Məhkəmə qərarları › İş №2-1(118)-1366/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1366/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1366/2023 26.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı 500 kv m torpaq sahəsinini İddiaçı satılmasına dair Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı və Torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktında qərarın tarixi və nömrəsində yol verilmiş yanlışlığın düzəldilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin İddiaçı 500 kvm torpaq sahəsinin satılmasına dair 24 avqust 2005-ci il tarixli 10 saylı qərarı və torpaqların alqısatqısına dair xx.xx.2005-ci il tarixli aktı ilə Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz bələdiyyəsinin 23 iyun 2005-ci il tarixli iclasının 08 saylı protokolu ilə tarix və nömrə uyğunsuzluqların aradan qaldırılması öhdəliyinin Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz bələdiyyəsinin arxivində saxlanılan xx.xx.2005ci il tarixli 08 saylı protokoluna əsasən əsasən iddiaçıya təqdim olunmuş alqı-satqı aktında göstərilmiş xx.xx.2005-ci il tarixli və xx.xx.2005-ci il tarixli 10 saylı yazılışların səhv olması ilə bağlı həmin sənədlərin xx.xx.2005-ci il tarixli 08 saylı Xaçmaz bələdiyyəsinin müvafiq qərarına uyğun olaraq düzəliş aparılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ilin iyun ayında Xaçmaz bələdiyyəsinə müraciət edərək bələdiyyənin ehtiyat fondu torpaqlarından fərdi yaşayış evinin tikintisi üçün 500 kv m torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. İddiaçının ərizəsi əsasında Xaçmaz bələdiyyəsi 500 kv m torpaq sahəsi satılması barədə qərarı və torpaqların alqı-satqısına dair aktı tərtib edərək iddiaçıya verilmiş, satılan torpaq sahəsi yerində ölçülərək ona təhkim edilmişdir. Bələdiyyənin iddiaçıya satdığı 500 kv m torpaq sahəsinə görə tərəfindən Xaçmaz bələdiyyəsinin bank hesabına köhnə manatla 900.000 manat məbləğində pul ödənilmişdir. Beləliklə, bələdiyyənin 2005-ci ildə iddiaçıya satdığı 500 kv m torpaq sahəsi həmin vaxtdan onun qanuni istifadəsindədir. 28 sentyabr 2022-ci il tarixdə iddiaçı həmin 500 kv m torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan ölçüsü sənədinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin rəisi Fikrət Nuşiyevin imzası ilə iddiaçıya 24 oktyabr 2022-ci il tarixli, **********89 nömrəli məktubla cavab verilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərdə uyğunsuzluq vardır. Belə ki, qeyd olunan 0.05 ha torpaq sahəsinə dair ərizəyə əlavə edilmiş Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı olduğu halda ərizəyə əlavə olunmuş Xaçmaz rayon Dövlət Arxivinin 05.10.202l-ci il 1010 saylı arxiv çıxarışında və Xaçmaz bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 223 saylı arayışında sözügedən qərarın tarixi xx.xx.2005-ci il, nömrəsi isə “08” kimi qeyd olunmuşdur. İddiaçı Reyestr İdarəsinə torpaq sahəsi ilə bağlı sənədləri təqdim edərkən sənədlərdəki uyğunsuzluqlara fikir verməmişdir. Həqiqətən də 500 kv m torpaq sahəsinin iddiaçıya satılması barədə Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin qərarının tarixi 24 avqust 2005-ci il, qərarın nömrəsi 10 göstərilmişdir. Xaçmaz rayon Dövlət Arxivindən verilmiş 05 oktyabr 2022-ci il tarixli, 1010 nömrəli arxiv çıxarışında isə həmin qərarın tarixi 23 iyun 2005-ci il, qərarın nömrəsi isə “08” göstərilmişdir. İddiaçı torpaq sahəsinin satılmasına dair qərarındakı və torpaqların alqı-satqısına dair aktdakı tarixlərin və nömrələrin Xaçmaz rayon Dövlət Arxiv çıxarışında göstərilən tarix və nömrə ilə uyğunlaşdırılması üçün Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə müraciət etmişdir. Həmin bələdiyyənin sədri T.X.Məlikovun imzası ilə iddiaçıya 22.1 1.2022-ci il tarixli, 728 nömrəli məktubla cavab verilmişdir ki, Sizin Xaçmaz bələdiyyəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş (qeydiyyat JSfe 412) ərizənizə cavab olaraq bildiririk ki, ərizənizə əlavə etdiyiniz Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə əlaqədar Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1010 saylı arxiv çıxarışı arasında sözügedən sənədlərin tarixləri və nömrələri yazılışında fərq olması ilə bağlı Xaçmaz bələdiyyəsində heç bir məlumat və ya sənəd yoxdur. Bununla bağlı iddiaçıya məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianın həllini məhkəmənin mülahisəzinə buraxdı və izah etdi ki, Xaçmaz bələdiyyəsi tərəfindən 2005-ci ildə vətəndaşlara torpaq sahəsi ayrılması ilə əlaqədar bələdiyyə məclisi protokolları və digər müvafiq sənədlər, o cümlədən İddiaçı torpaq ayrılması barədə verilmiş yuxarıda göstərilən qərar və torpaq alqı-satqısına dair aktı ilə bağlı Xaçmaz bələdiyyəsində heç bir sənəd mövcud deyildir. Həmin dövrə aid sənədlər X3 saxlanılır. İddiaçı Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli 1010 saylı Arxiv Çıxarışından məlum olur ki, Xaçmaz bələdiyyəsi tərəfindən İddiaçı əlində olan Xaçmaz bələdiyyəsinin 24 avqust 2005-ci il tarixli 10 saylı qərarın və torpaq alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktın əsillərində (nüsxələrində) arxivdə olan protokolun tarixləri və nömrələrin arasında uyğunsuzluq vardır. Belə olan halda 18 il bundan əvvəl həmin dövrdə seçilmiş bələdiyyə üzvləri tərəfindən keçirilmiş iclasın protokolu ilə keçmiş bələdiyyə sədrinin vətəndaşın özünə təqdim etmiş olduğu qərar və torpaq alqı-satqısına dair aktın tərtibatı arasında olan uyğunsuzluq məhkəmə tərəfindən araşdırılma aparılmadan Xaçmaz bələdiyyəsi tərəfindən düzəliş edilməsi mümkün hesab edilməmişdir. İş materiallarında olan: - Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarından görünür ki, İddiaçı bələdiyyənin ərazisindən 500 kv m torpaq sahəsinin satılması qərara alınmışdır. - xx.xx.2005-ci il tarixli 28 saylı qəbzdən görünür ki, İddiaçıXaçmaz bələdiyyəsinin hesabına 900000 manat torpaq satışı pulu ödəmişdir. -Torpaqların alqı-stqısına dair aktdan görünür ki, Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarına əsasən Xaçmaz bələdiyyəsi İddiaçı 0.05 ha torpaq sahəsi satmışdır. - DTXK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2005-ci il tarixli rəyindən görünür ki, İddiaçı bələdiyyəsi tərəfindən satılması nəzərdə tutulan torpaq sahəsi qanunamüvafiqdir və alqısatqı predmetidir. - Xaçmaz rayon bələdiyyəsinin baş planından və sxematik plandan çıxarışdan görünür ki, həmin sənədlər Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarına əsasən İddiaçı satılmış 500 kv m torpaq sahəsi barəsindədir. -Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Xaçmaz Bələdiyyəsinin 23 iyun 2005-cı il tarixli iclasının 08 saylı protokolundan görünür ki, adları qeyd olunan vətəndaşlara, o cümlədən siyahıda 99-cu sırada adı qeyd edilmiş İddiaçı fərdi yaşayış evi tikmək üçün hər birinə 500 kv m torpaq sahəsinin satılması qərara alınmşdır. - Xaçmaz bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Xaçmaz Rayon Dövlət Arxivinin 05 oktyabr 2021-ci il tarixli 1010 saylı çıxarış məktubunda göstərildiyinə görə Xaçmaz bələdiyyəsi tərəfindən ona 23 iyun 2005-ci il tarixli 08 saylı qərarına əsasən fərdi mənzil tikmək məqsədi ilə Xaçmaz şəhəri ərazisində 500 kv m torpaq sahəsi ayrılmışdır. -Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə torpaq sahəsi almış vətəndaşların adlı siyahinda vətəndaş İddiaçı adı aşkarlanmamışdır. -Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli iclasının 08 saylı protokolunun təsdiqlənmiş arxiv surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarımnı dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə qeyd edir ki, bələdiyyə qərarı ilə iddiaçıya 500 kv m torpaq sahəsinin satılması işin mübahisələndirilməyən halıdır. Lakin iddiaçıya təqdim edilmiş bələdyyə qərarı və alqı-satqı aktında göstərilən qərarın nömrəsi və tarixi Xaçmaz rayon Dövlət Arxivində saxlanılan bələdiyyə qəraqrının nömrəsi və tarixi arasında uyğunsuzluq aşkar edilmişdir. Bu hal iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına maneə yaratmışdr. Məhkəmə hesab edir ki, həmin yanlışlıq iddiaçının təqsiri üzündən baş verməmişdir və düzəliş cavabdeh tərəfindən aparılmalıdır. Məhkəmə Xaçmaz rayon Dövlət Arxivində saxlanılan xx.xx.2005-ci il tarixli 10 saylı qərarında iddiaçının adının aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya təqdim edilən bələdiyyə qərarı və alqı-satqı aktında göstərilən qərarın nömrəsi və tarixi arxivdə saxlanılan nüsxəyə uyğunlaşdırılması üçün müvafiq düzəlişin aparılması öhdəliyi Xaçmaz bələdiyyəsinini üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 500 kv m torpaq sahəsinin satılmasına dair Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarında və xx.xx.2005-ci il tarixdə qeydə alınmış alqı-satqı aktında müvafiq bələdiyyə qərarının nömrəsi və tarixinin xx.xx.2005-ci il tarixə, nömrəsinin “08”a düzəldilməsi öhdəliyi cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar