Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1379/2023 02.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. 1979-1981ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1982- 1995-ci illərdə kolxozda çalışmış, 1995-2021-ci illərdə isə "xxxx" QASC-də işləmişdir. İddiaçı xx.xx.2006-cı ilə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi iş stajına malik olmuşdur və bununla bağlı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçüb cavabdeh inzibati orqana müraciət etmişdir, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının güzəştli iş stajının 8 il 7 ay 8 gün olmaqla, tələb olunan müddətdən (12 il 6 aydan) az olduğunu bildirilmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir.Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sərtlər daxilində yas həddi 5 il azaldılmaqla yasa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi №0284802 nömrəli əmək kitabçasında və ‘Azərbaycan Dəmir Yolları” QSC-nin Yük Daşımaları Departamenti X4 iddiaçıya dair 22 aprel 2021 -ci il tarixli 243 nömrəli arayışında xx.xx.2006-cı il tarixdən bu günədək Azərbaycan vaqon deposunun Güzdək vaqon hazırlama məntəqəsində və X5 böyük vaqon baxıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi böyük vaqon baxıcısı vəzifəsi yuxarıda qeyd olunan vaqonların baxıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il 7 ay 8 gün (xx.xx.1995xx.xx.1999, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir.Beləliklə, İddiaçı güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yas həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajına malik olmadığından güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ yaranmır. İş materiallarında olan : - - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1961-cü il təvəllüdlüdür. - -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. - - İddiaçının adına açımış AЗЕ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, - 20.11.1082-xx.xx.1990-cı illərdə “Komsomol” kolxozunda, xx.xx.1995-xx.xx.1999-cu illərdə Biləcəri dəmiryol stnasiyasında,xx.xx.2001-xx.xx.2018-ci illərdə "xxxx" QSC Güzdək Vaqon hazırlama məntəqəsində, xx.xx.2018-xx.xx.2021-ci illərdə X5 işləmişdir. xx.xx.2021ci il tarixdən hazırki tarixədək ADY Güzdək Texniki Xidmət məntəqəsində işləyir. - "xxxx" QSC tərəfindən verilmiş 243 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Dəmir Yolu Biləcəri vaqon deposunun Güzdək vaqon hazırlama məntəqəsində xx.xx.1995-dən xx.xx.1999-dək klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər, xx.xx.2001-dən xx.xx.2002-dək Güzdək vaqon hazırlama məntəqəsində hərəkət heyətinin təmiri üzrə çilingər peşəsində işləmişdir. xx.xx.2002-ci il tarixdən vaqon baxıcısı peşəsinə, xx.xx.2006-cı il tarixdən böyük vaqon baxıcısı peşəsinə keçirilmişdir.”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Sədrinin xx.xx.2017-il tarixli 1 14/S saylı əmrinə əsasən Biləcəri vaqon deposunun ləğv edilib onun bazasında X4 yaradılması ilə əlaqədar İddiaçı xx.xx.2018-ci ildən əmək müqaviləsi ləğv edilib və xx.xx.2018-ci il tarixdən Şimal vaqon deposuna böyük vaqon baxıcısı peşəsinə işə qəbul edilib,xx.xx.2018-ci il tarixdən hal-hazırkı dövrədək X5 texniki xidmət məntəqəsində böyük vaqon baxıcısı peşəsində işləyir.Yuxarıda qeyd edilən dövrlərdə tam iş saatı ilə zərərli işlə məşğul olmuş,zərərli işə görə iş stajı 30 il, 08 ay 04 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”’nın 21-ci bölməsinin 21.1-ci bəndinə görə (Dəmiryol nəqliyyat və metropoliten fəhlələr) və 21.4-ci bəndinə görə (Dəmiryol nəqliyyatı Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər) güzəştli pensiya almaq hüququna malikdir. Arayışın “qeyd” hissəsində qeyd edilmişdir ki, Azərbaycan Dövlət Dəmir Yolu rəisinin xüsusi göstərişi ilə maliyyə sahəsində mövcud problemlərlə əlaqədar bəzi peşələrin həvalə edilməsi ilə icrası qərarı qəbul edilmişdir. Belə ki, növbədə mövcud olan işçilərin sayından asılı olaraq vaqon təmiri prosesində vaqonların təmir edilib istismara buraxılması işinin sənədləşdirilməsini təmin etmək üçün hər 10 nəfərə vaqon baxıcısı təmirçiləri arasından depo rəisinin daxili əmri yenilənirdi. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixİnədək əsas iş yeri və əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzitə borcu və öhdəlikləri vaqon baxıcısı təmirçisi peşəsi üzrə olmaqla böyük vaqon baxıcısı- təmirçisi peşəsi həvalə edilmiş,”bövük vaqon baxıcısı təmirçisi” peşəsi fəhlə kateqoriyasına aiddir, vəzifə öhdəlikləri vaqonun qatardan ayrılmayaraq texniki prosesə əsasən müəyyən edilmiş vaxtda texniki baxışı və nasaz hissələrinin təmirini yerinə yetirməkdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" QSC tərəfindən verilmiş cavab məktubundan görünür ki, İddiaçı ADY-nin Biləcəri və Şimal vaqon depolarında çalışdığı böyük vaqon baxıcısı və böyük vaqon baxıcısı-təmirçisi peşələri təsdiq edilmiş ştat cədvəllərinə əsasən fəhlə kateqoriyasına aid edilir.Qeyd edirik ki, sözügedən peşələrin vəzifə funksiyaları üzrə işlərin xüsusiyyətləri “Texnoloji iş prosesinin” tələblərinə uyğun olaraq qatarların təhlükəsiz hərəkətinə və ya yüklərin toxunulmazlıq təhlükəsizliyinə zərər yetirən nasazlıqların aşkara çıxarılması üçün vaqonların hər tərəfini yoxlamaqla texniki müayinə edilməsindən, qatarlara texniki baxış zamanı aşkar olunmuş nasaz vaqonların keyfiyyətli təmir olunmasından, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət olunmasına nəzarət edilməsindən, habelə iş prosesində istifadə olunan alətlərin və ölçü vasitələrinin saz vəziyyətdə olmasının yoxlanılmasından ibarətdir. Belə ki, İddiaçı ADY-nin Biləcəri və Şimal vaqon depolarında çalışdığı böyük vaqon baxıcısı və böyük vaqon baxıcısı-təmirçisi peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda 21.4-cü bəndin 9 və 10-cu, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda isə 28-ci bölmənin 10 və 11-ci absazlarında (kod: 23001000—16269 və 23001000—16275) nəzərdə tutulmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində hansı yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu göstərməsə də, iddia ərizəsinin təsviri hissəsindən 60 yaşdan pensiya almağa iddialı olduğu məlum olur. qeyd edilmişdir. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnını təyin edilməsi üçün onun ən azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi iş stajına malik olması tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçı N.Həsənovun təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 24 il 5 ay 19 gün, yəni 25 ildən az ümumi staja malik olması müəyyən edildi. Cavabdehin mövqeyinə görə iddiaçının güzəştli iş stajı tələb olunan 12 il 6 aydan az olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Belə ki, cavabdeh onun “böyük vaqon baxıcısı” işlədiyi peşənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olmadığını hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının “Nəqliyyat” adlanan 21-ci bölməsinin “Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4-cü bəndinə görə vaqon baxıcıları və vaqon baxıcıları-təmirçiləri peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. Məhkəmə qeyd edir ki, həmin Siyahıda “böyük vaqon baxıcısı” işfadəsi işlənilməsə də, "xxxx" QSC həm iddiaçıya verdiyi arayışda, həm də məhkəmənin sorğusuna cavab məktubunda böyük vaqon baxıcısı və böyük vaqon baxıcısı-təmirçisi peşələrinin təsdiq edilmiş ştat cədvəlinə əsasən fəhlə kateqoriyasına aid edildiyini və iş funksiyalarının eyni olduğunu bildirmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ümumi və güzəştli iş stajı kifayət qədər olduğundan iddiaçıya güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1379/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1379/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver