Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-135/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq məsələləri şöbəsinin sektor müdiri, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Üçüncü şəxslər Kərimov Teymur Arif oğlunun (“xxxx” QSC-də mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan), X3 (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil üzərində hüquq və vəzifələrinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, Sumqayıt şəhəri, 36-cı məhəllə, 6/11 saylı evin 5 nömrəli mənzilinə dair onunla sosial-kirayə müqaviləsinin bağlanması öhdəliyinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 29.09.2020-ci il tarixli qərardadı ilə X6, X8 və Kərimov Teymur Arif oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, onların ailəsi 1981-ci ildə ünvan 1 ünvanına köçmüşlər. O, bütün ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyatdadırlar. Göstərilən mənzil onun atasının işlədiyi xxxx İdarəsindən order əsasında ayrılmışdır. Artıq 40 ilə yaxındır ki, davamlı olaraq o mənzildə yaşayırlar. Ölkədə baş verən müharibə, köçkünlük həyatı onun ailəsinə də fəsadları ilə öz təsirlərini göstərmişdir. Mərhum ataları onlar hələ uşaq ikən tez-tez Füzuli rayonu Horadiz kəndinə valideynlərinə baş çəkirdi. Evin sənədləri iddiaçının babasıgildə qalmışdır. olmuşdur. Məlum hadisələrdə kəndi tərk edən zaman onun atası yalnız yaxınlarını çıxara bildiyindən hər hansı sənəd, əşyaların daşınmasına imkan olmamışdır. Beləlikə, evin sənədlərini əldə etmək imkanını itirmiş olmuşlar. Ölkədə baş verən proseslər, köçkünlük həyatı onun atasının bu işlə məşğul olmasına imkan yaratmamışdır. Sonradan ağır yol qəzası keçirdiyindən səhhətindəki problemləri nəzərə alaraq onun istəyi ilə və həmin mənzildə iddiaçı ailəsi ilə birlikdə yaşadığından övladı olaraq evin sənədlərini əldə etmək qərarına gəlmişdir. Məlum səbəblərdən mənzilin orderinin dublikatının əldə edilməsi məqsədilə o, MİS-ə müraciət etmişdir. MİS-dən bildirmişlər ki, MİS-də sakinlərin 1981-ci il 30 iyun tarixli 21/246 nömrəli order əsasında mənzilə köçmələri və qeydiyyata alınmaları barədə qeydiyyat aparılmışdır. Lakin orderin özü və ya sərəncam sənədlərə əlavə edilməmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, mənzil sahəsinin orderi itdikdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Bu məqsədlə Sumqayıt şəhər Arxivinə müraciət etmiş və X7 adına qeyd edilən mənzilə orderin verilməsi haqqında heç bir məlumatın olmadığını bildirmişdilər. Məsələ ilə bağlı Azərbaycan Respublikası Milli X1vericilik şöbəsinə məktubla müraciət etmişdi. Sözügedən qurum müraciəti Azırbaycan Respublikası Milli Arxiv İdarəsinə və “xxxx” QSC-yə yönləndirmişdir. Hər iki qurumdan daxil olan cavab məktubunda araşdırmanın nəticəsi olaraq X7 adına order haqqında arxiv məlumatının olmadığını bildirmişlər. Üçüncü şəxslər iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında içtirak etmiş cavabdehin nümayəndəsi Əsədova Sədaqət Şamil qızı iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarına əlavə edilmiş : -Sumqayıt ASAN Xidmət Mərkəzi tərəfindən verilmiş 24.11.2018-ci il tarixlui ölüm haqqında şəhadətnamədən görünür ki, X9 01.11.2018-ci iı tarixdə vəfat etmişdir. - Milli Arxiv İdarəsi tərəfindən verilmiş 21.06.2018-ci il tarixli 1/985 saylı məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığı ərizəsinə Milli Arxiv İdarəsində baxılmış və aidiyyəti üzrə müvafiq araşdırma aparılması məqsədilə Dövlət Arxivinin Sumqayıt Filialına göndərilmişdir. İddiaçı eyni məzmunlu ərizə ilə 17.11.2017-ci il tarixində Dövlət Arxivinin Sumqayıt Filialına müraciət etmişdir. Vətəndaşın ərizəsində müvafiq qərarın tarixi göstərilmədiyi səbəbindən Arxiv tərəfindən Sumqayıt şəhər ZDS İk-nin 1981-ci ilin aprel-sentyabr (orderin tarixi 30.06.1981-ci il) aylarına baxış keçirilmiş, lakin vətəndaş X7 adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır. Hazırki müraciətlə bağlı Arxivdə təkrar araşdırma aparılmış, Sumqayıt şəhər XDS İK-nin 1981-ci ilin yanvar-dekabr aylarına dair iclas protokollarına baxılmışdır. Nəticədə sözügedən məsələ ilə bağlı məlumat aşkar olunmamışdır. Araşdırmanın nəticəsi barədə vətəndaşa 12.06.2018-ci il taqrixli 32/2 nömrəli məktubla məlumat verilmişdir. - Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 20.12.2017-ci il tarixli 82 saylı məktubundan görünür ki, Sumqayıt şəhər XDS İK-nin 1981-ci ilin aprel-sentyabr aylarına dair iclas protokollarında vətəndaş X7 adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır. Belə ki, iddiaçı tərəfindən Sumqayıt şəhər XDS İK-nin 02.04.1981-ci il tarixli 9 saylı protokolundan 24.09.1981-ci il tarixli 27 saylı protokolunadək baxımış və sorğu edilən məlumat aşkar olunmamışdır. - “xxxx” QSC-nin 27.06.2018-ci il tarixli SM1-237/2 saylı məktubundan görünür ki, iddiaçının 23.05.2018-ci il tarixdə ünvanladığı məktuba cavab olaraq bildirilmişdir ki, Sumqayıt şəhəri, ünvan 3 ünvanında yaşayan İddiaçı aid orderlə bağlı heç bir sənəd “xxxx” QSC-nin arxiv bölməsinə təqdim olunmamışdır. - MKTSİB-nin 3 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Kərimova Aybəniz, Kərimova Gülnarə, İddiaçı və Kərimov Teymur ünvan 1 ünvanında qeydiyyatdadırlar. X2 vəfat edən günədək göstərilən ünvanda qeydiyyatda olmuşdur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 19.02.2020-ci il tarixli K-3-032 saylı məktubdan görünür ki, iddiaçının yaşadığı mənzilə dair orderin dublikatının iddiaçıya verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətə baxılmışdır. Aparılmış araşdırma nəticəsində iddiaçının yaşadığı 36-cı məhəllə, ev 6/11, mənzil 5-ə dair hər hansı sənəd aşkarlanmadığından qaldırılan məsələnin müsbət həlli mümkün olmamışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 16.10.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, mübahisə predmeti olan, yaşayış sahəsi 16,1 kvadrat metrdən ibarət 1 otaqlı ünvan 1-ə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Aidiyyəti üzrə 3 saylı Mənzil Kommunal İdarəsinin arxivində mövcud olan mənzilə dair şəxsi hesab vərəqəsində ünvan 1-in əsas kirayəçisinin 30.06.1961-ci il tarixli 21/246 saylı order əsasında X7 olduğu qeyd edilmişdir. 1981-ci ildə Arif Kərimov və ailə üzvləri olan arvadı X6, övladları: 1978-ci il təvəllüdlü X8, 1980-ci il təvəllüdlü İddiaçı, 1991-ci il təvəllüdlü Kərimov Teymur Arif oğlu isə 1991-ci ildə həmin ünvana qeydiyyata düşmüşlər. 01.11.2018-ci il taridə Kərimov Arif vəfat etmişdir. Hazırda mübahisəli mənzildə iddiaçı da daxil olmaqla 4 nəfər qeydiyyatdadır. - MKTSİB-nin 3 saylı MKS tərəfindən verilmiş 15.10.2020-ci il tarixli 623 saylı arayışın surətindən görünür ki, Kərimova Aybəniz, Kərimova Gülnarə, İddiaçı və Kərimov Teymur ünvan 1 ünvanında qeydiyyatdadırlar. - MTİİ MİS şəxsi hesab nömrəsi 250 görünür ki, Kərimova Aybəniz, Kərimova Gülnarə, İddiaçı və Kərimov Teymur ünvan 1 ünvanında yaşayırlar. - Çıxarış vərəqəsinin surətindən görünür ki, X6 27.11.1981-ci il, X8 30.04.1997-ci il , Kərimov Teymur Arif oğlu, İddiaçı 14.05.1997-ci il və X10 10.06.1987-ci il tarixdən ünvan 1 ünvanına qeydiyyata düşmüşlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 20.03.1952-ci il tarixdə imzalanmış 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında həmin məhkəmə iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onu gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onun xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyət”i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə də iddiaçı ailə üzvləri ilə birlikdə sözügedən mənzilin 30 ildən yuxarı müddət ərzində qanuni sahibi olmaqla, aidiyyəti dövlət orqanından ona mənzil ayrılarkən onun hüquqi gözləntisi həmin mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. İddiaçı mənzilin atasına ayrılmasına dair orderi təqdim edə bilməsə də, yaşayış yeri üzrə MİS-də həmin order barədə qeydiyyatın olması və onun ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyatda olması mənzilin həqiqətən də order əsasında ayrılmasınə təsdiq edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə Sumqayıt şəhəri, 36-cı məhəllə, 6/11 saylı evin 5 nömrəli mənzilinə dair İddiaçı Əsgər qızı ilə sosial kirayə müqaviləsinin bağlanması vəzifəsi qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 36-cı məhəllə, 6/11 saylı evin 5 nömrəli mənzilinə dair İddiaçı ilə sosial-kirayə müqaviləsinin bağlanması vəzifəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-135/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-135/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver