Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1365/2021 29.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan), İddiaçının nümayəndəsi X6 (Sumqayıt Regional Vəkil bürosunun vəkili, ünvan 3 ünvanında yaşayan) İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı X3, X15, X4, X7 və X8 iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 34 saylı evdə yerləşən 4 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 5 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, X15, X4, X7 və X8 iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 34 saylı evdə yerləşən 4 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 20.08.2021-ci il qərardadı ilə X3, X15, X4, X7 və X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, mənzil 4 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. X1, X15, X4, X7 və X12 iddiaçının qohumları olmaqla ona məxsus mənzildə qeydiyyatdadırlar. Onlar iddiaçıya məxsus mənzildə qeydiyyatda olsalar da, heç vaxt ona məxsus mənzildə yaşamamışlar. Bu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Onların iddiaçıya məxsus mənzildə qeydiyyatları formal olub, ona məxsus mənzilə heç bir hüquqları yoxdur. Hazırda onlar Rusiya Federasiyasında yaşayırlar. Bunun üçün o, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, X1, X15, X4, X7 və X8 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, mənzil 4-dən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin ərizəsi təmin olunmamış və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi S.Qasımov iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - ƏMDK yannda DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX № ******* nömrəli 12.02.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 34 saylı evdə yerləşən 4 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. -17 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş 496 saylı 31 may 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus ünvan 6-də özündən əlavə X3, X15, X4, X7 və X12 pasport qeydiyyatındadırlar və həmin şəxslər barədə heç bir məlumat yoxdur. - Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 19.05.2021-ci il tarixli, 123-18228A- 3221 saylı imtina məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X16, X13 və X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur, iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmənin sorğusuna əsasən DİN Baş pasport və Qeydiyyat və Miqarasiya İdarəsi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli arayışdan görünür ki, X3 16.01.1997-ci ildən, X15 01.07.2003-cü ildən, X4 01.07.2003-cü ildən, X7 09.03.1988-ci ildən və X12 02.07.2003-cü ildən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslərin qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, üçüncü şəxslərfən X3 16.01.1997-ci ildən, X7 09.03.1988-ci il tarixdən, yəni 01 sentyabr 2000-ci ilə qədər, digər üçüncü şəxslər isə həmin tarixdən sonra qeydiyyata düşmüşlər. Bununla bağlı məhkəmə hesab edir ki, A.Quliyeva və S.Quliyevin mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır və onların həmin mənzildən qeydiyyatdan çıxarılmaları yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia həll edildikdən sonra həll oluna bilər. Hazırki vəziyyətdə cavabdeh inzibati orqanın onların qeydiyyatdan çıxarılmasından imtinası qanunun mahiyyətinə uyundur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı ilə üçüncü şəxslər A.Quliyeva və S.Quliyevin arasında yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000ci ilin sentyabrın 1-dək yaranmışdır və ona görə də onlara aid bu mübahisə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinə uyğun ümumi məhkəmə tərəfindən həll edilməlidir. Həmin Məcələnin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. ......Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, X15, X4, X12 İddiaçı məxsus Sumqayıt şəhəri, 11–ci mikrorayon, 34 saylı evdə yerləşən 4 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. X15, X4, X12 İddiaçı məxsus Sumqayıt şəhəri, 11–ci mikrorayon, 34 saylı evdə yerləşən 4 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 7 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1365/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1365/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver