Məhkəmə qərarları › İş №2-1(118)-138/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-138/2020

28.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-138/2020 28.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçılar İddiaçı nümayəndəsi və vəkili X6, 3-cü şəxs X3 nümayəndəsi və vəkili X9 qızının iştirakları ilə,(qeyd:elanda tərəflər iştrak etməmişdirlər) İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Qusar rayon Quxuroba bələdiyyəsinə qarşı “Qusar rayon Quxuroba bələdiyyəsinin 09.08.2019-cu il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Qusar rayonu Quxuroba Bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarına əsasən iddiaçılara hərəsinə Qusar rayonunun Quxuroba kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahələri satılmışdır. Həmin həyətyanı torpaq sahələri bir-biri ilə yanaşı yerləşməklə 0,24 ha sahəyə malik ümumi massiv təşkil edir. Həmin torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən iddiaçılara müvafiq olaraq 17 may 2011-ci il tarixli A№ 343723 saylı və 17 may 2011–ci il tarixli A№ ******* saylı 2(iki) ədəd X12 və Ölçüsü verilmiş, həmin torpaq sahələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində X13 kitabında onların adlarına müvafiq olaraq № 2357 və № 2358 nömrələri ilə dövlət qeydiyyatına(uçotuna) alınmışdır. Həmin torpaq sahələrini onlar 12 ildən çoxdur ki Qusar rayon Quxuroba bələdiyyəsindən almışlar, bu illər də həmin torpaq sahələrinin vergilərini ödəmişlər, onlar həmin torpaq sahələrinin ətrafını çəpərləyib bağlamamış və gələcəkdə orada uşaqlarına ev tikəcələri vaxt ətrafını bağlamağı planlaşdırmışlar. Lakin təxminən 1 ildən çoxdur ki, onlara məxsus həmin torpaqlarla qonşuluqda yaşayış evi və həyətyanı torpaq sahəsi yerləşən Qusar rayonu Quxuroba kənd sakini X8 qanunsuz olaraq onların həmin 0,24 ha torpaq sahələrini bütünlüklə zəbt edərək özü üçün istifadə edir. Bununla əlaqədar onlar cavabdeh X4 həmin torpaq sahələrindən çıxarılmasına dair Qusar Rayon Məhkəməsində iddia qaldırmışlar və həmin iddiaya Qusar Rayon Məhkəməsində baxılıb qurtarmamış X4 nümayəndəsi onlara həmin torpaq sahələrinin guya qanunsuz satılması barədə Bələdiyyələrlə iş mərkəzinə şikayət etmiş və Bələdiyyələrlə iş mərkəzi isə cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsinə göstəriş verərək onların hərəsinə Qusar rayonunun Quxuroba kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barəsində olan Qusar rayonu Quxuroba Bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarı ləğv edilməsini tələb etmişdir. Cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi isə Bələdiyyələrlə iş mərkəzinin bu qanunsuz təklif-göstərişinə əsasən 09 avqust 2019–cu il tarixli 08 nömrəli qərar qəbul edərək iddiaçılara Qusar rayonunun Quxuroba kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barəsində olan Qusar rayonu Quxuroba Bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarı ləğv etmişdir. Onlar aşağıda göstərilən hallara görə Qusar rayonu Quxuroba Bələdiyyəsinin 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərarının qanunsuz hesab edirlər və həmin qərar məhkəmə qaydasında ləğv edilməlidir. İlk növbədə Bələdiyyələrlə iş mərkəzinin vətəndaş X4 nümayəndəsinin şikayətinə əsasən onlara həyətyanı torpaq sahələrinin satılması barəsində olan Qusar rayonu Quxuroba Bələdiyyəsinin 10 aprel 2007–ci il tarixli 4 nömrəli qərarının ləğv edilməsi barədə cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsinə göstəriş verməsi əsassızdır. Çünki vətəndaş X4 həmin torpaqlar barəsində heç bir hüququ yoxdur və onun həmin torpaqlar barədə hər hansı tələb irəli sürməsi belə əsassızdır. Bildirdilər ki, onlar torpaq sahələrinin satılması barəsində olan Qusar rayonu Quxuroba Bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarının qəbul edilməsindən 12 ildən artıq vaxt keçmişdir. Bu illərdə həmin torpaq sahələrinin vergilərini onlar ödəmişlər. Quxuroba Bələdiyyəsinin 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərarında bizə torpaq sahələrinin satılması barəsində olan Qusar rayonu Quxuroba Bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarının ləğv edilməli olması onunla əsaslandırılmışdır ki, guya həmin torpaqayırma sənədlərində uyğunsuzluqlar və qanuna zidd hallar vardır. Eyni zamanda bildirdilər ki, onlar torpaq almaq üçün Qusar rayonu Quxuroba Bələdiyyəsinə ərizə ilə müraciət etmişlər, onların ərizələri üzrə torpaqayırma sənədlərini Qusar rayonu Quxuroba Bələdiyyəsi hazırlamışdır. Onlara deyilən vaxtda torpağın satın alınması pulunu bələdiyyənin hesabına ödəmişlər və həmin sənədlər arasında hər hansı bir uyğunsuzluğun olması barədə ötən 12 il ərzində cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi tərəfindən bizə heç bir irad bildirilməmişdir. Həm də həmin sənədlərdə olan hər hansı uyğunsuzluğu görə onlar yox, cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi özü cavabdehlik daşıyır. Digər tərəfdən də cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi onlara torpaq sahələri satılması barədə qərar qəbul etməzdən qabaq torpaqayırma sənədlərini özü araşdırdıqdan sonra qərar qəbul etməli idi. Nəhayət cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi tərəfindən verilmiş həmin torpaqaymna sənədlərini onlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə təqdim etmişlər, həmin sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən bir daha araşdırıldıqdan sonra həmin torpaqlar onların adlarına dövlət qeydiyyatına alınmış və onların adlarına müvafiq olaraq A№ 343723 saylı və 17 may 2011–ci il tarixli A№ ******* saylı 2(iki) ədəd X12 və Ölçüsü verilmiş, həmin torpaq sahələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində X13 kitabında onların adlarına müvafiq olaraq №2357 və №2358 nömrələri ilə dövlət qeydiyyatına(uçotuna) alınmışdır. Bütün bu proseduralardan sonra 12 il keçəndən sonra cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsinin onların adlarına artıq dövlət qeydiyyatına almmış torpaq sahələri barəsində qəbul etdiyi 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərarı açıqdan-açığa hüquqlarına hörmətsizlikdir. Onların adlarına dövlət qeydiyyatına alınmış torpaq sahələri barəsində olan Qusar rayonu Quxuroba Bələdiyyəsinin 10 aprel 2007–ci il tarixli 4 nömrəli qərarın ləğvi barəsində məsələ yalnız məhkəmədə iddia qaldırılmaqla həll oluna bilərdi. Cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi səlahiyyət həddini aşaraq qanunsuz olaraq 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərarını qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə prosesində iştrak edən İddiaçı vəkli və nümayəndəsi olan X10 eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Digər iddiaçı Cavabdeh1 və cavabdeh Qusar rayon Quxuroba Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə hazır ki, mübahisəyə tərəflərin iştrakı olmadan baxılmasını mümükün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, Qusar rayonu Quxuroba Bələdiyyəsinin 10.04 200-ci il tarixli (04 saylı iclas protokolu) qərarı ilə İddiaçı və Cavabdeh1 hər birinə 0.12 ha olmaqla, ümumilikdə 0.24 ha torpaq sahəsi qanunsuz ayrılmış, 07.01.2014-cü il tarixli icarə müqaviləsi əsasında Sevil İsabəyovaya 1.50 ha torpaq sahəsi qanunsuz icarəyə verilmişdir. Belə ki, İddiaçı və Cavabdeh1 torpaq sahəsi ayrılan zaman Qusar rayon İcra Hakimiyyətinin Memarlıq Xidmətinin rəyi alınmamış, torpağın dəyəri bələdiyyə büdcəsinə ödənilmədən qərar verilmiş, S.İsabəyovaya torpaq sahəsi icarəyə verilən zaman isə qanunvericiliyin tələblərinə zidd olaraq hərrac və ya musabiqə keçirilməmişdir. «Bələdiyyə torpaqlarının idarə ediməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracian və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin dövrdə qüvvədə olan ”Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 6.5-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimıyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi. Müvafiq icra hakimıyyəti orqanlarının səlahiyyətlərini keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 22-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə bələdiyyə müvafıq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istfadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edirdi. Ona görə də hesab edirlər ki, Qusar rayonu Quxuroba Bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə 3-cü şəxs X3 nümayəndəsi və vəkili X9 qızı məhkəmədə izahat verərək, bildirmişdir ki, mübahisə torpaq sahəsi ilə bağlı Rauf və X7 rayonunun Quxuroba bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinə dair qərarı qanunsuz olduğuna görə həmin bələdiyyənin 09 avqust 2019-cu il tarixli 08 saylı qərarı ilə əsaslı olaraq ləğv edilmişdir. Belə ki, qeyd olunan torpaq sahəsi ilə bağlı onun təmsil elədiyi Elxan İsabəyov ilə Quxuroba bələdiyyəsi arasında 2007-ci ildən etibarən icarə müqaviləsi bağlanmış və həmin müqavilənin müddəti hər 11 aydan bir uzadılmışdır.Həmin torpaq sahəsi ilə bağlı Elxan İsabəyovun gözlənti hüquqları olmuşdur və onun gözlənti hüququnun olmasına baxmayaraq Quxuroba bələdiyyəsi həmin torpaq sahəsini hazır ki, iş üzrə iddiaçılar olan İddiaçı və Cavabdeh1 ayırmışdır. X2 iş Mərkəzinə etdiyi müraciətlərin nəticəsi olaraq Quxuroba özünün qanun pozuntusu ilə qəbul etdiyi qərarını ləğv etmişdir. Hesab edir ki, Quxuroba bələdiyyəsinin sonradan qəbul elədiyi 09 avqust 2019-cu il tarixli 08 saylı qərarı təmami ilə qanunidir. 3-cü şəxsin vəkili və nümayəndəsi qeyd olunanları qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Qusar rayonu Quxuroba Bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarının surəti, Kassa mədaxil orderi, , DK və XK-nın 17 may 2011-ci il tarixli A№ 343723 saylı və 17 may 2011–ci il tarixli A№ ******* saylı rəyinin surətləri, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastır və Ünvan Reyesteri Xidmətinin 31 iyul 2019-cu il tarixli mütəxəssiz rəyi, Məhkəmə Ekspertiza Mərkəzinin 11063 saylı 23 sentyabr 2010-cu il tarixli ekspertinin rəyi,Qusar rayon Quxuroba bələdiyyəsinin Sevil İsabəyova və Elxan İsabəyov ilə bağladığı 2014-cü il tarixli icarə müqavilələri, Qusar rayon Məhkəməsinin 11 iyun 2004-cü il tarixli 2-159/2004 saylı qətnaməsi,Torpağın alqı-satqısına dair aktlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyət baxımından uğurludur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar rayonu Quxuroba Bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarı ilə iddiaçıların hər birinə 0.12 ha həyətyanı torpaq sahəsi satılmışdır. Həmin qərarın qəbul edilməsindən 12 ilə yaxın vaxt keçməsinə baxmayaraq Qusar rayonu Quxuroba bələdiyyəsinin 09 avqust 2019–cu il tarixli 08 nömrəli qərarla Quxuroba bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarını ləğv etmişdir ki, bunda da haqlı olmamışdır. Belə ki, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü bəndində bələdiyyələrə öz qərarlarını ləğv etmək səlahiyyəti verilsə də hazırki iş üzrə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qərarı qəbul etməkdə haqlı olmamış və qanunsuz inzibati akt qəbul etmişdir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. 4-cü bəndinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Göründüyü kimi bələdiyyələr başqa şəxslərin hüquqlarına toxunan qərarlarını ləğv etmək səlahiyyətinə malik deyillər. Quxuroba bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, Quxuroba bələdiyyəsinin qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 3-cü şəxsin məhkəməyə gətirdiyi arqumentlərə münasibət bildirərək, məhkəmə qeyd etməyi zəruri bilir ki, mübahisəli torpaq sahəsinin örüş torpaq sahəsinə aid olması Qusar rayon məhkəməsinin 11 iyun 2004-cü il tarixli qətnaməsində öz təstiqini tapmamışdır,yəni həmin qətnamədə məhkəmə prosesində iştrak edən şahidin ifadəsi göstərilmiş, bu isə iş üçün preyudisial əhəmiyyət kəsb etmir. Nəzərə alınmalıdır ki,İddiaçı və Cavabdeh1 torpaq sahələri ayrılarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin rəyi alınmış və həmin rəyə əsasən qeyd olunan torpaq sahələrinin Quxuroba kənd bələdiyyəsinin perspektiv inkişaf fonduna aid olması müəyyən edilmişdir. Zaman etibarı ilə qeyd olunan vaxt torpaq sahələrinin kateqoriyasının, normativ qiymətinin müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa İddiaçı vəkili tərəfindən məhkəməyə tədim edilmiş ekspert və müxəssiz rəylərininin surətlərindən bəlli olmuşdur ki, mübahisəli torpaq sahələri hüquq müəyyən edici sənədlərə uyğundur və X8 tərəfindən mübahisəli torpaq sahələri istifadə olunur. Digər tərəfdən məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanununn 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi hazır ki, iş üzrə iddiaçılar Quxuroba bələdiyyəsinə qeyd olunan Qanunun etimad prinsiplərinə əsaslanaraq Quxuroba bələdiyyəsinə müraciət edərək, torpaq sahələri əldə etmişdirlər və sonradan Quxuroba bələdiyyəsi həmin torpaq sahələrinin ayrılmasına dair verdiyi qərarını ləğv etmişdir. Hesab olunur ki, Quxuroba bələdiyyəsinin 09 avqust 2019-cu il tarixli 08 saylı qərarı qeyd oluna prinsip baxımından qanunsuzdur. 3-cü şəxsin vəkili tərəfindən Quxuroba bələdiyyəsinin İddiaçı adına torpaq sahəsinin ayrılmasına dair 03 saylı 10 aprel 2007-ci il tarixli qərarının 8-ci sətrində mövcud olmuş səhvə görə (həmin sətirdə bələdiyyə qərarın 10.04.2007-ci ildə qəbul olunmasına baxmayaraq vətəndaşın bələdiyəyə müraciəti 15 avqust 20007-ci il kimi göstərilmişdir) qərarın ləğv edilməsi üçün gətirdiyi arqumentlə məhkəmə razılaşmır. Belə ki, qeyd olunan aktda olan yanlışlıqlar İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən həmin orqan tərəfindən səhvlərin aradan qaldırılması üçün əsas ola bilər və qeyd olunan Qanunun 65,67 və 68 maddələrində göstərildiyi kimi inzibati aktların etibarsız və ya ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən oda qeyd olunmalıdır ki, Quxuroba X1 ilə qeyd olunan torpaq sahələri ilə bağlı 17 dekabr 2014-cü ildə icarə müqaviləsi bağlamışdır. Bu isə ona dəlalət edir ki, Quxuroba bələdiyyəsi həmin torpaq sahəsinə dair qəbul etdiyi aktın əlverişsiz olmasından məlumatlı olmuşdur. İddia olunan qanun pozuntusu ilə qəbul edilmiş qərarın 5 ildən sonra ləğv edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.11 və 68.4-cü maddələrində istər qanuni, istərsədə qanunsuz qərarların ləğv edilməsi üçün 1 illik iddia müddəti nəzərdə tutulur. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Qusar rayonu Quxuroba bələdiyyəsinin 09 avqust 2019-cu il tarixli 08 saylı protokol qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İddiaçı ödədiyi 10 (on) manat dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı və Cavabdeh1 0.12 ha torpaq sahəsinin satılması barədə Qusar rayonu Quxuroba bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarının ləğv edilməsi barədə Qusar rayonu Quxuroba bələdiyyəsinin 09 avqust 2019-cu il tarixli 08 saylı qərarı ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar