Məhkəmə qərarları › İş №2-1(118)-1376/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1376/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1376/2022 29.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “X2 Cəmiyyətinin 14.07.2021-ci il tarixə olan 1.840.027 man 32 qəp (bir milyon səkkiz yüz qırx min iyirmi yeddi man 32 qəp) artıq ödəməsinin, İnter-Textile ASC-yə qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 İyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə bağlı İnter-Textile ASC-ni Aqrarkredit Səhmdar Kredit Təşkilatının idarəedilməsinə verilmişdir. Həmin səbəbdən İnter-Textile ASC-nin bütün əmlakları yenidən qiymətləndiriləcək, Sumqayıt İnzibati-İqtisadi Məkəməsinin 06 Oktyabr 2016-cı il tarixli 2-2(85)-1607/2016 saylı Qətnaməsinə əsasən Aqrarkredit Səhmdar Kredit Təşkilatınana verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 Dekabr 2017-ci il tarixli, 1704 saylı Fərmanının 2-ci hissəsinə əsasən Aqrarkredit Səhimdar Kredit Təşkilatı tərəfindən 23 İyul 2018-ci il tarixdə, AKT əsasında İnter-Textile ASC-yə məxsus bütün əmlaklar yeni yaradılmış Azərbaycan Sənayə Korperasiyası Açıq Səhmdar Cəmiyyətinə verilmişdir. Həmin tarixdən İnter-Textile ASC-nin fəaliyyəti tam dayanmışdır. Göstərilən dövrdən işçilərin əmək haqları, istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabları və əmək haqqında hesablanmış sosial-sığorta haqlarının ödənilməsi mümükün olmamışdır. Göstərilən dövrdə İnter-Textile ASC-nin Dövlət Büdcəsinə 05.06.2018-ci il tarixə 2.028.401,51 qəp (iki milion iyirmi səkkiz min dört yüz bir man 51 qəp) artıq ödəməsi olub. 05.06.2018-ci il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsinə və Azərbaycan Respublikası vergilər Nazirliyinə müraciət olunaraq, xahiş edilib ki, artıq ödəməni qaytarsınlar, qaytarılacaq vəsait əmək haqqı və sosial sığorta borcunun ödənilməsinə xərclənəcək, 05.07.2018-ci il tarixdə, təkrarən Vergilər Nazirliyinə müraciət olunub, Vergi Məcəlləsinin 24.0.10 maddəsinə əsasən artıq ödəmənin qaytarılması barədə tədbir görmək Vergi Orqanının vəzifəsidir. Vergi Məcəlləmin 87.3 maddəsinə əsasən, vergin ödəyicisinin ərazisinə əsasən 45 gün ərzində, artıq ödəmə vergi ödəyicisinə qaytarılmalıdır. Lakin 2 Saylı Ərazi Vergilər İdarəsi müraciətlərin heç birinə əhəmiyyət verməyib. Hal-Hazırda 2 Saylı Ərazi Vergilər İdarəsi, Dövlət Sosial Müdafiə Fonduna olan 926.918,58 (doqquz yüz iyirmi altı min doqquz yüz on səkkiz man 58 qəp) borcu və borca əlavə olaraq, ona hesablanmış 306066 man 29 qəp (Üç yüz altı min altmış altı man 29 qəp) faiz borcunu tələb edir. Göstərilən sosial sığorta borcunun əvəzləşdirilməsi üçün, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyat Nazirliyinə müraciət olunub, lakin artıq ödəmə ilə, sosial sığorta borcunun əvəzləşdirilməsinə mümükün olmadığı bildirilib. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin günahı ucbatından, sosial sığorta borca əlavə olaraq 306066 man 29 qəp (üç yüz altı min altmış altı man 29 qəp) faiz heablanıb. Əgər artıq ödəmə vaxtında İnter-Textile ASC-yə qaytarılsa, işçilərin əmək haqqıları, son haqq-hesabları və sosial sığorta üzrə DSMF-yə olan borclar tam şəkildə ödənilmiş olardı. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbinin dəlillərini əsassız hesab edirlər. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi artıq ödəməsi 02.04.2008-ci il tarixdən yaranmışdır. Buna görə də vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən artıq ödəmənin tələb etmək müddəti bitdiyindən İddiaçı ASC-nin artıq ödənilmiş artıq ödənilmiş vergi borcunun iddiaçıya qaytarılması tələbinə dair iddiası əsassızdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 09.04.2021-ci il tarixli **********427600 nömrəli imtina məktubu, etirazı, şəxsi hesab vərəqələrinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan artıq ödənilmiş pulların vergi oraqnına ödənildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının vergi orqanında qeydiyyata alındığı ərazi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımlarının aparılması səlahiyyəti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsi müraciət etmiş və inzibati orqanın 09.04.2021-ci il tarixli **********427600 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhər ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 85.3-cü maddəsinə əsasən vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC 14.07.2021-ci ildə Dövlət Vergi Xidmətinə “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət edərək 1.840027.32 manat artıq ödəmənin geri qaytarılmasını tələb etmişdir. İddiaçı ASC bundan əvvəl Dövlət Vergi Xidmətinə etdiyi 15.02.2021-ci il tarixli müraciəti artıq ödənilmiş 1.124799.470000002 manatın geri qaytarılması, 16.03.2021-ci il tarixli müraciəti isə artıq ödəmənin sosial sığorta borcu iləəvəzləşdirilməsi ilə bağlı olmuşdur.Həmin müraciətlərə müvafiq cavab verilmiş və cavabdeh təşkilatın müraciətləri mübahisələndirilməmişdir. Qeyd olunan 1.840027.32 manat artıq ödənilmiş vasaitin geri qaytarılması ilə bağlı müraciətinə imtina cavabı aldıqdan sonra İddiaçı ASC 22.07.2021-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən iddiaçının cavabdeh təşkilata 14.07.2021-ci il tarixli müraciətindən geriyə 5 il hesablandıqda 298.339.51 manat artıq ödəməsinin olması müəyyən edilmişdir. İddia tələbində göstərilən yerdə qalan məbləğin tələb etmə müddəti keçdiyinə görə bu hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsində göstərilmiş 5 illik müddəti kəsici müddətdir və həmin müddət keçdikdən sonra tələb etmə müddəti itirilir. Ona görə də məhkəmə hesab edir ki, 298.339.51 manat pulun tələb etmə müddəti keçmədiyinə görə həmin vəsait İddiaçı ASC geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli , İddiaçı ASC tərəfindən 298.339.51 manat artıq ödənilmiş maliyyə vəsaiti ona geri qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən artıq ödənilmiş 298.339.51 manat pulun geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar