Məhkəmə qərarları › İş №2-1(118)-1370/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1370/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1370/2021 13.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X4 və Məmmədli İnci Anar qızının iddiaçıya məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 19.08.2020-ci il tarixdən onun şəxsi mülkiyyətindədir. Cavabdehlər X7 və Məmmədli İnci Anar qızı onun doğma nəvələridir. Onlar hal-hazırda ünvan 2 ünvanında yerləşən 10 saylı mənzildə qeydiyyatda olan anaları X6 ilə birlikdə 2017-ci ildən bəri yaşayırlar. Cavabdehlər mənzildə yaşamır, sadəcə mənzildə qeydiyyatdadır. X13 ilə Sevil Piriyeva 29.01.2010-cu il tarixdə nikaha girmiş, 08.01.2018-ci il tarixində rəsmi olaraq nikahları pozulmuş və X7 və Məmmədli İnci Anar qızı Sevil Piriyevanın himayəsinə verilmişdir. Həmçinin Sumqayıt şəhər Məhkəməsinin 17.04.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Sevil Piriyevanın onalara qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmiş, qətnamədən narazı qalan iddiaçı Piriyeva Sevil apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 24.09.2018-ci il tarixli qətnaməsinə əsasən onun şikayəti təmin edilməmişdir. Hal-hazırda Sevil Piriyeva özü qeydiyyatdan çıxmış, uşaqlar isə qeydiyyatda formal olaraq qalmışlar. X7 və Məmmədli İnci Anar qızı mübahisəli mənzilə istifadə hüququ olmamasına və həmin mənzildə yaşamamasına baxmayaraq, mübahisəli mənzildə hələ də formal olaraq qeydiyyatda qalmışlar. İddiaçı ilk olaraq cavabdeh orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmadı. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli ***-**** M- 3221 nömrəli imtina məktubu, 19.08.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 175/2018 saylı 08.01.2018-ci il tarixli qətnaməsinə əsasən X3 ilə X5 arasında nikaha xitam verilmişdir. Nəzərə alınmalıdır ki, Məmmədova (Piriyeva) Sevil Rafael qızı sözü gedən fərdi yaşayış evində pasport qeydiyyatından çıxmış və azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən 10 saylı mənzildə yaşayırlar. X7 və Məmmədli İnci Anar qızı iddaçının mülkiyyətində pasport qeydiyyatda qalması onların həmin evdə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan fərdi yaşayış evi Məmmədova (Piriyeva) Sevil Rafael qızının keçmiş əri olan Anar Məmmədovun mülkiyyətində olduğu tədqirdə azyaşlı uşaqların həmin mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olardı. X1 və Məmmədli İnci Anar qızı pasport qeydiyyatında olduğu mənzil Anar Məmmədovun deyil, nənələri İddiaçı mülkiyyətində olduğuna görə onların həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X7 və Məmmədli İnci Anar qızı mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, hazır ki, iddia tələbi üzrə 3-cü şəxslərin anası olan X2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması ilə bağlı qaldırdığı iddia tələbi Sumqayıt şəhər məhkəməsinin 17 aprel 2018-ci il tarixli 2(060)-1302/2018 saylı qətnaməsi ilə təmin edilməmişdir. Beləliklə İddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər - X7 və Məmmədli İnci Anar qızı qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadırlar. Ona görə də məhkəmə hesab edir ki, X7 və Məmmədli İnci Anar qızı ünvan 3 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 və Məmmədli İnci Anar qızının İddiaçı məxsus ünvan 3 nömrəli mənzilindən pasport qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar