 1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-də (keçmiş “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi) 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək işlədiyi elektrik qaynaqçısı peşəsində əmək funksiyalarını faktiki olaraq laboratoriyada kimyəvi maddələrlə, civə, kislotalarla, tunellərin təmiri ilə, eləcə də rezervuarların, bakların və sistemlərin daxili işlərində icra etməklə yerinə yetirmişdir. Yuxarıda göstərilən peşə, yəni 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək işlədiyi elektrik qaynaqçısı peşəsi fəhlə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ bölməsi, Kimya istehsalatı şirf 1080A00-17541A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: - kod: 1080A010 xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik tamların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər; - kod: 1080A010 kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetikləri peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Eyni zamanda elektrik qaynaqçısı peşəsi daxili işlərdə oluduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın XXİİİ Ümumi peşələr bölməsində 12100000-19906 kodunda Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları peşəsi (vəzifəsi) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı 2 avqust 1976-cı il tarixdən Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək yuxarıda qeyd edilən 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 24 il 3 ay (2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci illər arasındakı dövrlər) təşkil edir.
Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1 iyun 2023-cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, 1 dekabr 2017-ci il tarixdə İddiaçı təyin edilmiş hazırkı pensiya məbləği 730,60 manat, yeni hesablanmış pensiya məbləği 327,21 manat olaraq göstərilmişdir.
11. “İddiaçı Məmməd oğlunun "xxxx" MMC-də 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək elektrik qaynaqçısı işləməsi faktına dair” 21 mart 2023-cü il tarixli Akt.
12. İddiaçı göndərilmiş 23 iyun 2023-cü il tarixli, 3-17-1/2-B-144183/2023 nömrəli “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktub.
13. İddiaçı göndərilmiş 8 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-B-207072/2023 nömrəli “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubdan görünür ki, Mərkəzi Filialda mövcud olan "xxxx" MMC-nin 15 sentyabr 2008-ci il tarixli, 18 nömrəli arayışında 2 avqust 1976-cı il – 1 noyabr 1981-ci il və 1 noyabr 1981-ci il – 2 noyabr 2000-ci il tarixləri arasındakı dövrlər ərzində Etilen-Polietilen zavodunda elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı 30 yanvar 1984-cü il – 14 oktyabr 1994-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işləməyinə dair məlumatlar öz əksini tapdığı halda, 15 oktyabr 1994-cü il – 2 noyabr 2000-ci il tarixləri arasındakı dövrlərdə işləməyinə dair hər hansı məlumat aşkar olunmamışdır. Bu fakt “Etilen-Polietilen” zavodunun 21 mart 2023-cü il və 3 may 2023-cü il tarixli birgə aktları ilə təsdiq edilmişdir. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (14 il 2 ay 8 gün (23 may 1972-ci il – 28 iyun 1974-cü il, 30 yanvar 1984-cü il – 18 yanvar 1990-cı il, 26 noyabr 1992-ci il – 14 oktyabr 1994-cü il, 22 mart 2003-cü il – 3 noyabr 2000-ci il və 23 fevral 2004-cü il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, yaşa görə əmək pensiyası 63 yaşının tamam olduğu 1 dekabr 2017-ci il tarixdən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu 3 fevral 2006-cı il tarixdən təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanlara əsasən, qanunvericiliyinin tələbləri nəzərə alınmaqla 13.393,05 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 13.393,05 manat pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə hər ay (32,72 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Pensiya işinə dair sənədlərə əlavə edilmiş "xxxx" MMC-nin 1 iyul 2023-cü il tarixli, 01/07 nömrəli arayışında 2 avqust 1976-cı il – 2 noyabr 2000-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma idarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub. Bununla əlaqədar olaraq, iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq həmin müəssisənin 26 iyul 2023-cü il tarixli, 03 nömrəli arayışında iş stajına dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, yuxarıda göstərilən dövrdə işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsinin fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciətində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 285,28 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 327,21 manat olmaqla kart hesabına köçürülür. Bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 1 dekabr 2017-ci il tarixə, Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ isə 3 fevral 2017ci il tarixə yaranır. Bu səbəbdən də, yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir.
14. İddiaçı göndərilmiş 5 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-B-231029/2023 nömrəli “Müraciətin cavablandırılması haqqında” məktubdan görünür ki, onun 3 fevral 2017-ci il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Əmək fəaliyyəti dövrləri, o cümlədən 23 may 1972-ci il tarixdən 28 iyun 1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət, 1 sentyabr 1974-cü il tarixdən 22 iyun 1975-ci il tarixədək və 1 sentyabr 1975-ci il tarixdən 20 iyul 1976-cı il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 31 il 10 ay 7 gün sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 6.643,16 manat pensiya kapitalı əsasında ona 1 mart 2020-ci il tarixdən (artıqödəmə ilə bağlı qərardan 3 il əvvəl) 301,74 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunvericiliyinin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək 1 yanvar 2021-ci il tarixdən 336,14 manata, 1 yanvar 2022-ci il tarixdən 347,57 manata çatdırılmışdır. Əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 364,23 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 417,77 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, Fondun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən onun güzəştli şərtlərlə əmək pensiyası üzrə 1 mart 2020-ci il tarixdən 31 may 2023-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
15. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 10 iyun 2024-cü il tarixli, 3-29-63/2-13-3xx-xx/2024 nömrəli arayışından görünür ki, İddiaçı 2 sentyabr 1974-cü il tarixdə Kürdəmir Texniki Peşə Məktəbinin “Üzümçü usta” ixtisasına qəbul olmuş və 22 iyun 1975-ci il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Eyni zamanda bildirilmişdir ki, 1 sentyabr 1975-ci il tarixdə 7 nömrəli Sumqayıt Texniki Peşə Məktəbinin “Elektrik qaynaqçısı” ixtisasına qəbul olmuş və 20 iyul 1976-cı il tarixdə həmin ixtisası əyani formada bitirmişdir, adına yazılmış 514 nömrəli attestat təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 iyul 2024-cü il tarixli, 3-17-1/2-172413/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikası "xxxx" MMC-nin 1 iyul 2023-cü il tarixli, 01/07 nömrəli arxiv arayışı (§7); - "xxxx" ASC-nin 27 fevral 2023-cü il tarixli, 07 nömrəli arayışından görünür ki, İddiaçı 28 iyul 2004-cü il – 8 dekabr 2016-cı il, 12 fevral 2017-ci il – 18 iyul 2018-ci il tarixlərdə və 9 avqust 2019-cu il tarixdən hal-hazırkı tarixə qədər "xxxx" ATSC-də elektrik qaynaqçısı vəzifəsində çalışır və 16 sentyabr 2019-cu il – 30 sentyabr 2019-cu il; 2 mart 2020-ci il – 11 iyun 2020-ci il; 24 may 2021-ci il – 29 oktyabr 2021-ci il tarixlərdə ödənişsiz məzuniyyətə göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 1 iyun 2023-cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı (§10); - “İddiaçı Məmməd oğlunun Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti-Quraşdırma İdarəsi tərəfindən verilmiş işin xarakterinə dair arayışda qeyd edilən məlumatların arxiv sənədləri əsasında qarşılıqlı araşdırılmasına dair” 3 may 2023-cü il tarixli Akt.
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 7 avqust 2024-cü il tarixli, 3-17-1/2-187170/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filialın 13 sentyabr 2023-cü il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi sənədlərə əsasən 23 may 1972-ci il tarixdən 28 iyun 1974-cü il tarixədək hərbi xidmət dövrü, 1 sentyabr 1974-cü il tarixdən 22 iyun 1975-ci il tarixədək, 1 sentyabr 1975-ci il tarixdən 20 iyul 1976-cı il tarixədək təhsil illəri, 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək, 3 noyabr 2000-ci il tarixdən 22 mart 2003-cü il tarixədək, 28 iyul 2004-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 1 yanvar 2006-cı il tarixədək 31 il 10 ay 7 gün sığorta stajı müəyyən edilmişdir. Əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixədək 31 il 10 ay 7 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalı: (31+(10+22/30)/12)x170=5.422,05 Həmin kapitalın 3 fevral 2017-ci il tarixə indeksləşdirilmiş məbləği: 11.759,29 Pensiyanın sığorta hissəsinin hesablanması: 11.759,29:144=81,66 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən fərdi şəxsi hesabının sığorta hissəsində 1 yanvar 2006-cı il tarixdən 3 fevral 2017-ci il tarixədək 6.643,16 manat (2017-ci il tarixə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Pensiyanın sığorta hissəsinin hesablanması: 6.643,16:144=46,13 Pensiyanın ümumi məbləği: 3 fevral 2017-ci il: 81,66 + 46,13 + 110 (baza hissə) = 237,79 1 yanvar 2018-ci il:- 237,79 + 237,79 x 5,7% = 251,34 1 yanvar 2019-cu il: 251,34 + 251,34 x 3% = 258,78 1 yanvar 2020-ci il: 258,78 + 258,78 x 16.6% = 301,74 1 yanvar 2021-ci il: 301,74 + 301,74 x 11,4% = 336,14 1 yanvar 2022-ci il: 336,14 + 336,14 x 3,4% = 347,57 Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 364,24 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 417,77 manata, 1 yanvar 2024-cü il tarixdən isə 464,56 manata çatdırılmışdır: 347,57+(200/12)= 364,24 manat 1 yanvar 2023-cü il: 364,24 + 364,24 x 14,7% = 417,77 manat 1 yanvar 2024-cü il: 417,77 + 417,77 x 11,2% = 464,56 manat. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli, 3-17-1/3-1-81483/2023 nömrəli qərarından görünür ki, İddiaçı yaşa görə 417,77 manat məbləğində əmək pensiyası təyin edilmişdir. - İddiaçı pensiya kapitalına dair çıxarışlar. - Azərbaycan Respublikası "xxxx" MMC-nin 10 sentyabr 2023-cü il tarixli, 5 nömrəli arayışından görünür ki, İddiaçı 2 avqust 1976-ci il tarixdən 2 noyabr 2000-ci il tarixə kimi elektrik qaynaqçısı vəzifəsində çalışmış və 1990-1994-cü illər üzrə qeyd edilmiş əmək haqqı hesablanmışdır (cədvəldə göstərilmişdir).
18. Azərbaycan Respublikası "xxxx" MMC-nin 15 avqust 2024-cü il tarixli, 5 nömrəli məktubu və qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - İddiaçı məxsus "xxxx"sı; - 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC (keçmiş “Azneftkimyaquraşdırma” Trestinin 1ci Sumqayıt Mexaniki-Quraşdırma idarəsinin) natamam arxiv sənədlərində 3 fevral 1954-cü il təvəllüdlü İddiaçı 1976-1994-cü illər üzrə əmək haqqının hesablanması barədə məlumat. - 15 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin təsisçisi Şahid, keçmiş işçisi X2, keçmiş işçisi X3 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 3 fevral 1954-cü il təvəllüdlü İddiaçı 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin (keçmiş “Azneftkİmyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi) işçisi olmuşdur və oradan əmək haqqı almışdır. Həmin dövrlərdə “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi ilə podrat müqavilələri olan Superfosfat və başqa-başqa kimya zavodlarında işləmişdir. İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsində əmək funksiyalarını faktiki olaraq kimyəvi maddələrlə, civə, kislotalarla, tunellərin təmiri ilə, eləcə də rezervuarların, bakların və sistemlərin daxili işlərində icra etməklə yerinə yetirmişdir. - İddiaçı dair digər arxiv materialları.
19. “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 8 avqust 2024-cü il tarixli, 14-2-3-1/2-278/2024 nömrəli məktubu və müəssisənin sabiq işçisi İddiaçı aid (3 sentyabr 1962-ci il təvəllüdlü) T-2 şəxsi vərəqənin surəti qoşma şəklində göndərilmişdir.
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 30 avqust 2024-cü il tarixli, 3-17-1/2-B-208786/2024 nömrəli məktubundan görünür ki, İddiaçı əmək fəaliyyəti dövrləri, o cümlədən 23 may 1972-ci il tarixdən 28 iyun 1974-cü il tarixədək hərbi xidmətdə olduğu müddət, 1 sentyabr 1974-cü il tarixdən 22 iyun 1975-ci il tarixədək və 1 sentyabr 1975-ci il tarixdən 20 iyul 1976-cı il tarixədək təhsil aldığı illər, 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək, 3 noyabr 2000-ci il tarixdən 22 mart 2003-cü il tarixədək, 28 iyul 2004-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla, 1 yanvar 2006-cı il tarixədək 31 il 10 ay 7 gün sığorta stajı və 1 yanvar 2006-cı il tarixdən 1 yanvar 2017-ci tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 6.643,16 manat (2017-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında ona 1 mart 2020-ci il tarixdən 301,74 manat məbləğində yaşa gorə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 1 yanvar 2021-ci il tarixdən 336,14 manata, 1 yanvar 2022-ci il tarixdən 347,57 manata çatdırılmışdır. Əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 364,23 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək 417,77 manata, 1 yanvar 2024-cü il tarixdən 464,56 manata çatdırılmışdır. İddiaçı əmək pensiyası təyin edildiyi tarixdən sonra 6 il və ya daha çox işlədiyi üçün 1 fevral 2017-ci il tarixdən 1 mart 2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 13.637,22 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq 4 mart 2024-cü il tarixdən 653,97 manat müəyyən edilmişdir.
21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin 2 sentyabr 2024-cü il tarixli, 3-21-3/2-H-1387/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Səhmdar Firmasının 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 13 mart 1998ci il tarixli, 437 nömrəli sərəncamı ilə "xxxx" ASC yaradılmış və səhmləri 10 dekabr 2002-ci il tarixində tam özəlləşdirilmişdir. Həmçinin, bildirilmişdir ki, "xxxx" ASC-nin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilmişdir.
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 3 fevral 2025-ci il tarixli qərarından görünür ki, 3 fevral 2017-ci il tarixdə İddiaçı təyin edilmiş hazırkı pensiya məbləği 706,94 manat, yeni hesablanmış pensiya məbləği 706,94 manat olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, vətəndaşın ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 31 il 10 ay təşkil edir.
23. “İddiaçı Məmməd oğlunun Azərbaycan Respublikası 1-ci STQ-da 1976-2000-ci illər ərzində işləməsinə dair məlumatların yerində sənədlərlə qarşılıqlı araşdırılmasına dair” 28 fevral 2025-ci il tarixli Akt.
24. Azərbaycan Respublikası "xxxx" MMC-nin 4 mart 2025-ci il tarixli, 01 nömrəli arayışı (§9-eyni məzmunlu).
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
25. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 3 fevral 2006cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçıya təyin edilmiş pensiyanın bərpa edilməsi, pensiyasından tutulmaların dayandırılması və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
26. İddia tələbinin faktiki əsasları. 3 fevral 1954-cü il təvəllüdlü iddiaçı, - 23 may 1972-ci il tarixdən 28 iyun 1974-cü il tarixədək Sovet ordu sıralarında hərbi xidmət keçmişdir - 2 il 1 ay 5 gün ümumi staj. - 1 sentyabr 1974-cü il tarixdən 22 iyun 1975-ci il tarixədək Kürdəmir 115 nömrəli Mollakənd texniki peşə məktəbində tam əyani formada təhsil almışdır - 9 ay 21 gün ümumi staj. - 1 sentyabr 1975-ci ildən 20 iyul 1976-cı ilədək Sumqayıt 7 nömrəli peşə məktəbdə əyani təhsil aldı (10 ay 19 gün ümumi staj). - 1 sentyabr 1976-cı il tarixdən 26 iyun 1980-ci il tarixədək Sumqayıt kimyatexnologiya texnikumunda Kimya zavodlarının avadanlığı ixtisası üzrə tam əyani formada təhsil almışdır (digər əmək fəaliyyəti ilə üst-üstə düşür). Həmçinin, 1 iyun1977-ci il tarixli əmək kitabçasının notariat qaydasında tərcümə və təsdiq olunmuş surətinin məlumatlarına əsasən iddiaçı: - 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək 1-ci Azneftkimyaquraşdırma trestinin Sumqayıt montaj idarəsində 3-cü, 4-cü, 5-ci və 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir - 24 il 3 ay güzəştli staj. - 3 noyabr 2000-ci il tarixdən 22 mart 2003-cü il tarixədək “Dalğa” istehsalat kommersiya firmasında 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir - 2 il 4 ay 19 gün güzəştli staj. - 28 iyul 2004-cü il tarixdən 8 dekabr 2016-cı il tarixədək "xxxx" ATSC-də 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir - 12 il 4 ay 11 gün, 1 yanvar 2006-cı ilədək 1 il 5 ay 3 gün güzəştli staj. - 8 dekabr 2016-cı il tarixdən 12 yanvar 2017-ci il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir - 1 ay 4 gün güzəştli staj. -13 fevral 2017-ci il tarixdən 18 iyul 2018-ci il tarixədək "xxxx" ATSC-də 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir - 1 il 5 ay 16 gün güzəştli staj. - 9 avqust 2019-cu il tarixdən hal-hazıradək "xxxx" ATSC-də 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işləyir. İddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 31 il 10 ay 17 gün, güzəştli iş stajı isə təkcə güzəştli arayışı olduğu dövrlər 24 il 3 ay təşkil edir. Bu da iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsasdır. 1 avqust 1997-ci il tarixədək 20 ildən çox ümumi, 10 ildən çox isə 1 nömrəli siyahı üzrə güzəştli iş stajını topladığına görə əslində iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalı idi. İddiaçı 52 yaşı 3 fevral 2006-cı il tarixdə tamamlanmışdır. Onun 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək 1-ci Azneftkimyamontaj trestinin Sumqayıt montaj idarəsində işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ bölməsi, Kimya istehsalatı şirf 1080A00-17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: kod: 1080A010 xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər və kod: 1080A010 kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetikləri peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Eyni zamanda, elektrik qaynaqçısı peşəsi daxili işlərdə oluduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının XXİİİ Ümumi peşələr bölməsində 12100000- 19906 kodunda Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları peşəsi (vəzifəsi) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Məhkəməyə qədər aparılmış inzibati icraat. İddiaçıya 50 yaşdan, yəni hüququnun yarandığı 3 fevral 2006-cı il tarixdən əmək haqqının orta aylıq məbləğinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2023-cü il tarixdən cavabdeh inzibati orqan tərəfindən heç bir inzibati icraat aparılmadan, iddiaçını inzibati icraata dəvət etmədən, dinlənilmə hüququnu təmin etmədən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya ləğv edilmişdir. Bundan əlavə, cavabdeh iddiaçıdan son üç il üçün, yəni 1 mart 2020ci il tarixdən 31 may 2023-cü il tarixədək hesablanmış 9.876,95 manat pulu hər ay 41,77 manat olmaqla pensiyasından tutur. Bu da iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş inzibati icraatda iştirak və işin hallarının obyektiv araşdırılması hüquqlarının pozulmasına səbəb olmuşdur. Tələbin normativ əsasları barədə. X1 haqqında Qanununun 13-cü maddəsinin a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Nəticədə 1 nömrəli siyahı üzrə nəzərdə tutulan kişilərin pensiya hüququnun 52 yaşında yaranması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək 1 nömrəli siyahı üzrə ən azı 10 il, ümumi isə 20 il sığorta stajı olduğuna görə, ona 52 yaşdan 24, təyin edilmiş pensiya qanuni olmuşdur (Əslində tələb olunan həmin ümumi və xüsusi stajı 1 avqust 1997-ci il tarixinədək qazandığına görə 50 yaşdan təyin edilməli idi). 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-nin 053 nömrəli, 29 aprel 2024-cü il tarixli verilmiş cavab məktubunda da iddiaçının işlədiyi peşənin hansı əsaslarla, hansı kodlara uyğun gəlməsi və onun 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajının 24 il 3 ay olması göstərilmişdir.
27. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 38, İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 21, “Vətəndaşların təminatı haqqında” Qanunun 13-cü (a bəndi) maddələrinə, prosessual hüquqi əsası kimi isə İPM-in 2, 4, 33, 45 və 46-cı maddələrinə istinad olunmuşdur.
28. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
29. Məhkəmənin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-4436/2024 saylı qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – “üçüncü şəxs”) hazırkı iddia tələbi üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
30. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
31. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 1 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona pensiya ödənişinin pensiya təyin edildiyi qərara əsasən hüququnun yarandığı 3 fevral 2006-cı il tarixə uyğun ödənilməsinin bərpa edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə məhkəmənin 15 oktyabr 2024-cü il tarixli protokol-qərardadı ilə icraat qəbul edilmişdir.
32. Daha sonra iddiaçı tərəf yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 iyun 2023-cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və iddiaçıya 3 fevral 2006-cı il tarixinə hesablanmış pensiya məbləğinin bərpa edilməsi və əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edilmişdir. Ərizə məhkəmənin 14 mart 2025-ci il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
33. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
34. `Etirazın əsaslarına görə Mərkəzi Filialda mövcud olan "xxxx" MMC-nin 15 sentyabr 2008-ci il tarixli 18 nömrəli arayışında 2 avqust 1976-1 noyabr 1981-ci il və 1 noyabr 1981 – 2 noyabr 2000-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının Etilen-Polietilen zavodunda elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı 30 yanvar 1984 – 14 oktyabr 1994-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının sözügedən müəssisədə işləməyinə dair məlumatlar öz əksini tapdığı halda, 15 oktyabr 1994 - 2 noyabr 2000-ci il tarixləri arasındakı dövrlərdə işləməyinə dair hər hansı məlumat aşkar olunmamışdır. Bu fakt “Etilen-Polietilen” zavodunun 21 mart 2023-cü il və 3 may 2023-cü il tarixli birgə aktları ilə təsdiq edilmişdir. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 20 ildən az (14 il 2 ay 8 gün (23 may 1972 – 28 iyun 1974-cü il, 30 yanvar 1984 – 18 yanvar 1990-cı il, 26 noyabr 1992 – 14 oktyabr 1994-cü il, 22 mart 2003-3 noyabr 2000-ci il və 23 fevral 2004 – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya yaşa görə əmək pensiyası 63 yaşının tamam olduğu 1 dekabr 2017-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu 3 fevral 2006-cı il tarixindən təyin edildiyi aşkar olunmuşdur. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 13.393,05 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin iyun ayından etibarən hissə-hissə hər ay (32,72 manat) iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sının kimya istehsalatının (Vİİİ) bölməsində tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri (1080A00-17541) bəndi, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahı”sının kimya istehsalatı bölməsində (X) tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri (2110A00) bəndi nəzərdə tutulmuşdur. İddiaçının pensiya işinə dair sənədlərə əlavə edilmiş "xxxx" MMC-nin ona dair 1 iyul 2023-cü il tarixli 01/07 nömrəli arayışında 2 avqust 1976 - 2 noyabr 2000-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsində iddiaçının əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq həmin müəssisənin 26 iyul 2023-cü il tarixli, 3 nömrəli arayışında iddiaçının iş stajına dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, yuxarıda göstərilən dövrdə işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsinin fəaliyyət sahəsi yuxarıda qeyd olunan 320 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciətində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 285,28 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 327,21 manat olmaqla iddiaçının kart hesabına köçürülür. İddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 1 dekabr 2017-ci il tarixinə, Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ isə 3 fevral 2017-ci il tarixinə yaranır. Bu səbəbdən də, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün onun pensiya işinə aid sənədlər üçüncü şəxsə göndərilmişdir.
35. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9.1, 9.8, 26.4, 29-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli , 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahılarına istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
36. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
37. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
39. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
40. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
41. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
42. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndələri iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
43. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi cavabdeh tərəfindən verilmiş etirazın dəlillərini əsaslı hesab edərək, tələbin təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
44. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
45. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
46. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
47. Məcəllənin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
48. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
Tətbiq edilən hüquq:
49. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
50. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-)
Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. (-)
51. “X1 haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
52. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt.
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ...
Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...
Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
53. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
54. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
55. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
56. İddiaçı tərəfin mövqeyinə görə iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 31 il 10 ay 17 gün, güzəştli iş stajı isə təkcə güzəştli arayışı olduğu dövrlər 24 il 3 ay təşkil edir. Bu da iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsasdır. Həmçinin, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında nəzərdə tutulmuşdur. Bundan əlavə, iddiaçıya 3 fevral 2006-cı il tarixdən əmək haqqının orta aylıq məbləğinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 2023-cü il tarixdən cavabdeh inzibati orqan tərəfindən heç bir inzibati icraat aparılmadan, iddiaçını inzibati icraata dəvət etmədən, dinlənilmə hüququnu təmin etmədən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya ləğv edilmiş, 1 mart 2020-ci il tarixdən 31 may 2023-cü il tarixədək hesablanmış 9.876,95 manat pulu hər ay 41,77 manat olmaqla pensiyasından tutulur.
57. Cavabdeh tərəfin mövqeyinə görə isə etirazın əsaslarına görə 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 20 ildən az (14 il 2 ay 8 gün (23 may 1972 – 28 iyun 1974-cü il, 30 yanvar 1984 – 18 yanvar 1990-cı il, 26 noyabr 1992 – 14 oktyabr 1994-cü il, 22 mart 2003-3 noyabr 2000-ci il və 23 fevral 2004 – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçıya yaşa görə əmək pensiyası 63 yaşının tamam olduğu 1 dekabr 2017-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 52 yaşının tamam olduğu 3 fevral 2006-cı il tarixindən təyin edildiyi aşkar olunmuşdur. Bundan başqa, iddiaçının pensiya işinə dair sənədlərə əlavə edilmiş "xxxx" MMC-nin ona dair 1 iyul 2023-cü il tarixli 01/07 nömrəli arayışında 2 avqust 1976 - 2 noyabr 2000-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsində iddiaçının əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq həmin müəssisənin 26 iyul 2023-cü il tarixli, 3 nömrəli arayışında iddiaçının iş stajına dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, yuxarıda göstərilən dövrdə işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsinin fəaliyyət sahəsi yuxarıda qeyd olunan 320 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulduğu qeyd edilmişdir.
58. İPM-in: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.
59. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).
60. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı qəbul etdiyi qərarın və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması, habelə həmin halların hansı tarixdən ona məlum olması halının araşdırılması zəruridir.
61. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
62. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "X1 haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin "a" bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997- ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır.
63. Qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) iddiaçının azı 20 il sığorta stajının mövcud olması; b) iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
65. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin 15 avqust 2024-cü il tarixli, 5 nömrəli məktubundan görünür ki, HT ******* nömrəli, 1 iyun 1977-ci il tarixli əmək kitabçasından da müəyyən olunur ki, 3 fevral 1954-cü il təvəllüdlü iddiaçı 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək “Etilen-Polietilen” zavodunun deyil, Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin (keçmiş “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi) işçisi olmuşdur. “Etilen-Polietilen” zavodunun 21 mart 2023-cü il və 3 may 2023-cü il tarixli birgə aktlarında qeyd olunan məlumatların nəyin əsasında təsdiq edilməsi barədə heç bir məlumat yoxdur. Əmək kitabçasına, şəxsi vərəqəsinə və əmək haqqı cədvəllərinə əsasən, bir daha bildirilmişdir ki, iddiaçı 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdımıa İdarəsinin işçisi olmuş və “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsindən əmək haqqı almışdır. Həmin dövrlərdə “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi ilə Podrat Müqavilələri olan Superfosfat və başqa kimya zavodlarında işləmişdir. İddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsində əmək funksiyalarını faktiki olaraq kimyəvi maddələrlə, civə, kislotalarla, tunellərin təmiri ilə, eləcə də rezervuarların, hakların və sistemlərin daxili işlərində icra etməklə yerinə yetirmişdir. Yuxarıda göstərilən peşə, yəni 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək işlədiyi elektrik qaynaqçısı peşəsi fəhlə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ bölməsi, Kimya istehsalatı şirf 1080A00-17541A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: - kod: 1080A010 xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər və - kod: 1080A010 kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetiklari peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Eyni zamanda, iddiaçı elektrik qaynaqçısı peşəsini daxili işlərdə icra etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın XXİİİ Ümumi peşələr bölməsində 12100000-19906 kodunda Rezervuarların, hakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları peşəsinə (vəzifəsinə) də uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İdarə ünvanı dəyişməsi (başqa binaya köçməsi) ilə əlaqədər idarəyə məxsus bütün işçilərin bəzi dövrlərə aid arxiv sənədləri itirilmişdir və bu səbəbdən əmrləri, vəzifə təlimatları və 1995-2000-ci illərin əməkhaqqı cədvəllərini təqdim edilməsi mumkun deyil. 1976-1994-cü illər üzrə əmək haqqı jurnalları və şəxsi vərəqə hazırda idarənin arxivində saxlanıldığı üçün, onların təsdiq olunmuş surətləri təqdim edilmişdir. Şahid sözügedən idarədə İddiaçı ilə birlikdə fəhlə peşəsində işləmişdir. 2003-cü il tarixdə idarənin adı dəyişilərək, Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur və həmin tarixdən MMC-nin təsisçisidir. Ondan əlavə, iddiaçını “Azneltkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki- Quraşdırma İdarəsində onunla birlikdə işləyən iş yoldaşları da tanıyır və bunu təsdiq edirlər. Bu səbəbdən iddiaçının “Etilen-Polietilen” zavodunun deyil, “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsinin işçisi olub-olmamasını, onun həqiqətən işləyib-işləməməsini və hansı şəraitdə işləməsini müəyyən etmək və arxiv sənədləri natamam olduğu üçün Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin təsisçisi və onunla həmin dövrlərdə birlikdə işləyən işçilərdən ibarət akt tərtib edilmişdir. Bir daha təsdiq olunmuşdur ki, o, həqiqətən yuxarıda qeyd edilən dövrlərdə və qapalı şəraitdə Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdınna MMC-də və podrat müqavilə əsasında Superfosfat və başqa-başqa kimya zavodlarında işləmiş və əmək haqqı almışdır. İddiaçının 2 avqust 1976-cı il tarixdən Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək yuxarıda qeyd edilən 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 24 il 3 ay (2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci illər arasındakı dövrlər) təşkil edir.
66. Həmçinin, 15 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMC-nin təsisçisi Şahid, keçmiş işçisi X2, keçmiş işçisi X3 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 3 fevral 1954-cü il təvəllüdlü iddiaçı 2 avqust 1976-cı il tarixdən 2 noyabr 2000-ci il tarixədək Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma MMCnin (keçmiş “Azneftkİmyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi) işçisi olmuşdur və oradan əmək haqqı almışdır. Həmin dövrlərdə “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsi ilə podrat müqavilələri olan Superfosfat və başqa-başqa kimya zavodlarında işləmişdir. İddiaçı işlədiyi elektrik qaynaqçısı peşəsində əmək funksiyalarını faktiki olaraq kimyəvi maddələrlə, civə, kislotalarla, tunellərin təmiri ilə, eləcə də rezervuarların, bakların və sistemlərin daxili işlərində icra etməklə yerinə yetirmişdir.
67. Bundan əlavə, “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 8 avqust 2024-cü il tarixli, 14-2-3-1/2-278/2024 nömrəli məktubundan görünür ki, “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun siyahı tərkibində və arxivində 3 fevral 1954-cü il təvəllüdlü “İddiaçı” adında işçi müəyyən edilməmişdir. Müəssisədə vaxtilə işləyən eyni ad və soyadlı 3 sentyabr 1962-ci il təvəllüdlü İddiaçı adlı işçi olduğundan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə X4 şöbəsinin böyük mütəxəssisi tərəfindən tərtib edilən aktda həmin içşiyə aid məlumatlar qeyd olunmuşdur. Müəssisənin sabiq işçisi İddiaçı aid (3 sentyabr 1962-ci il təvəllüdlü) T-2 şəxsi vərəqənin surəti isə qoşma şəklində göndərilmişdir.
68. Məhkəmə prosesində ifadə vermiş Şahid bildirmişdir ki, 2003-cü il tarixdə idarənin adı dəyişilərək, Azərbaycan Respublikası 1-ci Sumqayıt Tikinti Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur və o, həmin MMC-nin təsisçisidir. İdarədə iddiaçı ilə birlikdə işləmişdir. Hal-hazırda isə həmin müəssisə fəaliyyət göstərmir.
69. Göründüyü kimi, etirazda qeyd edilən dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
70. Bundan əlavə, məhkəmə vurğulamağı zəruri hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsaslı olsa idi belə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə də riayət etmədiyindən, həmin əsasla da iddiaçı barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır.
71. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.”
72. Göründüyü kimi, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
73. Cavabdeh orqanın özü tərəfindən təqdim edilmiş sənədlərdən də müəyyən olunur ki, onun tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbini gözlənilməmişdir. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Odur ki, cavabdeh xeyli müddətdən sonra iddiaçının pensiya məbləğinin səhv təyin edilməsinin bildirilməsində haqlı olmamışdır.
74. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.
NƏTİCƏVİ HİSSƏ
75. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının 1 iyun 2023-cü il tarixli, 3-17-1/3-3-11880/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin. İddiaçı 3 fevral 2006-cı il tarixinə hesablanmış pensiya məbləğinin bərpa edilməsi və ona münasibətdə əsassız geri alınmış pensiya məbləğinin hesablanaraq qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova