Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-137/2020 11.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Quba rayon Asan Xidmət Mərkəzində Notariat ofisinin xüsusi Notariusu tərəfindən təsdiq edilmiş 25 aprel 2019-cu ü tarixli bağışlama müqaviləsi ilə əldə etdiyi JN-0011 kod 30313108 saylı Torpağa Mülkiyyət Hüququna X17 üzrə olan 2,45833 ha torpağın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və adına dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Quba rayon Asan Xidmət Mərkəzində Notariat ofisinin xüsusi Notariusu tərəfindən təsdiq edilmiş 25 aprel 2019-cu ü tarixli bağışlama müqaviləsi ilə əldə etdiyi JN-0011 kod 30313108 saylı Torpağa Mülkiyyət Hüququna X17 ilə olan 2,45833 ha torpağın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və adıına dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Notariat Kontorunda təsdiq olunmuş 25 aprel 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən X3, X6, X7 və X2 onlarla birgə mülkiyyət hüququ əsasında JN-0011 kod 30313108 saylı Torpağa Mülkiyyət Hüququna X17 ilə mülkiyyətlərində olan 2,45833 ha torpağı ona bağışlamışlar. O, bağışlama müqaviləsini əldə etdikdən sonra öz adına çıxarış almaq üçün sənədlərimi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Şöbəsinə təhvil vermiş, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi 21.05.2019-cu il tarixli məktubu ilə daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması üçün əsas olmuş JN-0011 kod 30313108 saylı Torpağa Mülkiyyət Hüququna X16 göstərilən torpaq sahəsi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin Torpağa Mülkiyyət Hüququna X17 əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişdiyini əsas gətirərək ərizənin icrasna imtina olunduğunu bildirmişdir. Bağışlanılan torpaq sahəsi yalnız səhv olaraq elektron xəritədə qeyd edilmişdir, torpaqlar müxtəlif yerlərdə yerləşir, naturada heç bir kəsişmə yoxdur, bu faktı torpağı onun torpağı ilə kəsişən M.Abdinova da təsdiq edə bilər. Məhkəmənin 02.03.2020-ci il tarixli qərardadı ilə X11 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 05.06.2020-ci ildə keçirilən iclasında iştirak edən M.Abdinova yazılı ərizə təqdim edərək Torpağa mülkiyyət hüququna dair JN-103 KOD 30313108 nömrəli dövlət aktı ilə ona məxsus torpaq sahəsinin İddiaçı torpaq sahəsi ilə üst-üstə düşmədiyini, ona məxsus torpaq sahəsinin tamamilə başqa yerdə yerləşdiyini, hazırkı iddia tələbi ilə bağlı heç bir etirazının olmadığını bildirmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, teqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizə əlavə olunmuş Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş 25.04.2019-cu il tarixli, 4Ə- 977 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması üçün əsas olmuş JN-0011 (kod ********) saylı ‘Torpağa mülkiyyət hüququna X16 göstərilən torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin torpağa mülkiyyət hüququna X17 əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: - daxıl edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; - bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən İddiaçı ərizəsinin icrasından 21,05.2019-cu il tarixli **********04 saylı məktubla əsaslı olaraq imtina olunmuşdur. Odur ki, yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iddiaçı eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh və 3-cü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olancavabdehin 21.05.2019-cu il tarixli **********04 nömrəli imtina məktubuna əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar iddiaçının ərizəsinə əlavə olunmuş Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş 25.04.2019-cu il tarixli, 4Ə-977 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması üçün əsas olmuş JN- 0011 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktında göstərilən torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin torpağa mülkiyyət hüququna X17 əsasında mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən iddiaçının ərizələrinin icrasından imtina olunmuşdur. Quba regional "ASAN xidmət" mərkəzində notariat ofisində təsdiq olunmuş 25 aprel 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən X3, X6, X7 və X1 rayonu, Ərməkiqışlaq kəndi ünvanında yerləşən ümumi sahəsi 2,95 ha olan torpaq sahəsinin birgə mülkiyyət hüququ üzrə onlara məxsus hissəsini iddiaçıya bağışlamışlar. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Xaçmaz Layihə Tədqiqat İdarəsinin 31.01.2020-ci il tarixli **********38 nömrəli mütəxəssis rəyinə əsasən JN- 011 kod 30313108 saylı Torpağa Mülkiyyət Hüququna X17na əsasən iddiaçı X4 məxsus olan 2.45833 ha torpaq sahəsi naturada mövcudolduğu, həmin torpaq sahəsinin mübahisə predmeti olan 0,84 ha hissəsinin koodinatlarının başqa şəxsin (yəni X8) mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə şərq hissədə 0,278 ha hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və 3-cü şəxsi izahatlarını dinləyərək, işüzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququna malikdir. Lakin həmin torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni X8 mülkiyyətində olan 0.84 ha hissəsinin koordinatları ilə şərq hissədə 0.278 ha hissədə üst-üstə düşdüyündən iddiaçının tələbini təmin etmək mümkün deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilk növbədə torpaq sahəsinin DƏDRX-nin bazasında koordinatlarının düzgün qeyd olunub olunmaması ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti qarşısında məsələ qalırmalı və qeyd olan uyğunsuzluq aradan qaldırıldıqdan sonra yenidən DƏDRX-nin 5 saylı ərazi idarəsinə mülkiyyət hüququqlarının qeydə alınması ilə bağlı müraciət etməlidir. Belə ki, məhkəmənin ötən iclasında iştrak edən və məhkəmə tərəfindən 3-cü şəxs qismində məhkəməyə cəlb edilmiş Mehparə Abdinova bildirmişdir ki, ona məxsus olan torpaq sahəsi ilə Məhyəddin Həsənova məxsus torpaq sahələri arasında naturada kəsişmə mövcud deyil və onun torpaq sahəsi ilə Məhyəddin Həsənovun torpaq sahəsi arasında 1 kilometirdən artıq məsafə var. Ona görə də hesab olunur ki, birinci növbədə mubahisəli torpaq sahələrinin elektron bazada koordinatları dəqiqləşdirilmədən iddia tələbinin təmin edilməsi mümkün deyil. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: JN-0011 kod 30313108 saylı Torpağa Mülkiyyət Hüququna X17 ilə olan 2,45833 ha torpağın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və adına dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-137/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-137/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver