Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-138/2023 04.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən ona və ailə üzvlərinə verilmiş JN-291 Kod 30126018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 291Z (1,2399 ha) hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-149a/2006 nömrəli qətnaməsinə əsasən X2 adına 69,15 ha torpaq sahəsinə verilmiş JN-374 Kod 30126028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı hissəvi olaraq, yəni ona və ailə üzvlərinə məxsus 291 Z planşeti üzrə 1,2399 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən ona və ailə üzvlərinə verilmiş JN-291 Kod 30126018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 291Z (1,2399 ha) hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-149a/2006 nömrəli qətnaməsinə əsasən X2 adına 69,15 ha torpaq sahəsinə verilmiş JN-374 Kod 30126028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı hissəvi olaraq, yəni ona və ailə üzvlərinə məxsus 291 Z planşeti üzrə 1,2399 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11/ 10 saylı qərarı ilə JN-291 KOD 30105028 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə rayonun Yasab kəndi ərazisindən cəmi 5,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin akt ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuşdir. Həmin dövlət aktına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədikdə məlum olmuşdur ki, qeyd olunan dövlət aktının 291Z planşeti üzrə 1,2399 ha hissəsinə Qusar rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-149a/2006 saylı qətnaməsi əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi tərəfindən X2 adına 9,15 ha torpaq sahəsinə verilmiş JN- 374 KOD 30126028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmişdir (vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli, **********80 N-li cavab məktubu). Qusar Rayon Məhkəməsinə verilmiş vəkil sorğusu əsasında alınmış cavab məktubundan da görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-149a saylı mülki iş mövcud deyildir. Bildirirəm ki, Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən xəbəri olmamış, həmin torpaq sahəsini heç kimə satmamış və qeyd olunan torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar məhkəməyə çağırılmamışdır. Göründüyü kimi, onun və ailə üzvlərinin adına olan JN- 122 KOD 30111018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1,2399 ha hissəsinə mövcud olmayan məhkəmə qətnaməsi əsasında digər şəxsin adına dövlət aktı işlənmişdir ki, bu da qanunsuzdur. Həmin aktların ləğv edilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müvafiq tələbin məhkəmə qaydasında həll edilməsinin mümüknlüyü bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, fərdi qaydada fəaliyyət göstərən Vəkil1 İddiaçı və ailə üzvlərinin adına verilmiş Qusar rayonu, Yasab kəndində yerləşən JN-291 KOD 30126018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən 5.45 ha torpaq sahəsinin hər hansı hissəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilibverilməməsi, verildiyi təqdirdə hansı əsasla və kimin adına verilməsi barədə məlumatların verilməsi ilə bağlı 05 may 2021-ci il tarixli, 13/21 nömrəli sorğu iiə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********80 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bununla bağlı bildiririk ki, İddiaçı və ailə üzvlərinin adma verilmiş Qusar rayonu, Yasab kəndində yerləşən JN-291 KOD 30126018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən 5.45 ha torpaq sahəsinin 291Z (1.2399 ha) hissəsinə Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-149a/2006 saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X2 adma 9.15 ha torpaq sahəsinə verilmiş JN- 374 KOD 30126028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmişdir.Qeyd edirik ki, X3 həmin torpaq sahəsini Quba rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-2096 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən “X5” MMC-nın adına özgəninkiləşdirmış və dövlət reyestrindən “X5” MMC-nin adma xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli çıxarış verilmişdir.” Bundan sonra İddiaçı Qusar rayonu, Yasab kəndində yerləşən vətəndaş X1 adma hazırlanmış JN-374 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 9.15 ha torpaq sahəsinin 1.2399 ha hissəsində ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********93 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Yasab kəndində yerləşən X2 adına hazırlanmış JN-374 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 9.15 ha torpaq sahəsinin 1.2399 ha hissəsində ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.” Göstərilən səbəblərdən ərizənin icrası mümükün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs “X5”nın nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbində göstərilən torpaq sahəsinin onların mülkiyyətində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Ona görədə 3-cü şəxsin vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qusar rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11/ 10 saylı qərarı ilə JN-291 KOD 30105028 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktına əsasən iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə Yasab kəndi ərazisindən 5,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədikdə iddiaçıya məlum olmuşdur ki, qeyd olunan dövlət aktının 291Z planşeti üzrə 1,2399 ha hissəsinə Qusar rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-149a/2006 saylı qətnaməsi əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi tərəfindən X2 adına 9,15 ha torpaq sahəsinə verilmiş JN- 374 KOD 30126028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı işlənmişdir. İddiaçı JN-374 KOD 30126028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona aid olan torpaq sahəsi ilə üst-üstı düşən hissəsinin ləğv edilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin edilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat digər şəxslərin mülkiyyət hüquqlarının pozulması halını nəzərə alaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının ləğv etmək istədiyi JN- 374 KOD 30126028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında X3 həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında “X5”nı satmışdır. Sonuncu da öz növbəsində xx.xx.2017-ci il tarixli, **********89 reyestr nömrəli çıxarış əldə etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmənin təyin etdiyi tikinti-texniki ekspertizaya uyğun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-8113/2023 nömrəli mütəxəssis rəyindən məlum oldu ki, JN-374 KOD 30126028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə iddiaçıya aid JN-291 KOD 30105028 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktı heç bir halda üst-üstə düşə bilməz, həmin torpaq sahələrinin yerləşdiyi ünvanları, ərazi vahidləri Yasab kəndi və Yasaboba kəndi olmaqla fərqlidir. Digər tərəfdən o da məlum olmuşdur ki, iddiaçıya aid JN-291 KOD 30105028 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” dövlət aktında göstərilmiş koordinatların bir hissəsi 291 Z (1.2399 ha) “X5”nın adına xx.xx.2017-ci il tarixli, **********89 reyestr nömrəli çıxarış ilə rəsmiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının müvafiq dövlət aktının ləğv etməsinə subyektiv hüququ olmadığına görə onun tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən ona və ailə üzvlərinə verilmiş JN-291 Kod 30126018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 291Z (1,2399 ha) hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-149a/2006 nömrəli qətnaməsinə əsasən X2 adına 69,15 ha torpaq sahəsinə verilmiş JN-374 Kod 30126028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı hissəvi olaraq, yəni ona və ailə üzvlərinə məxsus 291 Z planşeti üzrə 1,2399 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-138/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-138/2023
04.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver