Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1371/2022 12.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, H.Z.Tağıyev küçəsində yerləşən 481 kv.metr torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin imtinasının əsassız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, H.Z.Tağıyev küçəsində yerləşən 481 kv.metr torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivində uzun müddət istifadəsində olmuş torpaq sahəsinin və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün Xırdalan Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə sədrinin 21 noyabr 2006-cı il tarixli 372 saylı Sərəncamı ilə 481 kv. metr torpaq sahəsi ona ayrılmış və Sərəncama əsasən Bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlamış, nəzərdə tutulmuş rüsumu ödəmişdir. Həmin vaxt Sərəncamın icrası ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəmə Komitəsinin Abşeron rayon şöbəsi və Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən müvafiq rəylər verilmişdir. Həmin rəylərə əsasən ayrılmış torpaq sahəsi üzərindəki fərdi yaşayış evi tam şəkildə istifadəsində olmuşdur. Abşeron rayon X1 planından çıxarışa uyğun 481 kv.metr torpaq torpaq sahəsinin eskizi (texniki göstəriciləri) işlənib hazırlanmışdır. Torpaq sahəsi ona ayrıldıqdan sonra məhkəmə mübahisələri davam etmiş, sonda Bələdiyyənin 372 saylı Sərəncamı və torpağın alqı-satqısı müqaviləsi qüvvədə qalmaqla etibarlı hesab edilmişdir. Ayrılmış torpaq sahəsi və üzrəində tikilmiş yaşayış evinin xususi mülkiyyətinə keçirilməsi üçün müvafiq qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh isə 13 yanvar 2022-ci il tarixli **********26 nömrəli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə cavab vermişdir. Həmin cavabı 13 fevral 2022-cı il tarixdə cavabdehin yerləşdiyi ünvanda, inzibati binada almışdır. Cavabdeh imtina cavabında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Xırdalan Bələdiyyəsi tərəfindən İddiaçı 0.0481 ha torpaq sahəsinin 21 noyabr 2006-cı il tarixdə, 372 nömrəli qərarla ayrıldığı halda alqı-satqı aktının 25 sentyabr 2007-ci il tarixdə verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydalarına” əlavəyə zidd tərtib edildiyi müəyyən edilmişdir, Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafıq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-cı maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Cavabdehin imtinasını əsassız hesab edir və məhkəməyə məlum edir ki, verilmiş cavab dəfələrlə olduğu kimi heç bir dəyişiklik edilmədən şablon qaydada verilmiş cavabdır. Belə ki, cavabdeh həmin vaxt mövcud olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən alqı-satqı müqaviləsinin möhürlə təsdiqlənmədiyinə əsaslanaraq imtina vermişdir Hazırda bu səlahiyyətlər cavabdehə məxsusdur Hesab edir ki, cavabdeh oz səlahiyyətlərindən tam şəkildə istifadə etməklə 25 sentyabr 2007-cı ıl tarixli alqı- satqı müqaviləsini təsdiq etməli, müvafiq qaydada hüquqların dövlət qeydiyyatına alınmasıbmasına dair, hüquqmüəyyənedici sənədin verilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2 2 3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibatı aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibatı məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinin həcmini azaldaraq “cavabdehin imtinasının əsassız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, H.Z.Tağıyev küçəsində yerləşən 481 kv.metr torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbində qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivində uzun müddət istifadəsində olmuş torpaq sahəsinin ona ayrılması və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün Xırdalan Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə sədrinin 21 noyabr 2006-cı ıl tarixli 372 saylı Sərəncamı ilə 481 kv metr torpaq sahəsi ona ayrılmış və Sərəncama əsasən Bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlamış nəzərdə tutulmuş rüsumu ödəmişdir. Həmin vaxt Sərəncamın icrası ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəmə Komitəsinin Abşeron rayon şöbəsi və Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən muvaftq rəylər verilmişdir. Abşeron rayon X1 planından çıxarışa uyğun 481 kv.metr torpaq torpaq sahəsinin eskizi (texniki göstəriciləri) işlənib hazırlanmışdır. Torpaq sahəsi ona ayrıldıqdan sonra məhkəmə mübahisələri davam etmiş, sonda Bələdiyyənin 372 saylı Sərəncamı və torpağın alqı-satqısı müqaviləsi qüvvədə qalmaqla etibarlı hesab edilmişdir. Ayrılmış torpaq sahəsi və üzrəində tikilmiş yaşayış evinin xüsusi mülkiyyətinə keçirilməsi üçün müvafiq qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh isə 13 yanvar 2022-cı il tarixil **********26 nömrəli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə cavab vermişdir. Məhkəmə tərəfındən ilkin araşdırmalar zamanı iddia tələbinin dəqiqləşdirilməsi nəzərinə çatdırılmışdır. İddia tələbinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığından, iddia tələbinin həcminin azaldılması barədə ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 54 1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəqiqləşdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetinı dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin üzərində 4 fərdi yaşayış evi tikilmişdir. Bir fərdi yaşayış evi özlərinin istifadəsindədir. Lakin digər 3 fərdi yşayış evi başqa şəxslərin istifadəsindədir. O idman müəllimi olmuşdur. Onun tələbələri olmuş maklerlər onun üçündə ev tikəcəyi vədi ilə aldadaraq həmin torpaq sahəsində əlavə üç ev tikərək satmışlar. O yalnız öz faktiki istifadəsində olan torpaq sahəsinə yox, digər üç şəxsində istifadəsində olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən İddiaçı ayrılmış 0.0481 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən 12 yanvar 2022-ci il tarixli, ********** daxilolma nömrəli müraciət olmuşdur. Aparılan araşdırma zamanı Xırdalan Bələdiyyəsi tərəfindən İddiaçı 0.0481 ha torpaq sahəsinin 21 noyabr 2006-ci il tarixdə, 372 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 25 sentyabr 2007-ci il tarixdə verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X1 planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin təqdim edilmiş sənədlərlə uyğunluğunun yoxlanılması üçün müayinə zamanı torpaq sahəsinin ayrı-ayrı 4 hissədə fərdi yaşayış evləri ilə birgə olması və konfiqurasiya fərqinin olması müəyyən olunmuşdur. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq İcra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin ıhormativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000,1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalan”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydalan"na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 23 oktyabr 20074ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanundn 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın təmi edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, H.Z.Tağıyev küçəsində yerləşən 481 kv.metr torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasını istəyir. İddiaçı mövcud tələblə inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, H.Z.Tağıyev küçəsində yerləşən 481 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Xırdalan Bələdiyyəsi tərəfindən İddiaçı 0.0481 ha torpaq sahəsinin 21 noyabr 2006-ci il tarixdə, 372 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 25 sentyabr 2007-ci il tarixdə verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi müəyyən edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X1 planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin təqdim edilmiş sənədlərlə uyğunluğunun yoxlanılması üçün müayinə zamanı torpaq sahəsinin ayrı-ayrı 4 hissədə fərdi yaşayış evləri ilə birgə olması və konfiqurasiya fərqinin olması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. İş materialları ilə müəyyən edilir ki, Abşeron rayon Xırdalab bələdiyyəsinin 21 noyabr 2006-cı il tarixli, 372 saylı Sərıncamı ilə, rayon Torpaq və Xəritəçəkmə şöbəsinin 20 noyabr 2006-ci il tarixli 751 saylı rəyi, Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 18 noyabr 2006-cı il tarixli 264 saylı rəyi, bələdiyyənin 25 may 2002-ci il tarixli, 03 saylı qərarı əsas tutularaq bələdiyyə ehtiyat fondunun alq-satqı predmeti olan torpaq sahəsindən İddiaçı Quşçuluq massivində üzərində fərdi yaşayış evi tikdiyi, uzun illər istifadəsində olan 481 kv.m torpaq sahəsinin ona satılması qərar alınmış, 25 sentyabr 2007-ci il tarixdə alqı-satqı aktı tərtib edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin ortofotobaza xəritəsindən çıxarış, müayinə aktının surəti məhkəməyə təqdim edilmişdir. (Cavabdeh 20 iyul 2022-ci il tarixli, **********12 saylı məktubu ilə) Təqdim edilmiş sənədlərdən göründüyü kimi torpaq sahəsi ayrı-ayrı 4 hissədə yaşayış evləri ilə birgə göstərilmişdir. Bu həmdə işin mübahisə olunmayan halıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında etiraf etmişdir ki, torpaq sahəsində inşa edilmiş dörd yaşayış evindən üçü digər şəxslərin istifadəsindədir. İddiaçı tələbi yalnız torpaq sahəsinin faktiki istifadəsində olan hissəsi ilə bağlı deyildir. İddiaçı digər şəxslərində istifadəsində olan faktiki yaşayış olan evlərin yerləşdiyi torpaq sahələrinində üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Məhkəmə hesab edir ki, bu halda cavabdeh inzibati orqanın imtinası əsaslı hesab olunmalıdır. İddiaçıya qeyd edilən bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılsada, həmin torpaq sahəsinin üzərində faktiki olaraq digər şəxslərin istifadəsində olan yaşayış evləri olduğu halda, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsaslı hesab edilə bilməz. İdiaçı həmin şəxslərin torpaq sahəsindən çıxarılmasına mülki məhkəmə icraatı qaydasında nail olduqdan sonra, hazırkı tələbi irəli sürə bilər. Eyni zamanda iddiaçının torpaq sahəsinin faktiki istifadəsində olan hissəsi ilə bağlı tələb irəli sürməsi istisna edilmir. Lakin iddiaçının tələbi torpaq sahəsinin hamısı üzərində mülkiyyət hüququnun qeydə alınmasndan ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanundn 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquq müdafiə vasitələrindən istifadə edərək, torpaq sahəsi üzərində faktiki sahibliyini təmin etdikdən sonra təkrar inzibati orqana müraciət etməsi istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1371/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1371/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver