Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1355/2023 11.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 18 fevral 2017-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 18 fevral 2017-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx xxxxxx 1960-cı il tarixində anadan olmuşdur. Əmək kitabçası və hərbi biletindən görünür ki, 01 sentyabr 1977-ci il tarixindən 13 oktyabr 1978-ci il tarixinədək Bakı Baza Texnikumunda təhsil almış, 01 oktyabr 1978-ci il tarixindən 18 oktyabr 1980-ci il tarixinədək X9 sıralarında həqiqi hərbi xidmət keçmişdir. 22 dekabr 1980-ci il tarixindən 21 iyul 1981-ci il tarixinədək X6 yük vaqonlarının təmiri üzrə çilingər, 21 iyul 1981-ci il tarixindən 13 oktyabr 1981-ci il tarixinədək həmin Depoda vaqonların baxıcı təmirçisi, 13 oktyabr 1981-ci il tarixindən 20 yanvar 1982-ci il tarixinədək Biləcəri hərbiləşdirilmiş mühafizə idarəsində atıcı, 09 aprel 1982-ci il tarixindən 16 avqust 1982-ci il tarixinədək X6 vaqonların baxıcı təmirçisi, 16 avqust 1982-ci il tarixindən 01 fevral 1984-cü il tarixinədək həmin Depoda təmirçi çilingər, 06 fevral 1984-cü il tarixindən 25 oktyabr 1985-ci il tarixinədək keçmiş Dəvəçi rayonunun Lenin adına üzümçülük sovxozunda təhlükəsizlik mühəndisi, 27 noyabr 1985-ci il tarixindən 15 mart 1986-cı il tarixinədək Rusiya Federasiyasında meşə təsərrüfatında ilməçi, 10 iyul 1986-cı il tarixindən 01 dekabr 1986-cı il tarixinədək Sumqayıt məişət texnikasının təmiri atelyesində təmirçi-çilingər, 14 yanvar 1987-ci il tarixindən 25 avqust 1995-ci il tarixinədək X4 kompressor qurğusunun maşinisti, 25 avqust 1995-ci il tarixindən 04 yanvar 1998-ci il tarixinədək Siyəzən Qaz istismarı idarəsində nəzarətçi-çilingər, 17 sentyabr 1998-ci il tarixindən 29 oktyabr 1999-cu il tarixinədək Bakı Ehtiyat Bələdçilər idarəsində bələdçipraktikant və bələdçi, 12 iyun 2001-ci il tarixindən 01 sentyabr 2005-ci il tarixinədək "xxxx" ASC-də Kompressor qurğularının maşinisti, 11 yanvar 2008-ci il tarixindən 17 may 2012-ci il tarixinədək "xxxx" MMC-də yanacaq doldurma məntəqəsində elektromexanik və növbə rəisi, 10 aprel 2014-cü il tarixindən 01 aprel 2017-ci il tarixinədək “Giləzi Quşçuluq Şirkəti" MMC-də operator, 01 aprel 2017-ci il tarixindən 01 aprel 2019-cu il tarixinədək fəhlə peşələrində çalışmışdır. 01 aprel 2019-cu il tarixindən hal-hazıradək qaynaqçı vəzifəsində işləyir. Beləliklə, 18 fevral 2017-ci il tarixinədək iddiaçının ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 30 il 1 ay 2 gün təşkil etmişdir. Həmin staj illərindən 13 il 4 ay 20 gün müddətini 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12729/2022 nörəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1355/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı müdafiə edərək iddianının təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması onun gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (şəxsin tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. İddiaçı məxsus ******* N-li əmək kitabçasında adıçəkilən şəxsin xx.xx.1987ci il tarixdən "xxxx" fabrikində kompressor maşınlarında 4-cü dərəcəli çilingər, xx.xx.1988ci il tarixdən 5-ci dərəcəli maşinist, xx.xx.1989-cu il tarixdən 6-cı dərəcəli maşinist, xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində qazanxana sexində 6-cı dərəcəli maşinist, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə kompressor sexində maşinist vəzifələrində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq ediimiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmayıb. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı tələb olunan minimum güzəştli sosial sığorta stajına malik olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, verilmiş imtina qanunauyğun olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Cavabdeh orqan tərəfindən daha sonra etiraza əlavə təqdim edilmiş və qeyd olunmuşdur ki, "xxxx" ASC xx.xx.2023-cü il tarixli 53 nömrəli cavab məktubu ilə bildirmişdir ki, iddiaçının "xxxx" ASC-də çalışdığı dövr zərərli kimi qəbul edilə bilməz. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında qeyd edilən müəssisədə vaxtilə çalışmış başqa işçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini əsas gətirərək analoji vəziyyətin iddiaçıya tətbiq edilməsi tələbini irəli sürmüşdür. Həmin şəxsin güzəştli arayışında sadəcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahısında 35-ci fəslin adı qeyd edilmişdir. Yəni, işçinin işlədiyi vəzifə və sahə göstərilməmiş və Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiqlənmiş Siyahıda hansı bəndə uyğun olduğu göstərilməmişdir. Sözügedən siyahının 27-ci fəsli “yeyinti sənayesi” adlanır və orada balığın, bağırsağın, sümüyün istehsalı güzəştli iş stajı sayılsa belə, toyuğun istehsalı güzəştli sahə kimi qəbul edilməmişdir. Təsadüfi deyildir ki, iddiaçının işlədiyi müəssisə belə təsdiqləyir ki, iddiaçının işlədiyi şərait ağır və zərərli iş şəraiti sayıla bilməz.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. • İşdə olan ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1980-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1981-ci il tarixə qədər X6 yük vaqonlarının təmiri üzrə çilingər, habelə vaqonların baxıcı təmirçisi vəzifəsində, xx.xx.1981-xx.xx.1982-ci illərdə Biləcəri hərbiləşdirilmiş mühafizə idarəsində atıcı vəzifəsində, xx.xx.1982-xx.xx.1984-cü illərdə X6 çilingər, xx.xx.1984-xx.xx.1985-ci illərdə Lenin adına üzümçülük sovxozunda texniki-təhlükəsizlik mühəndisi vəzifəsində, xx.xx.1985-xx.xx.1986-cı illərdə Rusiya Federasiyasında meşə təsərrüfatında ilməçi, xx.xx.1986-xx.xx.1986-cı illərdə Sumqayıt məişət texnikasının təmiri atelyesində təmirçiçilingər vəzifəsində, xx.xx.1987-xx.xx.1995-ci illərdə X4 kompressor qurğusunun maşinisti vəzifəsində, xx.xx.1995-xx.xx.1998-ci illərdə tarixinədək Siyəzən Qaz istismarı idarəsində nəzarətçi-çilingər vəzifəsində, xx.xx.1998-xx.xx.1999-cu illərdə Bakı Ehtiyat Bələdçilər idarəsində bələdçi-praktikant və bələdçi vəzifəsində, xx.xx.2001-xx.xx.2005-ci illərdə X4 kompressor qurğusunun maşinisti vəzifəsində, xx.xx.2003-xx.xx.2012-ci illərdə”Azpetrol LTD” MMC-də elektromexanik, növbə rəisi vəzifələrində, xx.xx.2014-xx.xx.2017-ci illərdə Giləzi Quşçuluq şirkətində operator vəzifəsində çalışmışdır. xx.xx.2017-ci ildən həmin müəssisədə fəhlə (qaynaqçı) peşəsində çalışır. • Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla onun ərizəsinin icrasından imtina edilmişdir. • Cavabdeh orqan tərəfindən "xxxx" QSC-yə sorğu göndərilmiş və həmin müəssisənin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının ADY Biləcəri vaqon və lokomotiv depolarında xx.xx.1980-ci ildən xx.xx.1984-cü il tarixədək işləmiş olduğu peşələrdən yalnız xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək və xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək çalışdığı vaqon baxıcısı-təmirçisi və xx.xx.1983-cü ildən xx.xx.1984cü ilədək çalışdığı hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 10 və 20-ci abzaslarına uyğundur. • İddiaçı tərəfindən təqdim edilən xx.xx.2016-cı il tarixli arayışa əsasən X5 xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin kompressor sexində ammonyaklı soyuducu qurğulara xidmət edən maşinist işinə qəbul edilmiş, güzəştli iş stajı 13 il 07 ay 16 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə uyğun gəlir. • Məhkəmə tərəfindən iddiaçının çalışdığı vəzifələrin (kompressor sexində maşinist, kompressor maşınlarında çilingər) vətəndaş X2 çalışdığı vəzifə ilə (kompressor sexində ammonyaklı soyuducu qurğulara xidmət edən maşinist) uyğun olub-olmaması barədə, həmin vəzifələrin funksiyası arasındakı fərqin, habelə İddiaçı "xxxx" ASC-də çalışdığı kompressor qurğularının maşinisti vəzifəsinin funksiyalarının nədən ibarət olması və iddiaçının ümumiyyətlə 1987-1995, 2001-2005-ci illərdə hansı vəzifədə xidmət etməsi, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə barədə müvafiq ətraflı arayışın əldə edilməsi üçün cavabdeh orqana göndərdiyi sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının işlədiyi sahə zərərli deyil və X3 məxsus təqdim edilən arayışın mənbəyi müəyyən edilməmişdir. Eyniməzmunlu cavab xx.xx.2023-cü il tarixdə də məhkəmə sorğusuna cavab olaraq ünvanlanmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq: İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta (və ya iş) stajının olmasından yaranmış olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin inzibati orqanın xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Siyəzən rayonu olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə ilkin olaraq iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, hazırki iş üzrə ümumi stajla bağlı cavabdeh orqanın heç bir mübahisəsi yoxdur. Belə ki, iş materiallarına əlavə olunmuş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasnın surətinə əsasən iddiaçı xx.xx.1980-ci ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1981-ci il tarixə qədər X6 yük vaqonlarının təmiri üzrə çilingər, habelə vaqonların baxıcı təmirçisi vəzifəsində, xx.xx.1981-xx.xx.1982-ci illərdə Biləcəri hərbiləşdirilmiş mühafizə idarəsində atıcı vəzifəsində, xx.xx.1982-xx.xx.1984-cü illərdə X6 çilingər, xx.xx.1984-xx.xx.1985-ci illərdə Lenin adına üzümçülük sovxozunda texniki-təhlükəsizlik mühəndisi vəzifəsində, xx.xx.1985-xx.xx.1986-cı illərdə Rusiya Federasiyasında meşə təsərrüfatında ilməçi, xx.xx.1986-xx.xx.1986-cı illərdə Sumqayıt məişət texnikasının təmiri atelyesində təmirçiçilingər vəzifəsində, xx.xx.1987-xx.xx.1995-ci illərdə X4 kompressor qurğusunun maşinisti vəzifəsində, xx.xx.1995-xx.xx.1998-ci illərdə tarixinədək Siyəzən Qaz istismarı idarəsində nəzarətçi-çilingər vəzifəsində, xx.xx.1998-xx.xx.1999-cu illərdə Bakı Ehtiyat Bələdçilər idarəsində bələdçi-praktikant və bələdçi vəzifəsində, xx.xx.2001-xx.xx.2005-ci illərdə X4 kompressor qurğusunun maşinisti vəzifəsində, xx.xx.2003-xx.xx.2012-ci illərdə”Azpetrol LTD” MMC-də elektromexanik, növbə rəisi vəzifələrində, xx.xx.2014-xx.xx.2017-ci illərdə Giləzi Quşçuluq şirkətində operator vəzifəsində çalışmışdır. xx.xx.2017-ci ildən həmin müəssisədə fəhlə (qaynaqçı) peşəsində çalışır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Beləliklə, iddiaçının ümumi iş stajının 25 ildən çox olması iş materialları ilə təsdiq olunmuşdur. İddiaçının güzəştli stajı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən iddiaçının mübahisələndirilən 1987-1995, 2001-2005-ci illərdə hansı vəzifədə xidmət etməsi, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə barədə müvafiq ətraflı arayış əldə edilməsi üçün sorğular göndərilmişdir. Məhkəmənin göndərdiyi sorğulara cavab olaraq iddiaçının çalışdığı sahələrin zərərli olmaması bildirilmişdir. Həmçinin, cavabdeh orqan tərəfindən "xxxx" QSC-yə sorğu göndərilmiş və həmin müəssisənin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının ADY Biləcəri vaqon və lokomotiv depolarında xx.xx.1980-ci ildən xx.xx.1984-cü il tarixədək işləmiş olduğu peşələrdən yalnız xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək və xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək çalışdığı vaqon baxıcısı-təmirçisi və xx.xx.1983-cü ildən xx.xx.1984cü ilədək çalışdığı hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 10 və 20-ci abzaslarına uyğun olduğu qeyd olunmuşdur (yəni 13 ay = 01 il 01 ay) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Göründüyü kimi, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında ümumi iş stajına malik olması təsdiqlənsə də, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışması müəssisə tərəfindən verilmiş arayışda öz əksini tapmamışdır. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlərdən ikisi ödənmiş - iddiaçının müvafiq yaşa çatması və azı 25 il iş stajının olması. Lakin bu müddətin 12 il 06 ayının istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunmamışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı həmin halları sübut edə bilməmiş, məhkəməyə yetərli güzəştli staja malik olması barədə sənəd təqdim eə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.
NƏTİCƏVİ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 18 fevral 2017-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev