Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1362/2021 24.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırzadə küçəsi ev 7, mənzil 53-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı 14.03.1997-01.05.2005-ci il tarixədək işlədiyi dövrün sosial siğorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 14.03.1997-01.05.2005-ci il tarixədək işlədiyi dövrlərin sosial siğorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək 14.03.1997-01.05.2005-ci illlərdə işlədiyi dövrlərin sığorta stajına daxil edilməsi və yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəraer çıxarılmasını məhkəmədən xahiş etdiyini bildirdi. İ ddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 14.03.1997-ci il tarixdən 01.05.2005ci ilə kimi müxtəlif yerlərdə müxtəlif vəzifələrdə işləmişdir. Bu ona məxsus əmək kitabçasında öz əksini tapnmışdır. O , 02.04.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi fililalına müraciət etmişdir. Oradan iddiaçıya ünvanlanan cavab məktubu ilə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, xx.xx.1955-cı il təvəllüdlü İddiaçı 05.04.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyanın təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Vətəndaşın müraciəti regional ərazi filialı tərəfindən 24 may 2021-c il tarixli **********5 nömrəli imtina məktubu ilə cavablandırılmışdır. Məktuba əsasəı vətəndaşa məxsus əmək kitabçasında qeyd edilmiş 14.03.1997-ci il tarixdən 01.05.2005-ci tarixədək “Azmənzilsənavetikintitəmir” Birliyinin 1 №li Sumqayıt Təmir Tikiint Quraşdırma İdarəsində işlədiyini iddia etdiyi dövrləri qarşılıqlı yoxlama zərurəti yaranmış, qarşılıqlı yoxlama zamanı müəssənin sənədləri mövcud olmadığından həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli vətəndaşın əmək kitabçasına 08.05.2019-cu il tarixdə “X6” MMC-nin Sumqayıt şəhəri üzrə Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işinə qəbul edilməsi qeyd edilmişdir. Nöbvəti qeyd isə vətəndaşın 14.03.1997-ci il tarixli 38 nömrəli əmrlə “1 nömrəli Təmir-Tikinti Quraşdırma İdarəsi”ndə 3-cü dərəcəli dülgər vəzifəsinə qəbul edildiyi, 01.05.2005-ci il tarixli 48 nömrəli əmrlə işdən azad edildiyi ilə bağlıdır. Vətəndaşın əmək kitabçasına əsasən 16.02.1973-cü il tarixdən 17.02.1997-ci il tarixədək sığorta stajı 23 il 03 ay, pensiya alt sisteminə əsasən 08.05.2019-cu il tarixdən 30.09.2020-ci il tarixədək sığorta stajı 01 il 05 ay təşkil edir.Vətəndaşa əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 ilə qarşı 20 il 03 ay sığorta stajı müəyyən edilmişdir.Vətəndaşın əmək kitabçasına əsasən 16.02.1973-cü il tarixdən 01.05.2005-ci il tarixədək sığorta stajı 31 il 04 ay, pensiya alt sisteminə əsasən 08.05.2019-cu il tarixdən 30.09.2020-ci il tarixədək sığorta stajı 01 il 05 ay təşkil edir. Vətəndaşın idarə tərəfindən hesablanan və nəzərə alınan sığorta stajı 16.02.1973-cü ildən 03.07.1991-ci illəri əhatə edir. İş materiallarında olan : - İddiaçı oğluna məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. - İddiaçının adına açılmış 07.05.1984-cü il tarixli ИТ № ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı oğlu 16.02.1973-cü ildən başlayaraq 01.05.2005-ci il tarixədək, o cümlədən 14.03.1997-01.05.2005-ci il tarixədək 1 nömrəli Təmir-Tikinti Quraşdırma İdarəsində 3-cü dərəcəli dülgər vəzifəsində işləmişdir. -Məhkəmənin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 14.09.2021-ci il tarixli cavab məktubundan görünür k i , “X1 Sistemi”nin “Sığorta” (Hlesabat) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedənlər tərəfindən təqdim edilmiş 2006-2016-cı illər üzrə illik "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"larda (Forma ВЗ) və 2017-2018-ci illərin l-İV rübləri, 2019-cu ilin İ rübü üzrə rüblük "Məcburi dövlət sosial sığortası üzrə hesabatlarda İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar qeydə alınmamışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi X6 tərəfindən verilmiş 01.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı ilə X6 arasında 8 may 2019-cu il tarixdə əmək müqaviləsi bağlanılaraq Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 14.12.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən xitam verilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 06.09.2021-ci il tarixli 144 saylı arayışından görünür ki, “Azərmənzilsənayetikintitəmir” birliyinin 1 saylı Təmir tikinti Quraşdırma İdarəsinin 1997-2005-ci illər şəxsi heyətə dair əmrləri və əmək haqqı cədvəlləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının mühafizəsinə təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli cavab məktubundan görünür ki,hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən “Azərmənzilsənayetikintitəmir” birliyinin 1 saylı Təmir tikinti Quraşdırma İdarəsi 03.01.2005-ci il tarixdə vergi uçotuna alınmışdır və hazırda fəaliyyəti dayandıırlmış vəziyyətdədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçı 1997-2005-ci illərdə “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 N-li Sumqayıt Təmir-Tikinti Quraşdırma İdarəsində işləməsini təsdiq edən sübut kimi əmək kitabçasını təqdim etmişdir. Lakin iş materillarında olan pensiya işinin əslində vətəndaşa məxsus əmək kitabçasının təsdiq edilmiş surətində vətəndaşın mübahisləndirdiyi illər, yəni 14.03.1997-ci il tarixdən 01.05.2005-ci il tarixdə işləməsinə dair qeyd mövcud deyildir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 30 avqust 2021 -ci il tarixli **********218600 nömrəli cavab məktubunda “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 №li Sumqayıt Təmir Tikinti Quraşdırma İdarəsinin VÖEN**********1 sayla 03.01.2005-ci il tarixdə vergi uçotuna alındığı və hazırda fəaliyyətinin dayanmış olduğu qeyd edilmişdir.Lakin vətəndaşın sübut qismində təqdim etdiyi əmək kitabçasında işə qəbul əmri 14.03.1997-ci il qeyd edilmişdir. Qeyd edilən tarixdə isə müəssisə qeydiyyatdan keçməmişdir. Həmin dövrdə qeydiyyatdan keçməyən müəssisədə vətəndaşın işləməsi faktı şübhə doğurur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci maddəsinin tələbinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Belə ki, bu ziddiyyətin yoxlanılması üçün iddiaçının işə qəbul edilməsi, əmək haqqı cədvəlləri və s.mötəbər sübutların təqdim edilməsi zəruri olmuşdur. Lakin həmin sənədlərin aşkar edilməməsi araşdırmanı imkansız etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 1997-2005-ci illərdə “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 N-li Sumqayıt Təmir-Tikinti Quraşdırma İdarəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçının1997-2005-ci illərdə işlədiyi dövr onun sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamam olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1362/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1362/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver