Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1353/2024 08.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçılar İddiaçı və X5 Cavabdehnə qarşı “cavabdehin övladları xx.xx.2009-cu il təvəllüdlü X3 sonluğunun dəyişdirilməsindən imtina etməsinin əsassız hesab edilməsi və cavabdehin üzərinə xx.xx.2009-cu il təvəllüdlü X3 sonluğunun dəyişdirilərək doğum akt qeydində soyadının “Hacıquluzadə”dən “Hacıquluyev”ə düzəliş edilməsi vəzifəsinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Cavabdehnə qarşı “cavabdehin övladı xx.xx.2009-cu il təvəllüdlü X3 sonluğunun dəyişdirilməsindən imtina etməsinin əsassız hesab edilməsi və cavabdehin üzərinə xx.xx.2009-cu il təvəllüdlü X3 sonluğunun dəyişdirilərək doğum akt qeydində soyadının “Hacıquluzadə”dən “Hacıquluyev”ə düzəliş edilməsi vəzifəsinin qoyulması”nı məhkəmədən xahiş etmişdir. Daha sonra X7 məhkəməyə ərizə təqdim edərək, onun da iddiaçı qismində məhkəmə icraatna cəlb edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdə iddiaçılar rəsmi nikah bağlamaqla, ailə həyatı qurmuşdurlar. Birgə nikahlarından iki övladları vardır: 1.X8xx.xx.2006-cı il təvəllüdlü; 2.X6-xx.xx.2009-cu il təvəllüdlü. Oğulları İbrahimin ilkin verilmiş doğum haqqında şəhadətnaməsində onun soyadı valideynlərinin soyadına uyğun olaraq “Hacıquluyev” yazılmışdır. Onların Cavabdehnə verdikləri ərizəyə əsasən oğulları İbrahimin soyadı xx.xx.2022-ci il tarixdə “Hacıquluyev”dən “Hacıquluzadə”yə dəyişdirilərək barəsində xx.xx.2009-cu ildə Cavabdehndə tərtib edilmiş 62 saylı doğum akt qeydində müvafiq düzəliş edilmişdir. Bundan sonra oğlu İbrahimin adına Cavabdehndən xx.xx.2022-ci il tarixdə AZ-İV№ 692693 nömrəli yeni doğum haqqında şəhadətnamə verilmiş, həmin sənəddə oğlu İbrahimin soyadı Hacıquluzadə yazılmışdır. Oğlu İbrahimin soyad sonluğuna dəyişiklik edilərkən digər oğlu Hacı da ona söz vermişdir ki, onun da sənədlərində soyad sonluğunu dəyişdirəcəkdir. Yəni doğum haqqında şəhadətnaməsində soyadın Hacıquluyevdən Hacıquluzadəyə dəyişdirəcəkdir. Lakin sonradan oğlu Hacı fikrini dəyişmiş və soyad sonluğunun dəyişdirilməsinə razılıq verməmişdir. Hal-hazırda doğma qardaşları olan oğlanları İbrahim və Hacının soyadları fərqlənir. Ona görə də oğlu İbrahim məndən xahiş etmişdir ki, yenidən Cavabdehnə müraciət edərək soyadının “Hacıquluzadə” dən “Hacıquluyev”ə dəyişdirilsin. O, bu barədə rəsmi ərizə ilə Cavabdehnə müraciət etmiş və onlara həmin şöbənin rəisi Ülkər xanım Baxışovanın imzası ilə xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-327/2023 saylı məktubla rədd cavabı verilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassız olmaqla, onların hüquqlarını pozmuşdur, bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı və X7 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: AA3683299 saylı, AA4756756 saylı şəxsiyyət vəsiqələrinin surətləri; AZ-İİ № 229781 saylı, xx.xx.2017-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surəti; AZ-İV № 004131 saylı, xx.xx.2017-ci il tarixli və AZ-İV № 692693 saylı, xx.xx.2022-ci l tarixli “Doğum haqqında şəhadətnamə”nin surəti; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı 28 iyul 2023-cü il tarixli məktubu və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Göründüyü kimi, iddiaçılar 25 avqust 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından iki övladları dünyaya gəlmişdir: xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X6. Göründüyü kimi iddiaçıların övladlarının birinin soyadı “Hacıquluzadə”, digərininki isə “Hacıquluyev”dir. İddiaçılar hal-hazırda məhkəmədən X1 “Hacıquluzadə”dən “Hacıquluyev”ə dəyişdirilməsini xahiş edirlər. İddiaçılar həmin tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçların müraciətinin təmin edilməsindən imtina etmişdir, iddiaçılar isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıların müraciətinin təmin edilməsndən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qanunun mənasına görə uşağın valideyinlərin soyadını daşımasının istisnaları ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə hesab edir ki, uşaqların mənafeyi nəzərə alınaraq, ailənin digər uşaqlarının soyadı “Hacıquluzadə” kimi qeyd edildiyi üçün, xx.xx.2009-cu il təvəllüdlü X2 "Hacıquluzadə"dən "Hacıquluyev"ə dəyişdirilməlidir. Belə ki, iki doğma qardaşın birinin soyadnın "Hacıquluyev", digərininki isə "Hacıquluzadə" kimi qeyd edilməsi onlara sosial problemlər yarada bilər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X3 sonluğunun dəyişdirilərək doğum akt qeydində soyadının “Hacıquluzadə”dən “Hacıquluyev”ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X3 sonluğunun dəyişdirilərək doğum akt qeydində soyadının “Hacıquluzadə”dən “Hacıquluyev”ə düzəliş edilməsi vəzifəsi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva