Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1385/2024 04.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Şabran rayonu Aygünlü bələdiyyəsinin 15 oktyabr 2005-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayonu, Aygünlü bələdiyyəsinin 15 oktyabr 2005-ci il tarixli 10 saylı qərarına və torpaqların alqı-satqısına dair akta əsasən Şabran rayonu, Aygünlü bələdiyyəsinin ərazisindən, yaşayış məntəqəsinin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaq fondundan satılan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Şabran rayonu Aygünlü bələdiyyəsinin 15 oktyabr 2005-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədəm xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran (əvvəlki Dəvəçi) rayonu Aygünlü bələdiyyəsinin 15 oktyabr 2005-ci il tarixli, 10 saylı qərarına və torpaqların alqısatqısına dair akta əsasən Şabran rayonu, Aygiinlü bələdiyyəsinin ərazisindən, yaşayış məntəqəsinin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaq fondundan 0,12 ha torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçıya satılmışdır. Həmin alqı-satqı aktı 22 fevral 2006-cı ildə Dəvəçi rayon Torpaq şöbəsində 46 nömrə ilə qeydiyyata alınmış, torpaq sahəsinin iddiaçıya satılmasının qanunamüvafıq olmasına və satıla bilən torpaq fonduna aid olmasına dair xx.xx.2006-cı il tarixli rəy verilmişdir. Bundan sonra həmin torpaq sahəsi Aygünlü bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilən akt əsasında naturada ayrılaraq iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planı da qeyd olunan təşkilatlar tərəfindən tərtib edilmiş və naturada döngə (yerləşmə) nöqtələri də müəyyən edilmişdir. Həmin torpaq sahəsinin Aygünlü bələdiyyəsi tərəfindən müəyyən edilən qiyməti - 2005-ci ilin pul vahidi meyarı ilə müəyyən olunan ******* (bir milyon əlli min) manat vəsait iddiaçı tərəfindən Aygünlü bələdiyyəsinin hesabına ödənilmişdir. Torpaq sahəsi 2005-ci ildə iddiaçıya təhvil verildiyi vaxtdan hazıra kimi onun faktiki istifadəsindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,12 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş Dəvəçi (indiki Şabran) rayonu Aygünlü bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 1 saylı iclas protokolundan çıxarış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməmiş və arxiv nüsxəsi Ərazi idarəsində aşkar edilməmişdir. Bundan əlavə, həmin torpaq sahəsi üçün ləğv edilmiş DTXK-nın Şabran rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın, bələdiyyə qərarının və digər ilkin torpaqayırma sənədlərinin arxiv nüsxələri və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçü sənədi idarəyə təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - Dəvəçi rayonu Aygünlü bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı ərizəsi nəzərə alınmış, gələcək perpektivi üçün nəzərdə tutulmuş torpaq sahəsindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Dəvəçi rayonu Aygünlü bələdiyyəsi tərəfindən İddiaçı 0,12 ha torpaq sahəsi satılmışdır. -Dəvəçi rayonu Aygünlü bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Dəvəçi rayonu Aygünlü bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarına əsasən M.Həbibovaya ayrılmış 0,12 ha torpaq sahəsi ona təhvil verilmişdir. - DTXK-nın Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli rəydən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,12 ha olmaqla Aygünlü kəndinin perspektiv inkişafının torpaq fondudna daxildir. Həmin sahə alqısatqı predmetidir və qeyd olunan məqsədlə satılması qanunamüvafiqdir. - Dəvəçi rayonu Aygünlü bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planından görünür ki, İddiaçı ayrılmış 0,12 h torpaq sahəsinə dair tərtib edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Şabran rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Dəvəçi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarının və həmin qərarla bağlı mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarının, DTXK-nin Şabran (keçmiç Dəvəçi) rayon şöbəsinin rəyini, alqı-satqı aktını və torpaq sahəsinin dəyərinin ödənilməsi barədə ödəniş qəbzini nəzərə alaraq hesab edir ki, sözügedən torpaq sahəsi həqiqətən də 2005-ci ildə İddiaçı satılmışdır. Torpağın alqı-satqısına dair aktının və bələdiyyə qərarının arxiv nüsxələrinin təqdim edilməməsi və ya bələdiyyə qərarının DRXK-nın Şabran rayon şöbəsi tərəfindən təqdim edilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməməsi kimi dəlillər iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər əsas hesab edilə bilməz. Yuxarıda istinad olunan Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da qeyd edildiyi kimi torpaq sahəsinin satılmasına dair qərar (inzibati akt) qüvvədədir, etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. Həmin qərarın arxiv əsasları, o cümlədən torpaq sahəsinin dəyərinin ödənilməsini təsdiq edən qəbz Şabran rayon Dövlət Arxivində aşkarlanaraq məhkəməyə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Şabran rayonu Aygünlü bələdiyyəsinin 15 oktyabr 2005ci il tarixli 10 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şabran rayonu Aygünlü bələdiyyəsinin 15 oktyabr 2005-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1385/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1385/2024
04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver