Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-136/2023 03.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçı və üçüncü şəxs E.Məmmədyarovun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı seriya MH ******* **********7 reyestr nömrəli çıxarışla onun mülkiyyətində olan Qusar şəhəri Qusar-Xudat şosse yolunun sağ tərəfində yerləşən 0.27 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 dekabr 2021-cil il tarixli **********91 saylı qərarının etibarsız sayılması, seriya MH-0006297 saylı çıxarış üzrə üülkiyyətində olan 0,27 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü sənədinin” tərtib edilərək ona təqdim edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, seriya MH ******* **********7 reyestr nömrəli çıxarışla onun mülkiyyətində olan Qusar şəhəri Qusar-Xudat şosse yolunun sağ tərəfində yerləşən 0.27 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar şəhəri Qusar-Xudat şosse yolunun sağ tərəfində yerləşən 0,274 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi seriya MH №0006297 saylı, **********77 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006 qeydiyyat tarixli, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xüsusi mülkiyət hüququ üzrə iddiaçıya məxsusdur. O, həmin torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Qusar şəhəri Baş planından təsdiq olunmuş çıxarış əlavə edilmiş, həmin planda mənə satılmış torpaq sahəsinin koordinatları və ölçüləri dəqiq göstərilmişdir. Cavabdeh isə 24 dekabr 2021-ci il tarixli **********91 saylı məktubu ilə ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının müraciətinə əsasən aparılmış araşdırma zamanı elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş və bu səbəbdən həmin torpaq sahəsinə torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina edilmişdir. Üçüncü şəxs X3 nümayəndəsi Vəkil iddianı qəbul etmədi və izah etdi ki, X7 1.68 ha torpaq sahəsini X4 qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin torpaq sahəsi hazırda E.Məmmədyarovun qanuni istifadəsindədir. İddiaçının torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsinə siar heç bir aidiyyti yoxdur. İş materiallarında olan : -Qusar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarından görünür ki, İddiaçı 0.27 torpaq sahəsi ayrılması qərara alınmışdır. - -MH № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Qusar şəhgəri, Qusar Xudat şosse yolunun sağ tərəfində yerləşən 0.27 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0.27 ha torpaq sahəsinin (**********77 saylı xx.xx.2006-ci il tarixli çıxarış), yəni naturada iddia olunan torpaq sahəsinin koordinatları hal-hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsində qeydə alınan məlumatlara əsasən X3 mülkiyyətində 1.68 ha olmaqla **********33 reystr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdakı koordinatları ilə üst-üstə düşür, lakin X8 məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Göstərilən torpaq sahəsinin koordinatları bütövlükdə 0.27 ha ölçüdə üst-üstə düşür. Hazırda İddiaçı faktiki istifadəsində torpaq sahəsi mövcud deyildir (sxem əlavə olunmuşdur). Məhkəmənin sorğsusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X3 adına olan Qusar şəhərində yerləşən 1.68 ha orpaq sahəsinə dair 28.01 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********33 reeystr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əss olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə qeyd edir ki, mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsini tələb etmək iddiaçının subyektiv hüququdur. Cavabdeh iddiaçıya verdiyi imtina cavabında torpaq sahəsinin digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsinə istinad etmişdir. Bununla bağlı məhkəmə cavabdeh orqana sorğu ilə müraciət edərək həmin şəxsin torpaq sahəsinə olan sənədlərin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sənədlər toplusundan müəyyən edilir ki, Qusar şəhəri, Xudat şossesi, Konserv zavodunun yanı ünvanında yerləşən Dərman bitkilərinin emalı zavodunun yarımşıq tikilisinin yerləşdiyi 16800 kv m torpaq sahəsi keçmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən X2 (001779 nömrəli xx.xx.2009-cu il tarixli şəhadətnamə). Həmin torpaq sahəsi üzərində R.Güləliyevin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə sözügedən 1.68 ha torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən X9 tərəfindən X1. Hazırda həmin torpaq sahəsi E.Məmmədyarovun mülkiyyətindədir. İş üzrə alınmış mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0.27 ha torpaq sahəsi bütövlükdə E.Məmmədyarovun mülkiyyətində olan 1.68 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir. İddiaçı mülkiyyətindı olan torpaq sahəsinin boş olmaqla onun istifadəsində olmasını bildirsə də, mütəxəssis öz rəyində hazırda iddiaçının fakitiki sitifadəsində torpaq sahəsinin olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, hazırda texniki və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində iddiaçıya plan və ölçü sənədinin verilməsi mümkün olmadığından iddiaçı üçüncü şəxsə verilmiş plan və ölçü sənədinin mübahisələndirməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-136/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-136/2023
03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver