Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1367/2021 26.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X38 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X35 (“Ədalət” Vəkil Bürosunda vəkil işləyən, Bakı şəhəri, Yeni Yasamal 2, ev 6, mənzil 58-də yaşayan), İddiaçıkı ASC-nin cavabdeh Şabran rayon Polis şöbəsinə qarşı iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Şabran şəhəri, Nəbi Məstanov küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 24 nömrəli fərdi yaşayış evindən X5, X6, X15, X28, X10, X1, X12, X2, X7, X29, X4, X16, X17, X36, X24 və X30 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 3 manat məbləğində və iddia ərizəsinin verilməsinə görə müəyyənləşdirilmiş 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçıkı ASC cavabdeh Şabran rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Şabran şəhəri, Nəbi Məstanov küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 24 nömrəli fərdi yaşayış evindən X5, X6, X15, X28, X10, X1, X12, X2, X7, X29, X4, X16, X17, X36, X24 və X30 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 3 manat məbləğində və iddia ərizəsinin verilməsinə görə müəyyənləşdirilmiş 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xırclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi X49 iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçıı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X18, X8, X37, X42 və X13 1 ay müddətində Banka mülkiyyət hüququ ilə məxsus Şabran şəhəri, Nəbi Məstanov küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 24 nömrəli fərdi yaşayış evindən (Liter A və Liter A1) çıxarılmasını və onların həmin yaşayış yeri üzrə istifadə hüquqlarına xitam verilməsini, ərizəsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclərin yuxarıda adları qeyd şəxslərdən birgə qaydada bankın xeyrinə tutulmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 03 aprel 2015-ci il tarixli 2(031)- 183/2015 №-li qətnaməsi ilə bankın tələbləri təmin edilmiş və X9, X3, X20, X25 və X13 yaşavış sahəsindən çıxarılmaları və onların həmin yaşayış yeri üzrə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Şabran rayon Polis şöbəsi tərəfindən müvafiq şəxslər yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılmışdırlar. Lakin daha sonra məlum olmuşdur ki, yaşayış sahəsində başqa şəxslərin də yaşayış yeri üzrə qeydiyyatları mövcuddur. Həmin şəxslərin qeydiyyatlarının ləğvi üçün bank tərəfindən 02.04.2021 tarixli, 90 №-li məktubla Şabran rayon Polis şöbəsinə müraciət olunmuş, lakin cavabdeh tərəfindən 07.04.2021-ci il tarixli məktubla bankda yenidən bununla bağlı məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Cavabdeh və üçüncü şəxslər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 18.10.2014-cü il tarixli, seriya RX ******* seriyalı çıxarışdan görünür ki, Şabran şəhəri, N.Məstanov küçəsi 24 satylı ünvanda yerləşən fərdi yaşayış evi İddiaçıkı ASC–nin xüsusi mülkiyyətindədir. -Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 04.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, 13.01.1995-ci il təvəllüdlü X44 26.07.2012-ci ildən; 21.11.2014-cü il təvəllüdlü X31 28.01.2016-cı ildən; 27.10.1987-ci il təvəllüdlü X32 13.08.2007-ci ildən; 17.04.1997-ci il təvəllüdlü X11 11.05.2012-ci ildən; 31.03.1995-ci il təvəllüdlü X50 12.03.2016-cı ildən; 20.12.1970-ci il təvəllüdlü X45 10.07.2002-ci ildən; 04.02.1959-cu il təvəllüdlü X19 04.12.2002-ci ildən; 22.09.1992-ci il təvəllüdlü X46 14.11.2009-cu ildən; 15.05.1930-cu il təvəllüdlü Əsədullayev Meybulla Məmməd oğlu 14.10.2006-cı ildən; 16.07.1972-ci il təvəllüdlü Əsədullayeva Ruhəngiz Məmməd qızı 25.10.2005-ci ildən; 09.10.1991-ci il təvəllüdlü Əsədullayev Kamran Nurməhəmməd oğlu 17.04.2008-ci ildən; 21.09.1958-ci il təvəllüdlü X26 25.10.2005-ci ildən; 14.01.1968-ci il təvəllüdlü X21 11.10.2007-ci ildən; 04.11,1989-cu il təvəllüdlü X33 03.08.2009-cu il tarixdən Şabran şəhəri, N.Məstanov küçəsi ev 24 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. -Şabran Rayon Məhkəməsinin 03 aprel 2015-ci il tarixli 2(031)-183/2015 №-li qətnaməsindən görünür ki, X9, X3, X20, X25 və X13 Şabran şəhəri, Nəbi Məstanov küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 24 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları və onların həmin yaşayış yeri üzrə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə idiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. İş materiallarından göründüyü kimi qeyd olunan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Lakin üçüncü şəxslərin qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər qeydiyyatda olduqları fərdi yaşayış evinin iddiaçı bankım mülkiyyətinə keçməsindən əvvəl qeydiyyata düşmüşlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus yaşayış evində pasport qeydiyyatında olması iddiaçının konstitusiyon hüququ olan xüsusi mülkiyyət hüququnu pozur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X5, X6, X15, X28, X10, X1, X12, X2, X7, X29, X4, X16, X17, X36, X24 və X30 iddiaşı ASC “Xalq Bankı”na məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Şabran rayon Polis İdarəsinin üzərinə qoyulmalı və sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 3 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin 10 manat dövlət rüsumunun tutulmasına dair hissəsi ayrıca qərardadla mümkün sayılmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X5, X6, X15, X28, X10, X1, X12, X2, X7, X29, X4, X16, X17, X36, X24 və X30 iddiaçı İddiaçıkı ASC-yə məxsus Şabran şəhəri, Nəbi Məstanov küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 24 nömrəli fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Şabran rayon Polis İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Şabraqn rayon Polis İdarəsindən 3 (üç) manat tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1367/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1367/2021
26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver