Məhkəmə qərarları › İş №2-1(118)-136/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-136/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-136/2020 19.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibatiMəhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “Mərhum həyat yoldaşı İsayev Eyvaz Oruc oğlunun xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pensiya təyinatı” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın **********1 saylı, xx xxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna səbəb kimi İddiaçı mərhum həyat yoldaşı İsayev Eyvaz Oruc oğlunun iş stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında öz əksini tapmaması göstərilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İsayev Eyvaz Oruc oğlu ilə xx xxxxx 1978ci il tarixdə rəsmi qaydada evlənmişdir. Həyat yoldaşı xx xxxxx 2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı yaş həddi imkan verdiyi üçün pensiyaya çıxmağa hazırlaşır. Bununla əlaqədar hüquq müəyyənedici sənədlərini toplayıb AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə təqdim etmişdir. DSMF-nin Quba rayon Şöbəsi xx xxxx 2019-cu il tarixli məktubu ilə mərhum həyat yoldaşı İsayev Eyvaz Oruc oğlunun iş stajı «Əmək Pensiyaları haqqında» Azərbaycan Respubdikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1 -ci bəndinə əsasən əmək kitabçasında öz əksini tapmadığı gündən şöbənin pensiya təyin edən komissiyasının 12 iyul tarixli 213 saylı qərarı ilə ərizənin rədd edilməsini bildirmişlər. Ona görə də öz pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı DSMF-nin Quba rayon Şöbəsinin imtinasını əsassız hesab edir. Belə ki, iddia ərizəsimə əlavə etdiyi Dövlət X2 xx.xx.2015-ci il tarixli arxiv çıxarışdan və həmin tarixli arxiv arayışından aşkar olur ki, o, xx.xx.1976-cı ildə əmək fəaliyyətinə başlayıb. xx xxxxxx 1997-ci il tarixə kimi müxtəlif təşkilatlarda işləmiş və əmək haqqı almışdır. Lakin onun işlədiyi dövrlər əmək kitabçası olmadığı üçün əmək kitabçasında qeyd edilməmişdir. Onun qeyd edilən dövrlər üçün 22 il sığorta stajı vardır. İddia ərizəsə əlavə etdiyi mərhum həyat yoldaşı E.İsayevin H3- ******* saylı xx.xx.1974-cü il tarixli hərbi biletindən aşkar olur ki, o, xx.xx.1974-cü il tarixdən xx xxx 1976-cı il tarixə kimi keçmiş Sovet Ordusunda xidmət etmişdir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin «v» bəndinə əsasən iş stajının bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, mili təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini müdafiə və prezident mühafizə orqanlarında xidmət müddəti daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 21-1 ci maddəsinə əsasən sığortalanan sığorta stajına hərbi xidmət müddəti İ (1992-ci ilin yanvarın 01-dən keçmiş SSRİ-nin ərazisində hərbi xidmət 1 dövrü daxil olmaqla) daxil edilir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, mərhum həyat yoldaşı İsayev Eyvaz Oruc oğlunun xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən emək pensiyalarının təyin edilməsi , sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı mərhum həyat yoldaşı isayev Eyvaz Oruc oğlunun əmək kitabçasında xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixədək işlədiyi dövr qeyd edilməmişdir. Ona görədə iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasənda iştirak etməmişdir. Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2015-ci il tarixli, 1920 saylı Arxiv Çıxarışından və xx.xx.2015-ci il tarixli, 1921 saylı Arxiv Arayışından görünür ki, İsayev Eyvaz Oruc oğlu 1976-1997-ci illərdə müxtəlif təşkilatlarda işləmiş və əmək haqqı almışdır. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümükünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona ailə başçısını itirməyə görə pensiya təyinatı aparılmasını istəyir. Bununla bağlı cavabdeh nzibati orqanın imtinası vardır. İmtinanaın səbəbini İddiaçı mərhum həyat yoldaşı İsayev Eyvaz Oruc oğlunun iş stajının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında öz əksini tapmaması əsası təşkil edir. İddiaçı iradəsi mərhum ərinin arxiv arayışları ilə təsdiq edilən işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması və ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsinə yönəlmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Belə ki, qüvvədə olan qanunvericilik müəyyən hallarda vətəndaşların əmək pensiyası təminatı hüququnu tanımaqla bu hüququn gerçəkləşdirilməsi üçün həmin şəxslərə müxtəlif növ əmək pensiyası, o cümlədən yaşa, əlilliyə, ailə başçısının itirildiyinə görə əmək pensiyasının verilməsinin şərtlərini müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2015-ci il tarixli, 1920 saylı Arxiv Çıxarışında və xx.xx.2015-ci il tarixli, 1921 saylı Arxiv Arayışında qeyd olunan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtinası qanuna uyğun deyildir. Belə ki, həmin arxiv arayışında iddiaçının mərhum həyat yoldaşının qeyd olunan dövrlərdə işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. İş materiallarından görsənir ki, iddiaçıya ailə başçısının itirilməsinə görə pensiya təyinatının aparılmasından imtinanaın səbəbi, onun mərhum ərinin arxiv arayışları ilə təsdiq edilən iş stajının əmək kitabçasında qeyd edilməməsi əsası olmuşdur. Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2015-ci il tarixli, 1920 saylı Arxiv Çıxarışında və xx.xx.2015-ci il tarixli, 1921 saylı Arxiv Arayışında qeyd olunan dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq iddiaçının pensiya təyinatına yenidən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2015-ci il tarixli, 1920 saylı Arxiv Çıxarışında və xx.xx.2015-ci il tarixli, 1921 saylı Arxiv Arayışında qeyd olunan dövrlər İddiaçı mərhum həyat yoldaşı İsayev Eyvaz Oruc oğlunun sosial sığorta stajı kimi nəzərə alınmaqla pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2015-ci il tarixli, 1920 saylı Arxiv Çıxarışında və xx.xx.2015-ci il tarixli, 1921 saylı Arxiv Arayışında qeyd olunan, İddiaçı mərhum həyat yoldaşı İsayev Eyvaz Oruc oğlunun 1976-1997-ci il illərdə işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, iddiaçının ailə başçısını itirməyə görə pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar