Məhkəmə qərarları › İş №2-1(118)-1374/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1374/2023

10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1374/2023 10.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair çıxarışın (arayışın) iddiaçının adına verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair çıxarışın (arayışın) iddiaçının adına verilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1709/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati mübahisə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə həmin qərardadında qeyd etmişdir ki, “Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. ----- Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən baxılmalıdır. İş materiallarında olan Abşeron rayon XDS İK-nin 204 saylı 26 noyabr 1988-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, torpaq sahəsi Sabunçu rayonu ərazisində, Bilgəh qəsəbəsində yerləşir. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələbləri baxımından işə Bakı İnzibati Məhkəməsində baxılmasını şərtləndirir. Torpaq sahəsi və bu torpaq sahəsində yerləşən fərdi yaşayış evi Abşeron rayonunun idarəçiliyində olan torpaqlarda yerləşsə belə, inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün yenə də mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Çünki bunu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi şərtləndirir. Həmin normaya əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırlı iş üzrə əmlakın və ərazinin aid olduğu yerin məhkəməsi isə Bakı İnzibati Məhkəməsidir. Məhkəmə hesab edir ki, qanun bu normasının qeyd edilən əsaslarla müəyyən olunmasında qanunvericinin iradəsi, sübutların əldə edilməsi və yerində müayinə edilmə imkanları baxımından operativlik və məqsədəmüvafiqlik tələblərinə uyğunluğun əsas alınmasına yönəlmə kimi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, bu kateqoriya işlərdə mübahisə predmeti olan torpaq sahəsinin Abşeron rayonunun idarəçiliyində olduğu və cavabdeh inzibati orqanın Sumqayıt İnzibati Məhkəməsinin yuristiksiyasında yerləşdiyi hallarda işə Sumqayıt İnzibati Məhkəməsində baxıldığı hallar olsada, son dövrlərdə formalaşmış məhkəmə təcrübəsi işə İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinin tələbləri baxımından torpaq sahəsinin idarəciliyini yox, yerləşdiyi inzibati ərazi vahidini əsas alaraq baxılmasını müəyyən edir. Məhkəmə hesab edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsi tələbləri baxımından aidiyyətin müəyyən olunmasında cavabdeh inzibati orqanın harada yerləşməsinin heç bir əhəmiyyəti yoxdur. Cavabdeh inzibati orqanın harada yerləşməsi aidiyyətin müəyyən olunmasında cavabdehin yerləşdiyi yerin əsas götürüldüyü hallarda müəyyənedici ola bilər. Hazırkı halda isə cavabdehin düzgün müəyyən olunması cavabdehlik və səlahiyyət baxımından əhəmiyyətli olsa da, aidiyyətin müəyyən olunmasında heç bir rol oynaya bilməz. Bu baxımdan iddiaçının hazırkı iş üzrə cavabdeh inzibati orqanın cavabdehlik baxımından səlahiyyətli olub-olmamasını araşdırması prosessual qənaət baxımından məqsədəmüvafiq hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxıla bilməz. ------ Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.” Bakı İnzibati Məhkəməsi 2-1(112)-10728/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı “Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair çıxarışın (arayışın) iddiaçının adına verilməsi” tələbinə dair iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi özünü səlahiyyətli saymamasının səbəbi isə torpaq sahəsinin Abşeron rayonunun inzibati ərazisində yerləşməsi nəticəsinə gəlməsi olmuşdur. Qərardadda qeyd edilir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə məhkəmə sorğusuna cavab olaraq bildirmişdir ki, qeyd olunan torpaq sahəsi elektron kadastrı baza məlumatlarına əsasən Abşeron rayon inzibati ərazi vahidinin hüdudları daxilində yerləşir.” Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3352/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə Abşeron rayonu, Bilgəh Zəfəran sovxozunun ərazisinin müvafiq xəritədən (koordinatları göstərilməklə) çıxarış təqdim etməklə Bakı və ya Abşeron rayon inzibati ərazi vahidi hüdudlarında yerləşməsi haqqında ətraflı məlumatın təqdim edilməsinə dair sorğu göndərilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə məhkəmə sorğusuna cavab olaraq bildirmişdir ki, qeyd olunan torpaq sahəsi elektron kadastrı baza məlumatlarına əsasən Abşeron rayon inzibati ərazi vahidinin hüdudları daxilində yerləşir. Həmçinin, iddiaçı hər iki inzibati orqana müraciət etmiş (həm 1 saylı Bakı ərazi idarəsi, həm də 4 saylı Abşeron ərazi idarəsi), 4 saylı Abşeron ərazi idarəsi məsələnin mahiyyəti üzrə iddiaçının tələbini təmin etməkdən imtina etsə də, 1 saylı Bakı ərazi idarəsi qeyd edilən torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən Abşeron rayon inzibati ərazi vahidinin hüdudları daxilində yerləşdiyi üçün 4 saylı Abşeron ərazi idarəsinə müraciət edilməsinin məqsədəuyğunluğu bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsi ilə bağlı hüquq münasibəti ilə bağlı olduğu üçün Azərbaycan Respublikası İPM-in 8.1-ci maddəsinin tələbinə görə inzibati işə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır.” Məhkəmə hesab edir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Hazırkı mübahisəyə baxılmasında Azərbaycan Respublikası İPM-in 8.1-ci maddəsinin tətbiq edilməsi və həmin normanın tələbinə görə inzibati işə torpaq sahəsinin yerləşdiyi ərazi üzrə baxılmalı olması məhkəmələr arasında mübahisə olunmur. Mübahisənin yaranma səbəbi torpaq sahəsinin yerləşdiyi yerin inzibati ərazi üzrə yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. İş materiallarında olan Abşeron rayon XDS İK-nin 204 saylı 26 noyabr 1988-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, torpaq sahəsi Sabunçu rayonu ərazisində, Bilgəh qəsəbəsində yerləşir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, qeyd olunan torpaq sahəsi elektron kadastrı baza məlumatlarına əsasən Abşeron rayon inzibati ərazi vahidinin hüdudları daxilində yerləşir. Məhkəmə hesab edir ki, bu cavab düzgün olmayan cavabdır və məhkəmə təcrübəsindədə müəyyən edilmişdir ki, torpaq sahəsinin idarəcilkdə olması ilə inzibati ərazi hüqdudlarında yerləşməsinin düzgün müəyyən edilməməsi aidiyyatla bağlı həm cavabdehlik baxımından, həmdə məhkəmə aidiyyatı baxımından fərqli formada işlərə baxılması və məhkəmə qərarlarının qəbul edilməsi ilə nəticələnmiş, hüququ müəyyənlik prinsipi pozulmuşdur. Məhkəmə təcrübəsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri ərazisində Abşeron rayonunun idarəçiliyində olan torpaq sahələri vardır ki, həmin torpaq sahələri Abşeron rayonunun idarəçiliyində olsada inzibati ərazi olaraq Bakı şəhərinin müvafiq rayonlarının inzibati ərazisi hesab olunurlar. Konkret olaraq hazırkı iş üzrə məhkəmə tərəfindən müvafiq sorğu edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il taeixli, **********70 saylı məktubu ilə bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Abşeron rayonunun idarəciliyində saxlanılmış Bilgəh Zəfəran sovxozunun hüquqları daxilində yerləşir və Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinə aid edilmişdir. Göründüyü kimi torpaq sahəsi üzərində Abşeron rayonunun idarəciliyi olsada, həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində yerləşir. Ona görədə məhkəmə hesab edir ki, hazıkı mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində yox, Bakı İnzibati məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə təcrübəsindən görsənir ki, oxşar işlər üzrə cavabdehlik baxımındanda bir çox hallarda qeyri müəyyənliklər baş verir, qonşu torpaq sahələrinin dövlət qeydiyyatı bəzi hallarda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən, bəzi hallarda isə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılır. Bəzi hallarda vətəndaşların səlahiyyətli cavabdehi müəyyən etməsi onlar üçün məhkəmə mübahisəsi qaldıracaq qədər vaxtlarının getməsinə səbəb olur. Hazırkı iş üzrədə iddiaçının həm 4 saylı Abşeron Ərazi İdarəsinə, həmdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi vətəndaşın qeyri müəyyənlikdən çıxış yolu axtarmasının səbəbi kimi başa düşülməlidir. Məhkəmə hesab edir ki, cavabdehin səlahiyyətli olması inzibati orqanın daxili tənzimləməsindən asılıdır, inzibati orqan özünü səlahiyyətli sayırsa və dövlət qeydiyyatını apara bilirsə bu halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinin tətbiqi baxımından cavabdehin hansı orqan olmasının heç bir əhəmiyyəti qalmır, cavabdehin dəyişilməsi aidiyyətin dəyişilməsinə səbəb olmur. Hazırkı işdə iddiaçı həm Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həmdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ona görədə işə birinci instansiya məhkəməsində baxılan zaman, səlahiyyətli cavabdeh inzibati orqanın müəyyən edilməsinin xidməti vəzifəsinə görə həmin məhkəmə tərəfindən həll edilməsi qanunvericiliyə uyğun hesab edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə təcrübəsində yaranmış bu qeryi-müəyyənliklərə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən aydınlıq gətirilməli, vahid məhkəmə təcrübəsinin formalaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Konkret olaraq hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonunun idarəciliyində olsada, Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində yerləşdiyinə görə mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxıla biməz və məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə dair çıxarışın (arayışın) iddiaçının adına verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-1374/2023 saylı inzibati iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar