Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1373/2021 04.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdehin üzərinə İddiaçı məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 2 ünvanında yerləşən 13 saylı mənzildən Əsgərov Fikrət Şaiq oğlunun pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdehin üzərinə İddiaçı məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 2 ünvanında yerləşən 13 saylı mənzildən Əsgərov Fikrət Şaiq oğlunun pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07.09.2021-ci il tarixli 2-1(118)-1373/2021 saylı qərardadı ilə Əsgərov Fikrət Şaiq oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil ******* saylı çıxarışla, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. 2012-ci il tarixdə oğlu Əsgərov Şaiq Tofiq oğlunu və gəlini Əsgərova Məlahət Eyvaz qızıNƏ həmin mənzilə qeydiyyata aldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4483/201 2 saylı, 10 dekabr 2012-ci il tarixli qətnaməsi ilə, Əsgərov Şaiq Tofiq oğlunun və Əsgərova Məlahət Eyvaz qızının ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilindən istifadə hüquqları əldə edilməmiş hesab olunması və onların həmin mənzildən qeydiyyatdan çıxarılması qət edilmişdir. İddiaçı xüsusi mülkiyyətindən qeydiyyatdan çıxarmaq istədiyi şəxs nəvəsi Əsgərov Fikrət Şaiq oğludur. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4483/2012 saylı, 10 dekabr 2012-ci il tarixli qətnaməsi qət edildiyi zaman Əsgərov Şaiq Tofiq oğlunun və Əsgərova Məlahət Eyvaz qızının birgə nikahlarından olan Əsgərov Fikrət Şaiq oğlunun azyaşlı olması səbəbindən o cavabdeh olaraq göstərilməmişdir. qanunun tələbinə əsasən, Əsgərov Şaiq Tofiq oğlu və Əsgərova Məlahət Eyvaz qızı ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən qeydiyyatdan çıxarılan zaman azyaşlı övladları Əsgərov Fikrət Şaiq oğlu da qeydiyyatdan çıxarılmalı idi. Lakin Sumqayıt şəhər Polis İdarəsi QŞVŞ Əsgərov Şaiq Tofiq oğlu və Əsgərova Məlahət Eyvaz qızı ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən qeydiyyatdan çıxaran zaman azyaşlı övladları Əsgərov Fikrət Şaiq oğlu qeydiyyatdan çıxarılmamışdır. Əsgərov Fikrət Şaiq oğlunun həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və yaşayış yeri üzrə pasport qeydiyyatındaN çıxarılmalıdır. X6 Şaiq oğlunun həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır bu isə öz növbəsində mülkiyyətçinin hüququna əsassız müdaxilə təşkil edir və o, Əsgərov Fikrət Şaiq oğluna görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Əsgərov Fikrət Şaiq oğlunun İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 02 iyun 2021-ci il tarixli məktubunda Əsgərov Fikrət Şaiq oğlunun İddiaçı məxsus Sumqayı şəhəri, 6-cı mkr, ev 2 ünvanında yerləşən 13 saylı mənzildən pasport qeydiyyatından çıxarılmasından imtina edilmiş və inzibati məhkəmə icraat qaydasında baxılmasının məqsədə uyğun olduğu göstərilmişdir. Bu səbəbdən də o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iştirak edən Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin heç bir etirazı yoxdur. İddiaçı iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 2 saylı evin 13 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 30.09.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında Əsgərov Fikrət Şaiq oğlu qeydiyyatdadır. - X1, X3, X2 tərəfindən tərtib edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat birliyinin 13 saylı Mənzil Kommunal sahəsi tərəfindən təsdiq edilmiş 22.05.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, Əsgərov Fikrət Şaiq oğlu ünvan 2 ünvanında pasport qeydiyyatında olmasına baxmayaraq, heç vaxt həmin ünvanda yaşamayıb. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 02.06.2021-ci il tarixli imtina məktubundan görünür ki, Əsgərov Fikrət Şaiq oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur. İddiaçıya ərizədə göstərilən məsələ ilə bağlı aidiyyət üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. - Sumqayıt Şəhər Məhkəməsinin 10.12.2012-ci il tarixli 2(060)-4483/2012 saylı qətnaməsindən görünür ki, Əsgərov Şaiq Tofiq oğlunun və Əsgərova Məlahət Eyvaz qızının ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilindən istifadə hüquqları əldə edilməmiş hesab olunması və onların həmin mənzildən qeydiyyatdan çıxarılması qət edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzildə Əsgərov Fikrət Şaiq oğlu da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 02.06.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamır. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Əsgərov Fikrət Şaiq oğlunun ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Əsgərov Fikrət Şaiq oğlunun ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1373/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1373/2021
04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver