Məhkəmə qərarları › İş №2-1(118)-137/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-137/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-137/2023 18.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X4 (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquq şöbəsində aparıcı mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona 26 aprel 2021-ci ildən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 26 aprel 2021-ci ildən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. xx.xx.2016-cı ildən “Astiqmatİzm OU-mürəkkəb hipermetropik astiqmatİzm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)” əsas diaqnozla Sumqayıt şəhər 1 №-li Xəstəxananın Poliklinika şöbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 12 saylı TSEK tərəfindən ona mənə xx.xx.2016-cı ildə “Qabarıq asteno nevrotik sindrom. Kəllə daxili hipertenziya. OS-mürəkkəb hipermetropik astiqmatİzm. OS-refraksion ambiolopiya. VİSOD-1,0 (vahid), VİSOS-0,03 (yüzdə üç). Xroniki dəmir defisi anenıiya” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2021-ci il təyin edilmişdir. Əlillik dərəcəsinin təyini məqsədilə xx.xx.2021-ci ildə qeydiyyatda olduğu 1 №-li Sumqayıt Xəstəxanısının Poliklinika Şöbəsi TQS № 088 formalı 0531003AALSX saylı göndərişlə tibbi sənədləri Tİbbi-Sosial Ekspertiza və Reablitasİya Xidməti Agentliyinə göndərilmişdir. Göndərişə qədər xx.xx.2021-ci ildə Akademik Z.Əliyeva adma Milli Oftalmologiya Mərkəzində və xx.xx.2021-ci ildə Sumqayıt 4 №-İi şəhər xəstəxanasında stasionar müalicə almışdır. Əsas diaqnozla (Astiqmatİzm OU- mürəkkəb hipermetropik astiqmatİzm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)) yanaşı göndərişdə yanakı xəstəliklər də qeyd edilmişdir. Həmçinin göndəriş zamanı onda “Monokulyar Korluq VİZUS OD-1,0 (vahid) VİZUS 05- Q04 k/etmir (yüzdə dörd) ağırlaşma halı” qeyd edilmişdir. TSEK-nin xx.xx.2021-ci il tarixli cavabı ilə əlilliyin təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi sənəddə “şəxsin son 6 ay ərzində 2 fərqli xəstəlik əsasında göndərişinin rəsmiləşdirilməsinin mümkün olmaması” göstərilmişdir. O, imtina ilə razılaşmır. Belə ki, o, xx.xx.2016-cı il tarixdən həmin xəstəliyin daşıyıcısıdır. Hal-hazırda səhhətində müsbətə doğru heç bir irəliləyiş yoxdur. Sol gözü görmə qəbilliyətini itirmişdir, cəmi 4% görmə qabiliyyətinin olması təsdiq edilmişdir. O, cavabdehə 28 yanvar 2022-ci ildə ərizə ilə müraciət etmişdir, lakin müraciətinə hər hansı cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli 052003AADMV saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Ensefalopatiya, Neyrorevmatizm. Revmatik ensefalopatiya. , Qabarıq asteno-nevrotik sindrom,tez-tez baş verən vegetativ- damar krizləri ilə. Revmatik xoreya.Geniş həcmli və qısa amplitudla xoreik hiperkinezlərlə. OU- Hipertenzion angiopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli 0529003AADX9 saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H49-H52 - Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları => H52 - Refrak...; Diaqnozun mətni: Qabarıq asteno nevrotik sindrom. Kəllə daxili hipertenziya. OS-mürəkkəb hipermetropik astiqmatizm. OS- refraksion ambliopiya. VİSOD-1,0(vahid),VİSOS-0,03(yüzdə,üc). Xroniki dəmir defisitli anemiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0529003AAG75 saylı göndərişi əsasında baxılmış və “X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Neyrorevmatizm.Revmatik ensefalopatiya. Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Kəllə-daxili hipertenziya. Ağırlaşma İ02 Revmatik xoreya, Revmatik xoreya.Geniş həcmli və qısa amplitudla xoreik hiperkinezlərlə. Ağırlaşma G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Qabarıq astenonevrotik sindrom,tez-tez baş verən vegetativ-damar krizləri ilə. Yanaşı xəstəliklər - G24.8 Digər distoniyalar , NSD hipertonik tipli. Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya, Xroniki dəmir-defisitli anemiya; H53.0- Anopsiya nəticəsində ambliopiya, OS-refraksion ambliopiya, H35 - Tor qişanın digər xəstəlikləri, OU-Hipertenzion angiopatiya,orta dərəcəli ambliopiya; H50.1 - müştərək xarici çəpgözlük, OS-Müştərək monolateral xarici çəpgözlük; H52.0 - Hipermetropiya, OS-mürəkkəb hipermetropik astiqmatizm; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilməsi və ətraflı qeyd edilməməsi və yanaşı xəstəlik olan göz xəstəliyinin qeyd olunmasına baxmayaraq Səhiyyə Nazirliyinin reyestrində aşkar olunmaması qeyd edilmişdir. İş materiallarında olan : - 12 saylı TSEK-nin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı həmin tarixdən 5 il müddətinə İİ dərəcəli əlillik verilmişdir. -xx.xx.2021-ci il tarixli TSEK qiymətləndirmə nəticələrindən görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyac olması göstərilmişdir. -TSEK-nin xx.xx.2021-ci il tarixli cavabndan görünür ki,İddiaçı əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi şəxsin son 6 ay ərzində 2 fərqli xəstəlik əsasında göndəriş rəsmiləşdirilməsi göstərilmişdir. - 1 nömrəli xəstəxana tərəfindən verilmiş 0531003AALSX nömrəli göndərişdən görünür ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. -Ak. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 547 saylı məktubundan görünür ki, Ramil İlham oğlu xx.xx.2022-ci il tarixdə X11 adına Milli Oftalmologiya Mərkəzinin Tibbi Ekspert Komissiyasında müayinədən keçmişdir.Tibbi rəy Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminin Poliklinika Modulu üzrə Oftalmologiya bölməsinə daxil edilmişdir. -İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X8 tərəfindən verilmiş T-464/2022 saylı ekspert rəyindən görünür ki, İddiaçı iş materiallarında əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün l№-li Sumqayıt şəhər Xəstəxanasının Poliklinika Şöbəsində tərtib edilmiş son göndərişdə qeyd edilmiş diaqnozla əlaqədar şəxs İxtisaslaşdırılmış tibb müəassəsində müayinə və müalicə olunduqdan sonra yeni forma № 88 rəsmiləşdirilməlidir ki, xx.xx.2022-ci il tarixli Nazirlər Kabinetinin 187 saylı Qərarına əsasən “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddəti”nin təyininə baxılsın. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1 Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ...6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə : 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. ...2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1, J41.0-J70.9,J84-J86.9,J91-J95.8) əlilliyin təyin edilməsi üçün əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə: 4.1 Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” : 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi social ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi“ Qaydası : 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi-Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ...1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; ...2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, iddiaçıya 2016-cı ildə qabarıq asteno-nevrotik sindrom, kəllədaxili hipertenziya,OS-mürəkkəb hipermetropik astiqmatizm,OS – refraksion ambliopiya, VİSOD-1,0 (vahid), VİSOS-0.03, xroniki dəmir defisitli anemiya diaqnozu ikinci dərəcəli əlillik təyin edilmişdir. 2021-ci ildə əlilliyin müddəti bitdikdə 088 saylı göndərişdə eyni diaqnozlar göstərilsə də, cavabdeh iddiaçıya müxtəlif səbəblərlə imtina cavabı verilmişdir. Qeyd olunmalıdır ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz X1 göz xəstəliklərinə aid edilmişdir (H52.2), digər xəstəliklər yanaşı xəstəliklər qrafasında qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.1.2-ci bəndinə əsasən reyestrə daxil edilmiş göndərişlərdə əlillik səbəbinin qeyd olunmasına baxmayaraq, göndərişin natamam doldurulması, əlavə müayinə və müalicəyə ehtiyacı olması və s.səbəblərlə cavabdeh Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.1-ci bəndində qeyd olunan xəstəliyi olan şəxslərə ikinci dərəcə əlillik təyin edilir və Agentlik həmin Əsasnamənin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq onda təkrarən eyni diaqnozun qoyulmasına baxmayaraq və iddiaçı barədəsində Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsinə baxmayaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən səbəblə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin iddiaçının xəstəliyində Səhiyyə Nazirliyinin reyestrində qeyd olunmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq X12 adına Milli Oftalmologiya Mərkəzi İddiaçı xx.xx.2022-ci il tarixdə həmin Mərkəzə Tibbi ekspert Komissiyuasına müayinədən keçdiyini və tibbi rəyin Vətəndaşların electron Sağlamlıq Kartı Sisteminin Poliklinika Modulu üzrə Oftalmologia bölməsinə daxil edildiyini bildirmişdir. Məhkəmə tədqiqatı zamanı iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1)İddiaçı təyin edilmiş diaqnozlar təsdiq edilirmi ? 2) diaqnozun təsdiq edildiyi halda həmin diaqnozlar və ümumiyyətlə, iddiaçının səhhəti ona əlillik dərəcəsinin təyin edilməsinə əsas verirmi? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb-Ekspertizası və patoloki X9 Hüquqi Şəxsin 4344 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, məhkəmə-tibb eksperti X5 və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial eksperti X3 iştirakı ilə İddiaçı məhkəmə tibbi müayinəsi keçirilmiş və belə bir nəticəyə gəlinmişdir ki, vətəndaş R.S.Sultanovun iş materiallarında əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 1 N-li Sumqayıt şəhər Xəstəxanasının Poliklinika Şöbəsində tərtib edilmiş son göndərişdə qeyd olunmuş diaqnozla əlaqədar şəxs ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunduqdan sonra yeno forma N88 rəsmilşədirilməlidir ki,xx.xx.2022-ci il tarixli Nazirlər Kabinetinin 187 saylı Qərarına əsasən “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddəti”nin təyininə baxılmalıdır. Qeyd edilən tibbi ekspertizanın keçirilməsi məhkəmə tərəfindən Səhiyyə Nazilriyi Məhkəmə Tibb Ekspertizası və X6 həvalə edilsə də, həmin ekspertizanın keçirilməsində və rəyin tərtib edilməsində cavabdeh inzibati orqanın nümayəndəsinin də ekspert kimi iştirak etməsi səbəbindən məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmir. Məhkəmə qeyd edir ki, cavabdehin imtina cavabında iddiaçıda müəyyən olunmuş əsas xəstəliyin mövcudluğu inkar edilməmiş, sadəcə 88 saylı göndərişin yenidən verilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 26 aprel 2021-ci ildən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar