Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1372/2023 09.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Quba regional “Asan Xidmət” Mərkəzinə qarşı “Quba Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-359/2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsinin məcburi icrasına və Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına qarşı əsassız və qanunsuz İddiaçı adına rəsmiləşdirilmiş **********349 nömrəli, xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarırda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Sumqayıt İnzibati - İqtisadi Məhkəməsinin 2-1(85)- 359/2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə iddiası təmin edilmişdir. Quba Rayon icra və Probasiya Şöbəsinin İddiaçı lazimi qaydada məlumatlandırılmadan icra hərəkətlərini həyata keçirməsi, ona məxsus qızıl-ziynət əşyalarını qiymətləndirilməsini və açıq hərracda satılmasının təşkil etməsi qanunsuz hesab edilsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 ( otuz ) gün müddətində, Sumqayit İnzibati - İqtisadi Məhkəməsi vastəsi ilə, Sumqayit şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. İddiaçı şərh olunanları və Quba ASAN xidmət Mərkəzi tərəfindən, Sumqayit İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-359/2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsinə qarşı açıq-aşkar törədilmiş saxtakarlıq faktını rəsmi olaraq, Sumqayit İnzibati Məhkəməsinin rəsmi diqqətinə çatdirir. Quba Rayon Qəcər-Zeyid kənd sakini İddiaçı tərəfindən imzalanmış və QUBA REGİONAL ASAN XİDMƏT MƏRKƏZİNDƏ Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən rəsmiləşdirilmiş və təsdiqlənmiş **********649 nömrəli, xx.xx.2021- ci il tarixli ərizə, üç ildən sonra, 15/09/ 2022-ci ildə Quba Rayon icra və Probasiya Şöbəsində mövcud olması faktı aşkarlanmışdır. Quba rayon icra və probasiya şöbəsinin icra məmuru RAUF QULİYEV tərəfindən üç ildən sonra, tez-tez Rabitəbank ASC-nin Quba Filialının keçmiş müştərisi olmuş, Quba Rayon Qəcər-zeyd kənd sakini İddiaçı və onun həyat-yoldaşı Adil Cənnətova əl telefonu ilə zəng edərək, Quba rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvvəqəti icra etmiş Elçin Hacıyevin yanına gəlmələrini tələb etmişdir. Rabitəbank ASC-nin Quba Filialının keçmiş müştərisi olmuş, Quba Rayon Qəcərzeyd kənd sakini, İddiaçı və onun həyat-yoldaşı Adil Cənnətov bu telefon zənginin və zənglərin əsassız və qanunsuz olduğundan, Quba rayon icra və probasiya şöbəsinin icra məmuru RAUF QULİYEVİN tələbi rədd edilmişdir. Quba rayon icra və probasiya şöbəsinin icra məmuru RAUF QULİYEV öz şəxsi avtomobili ilə ilk dəfə, Rabitəbank ASC-nin Quba Filialinin keçmiş müştərisi olmuş, Quba Rayon Qəcər-zeyd kənd sakini, İddiaçı yaşadığı evə gəlmiş əvvəlcə hədə-qorxu gəlmiş və sonra onlara kömək etmək arzusunda olduqlarını və Rabitəbank ASC- nin Quba Filialına qoyulmuş və ona məxsus qızıl-ziynət əşyalarını qaytaracaqları üçün, Quba Rayon icra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvvəqəti icra etmiş ELÇİN HACİYEVİN yanina gəlmələrini tələb etmiş və evdə sərxoş vəziyyətdə olan Adil Cənnətovu və İddiaçı öz şəxsi avtomobilinə oturtaraq bir-başa Quba Rayon icra Şöbəsinə və Quba Rayon icra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvvəqəti icra etmiş ELÇİN HACİYEVİN yanina xidməti kabinetinə gətirmişdir. Quba Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvvəqəti icra etmiş ELÇİN HACİYEVİN xidməti kabinetində, Quba rayon icra və probasiya şöbəsinin icra məmuru RAUF QULİYEV tərəfindən, Rabitəbank ASC- nin Quba Filialinin keçmiş müştərisi olmuş, Quba Rayon Qəcər-zeyd kənd sakini, İddiaçı əvvəlcə, Rabitəbank ASCnin Quba Filialina qoyulmuş və ona məxsus qızıl-ziynət əşyalarını qaytarılması haqqında Ərizə yazdırmışdır. Rabitəbank ASC- nin Quba Filialinin keçmiş müştərisi olmuş, Quba Rayon Qəcərzeyd kənd sakini, İddiaçı qizi tərəfindən, Rabitəbank ASC- nin Quba Filialina qoyulmuş və ona məxsus qızıl - ziynət əşyaları, Xaçmaz şəhərində yaşayan qızının qaynatası iddiaçının rəsmi X1 məxsusdur və şəxsi əmlakı olduğunu, Quba rayon İcra və probasiya şöbəsinin vəzifəli şəxs və şəxsləri icra məmuru RAUF QULİYEV və Quba Rayon icra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvvəqəti icra etmiş ELÇİN HACİYEVİN diqqətinə çatdırmışdır. Quba Rayon icra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvvəqəti icra etmiş ELÇİN HACİYEV tərəfindən bu barədə məlumatlı olduqlarını diqqətinə çatdırmışdır. Sonra isə Quba Rayon icra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvvəqəti icra etmiş ELÇİN HACİYEV xidməti kabinetində, Rabitəbank ASC- nin Quba Filialinin keçmiş müştərisi olmuş, Quba Rayon Qəcər-zeyd kənd sakini, İddiaçı birlikdə olan bərk sərxoş olan həyat yoldaşı Adil Cənnətova sərxoş vəziyyətdə olaraq 300 manat əl ilə nəğd pul verməklə təkrar bir də, Rabitəbank ASC-nin Quba Filialinin keçmiş müştərisi olmuş, Quba Rayon Qəcər-zeyd kənd sakini, İddiaçı, Rabitəbank ASC-nin Quba Filialından və Quba Rayon icra və Probasiya Şöbəsindən və və Quba Rayon icra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevdən heç bir tələbinin olmadığını və yoxdur sözləri daxil edilmiş təkrar-Ərizə yazdırmaqla, Quba Rayon Qəcər- Zeyid kənd sakini İddiaçı qizi tərəfindən imzalanmiş və Quba Asan Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən rəsmiləşdirilmiş və təsdiqlənmiş **********649 nömrəli, xx.xx.2021- ci il tarixli ərizə, üç ildən sonra, xx/xx/2022-ci ildə Quba Rayon icra və Probasiya Şöbəsində mövcud olması faktı aşkarlanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı, Quba Asan Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-359/2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsinin məcburi icrasına və Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına qarşı əsassız və qanunsuz İddiaçı adına rəsmiləşdirilmiş **********349 nömrəli, xx.xx.2021-ci il tarixli ərizənin ləğv edilməsini istəyir. Göründüyü kimi mübahisənin yaranma əsasını notariat hərəkətləri təşkil edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il, tarixli 04 saylı qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №li Qərarına əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 6.1. 8-ci bənd aşağıdakı redaksiyada verilsin: “8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”; Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarlarından göründüyü kimi formalaşmış məhkəmə praktikasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisənin yaranma əsasını müvafiq natoriat hərəkətləri təşkil etdiyindən notariusun hərəkətləri və onun əsasında dövlət qeydiyyatına alınmış hüquqlar mülki məhkəmə icraatında yol verilən hüquqi müdafiyə vasitələrindən istifadə edilərək həll edilməli və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. Bundan əlavə iddiaçı kimi Quba Asan Xidmət Mərkəzini göstərmişdir, halbu ki cavabdeh Quba Asan Xidmət Mərkəzi yox, həmin mərkəzədə fəaliyyət göstərən natoriat qurumu olmalıdır. Hər bir halda məhkəmə hesab edir mübahisəyə inzibati yox, mülki məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçıya izah edilsin ki, müvafiq umumi məhkəməyə müraciət edərək, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1372/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1372/2023
09.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver