Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1372/2022 22.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “04 yanvar 2022-ci il tarixdən güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “04 yanvar 2022-ci il tarixdən güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. 1979-cu ildə X4 Bayrağı Ordenli L.İ.Brejnev adına Metallurgiya institutuna daxil olub, xx.xx.1984-cü il tarixdə həmin institutu bitirərək, mexanik-mühəndis ixtisasına yiyələnmişdir. Ali təhsil aldıqdan sonra Azərbaycan Boru-Prokat Zavodunda əmək fəaliyyətinə başlamışdır: 1. xx.xx.1984-cü il - Prokat sexində 850 qızdırıcı quyunun dəzgah avadanlığının təmiri üzrə usta köməkçisi; 2. xx.xx.1985-ci il - Prokat sexinin avadanlığının təmiri üzrə növbətçi usta; 3. xx.xx.1987-ci il - TNS-2 İstehsal Nasoskompressor sahəsində növbətçi usta; 4. xx.xx.1994-cü il - Azərbaycan SSR ƏMQ-nin 38ci maddəsinə əsasən işdən azad olunmuşdur; "xxxx" İstehsalat Birliyi: 5.xx.xx.1997-ci il - Zavod İdarəsinə istehsal-satış şöbəsində opetaror-texnik; 6. xx.xx.1997-ci il - Zavodun baş dispetçerin vəzifəsini müvəqqəti icra edən; 7. xx.xx.1997-ci il - İstehsalat Şöbəsinin daimi növbətçi dispetçeri; "xxxx" İstehsalat Birliyi "xxxx" X14 Cəmiyyəti kimi yenidən təşkil edilib. 8. xx.xx.2001-ci il - Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “Q” bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur; X15: 9.xx.xx.2001-ci il - Yayma sahəsində yaycı; 10. 17.1.2001-ci il Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “Q” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; 11. xx.xx.2001-ci il hazır məhsul anbarında usta; 12. xx.xx.2009-cu il Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur; 13. xx.xx.2009-cu il - hazır məhsul anbarında briqadir; 14. xx.xx.2015-ci il - Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur; "xxxx" MMC: 15. xx.xx.2016-cı il- X12 sahəsində operator köməkçisi; 16. xx.xx.2016-cı il – operator köməkçisi (dozaltı qaynaq dəzgahı); 17. xx.xx.2017-ci il - X6 sahəsində operator köməkçisi; Struktur adı dəyişdirilərkən X3 Dəmir armaturlu qofralı boru, plastik inejskiya və metal hasar istehsal sahəsi Qazma ayırma bölməsi adlandırılıb. 18. xx.xx.2017-ci il - bu günədək operator. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 021/22 saylı arayışında göstərilmişdir: “Arayış verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-yə işə qəbul olunub. Hal-hazırda X1 Dəmir armaturlu qofrah boru, plastik injeksiya və metal hasar istehsal sahəsinin Dəmir armaturlu qofrah boru bölməsində Operator vəzifəsində işləyir.” "xxxx" Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş 4 saylı, 09.01,2019cu il tarixli arayışda xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək onun Yayma sexində növbə ustası işlədiyi qeyd edilmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı, qərarı ilə təsdiq edilmiş 1 saylı siyahının 3-cü bəndinin За yarımbölməsində (1030300b-23187) öz əksini tapmışdır. "xxxx" Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş 5 saylı, xx.xx.2019-cu il tarixli arayışda xx.xx.1987-cİ il tarixdən xx.xx.1994-cü il tarixədək onun Boru Yayma – 2 sexində növbə ustası kimi işlədiyi qeyd edilmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 3-cü bəndinin 4b yarımbölməsində (2040400a-23187) öz əksini tapmışdır. “X15” MMC tərəfindən verilmiş 01/L saylı, xx.xx.2019-cu il tarixli Araşdırıcı arxiv arayışına əsasən onun xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək X7 zərərli iş şəraitində briqadir vəzifəsində çalışdığı göstərilmişdir. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstahsalatı bölməsinin 3.6 (a) yarımbəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər kimi öz əksini tapmışdır. “X15” MMC tərəfindən verilmiş 153/A saylı, xx.xx.2019-cu il tarixli Araşdırıcı arxiv arayışına əsasən onun xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Yayma sahəsində isti və zərərli iş şəraitində yayıcı vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Hazır Məhsul anbarında zərərli iş şəraitində usta vəzifəsində çalışdığım göstərilmişdir. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstahsalatı) 3.3 (a) yarımbəndində isti yayma stanlarının yaymaçıları kimi, 3.6 (b) yarımbəndində ustalar, böyük ustalar kimi öz əksini tapmışdır. “X15” MMC tərəfindən verilmiş 26/L saylı, xx.xx.2020-ci il tarixli Araşdırıcı arxiv arayışına əsasən onun xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək X7 zərərli iş şəraitində briqadir vəzifəsində çalışdığım göstərilmişdir. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 3-cü bəndinin Metallurgiya İstahsalatı 2-ci (a) yarımbəndində istehsal prosesində xammalın, yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər kimi (2040200a-1753a) öz əksini tapmışdır. “X15” MMC tərəfindən verilmiş 193/A saylı, xx.xx.2020-ci il tarixli Araşdırıcı arxiv arayışına əsasən onun xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci İl tarixədək Yayma sahəsində isti və zərərli iş şəraitində yayıcı vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Hazır Məhsul anbarında zərərli iş şəraitində usta vəzifəsində çalışdığım göstərilmişdir. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı siyahının 3-cü bəndinin Metallurgiya İstahsalatı 3-cü (a) yarımbəndində isti yayma stanlarının yaymaçıları kimi (1030300a-l 1345) və 2 saylı siyahının 3-cü bəndinin Metallurgiya İstahsalatı 2-ci (b) yarımbəndində ustalar, böyük ustalar kimi (2040200b-23187) öz əksini tapmışdır. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət olunmuşdur. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2022-çi il tarixli, **********1 saylı cavab məktubu ilə ona aşağıdakı şəkildə imtina olunmuşdur: “...işlədiyiniz növbə ustası vəzifəsi yuxarıda qeyd olunan avadanlığın təmiri üzrə usta vəzifəsinə, “Hazır məhsullar anbarı” isə Metallurgiya istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 2 ay 10 gün (xx.xx.2001-17.10.200bci il, xx.xx.2009-cu il tarixləri arasındakı dövrləri)) təşkil edir. Qeyd olunanaları nəzərə alaraq sizə güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İddiaçı cavabdeh orqanın imtinası ilə razı deyildir. Belə ki, 04 yanvar 2022-ci il tarixdə onun 60 yaşı tamam olmuşdur. xx.xx.2022-ci il tarixə əmək stajı 34 il 05 ay 23 gün təşkil edir (5 il ali təhsil illərini hesaba almadan) və bu müddət ərzində öz ixtisasım üzrə, ağır və zərərli işlərdə işləmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və ona, yəni İddiaçı xx.xx.2022-ci il tarixdən həmin pensiyanın təyin edilməsi vəzifəsi cavabdeh, inzibati orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməlidir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı mərkəzi filiala təqdim etdiyi "xxxx" ASC-nin 09 yanvar 2019-cu il tarixli 4 və 5 nömrəli arayışlarında 25.Ö9.1984-xx.xx.1987-ci il tarixlərində yayma sexində və xx.xx.1987-xx.xx.1994-cü il tarixləfdə Boru Yayma-2 sexində növbə ustası, “X15” MMC-nin 19 fevral 2020-ci il tarixli 193/A nömrəli arayışında xx.xx.2009-xx.xx.2015-ci il tarixlərdə X7 briqadir vəzifəsində işlədiyi dövrlərin müvafiq peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaması səbəbindən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə cavab verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində 60 yaşının tamam olduğu xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir."Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 element mövcud olmalıdır: 1.İddiaçının 60 yaşının tamam olması; 2.İddiaçının xx.xx.2022-ci il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 3.İddiaçının xx.xx.2022-ci il tarixədək azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması; 4.İddiaçının xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb edilən məbləğdə pensiya kapitalının mövcud olması. İş materillarında olan “X15” MMC-nin 19 fevral 2020-ci il tarixli 26/L nömrəli arayışında İddiaçı xx.xx.2009-xx.xx.2015-ci il tarixlərdə X7 zərərli iş şəraitində briqadir vəzifəsində işlədiyi, müvafiq peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının 3-cü bəndinin metallurgiya istehsalatı 2-ci (a) yarımbəndində 204200a-1753a kodu üzrə istehsal prosesində xammalın, yarımfabrikantların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər peşəsinə uyğun gəldiyi bildirilmişdir. İş materillarında olan "X15” MMC-nin 19 fevral 2020-ci il tarixli 26/L nömrəli arayışında İddiaçı xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə yayma sahəsində isti və zərərli iş şəraitində yayıcı, xx.xx.2001-xx.xx.2009-cu il tarixlərdə X7 usta vəzifəsində işlədiyi, müvafiq peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısının 3-cü bəndinin metallurgiya istehsalatı 3-cü (a) Yarımbəndində 1030300a-11345 kodu üzrə isti yayma stanlarının yaymaçılari və 20402000-23187 kodu üzrə metallurgiya istehsalatı 2-ci (b) yarımbəndində ustalar, böyük ustalar peşəsinə uyğun gəldiyi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 09 yanvar 2019-cu il tarixli 4 nömrəli arayışında İddiaçı xx.xx.1984-xx.xx.1987-ci il tarixlərdə yayma sexində növbə ustası peşəsində çalışdığı, müvafiq peşənin Azəıjbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsğiq edilmiş 1 nömrəli siyahısının 3-cü bəndinin metallurgiya istehsalatı 3-cü (a) yarımbəndində 1030300b- 23187 koduna uyğun gəldiyi qeyd edilmişdir. Müəssisənin 09 yanvar 2019-cu il tarixli 5 nömrəli arayışında İddiaçı xx.xx.1987-xx.xx.1994-cü il tarixlərdə Boru Yayma-2 sexində növbə ustası peşəsində çalışdığı və müvafiq peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısının 3-cü bəndinin metallurgiya istehsalatı 2-ci (b) yarımbəndində 2040400a- 23187 koduna uyğun gəldiyi bildirilmişdir. İş materiallarında olan 666004 nömrəli diplomun surətindən məlum olur ki, İddiaçı 1979-1984-cü il tarixlərdə əyani təhsil almışdır. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1984-cıı il tarixli ******* nömrəli əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, o, xx.xx.1984-xx.xx.1987-ci il tarixlərdə yayma sexində növbə ustası, xx.xx.1987-xx.xx.1994-cü il tarixlərdə Boru Yayma- 2 sexində növbə ustası, xx.xx.2001-xx.xx.2001-cu il tarixlərdə yayma sahəsində isti və zərərli iş şəraitində yayıcı, xx.xx.2001-xx.xx.2009-cu il tarixlərdə X7 usta, xx.xx.2009-xx.xx.2015-ci il tarixlərdə X7 briqadir, xx.xx.2016- cı il tarixdən ‘'Azərtexnolayn” MMC-də operator vəzifəsində çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın metallurgiya istehsalatı bölməsində yalnız boru istehsalı və sinkləmə sexləri bəndində avandanlığın təmiri üzrə ustalar və polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər nəzərdə tutulduğundan İddiaçı xx.xx.1984-xx.xx.1987-ci il tarixlərdə yayma sexində, xx.xx.1987- xx.xx.1994-cü il tarixlərdə Boru Yayma-2 sexində işlədiyi növbə ustası peşəsində və “X15” MMC-də xx.xx.2009-xx.xx.2015-ci il tarixlərdə X7 işlədiyi briqadir vəzifəsində işlədiyi illər onun güzəştli iş stajına daxil edilə bilməz. Yuxarıda şərh edilənlərin nəticəsi olaraq iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022- ci il tarixdən güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun güzəştli iş stajının 08 il 02 ay 10 gün təşkil etməsi səbəbindən mümkün deyildir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1962-ci il təvəllüdlüdür. - İddiaçıya məxsus ИТ-İ ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətində onun xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi qeyd edilmişdir. - "xxxx" Azərbaycan Boru Yayma Zavodunun xx.xx.2022-ci il tarixli, 23 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı "xxxx" Azərbaycan Boru Yayma Zavodunda xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək yayma sexində növbə ustası işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 №-li siyahının İİİ bölməsinin 3b yarımbölməsinin 1030300b-23187 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. - "xxxx" Azərbaycan Boru Yayma Zavodunun xx.xx.2019-cu il tarixli, 5 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı "xxxx" Azərbaycan Boru Yayma Zavodunda xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Boru Yayma - 2 sexində növbə ustası işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının İİİ bölməsinin 4b yarımbölməsinin 2040400a-23187 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. - “X15” MMC-nin xx.xx.2019-cu il tarixli, № 01/L saylı “araşdırıcı arxiv arayışı”nda qeyd edilmişdir ki, İddiaçı 01 sentyabr 2009-cu il tarixdən 22 sentyabr 2015-ci il tarixədək X7 zərərli iş şəraitində briqadir vəzifəsində çalışmışdır. - “X15” MMC-nin xx.xx.2019-cu il tarixli, № 153/A saylı və xx.xx.2020-cu il tarixli, № 193/A saylı “arxiv araşdırıcı arayış”larında qeyd edilmişdir ki, İddiaçı X15 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X8 Salan Mərkəz tərəfindən tərtib edilmiş X15 Limited şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: 29 may 2001-ci il tarixdən 17 oktyabr 2001-ci il tarixədək Yayma sahəsində isti və zərərli iş şəraitində yayıcı vəzifəsində, 09 noyabr 2001-ci il tarixdən 01 sentyabr 2009-cu il tarixədək Hazır Məhsul anbarında zərərli iş şəraitində usta vəzifəsində çalışmışdır. - “X15” QSC tərəfindən verilmiş X-Y-1732 saylı, 12 sentyabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı 01 sentyabr 2009-cu il tarixindən 22 sentyabr 2015-ci il tarixinədək “X15” QSC-nin Hazır məhsullar anbarınsa isti və zərərli iş şəraitində briqadir peşəsində çalışmışdır. Qeyd edilmiş peşə hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6.Polad və ferroərintilər istehsalı, qarışıların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər peşəsinə uyğundur. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 021/22 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-yə qəbul olunub. Hal-hazırda X2 Dəmir armaturlu qofralı boru, plastik injeksiya və metal hasar istehsal sahəsinin Dəmir armaturlu qofralı boru bölməsində operator vəzifəsində çalışır. - KB № 666004 saylı diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1979-cu ildə X4 Bayrağı Ordenli L.İ.Brejnev adına metallurgiya institutuna daxil olmuş, 1984-cü ildə institutu “Qara metallurgiya zavodlarının mexaniki avadanlığı” ixtisası üzrə tam kursunu bitirmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının iddiaçıya ünvanladığı 16 fevral 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi, eyni zamanda iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapan 12 il 06 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən stajı vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan başqa cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsində yalnız boru istehsalı və sinkləmə sexləri bəndində avadanlığın təmiri üzrə ustalar və polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər nəzərdə tutulduğundan İddiaçı xx.xx.1984-xx.xx.1987-ci il tarixlərdə yayma sexində, xx.xx.1987-xx.xx.1984-cü il tarixlərdə Boru Yayma – 2 sexində işlədiyi növbə ustası peşəsində və “X16” MMC-də xx.xx.2009-xx.xx.2015-ci il tarixlərdə X7 işlədiyi briqadir vəzifəsində işlədiyi illər onun güzəştli iş stajına daxil edilə bilməz. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinasının əsası kimi iddiaçının işlədiyi “növbə ustası” vəzifəsinin “avadanlığın təmiri üzrə usta” vəzifəsinə, “Hazır məhsullar anbarı”nın isə Metallurgiya istehsalatı sahəsinə aid olmadığını göstərmişdir. Beləliklə iddiaçıya pensiya təyini ilə bağlı mübahisənin əsasını iddiaçının xüsusi iş stajına malik olub-olmaması təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı dəlili əsassızdır. Çünki iddiaçının işlədiyi vəzifənin adının növbə ustası olması onun avadanlığın təmiri ilə məşğul olmasını istisna etmir. Onun vəzifəsinin adı işin növbəlilik xüsusiyyətinə görə növbə ustası adlanır və vəzifə üzrə yerinə yetirilən funksiyaları özündə əks etdirmir. Cavabdeh iddiaçının növbə ustası olaraq avadanlığın təmiri ilə məşğul olmadığını təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan arayışlarla iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda cavabdehin “Hazır məhsullar anbarı”nın isə Metallurgiya istehsalatı sahəsinə aid olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi “X15” tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli arayışda onun X7 isti və zərərli iş şəraitində briqadir peşəsində işləməsi, eyni zamanda Nazirlər Kabinetinin yuxarıda adı qeyd olunan 23 yanvar 2007-ci il tarixli siyahısında həmin peşənin Metallurgiya İstehsalatı bölməsinin 3.6.Polad və ferroərintilər istehsalı, qarışıların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər peşəsinə uyğun olduğu qeyd edilmişdir. Beləliklə qeyd olunan arayışda iddiaçının X7 işləməsinin qeyd edilməsi şəxsin hazır məhsulun yerdəyişməsi ilə məşğul olmasını istisna etmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 60 yaşının tamam olduğu 04 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 04 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1372/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1372/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver