Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1354/2022 23.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 13 nömrəli protokolu əsasında qəbul edilmiş qərara əsasən Quba rayonu Alpan kəndində yerləşən internat binasının bir otağına mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “keçmiş Quba rayon Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının 08 may 2000-ci il tarixli 13 nömrəli protokolu əsasında qəbul edilmiş qərara əsasən Quba rayon Alpan kəndi ərazisində yerləşən İnternat binasının bir otağına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Quba rayonu Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 13 nömrəli protokolu əsasında qəbul edilmiş qərara əsasən Quba rayonu Alpan kəndində yerləşən internat binasının bir otağına mülkiyyət hüququnun qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, uzun müddət keçmiş Quba rayonu Sabir adına Sovxozda fəhlə işləmiş və 1996-2001-ci illərdə islahat aparılarkən Quba rayonu Sabir adına X4 Komissiyasının 08 may 2000-ci il tarixli iclas protokolunun qərarı ilə ona 2604 manat əmək haqqı əvəzinə Quba rayonu Alpan kəndində yerləşən internat binasından bir otaq verilmiş və həmin otaq hal-hazırda onun mülkiyyətinə verilərək istifadə edir. O, uzun müddətdir ki, ona verilmiş əmlak payından istifadə etməsinə baxmayaraq mülkiyyətini təsdiq edən çıxarış almaq üçün yalnız 2022-ci ildə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və qeyd olunan təşkilat özünün xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, Quba rayon Sabir adına X4 Komissiyasının xx.xx.2000-ci il tarixli 13 saylı protokolu əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi qeyri-yaşayış sahəsinə dair əmlak payı kimi verilməsi barədə akt təqdim edilmədiyindən ərizəsinin təmin olunması mümkün sayılmır, ona görə də o hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi Quba rayon Sabir adına X4 Komissiyasının 08 may 2000-ci il tarixli 13 N-li protokolun əslindən və Dövlət X5 xx.xx.2017-ci il tarixli 434 nömrəli arxiv arayışından aşkar olur ki, qeyd olunan sənədlərə əsasən ona Quba rayon Sabir adına Sovxoz Alpan kəndində yerləşən internat binasından 2604 manat əmək haqqının əvəzinə 1 ədəd otaq verilmişdir. İddia ərizəsinə əlavə etdiyi Quba rayon Alpan bələdiyyəsinin 05 mart 2022-ci il tarixli 021 saylı arayışından aşkar olur ki, Quba Rayon Sabir adına Sovxoz AİK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən 2604 manat əmək haqqı əvəzinə Alpan kənd sakini İddiaçı verilmiş internat binasının 1 ədəd otaq hal-hazıra kimi onun istifadəsindədir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qeyri-yaşayış sahəsinin əmlak payı kimi ona verilməsi barədə aktın mövcud olmaması ona çıxarışın verilməməsi üçün əsas ola bilməz, belə ki, həmin təhvil-təslim aktının tərtib olunmaması onun təqsiri üzündən əmələ gəlməmişdir. O, qeyd etdiklərinə əsasən hesab edir ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubu heç bir hüquqa əsaslanmır, yalnız hüquq sahibinin süründürmək məqsədi daşıyır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı Quba rayonu, Alpan kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********48 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizənizə əlavə edilmiş Sabir adına X4 Komissiyasının xx.xx.2000-ci İl tarixli, 13 saylı protokolu əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz qeyriyaşayış sahəsinə dair əmlak payı kimi verilməsi barədə akt təqdim edilməmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixli **********09 və xx.xx.2021-ci il tarixdə **********94 nömrəli məktublarla münasibət bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxanda qeyd olunanlardan göründüyü kimi, iddia ərizəsində göstərilən qeyriyaşayış binasına dair '‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyätına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Dövlət X5 03 aprel 2007-ci il tarixli, 434 saylı və xx.xx.2020-ci il tarixli, 1457 saylı arxiv çıxarışlarından görünür ki, Sabir adına sovxoz AİKnın xx.xx.2000-ci il tarixli iclasının 13 saylı protokolu ilə Sabir adına Sovxoz AİK-nın balansında olan əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi, İddiaçı 2604 min manat əmək haqqı əvəzinə ona İnternat binasından 1 ədəd otağın verilməsi qərara alınmış, göstərilən əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi barədə siyahıda, onun adı 20-ci sırada qeyd edilmişdir. - İddiaçı məxsus ИТ-İ №1510188 saylı əmək kitabçasının surətindən görünür ki, o, 22 noyabr 1984-cü ildən 17 yanvar 1987-ci ilə qədər, xx.xx.1987-ci ildən 25 mart 1989-cu ilədək, xx.xx.1990-cı ildən 21 oktyabr 1997-ci ilədək, 01 noyabr 1997-ci ildən 20 may 2000-ci il tarixə qədər Quba rayonu Sabir adına sovxozda işləmişdir. - Quba rayonu Alpan bələdiyyəsinin 05 mart 2022-ci il tarixli 021 saylı arayışında qeyd olunmuşdur ki, Sabir adına sovxoz AİK-nın xx.xx.2000-ci il tarixli iclasının 13 nömrəli protokoluna əsasən 2604 manat əmək haqqı əvəzinə Quba rayonu, Alpan kənd sakini İddiaçı verilmiş internat binasının 1 ədəd otağı hal-hazıra kimi vətəndaşın istifadəsindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçının qeyriyaşayış binası üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sabir adına sovxoz AİK-nın xx.xx.2000ci il tarixli iclasının 13 saylı protokolu ilə Sabir adına Sovxoz AİK-nın balansında olan əmlak növlərinin bölüşdürülüb əmlakçılara verilməsi, İddiaçı 2604 min manat əmək haqqı əvəzinə ona İnternat binasından 1 ədəd otağın verilməsi qərara alınmışdır. İddiaçı həmin otaq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna əsas kimi cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinə dair əmlak payı kimi verilməsi barədə aktın təqdim edilmədiyini göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı imtinası əsassızdır. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar təsbit edilmişdir. Həmin Qanunun 8.0 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayonu Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 13 nömrəli protokolu ilə iddiaçıya verilmiş internat binasının otağı üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayonu Sabir adına sovxoz Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 13 nömrəli protokolu ilə iddiaçıya verilmiş internat binasının otağı üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1354/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1354/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver