Məhkəmə qərarları › İş №2-1(118)-136/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-136/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-136/2025 31.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçınn nümayəndəsi Nümayəndə , Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək orqanizmin funksiyalarının 35%-nin pozulmasına görə əlilliyin təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli xxxxxxx0012 saylı qərarın dəyişdirilərək, iddiaçıya həmin dövrdə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) orqanizm funksiyalarının 61- 80% pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “20.12.201 7-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli əlilliyinin bərpa olunması və əlilliyin dayandırılmasıdan bərpasına kimi ödənilməyən müavinətin iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, ““cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək orqanizmin funksiyalarının 35%-nin pozulmasına görə əlilliyin təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli xxxxxxx0012 saylı qərarın dəyişdirilərək, iddiaçıya həmin dövrdə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Uzun illərdi “Sumqayıt tibb mərkəzi” X9 Sumqayıt 1 nömrəli şəhər xəstəxananın doğuş şöbəsinin tibb bacısı vəzifəsində işləyir. Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməkdə məqsədi məhkəməyə uzun illərdi əziyyət çəkdiyi xəstəlik barəsində məlumat verərək qanunsuz və əsassız yerə dayandırılmış 2-ci dərəcəli əlilliyinin yenidən bərpa edilməsi və əlilliyinin dayandırılmasından bərpasına kimi olan müddətə ödənilməmiş müavinətlərin ödənilməsi öhdəliyini cavabdeh orqanın üzərinə qoyulmasından ibarətdir. Belə ki, 2016-cı il tarixdə səhhətində baş verən ciddi dəyişiklikdən sonra demək olar ki, əmək qabilliyətinin çox hissəsini itirmişdir. Azərbaycanda bu xəstəliyi ilə bağlı bir çox yerlərə müraciət etsə də, dəqiq diaqnoz qoyulmasında çətinlik çəkirdilər. Bir müddətdən sonra xəstəliyinin nədən ibarət olması müəyyən edilərək müalicələrə başlamışdır. Həmçinin müalicələrin bir qisminidə İranda almışdır. 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək iddiaçıya əlillik dərəcəsinin verilməsini xahiş etmişdir. Bir çox əsassız imtinalardan sonra nəhayət xx.xx.2017-ci il tarixdə iddiaçıya xəstəliyi ilə bağlı “Digər nekrozlaşan vaskulopatiyalar, Sistem vaskulit hiper həssas anqiit yarım kəskin gediş. Orta və xırda damarların nekrotik zədələnməsi ilə Patoloji sınıq olmadan osteoporoz, Qlükokortikoidli osteoparoz. Aşağı ətrafın mononevropatiyaları, (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz. çatmamazlıq 2-ci dərəcə. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, .Xronik nefritik sindrom, Xroniki qlomerulo nefrit Böyrək daşı xəstəliyi, Qastrit və duodenit, Steroidə baglı qastropatiya” diaqnozu qoyulmuş və 2ci qrup əllilik müəyyən olunaraq 5 illik müddətinə 2-ci dərəcəli əlillik vermişdirlər. Bu 5 (beş) il ərzində əlilliyinə görə təyin olunmuş müavinəti vaxtı -vaxtında alırdı və bununla yanaşı 2 növbəli iş rejimindən 1 növbəli iş rejiminə keçirilmişdi. Təəssüflər olsun ki, növbəti 5 (beş) illik müddətinə 2-ci qrup əlilliyin verilməsindən əsassız yerə imtina edilərək iddiaçının konstitusion hüquqlarını kobud şəkildə pozaraq qanunun tələblərini nəzərə almamışlar. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə bildirirlər ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M31 - Digər nekrozlaşan vaskulopatiyalar => M31.8 - Digər dəqiqlə...; Diaqnozun mətni: Digər nekrozlaşan vaskulopatiyalar, Sistem vaskulit orta və xırda damarların nekrotik zədələnməsi.insulindən asılı olmayan şəkərli diabet, Şəkrli diabet 2-ci tip orta ağır gediş; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xx.xx.2017 ci il Stasionar tarixi.Stasionar müalicə müddətininn az olması” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M31 - Digər nekrozlaşan vaskulopatiyalar => M31.0 - Hiperhəssas a...; Diaqnozun mətni: Digər nekrozlaşan vaskulopatiyalar, Sistem vaskulit orta və xırda damarların nekrotik zədələnməsi7 Aşağı ətrafın mononevropatiyaları, .Tor qişanın digər xəstəlikləri, Dabetik anqiopatiyaN23 Воугэк daşı xəstəliyi , . Qonartroz [diz oynağının artrozu], Hər iki diz oynağının artrozu (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq 2ci dərəcəBöyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, Hipertoniya xəstəliyi 2-ci mərhələ insulindən asılı olmayan şəkərli diabet, Şəkrli diabet2-ci tip orta ağır gediş; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: AZ NK 2016 il 30.03.140№ qərarın 1.3.1. meyarını əsas tutub müalicə tədbirləri davam etdirilsin qərarı verildi" səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Sistem vaskulit hiper həssas anqiit yarımkəskin gediş. Orta və xırda damarların nekrotik zədələnməsi ilə; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə potensiallarının bitmədiyini nəzərə alaraq əlavə müalicə təyin edilir" səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M31 - Digər nekrozlaşan vaskulopatiyalar => M31.0 - Hiperhəssas a.; Diaqnozun mətni: Digər nekrozlaşan vaskulopatiyalar, Sistem vaskulit hiper həssas anqiit yarımkəskin gediş. Orta və xırda damarların nekrotik zədələnməsi ilə Patoloji sınıq olmadan osteoporoz, Qlükokortikoidli osteoparoz.Aşağı ətrafın mononevropatiyalan, .(Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq 2-ci dərəcə.Aşağı ətraf venalarının vakrikoz genəlməsi, .Xronik nefritik sindrom, Xroniki! qlomerulo nefrit Воугэк daşı xəstəliyi , .Qastrit və duodenit, Steroidə bağlı qastropatiya; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03.N11.9,N13-N13.9,N14-N14.4,N18-N18...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Tibb Mərkəzinin 18.01 2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: M31.0 Hiperhəssas angiit. SİSTEMLİ NEKROZLAŞAN TOKSİKİ ALLERGİK VASKULİT.E11.5 insulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., AŞAĞİ ƏTRAFLARİN DİABETİK ANGİOPATİYASİ. AŞAĞİ ƏTRAFLARDA TROFİKİ YARALAR; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşma dərəcəsi və amillər üzrə dəyərləndirmə xəstənin vəziyyətinə adekvat deyil.Klinik-instrumental və laborator müayinələr arasında uyğunsuzluqlar qeyd olunur” səbəbi ilə geri qaytarılmışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"ntn və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında geri qaytarılmasının səbəbi "Göndərişin natamam doldurulması - Səbəb: Həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşma dərəcəsi və amillər üzrə dəyərləndirmə xəstənin vəziyyətinə adekvat deyil. Klinik-instrumental və laborator müayinələr arasında uyğunsuzluqlar qeyd olunur” olmuşdur. Odur ki, iddaçıya qeyd olunan natamamlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət etməsi tövsiyyə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: cavabdeh orqanın xxxxxxx0012 saylı, 19 yanvar 2023-cü il tarixli qərarı; ambulator kartından çıxarışlar; əmək qabiliyyətinin olmaması vərəqəsi və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 19 yanvar 2023-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxxxx 1963-cü il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 20 dekabr 2017-ci il tarixindən “ümumi xəstəlik” səbəbindən (Diaqnozun mətni: Digər nekrozlaşan vaskulopatiyalar, Sistem vaskulit hiper həssas anqiit yarımkəskin gediş. Orta və xırda damarların nekrotik zədələnməsi ilə Patoloji sınıq olmadan osteoporoz, Qlükokortikoidli osteoparoz.Aşağı ətrafın mononevropatiyalan, .(Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq 2-ci dərəcə.Aşağı ətraf venalarının vakrikoz genəlməsi, .Xronik nefritik sindrom, Xronikii qlomerulo nefrit Вöyrək daşı xəstəliyi, .Qastrit və duodenit, Steroidə bağlı qastropatiya diaqnozları ilə) ikinci dərəcəli əlillik 5 il müddətinə təyin edilmişdir. 2023-cü ildə yenidən müayinə zamanı Dövlət-Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 19 yanvar 2023-cü il tarixli qərarı ilə İddiaçı “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyalarının 35 faiz pozulmasına əsasən əlillik təyin edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 19 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilərək, ona (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ikinci dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlillik dərəcəsinin təyin edilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı barəsində tərtib edilmiş K00062192GDR nömrəli göndəriş əsasında ona “Ümumi xəstəlik” səbəbi ilə əlilliyi olan şəxs statusunun verilməsi üçün zəruri sənədlər cavabdehə göndərmişdir. Lakin cavabdeh tərəfindən “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyalarının 35 faiz pozulmasına əsasən əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2167/2023 saylı qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T643/2023 saylı, xx.xx.2023-cü il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən “Diaqnozun mətni: М31.0-hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit, El 1.5insulindən asılı olmayan şəkərli diabet, perİferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofiki yaralar” diaqnozu onun hazırkı real xəstəlik vəziyyətini əks etdirir. Vətəndaş İddiaçı hazırda əziyyət çəkdiyi yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.7-ci bəndinə əsasən xx.xx.2023-cü il tarixdə ümumi xəstəliklə əlaqədar 2 il müddətinə (35%) İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Vətəndaş İddiaçı əziyyət çəkdiyi xəstəliklər xronikidir, remissiya fazasında olsa belə kəskinləşərsə, yenidən müalicəyə cəlb edilə bilər. Həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(118)-369/2024 saylı qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T342/2024 saylı, xx.xx.2024-cü il tarixli rəyində aşağıdakılar qeyd edilmişdir: Vətəndaş İddiaçınm əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas xəstəlik: M31.0-hiperhəssas angiit, sistemli nekrozlaşan toksiki allergik vaskulit. Ağırlaşma: İ87.2-xroniki (periferik) venoz çatmamazlıq, hər iki aşağı ətraf damarlarının xroniki venoz çatmamazlığı, E11.5insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrafların diabetik angiopatiyası, aşağı ətraflarda trofıki yaralar. Yanaşı xəstəliklər: E 11.4insulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, polineyropatiya, E11.7insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip orta ağır forma, E11.3-insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, OUçoxsaylı ağırlaşmalarla, diabetik angiopatiya, VizOU-0,4k\ilə+1,0D=1,0, İ10-essensial (birincili) hipertenziya İİ dərəcə, arterial hipertenziya İİ dərəcə, əlavə risk İİİ” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. O, hazırda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər öz təsdiqini tapdığından hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 11.2.7.1. bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən iki il müddətinə orqanizmin funksiyalarının 35% (otuz beş faiz) pozulması barədə qərarına uyğun olaraq İİİ qrup əlilliyin təyinatı düzgün olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən essensial (birincili) hipertenziya İİ dərəcə, arterial hipertenziya İİ dərəcə, əlavə risk İİİ (İ10-İ15); xroniki (periferik) venoz çatmamazlıq, hər iki aşağı ətraf damarlarının xroniki venoz çatmamazlığı (İ80-İ89); insulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, polineyropatiya (E11) müşahidə olunan şəxsə əlillik təyin edilir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda xx.xx.2023-cü il tarixli göndərişdə qeyd edilən xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək orqanizmin funksiyalarının 35%-nin pozulmasına görə əlilliyin təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli xxxxxxx0012 saylı qərarın dəyişdirilərək, iddiaçıya həmin dövrdə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək orqanizmin funksiyalarının 35%-nin pozulmasına görə əlilliyin təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli xxxxxxx0012 saylı qərarı dəyişdirilsin. İddiaçı (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar