Məhkəmə qərarları › İş №2-1(118)-135/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-135/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-135/2022 28.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayır Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda 3-cü və 4-cü mərtəbədə yerləşən ünvan 2 ünvana aid olan üçüncü şəxs X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üşün əsas olmuş ilkin sənədlərin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvana aid X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin tikilinin 3cü və 4-cü mərtəbəsinin X2 hesabına sökülməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. Daha sona iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanda 3-cü və 4-cü mərtəbədə yerləşən ünvan 2 ünvana aid olan üçüncü şəxs X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üşün əsas olmuş ilkin sənədlərin və çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsi İddiaçı mülkiyyətindədir. Araşdırma nəticəsində iddiaçıya məlum olmuşdur ki, həmin tikilinin 3-cü və 4-cü mərəbəsi 10-cu məhəllə, 23 saylı ünvanı adı ilə üçüncü şəxs N.Yolçuyevanın adına qeydə alınmışdır. Əslində də N.Yolçuyevaya məxsus qeyri-yaşayış binası 23 ünvanı adı altında yerləşir, sadəcə iddiaçının mülkiyyətində olan binanın 3-cü və 4-cü mərtəbəsi də N.Yolçuyevanın mülkiyyətinə verilmiş və binanın 1-ci və 2-ci mərtəbəsi “21” saylı ünvana aid olsa da, 3-cü və 4-cü mərtəbə “23” saylı ünvana aid edilmişdir. İddiaçı hesab edir ki, onun mülkiyyətində olan qeyri-yaşayış binasının 1-ci və 2-ci mərtəbəsinin üzərində başqa şəxsə aid olan tikilinin olması ona maneə yaratmaqla onun mülkiyyət hüququnun pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdilər və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəməən xahiş etdilər. Məhkəmə iclasında iddiaçı mövqeyini həmçinin onunla əsaslandırdı ki, o, qeyriyaşayış sahəsinin 1-ci və 2-ci mərtəbəsini bankdan alqı-satqı müqaviləsi əsasında əldə edərkən 3-cü və 4-cü mərtəbə mövcud olsa da, ona həmin tikililərin heç kimə məxsus olmadığını və istədiyi vaxt sökdürə biləcəyi bildirilmişdir. Bundan başqa o hesab edir ki, onun obyekti 21 saylı olduğu halda üzərində yerləşən tikili 23 saylı ola bilməz. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X8 iddianı qəbul etməyərək izah etdi ki, o, qanunvericviliklə müəyyən edilmiş qaydada ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsini və iddiaçıya məxsus tikilinin üzərində, yəni 3-cü və 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini əldə etmişdir. İddiaçı həmin əmlakı əldə edərkən 1-ci və 2-ci mərtəbədən ibarət olduğunu və 3cü və 4-cü mərtəbənin ona aid olmadığını bilmişdir. Haızrda onun iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən 315,10 kv m qeyri-yaşayış sahəsi 10.10.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. 22.06.2020-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 825,1 kv m qeyri-yaşayış sahəsi X3 tərəfindən X4 bağışlanmışdır. Həmin daşınmaz əmlakın texniki pasportundan da görünür ki, əmlakın ümumi sahəsi 825,1 kv m təşkil edir, 3 mərtəbə və masarddan ibarətdir. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən əldə edilmiş sənədlərdən müəyyən edildi ki, ünvan 6 ünvanda yerləşən 0,0135 ha torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 11.06.203-cü il tarixli 06 nömrəli torpaq sahəsinin ayrılması barədə qərarı, ləğv olunmuş Dövlət Torpaq və Xəritəşəkmə Komitəsi tərəfindən verilmiş 06.08.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçü sənədi əsasında Sumqayıt bələdiyyəsinin adına qeydiyyata alınaraq 10.12.2013-cü il tarixli ********** qeydoyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 04.03.2014-cü il tarixli 3M-94 reyestr nömrəli, 16 nömrəli torpaq sahəsinin icarə müqaviləsi və hərracın yekun protokolu haqqında şəhadətnamə əsasında sözügüedən torpaq sahəsi üzərində X5 icarə hüququ qeydiyyata alınaraq ona 07.03.2014-cü il tarixli çıxarış verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 03.06.2014-cü il tarixli 2(060)-3539/2014 saylı qətnaməsi əsasında 0,02 ha torpaq sahəsi üzərində icarə hüququ, ümumi sahəsi 315,1 kv m qeyri-yaşayış sahəsi üzərində X6 mülkiyyət hüququ qeydiyyata alınaraq 23.07.2014-cü il tarixli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etditi 31.07.2014-cü il tarixli 3M-926 reyestr nömrəli ipoteka müqaviləsi əsasında sözügedən daşınmaz əmlak üzərində "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyünün qeydiyyatı aparılmış, sonradan 25.04.2016-cı il tarixdə ipteka predmetinə tutmanın yönəldilməsi və 23.07.2019-cu il tarixli 47/02 nömrəli hərracın yekun protokolu əsasında qeyri-yaşayış binası üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ qeydə alınmışdır. Bakı şəhəri 14 saylı DNK tərəfindən 25.09.2019-cu il tarixdə təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında həmin qeyri-yaşayış saghəsi "xxxx" ASC tərəfindən İddiaçı satılmışdır. Sumqayıt şəhəri, H.Əliyev prospekti, 10-cu məhəllə 23 saylı ünvanda yerləşən 0,0035 ha torpaq sahəsi Sumqayıt bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə 15.04.2005-ci il tarixli, 10 nönmrəli qərarı və 21.12.2011-ci il tarixli icarə müqaviləsi əsasında X6 adına qeydə alınaraq 13.12.2013-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrindən çıxarış verilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14.04.2015-ci il tarixli 2-1(85)-804/2015 saylı qərarı əsasında sözügedən 825,1 kv m qeyri-yaşayış sahəsi üzərində X6 mülkiyyət hüququ qeydə alınaraq 18.08.2015-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı DNK tərəfindən 07.11.2015-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1, Bakı “Əmlak Xidmıətləri Məkanı”nda yerləşən 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 22.06.2020-ci il tarixli 4Ə-352 reyestr nömrəli bağışlama müqaviləsi əsasında sözügedən daşınmaz əmlak üzərində X2 mülkiyyət hüququ qeydə alınaraq 07.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildiki, üçüncü şəxs N.Yolçuyevanın adına mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş sənədlər bələdiyyənin torpaq sahəsini ayırmasına dair qərar, məhkəmə qərarı, alqı-satqı və bağışlama müqavilələri olmuşdur. ünvan 10 ünvanda yerləşən obyektlərin hər ikisi ilkin olaraq X9 məxsus olmuşdur. Daha sonra o, 21 saylı ünvanda yerləşən obyektin 1-c- və 2ci mərtəbəsini (315 kv m ) "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmiş, sonunda tutma ipoteka predmetinə yönəldilmiş və həmin əmlak bank tərəfindən İddiaçı satılmışdır. 23 saylı ünvanda yerləşən obyekt və 21 saylı ünvanda yerləşən obyektin 3-cü və 4-cü (mansard) mərtəbəsi alqı-satqı müqaviləsi əsasında F.Yolçuyevaya sayılmış və daha sonra onun tərəfindən N.Yolçuyevaya bağışlanmışdır. Həmin obyektlər bir-birinə bitişik yerləşsə də, bir-birindən asılı olmamışlar, 21 saylı ünvanda yerləşən 3-cü və 4-cü (masard) mərtəbələrin 23 saylı ünvanı altında N.Yolçuyevanın mülkiyyətinə verilməsi iddiaçının hər hansı hüququna toxunmur. İddiaçının həmin mərtəbələrə dair hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır. O, özünə məxsus obyekti (1-ci və 2-ci mərtəbələri) əldə edərkən artıq üzərində 3-cü və 4-cü mərtəbələr mövcud olmamış, yəni sonradan inşa edilməmişdir və o, həmin tikililərin ona məxsus olmadığını da bilmişdir. O, bankdan yalnız 315,1 kv m qeyri-yaşayış sahəsini əldə etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların bələdiyyə tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayır Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda 3-cü və 4-cü mərtəbədə yerləşən ünvan 2 ünvana aid olan üçüncü şəxs X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üşün əsas olmuş ilkin sənədlərin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayır Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda 3-cü və 4-cü mərtəbədə yerləşən ünvan 2 ünvana aid olan üçüncü şəxs X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üşün əsas olmuş ilkin sənədlərin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar